Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə65/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   61   62   63   64   65   66   67   68   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
257 
«1938-ci il iyulun 23-də həbs olunmuş, 1939-cu il iyunun 9-da 
Sibirə sürgün olarkən vəfat etmişdir». 
Mədinə  xanım  Qiyasbəyli  (1889-1938).  Tərcüməçi  kimi 
tanınırdı.  Həbs  olunaraq  iki  ildən  sonra  güllənmişdir,  ölümün-
dən sonra bəraət qazanmışdır. 
Ədəbiyyatşünas,  əlyazmaçı-mətnşünas,  f.e.d.  prof,  Azadə 
Musayeva,  f.  e.  d.  ədəbiyyatşünas  Azadə  Rüstəm,  ədə-
biyyatşünas, tərcüməçi, f.e.d. Dilarə Əliyeva, ədəbiyyatşünas, f. 
e.d.  Elmira  Rəhimova,  nasir,  tənqidçi  alim  Elmira  Zamanova 
(ədəbiyyata fantastik əsərləri ilə gəlib. Elmi fantastik romanları: 
«Yeraltı  dünya».  «Ruhlar  bizimlədir»  elmi-fantastik  hekayələr 
toplusu,  «Böyük  nurlu  insan»  elmi-kütləvi  əsərin  müəllifidir), 
tənqidçi,  ədəbiyyatşünas,  teatrşünas  Ədilə  Əliyeva,  publisist 
Esmira  Nəzərli,  ədəbiyyatşünas  Esmira  Fuad  kimi  yüzlərlə 
yazar-alim  qadınlarımız  var.  Mehdi  Hüseyn  yazır:  «Dünyaya 
ilk qədəm basan körpə ana laylası ilə bəslənir, böyüyüb   boya-
başa  çatır.  İlk  dəfə  gözümüzü  dünyaya  açdığımız  gündən  vida 
gününə  qədər  könlümüz  bu  laylayla  yaşayır.  Şirin,  zərif, 
müdrik  el  sözləri,  el  bayatılarıyla  nəfəs  alırıq.  Ana  laylası, 
həzin,  kövrək,  mehriban  ana  laylası.  Xalqımız  bu  nadir  söz 
incilərini ürəyinin başında saxlayır». 
Bu   laylalar,  bayatılar anaların dilindən çıxıb, analar söy-
ləyib.  İlk  şairə  analar.  Böyük  Nizamiləri  də  analar  böyüdüb, 
laylasıyla,  südüylə  verib  şairlik  istedadını  ona...  Allah  ilham 
pərsini  ananın  cildində  yetirib  dünyaya...  Hər  böyük  sənətkar 
ilk mahnını, şeiri anadan eşidib, onun südüylə, səsiylə ilhamını 
tapıb.  O  laylaları  söyləyən  tək-tək  analar  olub,  bütün  anaların 
istək və arzularını ifadə etdiyindən dillər əzbəri olub, yaradanı, 
misralara çevirəni o gözəlliklərin sehrində əriyən xalq unudub, 
milliləşdirib.  Necə  ki,  bir  Nizami,  bir  Füzuli,  bir  Vaqif…  var, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
258 
onların  bir  anası,  bir  Azərbaycanı  var.  Eləcə  də  o  laylaların 
sahibi də Azərbaycan analarıdır. 
Bir  zaman  çox  hörmətli  sənətkarımız,  yazıçı,  alim,  təd-
qiqatçı  Əzizə  Cəfərzadə    səkkiz  əsrlik  bir  dövrdə  yüzə  yaxın 
yazıb-yaratmış  şairə  qadınlarımızın  yaradıcılığını  bir  yerə 
toplamış,  əsərlərindən  nümunələr,  az  da  olsa,  həyat  və  yara-
dıcılığı  haqqında  məlumat  vermiş,  onların  xəyali  rəsmlərini 
gözəl  rəssam  sənətkarımız  Maral  xanım    Rəhmanzadə  öz 
fırçasıyla  canlandırmışdır.  O  zaman  həmin  kitabın  redaktoru 
şairə  Nigar  Rəfibəyli  yazırdı:  «Sənət,  şeir  həmişə  zəhmətdir. 
Qadın  sənətkarın  zəhməti,  bəlkə  də  ikiqatdır.  Ədəbiyyat 
tarixinin  böyük  simaları-antik  yunan  şairəsi  Sapfodan,  XX 
əsrdə yazıb-yaratmış Nobel mükafatı laureatı Qabriela Mistrala 
qədər  bir  çox  qadın  sənətkarlar  həyatlarının  və  peşələrinin  bu 
ikiqat  çətinliyindən  dönə-dönə  danışmışlar…  Şərq  şairəsinin, 
islam  ölkələrində  yaşayıb-yaradan  qadın  sənətkarın  işi  isə 
ikiqat   zəhmətdən  başqa  həm də  beş qat, on qat cəsarət,  hünər 
idi».  
Toplanan  şeirlər  sənətkarlıq  baxımından  eyni  səviyyədə 
olmasa  da,  hər  halda  Azərbaycan  ədəbiyyatının  inkişafında  öz 
xidmətləri  ilə  seçilən  Azərbaycanın  qadın  sənətkarları 
haqqında,  onların  bədii  fəaliyyəti  haqqında  məlumat  vermə 
cəhətindən 
dəyərlidir. 
 

dövrlərdə 
yaşamış 
qadın 
sənətkarlarımızın  ancaq  bədahətən  söylədikləri şeirləri  ilə  xalq 
içində  tanınıb,  sevilməklə  xalqın  yaddaşında  qaldığını  nəzər 
alsaq,  nəsildən-nəslə  ancaq  şeirləri  ilə  keçdiyini,  əsərlərinin 
hamısının  hafizələrdə  qalmadığını,  bəzilərinin    yaddaşlarda  bu 
günə  gəlib  çatdığını  nəzərə  alsaq,  bunu  deməyə  əsasımız  ola 
bilər ki, qadın sənətkarlarımız hər zaman, hər əsrdə, hər dövrdə 
olmuş, dedikləri sözlər o əsrlərin sısqa bulaqlarının gözüylə də 
olsa  axıb  gəlmiş,  bizim  dövrümüzə  az  bir  qismi  də  olsa  gəlib 


 
Sənət, sənətkar və zaman
 
 
 
259 
çatmışdır.  Bu  gün  o  taylı,  bu  taylı  Azərbaycanda  yetərincə 
qələm  sahibi  şair,  nasir,  tənqidçi  qadınlarımız  var.  Şükürlər 
olsun  ki,  onların  da  sayəsində  əvvəlki  dövrlərdə  yaşamış, 
yaratmış  bəzi  qadın  sənətkarlarımız  haqqında  müəyyən 
məlumatlara yiyələnmişik. 
Bu gün Azərbaycan ədəbiyyatı tarixində Məhsətimiz var. 
XII əsr Azərbaycan ədəbiyyatı tarixində Məhsətinin öz yeri var. 
Məhsəti  öz  rübailərində    «təmiz  məhəbbəti,  insanın  sevmək, 
sevilmək, şadlanmaq arzusunu yüksək sənətkarlıqla əks etdirən, 
müxtəlif peşə adamlarını öz şeirləri üçün lirik qəhrəman seçən, 
bəzən  dövrünün  hökmdarını  tərifləyən  şair»dir.  Azərbaycan 
İntibahının  ilk  nümayəndələrindən  biri  saylır.  Əsərlərində 
humanist  məzmun,  səmimi  duyğular  əsasdır,  İntibah  dövrünə 
layiq  poetik  əsərləri  dəyərlidir.  Məhsəti  məhəbbət  və  gözəllik 
aşiqi kimi tanınmış, qüdrətli rübailəri ilə öz dövründə tanınmış, 
seçilmiş, haqqında rəvayətlər yaranmışdır. 
Azərbaycan  ədəbiyyatında  humanist  şeirin    ilk  nüma-
yəndələrindən  biri  kimi  qiymətləndirilən  Məhsətinin  M.S.Or-
dubadinin  «Qılınc  və  qələm»  romanında  dolğun  obrazı 
yaradılmışdır.  
O  taylı-bu  taylı  Azərbaycan  qadınlarının  söylədikləri 
misralar unudulmazdır. Cənubi Azərbaycanda yaşayıb yaratmış 
Azəri qadınlarından Fatma Əzizcan «bədahətən söylədiyi  sadə 
şeirləri-bayatı,  gəraylı  və  s  (Ə.Cəfərzadə)  məşhur  olan  bir 
şairədir. 
 
Qızıl gülün püsgünə, 
Xonça düzdüm üstünə,  
Özün getdin, xoş oldun,  
Məni qoydun pis günə. 
 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
260 
Qadın  şairlərimizin  yaradıcılığı  araşdırılır,  tədqiq  olunur. 
Aşıq  Pəri  Ağabəyimdən  sonra  Azərbaycan  ədəbiyyatında-
Qarabağda tanınmış aşıq-şairə qadınlarımızdan biridir.  
Vaxtilə Aşıq Pəri irsi toplansa da, itib batmış, bununla be-
lə  onun  yaradıcılığı  dövrünün,  ondan  sonra  gələn  ziyalıların 
diqqətini  cəlb etmiş, Mirzə Yusif Nersesov, A. Bercenin 1867-
ci  ildə  Leypsiqdə  nəşr  edilmiş  «Məcmueyi-əşari-şüərayi-
Azərbaycan» məcmuəsində dərc edilmişdir. O zaman A. Berce 
Aşıq  Pəri  haqqında  almanca  yazırdı:  «1929-cu  ilin  axırlarında 
Araz  çayı  sahillərində  uzanan  Maralyan  kəndində  18  yaşında 
bir  qız  zühur  etdi.  Eşidilməmiş  bir  gözəlliyə  malik  olan  bu 
qızın  adı  Aşıq  Pəri  idi…  Onun  deyişmələri,  hazırcavabcasına 
dediyi şeirləri diqqəti cəlb edirdi. Öz dövrünün az-çox istedadlı 
şairləri  ilə  şeirləşmədə  həmişə  müvəffəqiyyət qazanırdı  və  heç 
kəsə ona qalib gəlməyə imkan verməzdi…» 
F.Qasımzadə  «XIX əsr Azərbaycan ədəbiyyatı tarixi» ki-
tabında  Aşıq  Pərinin  həyat  və  yaradıcılığı  haqqında  məlumat 
verir,  onun  Qarabağ  müasirləri  içərisində  «aşıq  şeirinin 
ilhamvericilərindən  biri  olduğu»nu,  Məhəmməd  bəy  Aşiq, 
Mirzəcan  Mədətov,  Mirzə  Həsən  Mirzə  və  başqalarıyla  əlaqə 
saxladığını,  şeirləşdiyini,  deyişmələrində  onun  «öz  dövrünün 
hünərli  və  cəsarətli  qadını»  kimi  diqqəti  cəlb  etdiyini,  heç 
kəsdən  qorxmadığını,  dövrünün  zülmkar  bəylərinin  eyiblərini 
açıb tökdüyünü bildirir: 
 
Xanzadəsən, söz tapıram sözündən, 
Əyri demə, doğru söylə düzündən. 
Zülmündə yox bir xəbərin özündən, 
Hər yerdə deyirlər rahbər ona. 
 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə