Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə63/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   59   60   61   62   63   64   65   66   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
249 
uşaqların  bədii  təfəkkürünü  inkişaf  etdirməklə  yanaşı,  onların 
təbiətlə  bağlı    bilik  və  məlumatlarının  artırılmasına, 
genişləndirilməsinə  kömək  etmiş  olur.  «Beşik»  nəşriyyatının 
balacalar  üçün  buraxdığı  bu  kitablarda  uşaqlar  nağıllar 
dünyasına  «qonaq»  olur,  kələkbaz  tülkünün  toruna  düşən, 
«tikanlar,  oxlar  içində»  qorxusuz  yaşayan,  sakit,  kimsəyə 
toxunmayan,  «dostlarına  mehriban»,  «ilanlarla  barışmaz», 
gödək  ayaqları  olsa  da,  yaman  «zirək»  olan,  «ələkeçməz,  diş 
batmaz»,  «başdan-başa  zireh»,  öz  içinə  qapalı  kirpi  haqqında 
bilgilərə  yiyələnir.    Maraqlı  əhvalatlar,  bir-birindən  fərqli 
gözəlliklər  balacaların  maraq  dairəsinə  uyğundur.  Heyvanlar, 
quşlar,  balaca  həşəratlar,  cücülər  dil  açıb  danışır,  maraqlı 
əhvalatların  içində  balacalar  təbiətlə  bağlı  məlumatlarını 
artırmış  olur.  Uşaqlarda  təbiətə  qayğı,  məhəbbət  aşılayan 
kitabın  ilk  səhifəsində  deyilir:  «ətrafımızda  olan  hər  şey 
canlıdır; ot da, çiçək də,  yarpaq da, Günəş də, torpaq da... Hər 
biri  səninlə  dil  açıb  danışa  bilər.  Təki  sən  dinləməyi  və 
duymağı bacar. Bu kitabda oxuyacağın nağılda, cansız bildiyin 
karandaşlara  həsr  olunub  sənin  yaşıdının  incitdiyi  və  itirdiyi 
rəngli  karandaşların  başına  gələn  macəra  ilə  buyur,  tanış  ol». 
Bu  sətirlər  «İtən  karandaşların  şikayəti»  kitabındadır.  Bala-
caları  ətrafındakılara,  hətta  əşyalara  qarşı  belə  diqqətli  olmağı 
tərbiyə etmiş olur. 
60-cı  illər  nəslinin  elə  sənətkarları  vardır  ki,  onların 
yaradıcılığı  yetərincə  bu  günə  qədər  tədqiq  edilməmiş,  poetik 
keyfiyyətləri,  oricinal  bədii  dil-üslub  xüsusiyyətləri  araş-
dırılmamışdır. Əlağa Kürçaylı, Əlfi Qasımov onlardandır. 
Əlfi  Qasımovun  ilk  şeiri  «Xalq  arzusu»  «Lenin  yolu» 
qəzetində dərc olunub.   Ədəbi  mühitə dərindən bağlı olan Əlfi 
Qasımov  «Azərbaycan  müəllimi»  qəzetinin  xüsusi  müxbiri, 
redaktor  müavini,  (1951-1958),  sonra  «Ədəbiyyat  qəzeti»ndə 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
250 
məsul katib (1958-1966),  Azərbaycan SSR Dövlət Poliqrafiya, 
Nəşriyyat  və  Kitab  Ticarəti  İşləri  Komitəsində  nəşriyyatlar 
idarəsinin  rəisi,  baş  redaktor  (1966-1983)  kimi  çalışmış, 
«Əriməzin  ətəklərində»,  «Şagird  briqadaları»,  «Odlu  ürəklər», 
«Dnepr  qəhrəmanı»,  «Saçlar  ağarsa  da...»  oçerklərini 
yazmışdır. Sənədli povest və hekayələr müəllifi kimi də tanınır. 
«Qızılburunda  tək  məzar»  sənədli  povesti,  «Vətən  çağıranda» 
sənədli hekayələri  buna nümunə ola bilər. Yazıçının «Adilənin 
taleyi»,  «Məni  qınamayın»,  «Könülsevən»,  «Qağayı  fəryadı», 
«İnsan  qaranquş  deyil»,  «Toy  gecəsi»    hekayə,  povest  və 
romanlarının  oxucusu  kimi  deyə  bilərəm  ki,  özünəməxsus 
yaradıcılıq yolu, öz dəsti-xətti olan yazıçıdır. Yaratdığı surətlər 
aləmi, gənclərin həyatından götürülmüş maraqlı və yaddaqalan 
hadisələr,  əsərlərinin  axıcı,  sadə  dili    müasirlik  nöqteyi-
nəzərindən də təqdirəlayiqdir. 
İsi  Məlikzadə  ədəbiyyata  bağlı  insan  idi.  60-cı  ildə 
«Ulduz»  curnalında  fəaliyyətə  başlayan  İsi  Məlikzadə  1974-
1976-cı  illər  arasında  Azərbaycan  Dövlət  Nəşriyyatında  
redaktor,  Cəfər  Cabbarlı  adına  «Azərbaycanfilm»  kinostudi-
yasında,  1976-cı  ildə  «Azərbaycan»    curnalı  redaksiyasında 
nəsr  şöbəsində  müdir,  1980-ci  ildən    «Ulduz»  curnalının 
redaksiyasında  nəsr  şöbəsinin  müdiri  işləmişdir.  «Mozalan» 
satirik  curnalında  baş  redaktor  (1981-83)  işləmiş,  müxtəlif 
fəaliyyətləri ilə tanınmışdır, yaradıcılığa kiçik hekayələrlə gələn 
nasir  «İsi  Məlikzadə  özünün  güclü,  ağıllı  və  fitri  istedadı, 
sənətə,  ədəbiyyata  böyük  marağı,  həvəsi    və  xüsusilə  də  bədii 
yaradıcılığa  olan  sonsuz  məhəbbəti    sayəsində  özünü  qüdrətli 
nasir kimi tanıda bilir. 1964-cü ildə ədibin «Həsrətin sonu» adlı 
ilk  hekayələr  kitabı  çap  olunur.  Sonralar  «Özgə  anası»  adlı 
ikinci kitabını nəşr etdirir. Artıq növbəti  onilliyə, 1970-ci illərə 
İsi Məlikzadə özünəməxsus üslubu olan istedadlı bir nasir kimi 


 
Sənət, sənətkar və zaman
 
 
 
251 
daxil  olur.  Həmin  illərdən  başlayaraq  onun  bir-birinin  ardınca 
geniş oxucu kütləsinin məhəbbətini qazanan, tənqid və ədəbiy-
yatşünaslığın marağına səbəb olan hekayə, povest və romanları 
çap olunur». 
Musa  Yaqub  şeirimizin  poetik  istedada  malik  nümayən-
dələrindən  biridir.  Müasir  Azərbaycan  poeziyasının  60-cılar 
nəslinə  mənsubdur.  Musa  Yaqubun  poeziyasında  onun 
fərdiyyəti şeirlərinin ruhunda, «gizli daxili qatlarındadır». Hay-
küydən,  ritorikadan  uzaq  yaradıcılığı  var.  «Bu  günün  şeirində 
çox  az  sənətkar  tapmaq  olar  ki,  poetik  səmimiyyətdə  Musa 
Yaqubla  müqayisəyə  gəlsin.  Məhz  səmimiyyət  onun  şeirlərinə 
etiraf  duyğusu  aşılayır,  ən  məhrəm  mövzularda  belə  açıq 
danışmasına imkan verir» (C.Abdullayev). 
Onun  lirik  şeirləri  təbiətə  vurğunluğu  ilə,  bu  vurğunluğu 
ifadə edə bilmək  keyfiyyəti ilə seçilir. Təbiət dil açıb danışan, 
«insanlaşan»,  «canlı  ünsiyyət  aləminə  çevrilən»  bir  varlığa 
çevrilir,  bunlar  poetik  nümunələr  olmayıb  dərin  fəlsəfi 
məzmunu  ifadə  etmiş  olur.  Musa  Yaqub  ədəbiyyata 
«Azərbaycan» qəzetində çap olunan «İki qəlb,  iki dünya» şeiri 
ilə başlamışdır. İlk kitabı «Yarpaqlar oxuyur» 1966-cı ildə nəşr 
olunub.  Həmin  ildə  onun  «Bu  məhəbbət  yaşadır  məni»  şeirlər 
kitabı  da  nəşr  olunub.  20-dən  çox  kitabın  müəllifi  Musa 
Yaqubun  «Mənim kainatım», «Üzü bəri baxan dağlar», «Yaxşı 
ki  sən  varsan»,  «Bir  sim  üstə»,  «İki  qəlbin  işığı»,  «Mənim 
sevgi  taleyim»,  «Ürəyimdə  yeri  qaldı»,  «Nanə  yarpağı», 
«Payızdan  yaza  yol  varmı»,  «Ruhumla  söhbət»,  «Başdan-başa 
məhəbbət dəftərçəsi» və s kitabları oxucu kütləsinə tanışdır.   
Təbiətlə  bağlı  şeirlərində    fəlsəfi  ruh  əsas  olduğunu 
bildirən  tənqidçilər  onun  bir  misrasındakı  poetik  rədifi  təhlil 
edir,  «müəllifin  fəlsəfi  şeirləri  içərisində  «İlahi,  mən  bu  daşı 
götürüm,  götürməyim»  rədifli  bir  poetik  nümunə  var.  Şair 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
252 
yolayrıcında  küləyin,  yağışın  yuyub  gözəlləşdirdiyi  süfahi  bir 
daşla  qarşılaşır.  Daş  onu  həyat,  ömür-gün,  tale,  gələcək 
haqqında  düşüncələrə  çəkir:  o,  bu  daşı  götürsün,  ya  götürmə-
sin?  Axı  dünyanın  bir  ucu  toydursa,  o  biri  ucu  da  savaşdır. 
Bəlkə  daş  bir  əl  yetməzliyində  ona  kömək  ola  bilər.  Bir  səhra 
küləyində  ağırlıq  ola  bilər.  Bəlkə  bu  daş  ömür  yoxuşlarında 
Əzrayılı yoldan eləmək üçün gərək olacaq». 
Musa  Yaqub  təkcə  lirik,  fəlsəfi  ruhlu  şeirlər  müəllifi  de-
yil,  həm  də  zamanın,  dövrün  şairidir.  Onun  həyatında, 
yaradıcılığında  elə  bir  dövr  vardır  ki,  bu  Azərbaycanın  siyasi 
intriqalar,  azadlıq,  müstəqillik  uğrunda  mübariz  ideyalarıyla 
doluydu. Cəmiyyəti narahat edən müxtəlif  problemlərə biganə 
qalmayan şair millətin ağrı-acılarını da poeziyasında əks etdirir. 
Humanist  duyğularla  zəngin  yaradıcı  insan  insanlığı,  insanın 
daxili saflığını qələmə alır, insan əxlaqi məsələrini təhlil edir.  
Əlibala  Hacızadə  20-yə  yaxın  hekayə,  roman,  povestlər 
toplanmış  kitabların  müəllifidir.  Onun    «İtkin  gəlin»  əsəri 
əsasında  on  iki  seriyalı  bədii  televiziya  filmi  çəkilmişdir. 
Seçilmiş  əsərləri  on  cilddə  son  illərdə  çap  edilmişdir.  Bir-
birindən  maraqlı  mövzuları  olan  əsərləri  onu  istedadlı  nasir 
kimi tanıtmışdır. 
Tofiq  Bayramın  şeirləri  həmişə  sevilir.  Onun  «Ana  tə-
bəssümü»,  «Mənim  şair  xalqım»,  «Azərbaycan  deyəndə», 
«Əsrin  oyunu»,  «Məsləkim-silahım»,  «Ay  gecikən  məhəb-
bətim»  və adını çəkmədiyimiz onlarla kitabında toplanan əsər-
lərin  ideya-bədii  keyfiyyətləri  haqqında  tənqidçilər  dəyərli 
sözlərini söyləmişlər. 
Yasif  Nəsirli  uzun  illər  ədəbi-bədii  orqanlarda  çalışmış, 
yaradıcılığı 
ilə 
tanınmışdır. 
Qorki 
adına 
Ədəbiyyat  
İnstitutunda,  Ali  Ədəbiyyat  kurslarında  təhsil  almışdır,  60-cı 
illərdən dövri mətbuatda maraqlı, sanballı əsərləri ilə çıxış edir. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə