Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə61/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   57   58   59   60   61   62   63   64   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
241 
psixoloci  təhlilin,  psixologizmin  əleyhinə  olanlar,  yəni 
bütövlükdə  İsa  Hüseynovun  müdafiə  etdiyi,  əsaslandığı 
yaradıcılıq  prinsiplərinin  əleyhinə  olanlar,  prinsipial  sinfilik 
pərdəsi  altında  «bayağı  sosiologizm»  mövqeyindən  çıxış 
etmişlər, əsl sənətin, böyük ədəbiyyatın yaranmasına böyük də 
əngəl törətmişlər... Zaman göstərdi ki, yazıçı İsa Hüseynov hər 
hansı tənqid və təzyiqə baxmayaraq, əsərlərində hadisəçilikdən, 
əhvalatçılıqdan,  hadisələri  və  əhvalatları  sıralamaq  və 
düzməkdən  daha  çox  hisslərin  bioqrafiyasını  yaratmaqla,  yəni 
dərin  psixoloci  təhlil  ustalığını  artırmaqla,  psixologizmi 
dərinləşdirməklə 
böyük 
ədəbiyyat 
yaradıcılığı 
yoluna 
çıxmışdır». Onun  «Bizim qızlar», «Dan ulduzu», «Tütək səsi», 
«Saz»,  «Teleqram»  povestləri,  «Məhşər»  tarixi  fəlsəfi  romanı, 
«Yanar  ürək»,  məhz  tənqidin  şərhinə  girişmədiyi  «İdeal», 
«Ədəbiyyat»  romanları onun qüdrətli qələm ustalığından xəbər 
verir.  
Ədəbi fəaliyyətə «Anadil oxuyan yerdə» oçerki ilə başla-
yan  sənətkar    sonralar  da  yazdığı  hekayə,  povest,  romanlarla 
yanaşı  ssenarilər  də  yazmışdır.  «26  Bakı  Komissarı», 
«Nəsimi»,  «Ulduzlar  sönmür»  onun  ssenariləri  əsasında 
çəkilmiş filmlərdir. 
Müharibə  dövründəki  Azərbaycan  kəndinin  həyatından 
bəhs  edən  «Tütək  səsi»,  «Saz»  povestləri  «Azərbaycan 
kəndinin  dərdi,  kədəri,  bu  dərd  və  kədərin  doğurduğu  ah, 
nalədir».  Onlar  müharibə  ocaqlarından  uzaqlarda  olsalar  da, 
müharibə  hər  bir  evi  öz  ağır  pəncəsi  ilə  əzir.  Ərlər,  atalar, 
oğullar düşmən tapdağı altında,  dəhşətli  bombaların partladığı, 
hər an hər evə göndərilən qara kağızların gətirdiyi dəhşətli ağrı, 
acı  və  fəlakətlərlə  dolu  odlu-alovlu  səngərlərdədir.  Bu  dəhşət, 
fəlakət bir evdə deyil, bütün evlərdə, bütün ölkədə hökm sürür.  
Xalqın  qəlbində  dərdlə  qarışıq  bir  nifrət  də  vardır  ki,  bu 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
242 
müharibə  törədənlərədir:  «Dərd  qarışıq  bu  qəzəb  və  nifrət 
xalqın  sinəsindən  tütək  səsi,  saz  sədaları  ilə  qarışıq  çıxır».  İlk 
əvvəllər  İsa  Hüseynov,  sonrakı  əsərlərində  İsa  Muğanna  kimi 
tanıdığımız  sənətkarın  sənət  dünyasının  zənginliyi  və  genişliyi 
diqqətdən  yayınmır.  «Elə  bir  sənət  dünyası  ki,  məhvərində 
insan  fenomeni  dayanıb,  yazıçının    ilhamının  və  istedadının 
bütün  gücü  insan  sirrini  açmağa    həsr  edilib;  bədii  nəsrinin 
ritmi, bütün ifadə vasitələri,  bütövlükdə dil yaradıcılığı-hər şey 
məhz  insanı  özünə  qayıtmağa,  özünə  baxmağa,  özünü  dərk 
etməyə  gətirib  çıxarır,  özünü  dərk  etmiş  İnsanın  böyüklüyünü 
göstərir».  
İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatının inkişafında böyük 
xidmətləri  olan  sənətkarlarımızdan  biridir.  Böyük  Vətən 
müharibəsi  illərində  Qafqazdan  Almaniyaya  qədər    uzun  bir 
döyüş  yolu  keçən  yazıçı  ədəbiyyata  şeirlə  gəlsə  də,  nəsr 
sahəsində  böyük  uğurlar  qazanmışdır.  Özünün  «Ürəklərə  yol 
tapmalı»  məqaləsində  yazıçı  yazır:  «Məni  əsl  mənada  nəsrə 
bağlayan    həyatın  özü  olmuşdur.  Böyük  Vətən  müharibəsi 
cəbhələrində  gördüyüm 
hadisələri,  döyüş  çətinliklərini, 
insanların  keçirdiyi  iztirabları,  onların  mürəkkəb  psixoloci 
sarsıntı  və  döyüş  əhvali-ruhiyyəsini  vermək  üçün  nəsrin 
imkanlarının  daha  çox  olduğunu  dərk  etdikdən  sonra  nasir 
olmağa çalışdım». 
İlk  hekayəsi    «Həkimin  nağılı»  «İnqilab  və  mədəniyyət» 
curnalında  çap  olunmuşdur.  Gəncliyinin  qaynar  dövrü  mü-
haribə illərinə təsadüf edən yazıçının həyatında, yaradıcılığında 
1941-1945-ci  illər  müharibəsi  silinməz  izlər  buraxıb.  «Kerç 
sularında»,  «Səhəri  gözləyirdik»,  «Haralısan,  ay  oğlan», 
«Konserv  qutuları»  hekayələri  onun  bir  nasir  kimi  uğurlu 
yaradıcılığının  bəhrələridir.  Onun  cəbhədə  olduğu  ilk  gündən 
geri  qayıdanadək  apardığı  gündəlik  qeydlərini  sonralar  çap 


 
Sənət, sənətkar və zaman
 
 
 
243 
etdirdiyi  kitablara  daxil  etmişdir.    «Cəbhə  yolları»  gündəlik 
formasında  yazılmış  sənədli  povest  kimi  dəyərləndirilir.  
Burada  gördüyü  hadisələri,  müharibənin  törətdiyi  dəhşətləri, 
insan həyatına təsir edən müharibənin fəlakət və əzabları, qanlı 
döyüş  səhnələri  təsvir  edilir.  O,  70-ci  illərdə  də  cəbhə 
xatirələrini yada salır və bu hekayələrdə «artıq cəbhə həyatının 
təsviri  yox,  müharibənin  adamlarımızın  həyatına  təsiri  və 
onların  talelərində  oynadığı  rolu  ilk  planda  göstərmək  meyli 
güclüdür.  Bunlarda döyüşçülərin  həyat və  fəaliyyətlərinin  yeni 
mərhələsi  əks  və  əhatə  olunur».  Tənqidçilər  onun  müharibə 
mövzusunda  yazdığı  əsərlərdə  «güclü  bir  avtobioqrafizm» 
görür  və  «bunların  hamısında  yazıçının  özü  bu  və  ya  digər 
dərəcədə  bir  obraz  kimi  iştirak  edir,  bu  əsərlərin  sücetində 
müəllifin bioqrafiyası müəyyən yer tutur»,-deyir. 
Onun  «Yetər  Aslanova»,  «Kerç  sularında»,  «Dağlar 
səslənir»,  «Daşkəsən»  (oçerk),    «Ayrılan  yollar»,  «Dəli  Kür», 
«Seçilmiş  əsərləri»,  iki  cilddə.  I-II  cild.  (1971),  «Mənim 
rəqibim»,  «Xatirəyə  dönmüş  illər»,  «Məni  itirməyin»  və  s. 
kitablarında  həm  cəbhə,  həm  müasir  mövzuda  yazmış  olduğu 
ədəbi əsərləri çap olunmuşdur. 
«Dağlar  səslənir»  əsəri  müharibədən  sonra  ölkədə  gedən 
quruculuq  işlərindən,  Daşkəsən  fəhlələrinin  həyatından  bəhs 
edir.  Yazıçı  şahidi  olduğu,  müşahidə  etdiyi  hadisələri  qələmə 
almışdır.    «Ayrılan  yollar»  romanında  da  müasir  kənd  həyatı, 
müharibədən  sonra  Azərbaycan  kəndinin  vəziyyəti,  onun 
inkişafı,  bu  yolda  yeniliklə  köhnəlik  arasındakı  ziddiyyət, 
kəndin  sosial,  ictimai,  mədəni  həyatını  yenidən  qurmaq 
uğrunda  gedən  mübarizə  bədii  əksini  tapır.    Romanda 
yaddaqalan  oricinal  insan  xarakterləri  yaradılmışdır  və 
tənqidçilər kənd həyatından bəhs edən, bu romanı «Azərbaycan 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
244 
kəndini,  xalq  həyatını  və  mənəviyyatını  müvəffəqiyyətlə  əks 
etdirən əsər kimi yüksək qiymətləndirmişdir». 
Yazıçının  müasir  həyatdan  bəhs  edən  əsərləri  ilə  yanaşı 
tarixi-inqilabi  romanı  olan  «Dəli  Kür»  əsəri  də  yaradıcılığında 
mühüm  yer  tutur.  Xalqın  həyatı,  psixologiyası,  sosial-siyasi, 
milli-mənəvi  inkişafı,  köhnəliklə  yeniliyin  mübarizəsi  bu 
romanda bədii əksini tapmışdır.  Tədqiqatçılar öz bədii tutumu, 
qoyulan  problemlər,  köhnəliklə  yeniliyin  mübarizəsinin  tarixi 
planda əks etdirilməsi cəhətdən bu romanı M.Şoloxovun «Sakit 
Don» əsəri ilə müqayisə edirlər. 
İ.Şıxlı  həm  gözəl  nasir,  həm  də  gözəl  pedaqoq,  alimdir.  
Ömrünün çox hissəsini gənc nəslin təlim-tərbiyəsinə, elmimizin 
inkişafına  həsr  edən  yazıçı  APİ-nin  filologiya  fakültəsində 
aspirant  (1946-1949),  müəllim,  baş  müəllim,    xarici  ölkələr 
ədəbiyyatı  kafedrasının  müdiri  olmuşdur.  «XVIII  əsr  xarici 
ədəbiyyat tarixi», «XX  əsr xarici ədəbiyyat tarixi» dərsliklərini 
yazmışdır.  Rus və digər xalqların ədəbiyyatına dərindən bələd 
olan  yazıçı  dəyərli  elmi-nəzəri  düşüncələrin  müəllifidir. 
Mətbuatda  publisistik  yazılarla  çıxış  etmiş,  «Daim  axtarışda» 
(məqalələr,  publisist  çıxışlar»  (1988)  kitabında  toplanıb  çap 
olunmuşdur.  Yazıçı  bir  müddət  Azərbaycan  Yazıçılar 
İttifaqının  katibi  (1965-1968),  «Azərbaycan»  curnalının  baş 
redaktoru (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci 
katibi  (1981-1987),    SSRİ  Yazıçılar  İttifaqının  katibi  (1981-
1987),  Azərbaycan  Yazıçılar  Birliyinin  Ağsaqqallar  Şurasının 
sədri (1991) seçilmişdir. 
Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuş, 
özü  də  bir  sıra  xalqların  əsərlərini  dilimizə  tərcümə  etmişdir. 
İctimai xadim, gözəl sənətkar, istedadlı nasir İ.Şıxlı müstəqillik 
uğrunda  mübarizə  yollarında  xalqımızla  birgə  addımlamış, 
fəaliyyət göstərmişdir. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə