Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə100/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   96   97   98   99   100   101   102   103   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
397 
müasirlik,  yenilik,  bir  sözlə,  elmi-  nəzəri  fikrin  əhatə  dairəsini 
genişləndirmək  üçün  bu  dövrdə  yaranan  və    düşünmək,  nəzəri 
mülahizələr  yürütmək üçün  xeyli  material  verən  poeziya,  nəsr, 
dramaturci  nümunələr  əsasında  mühüm  problemlər  qaldıraraq 
onları  günün  tələbləri  baxımından  həll  etməyə  xüsusi  diqqət 
yetirmişdir» (C.Abdullayev). 
Bu  dövrdə  bir  sıra  alimlərimiz,  gənc  tənqidçilərimiz 
klassik  və  çağdaş  ədəbiyyatımızın  inkişafında  mühüm  rol 
oynayan  sənətkarlarımız  yaradıcılığını  geniş  şəkildə  təhlil  və 
tədqiqatını verən monoqrafiyalar yazır, ədəbi-tənqidi məqalələr 
nəşr  etdirir,  onlarca  bədii  əsərləri,  gənc  yazarların  yaradı-
cıdığını  izləyir,  ədəbiyyatımızın  zənginləşməsinə  xidmət  edən 
ədəbi dəyərləri üzə çıxarır. «Azərbaycan mühacirət ədəbiyyatı» 
(1991),  «Ədəbi-nəzəri  fikir  iki  əsrin  qovşağında»  (2001), 
«Milli-mənəvi  dəyərlər  və  ədəbi-bədii  irs»  (2001),  klassik 
tənqidçilər  haqqında  N.Qurbanovun  «H.Zeynallının  ədəbi-
tənqidi  görüşləri»  (1989),  T.Əlişanoğlunun  «Yaşar  Qarayevin 
şəxsiyyəti  və  ömür  yolu»  (1996),  X.Quliyevanın  «Azərbaycan 
estetik  fikri  və  C.Cəfərov»,  G.  Pənahın  «Alim,  vətəndaş 
E.Əlibəyzadə-80»  (2005),  «Tədqiqatçı  alim,  folklorşünas 
Rüstəm  Rüstəmzadə»  (2007)  monoqrafiyaları,  romantik 
tənqidimizin  baniləri  haqqında    Ş.Vəliyevin  «Füyuzat  ədəbi 
məktəbi»  (1999)  monoqrafiyası,  Ə.Hüseynzadənin  «Qırmızı 
qaranlıqlar  içərisində  yaşıl  işıqlar»  (1996),  «Türklər  kimdir  və 
kimlərdən ibarətdir?» (1997) əsərləri çap olunur.  
M.Ə.Rəsulzadənin  vətəndən kənarda  mühacirət dövründə 
yazdığı  əsərləri  çap  olunur  və  onun  özü  haqqında 
monoqrafiyalar  (Vaqif  Sultanlının  «M.Ə.Rəsulzadənin  həyatı 
və 
ədəbi 
fəaliyyəti», 
«Ağır 
yolun 
yolçusu»  (1996), 
«Azərbaycan  mühacirət ədəbiyyatı»,  Mühacirət həyatı  yaşamış 
sənətkarlarımızın  həyatından,  yaradıcılığından  bəhs  edən 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
398 
B.Nəbiyevin  «Azərbaycan  ədəbiyyatında  qürbət  lirikası», 
«Didərgin şair  Almas Yıldırımın  yaradıcılıq  yolu» (1992)  nəşr 
edilir. Ə.Saləddinin «Əhməd Cavadın yaradıcılıq yolu» (1992), 
T.Salamoğlunun  «Faciəli  talelər»  (1998),  Ş.Həsənovanın 
«Mühacirət irsimizdən  səhifələr» (1995),  İ.Ağayevin  «Əlabbas 
Müznib:həyatı, yaradıcılığı, əsərlərindən seçmələr» (2003), XX 
əsr  Azərbaycan ədəbiy-yatının klassikləri  müasir  ədəbi  prosesi 
özündə  əks  etdirən  monoqrafiyalar  (G.Pənahın  «Sənətkar  və 
poeziya»  (1998),  «Fikrət  Qocanın  yaradıcılıq  yolu»  (2006), 
«Fikrət  Sadığın  poetikası»  (2007)  «Yazıçı  və  folklor»  (2007), 
«Mir  Cəlalın  elmi-nəzəri  görüşləri»  (2009),  «Söhrab  Tahir-
AzərAzərin lirikası» (2011) nəşr olunmuşdur. 
Yaranan  bu  ədəbi-tənqidi,  elmi-nəzəri  monoqrafiyalar 
diqqəti  çəkir.  «Çağdaş    tənqid  və  ədəbi  proses:  2004-2007-ci 
illər»  məqaləsində Bəsti Əlibəyli  yazır:  «Tənqidin  bədii  mətnə 
əvvəlki  illərdəki  fraqmentar,  birtərəfli  və  lokal  yanaşması  son 
dövrlərdə  nisbətən    sistemli,  prosessual  yanaşma  ilə 
əvəzlənməyə  başlayıb.  Bu  cür  fundamental,  əhatəli  baxış  istər 
ayrı-ayrı 
yazarlara, 
istərsə 
də 
ədəbiyyatın 
müxtəlif 
problemlərinin tədqiqinə münasibətdə özünü göstərir. Nəticədə 
xeyli  monoqrafiyalar,  araşdırma  kitabları  ərsəyə  gəlib  ki, 
onlardan  bir  qisminin  adlarını  xatırlatmaq  istəyirəm:  tənqidçi 
Vaqif  Yusiflinin  Fikrət  Qoca,  Musa  Yaqub,  İltifat  Saleh, 
Cavanşir  Yusiflinin  Əli  Kərim,  Ramiz  Rövşən,  Sabir 
Rüstəmxanlı,  Gülxani  Pənahın  Anar,  Fikrət  Qoca,  Sona 
Xəyalın  Qabil,    Fikrət  Qoca,  Vaqif  Səmədoğlu,  Bəsti  Əli-
bəylinin  Əli  İldırımoğlunun  yaradıcılığından  bəhs  edən 
monoqrafiyaları,  Sabir  Bəşirovun  «60-cı  illər  nəsrinin  etik 
problemləri», Əsəd Cahangirin xalq yazıçısı Anar və gənc nasir 
Günel Anarqızının konkret əsərləri ilə bağlı «Ağ saç-qara saç» 
kitabları,  Təyyar  Salamoğlunun  «Azərbaycan  romanının  canr 


 
Sənət, sənətkar və zaman
 
 
 
399 
təkamülü-iyirminci  əsrin  80-ci  illəri»  araşdırması  elmi-nəzəri 
səviyyəsi,  problemə  bələdlik,  peşəkarlıq  baxımından  diqqəti 
çəkir». 
Anarın  «Gecə  düşüncələri»,  Elçinin  «Ədəbi  düşüncələr», 
K.Abdullanın  «Yolun  əvvəli  və  axırı»,  K.  V.  Nərimanoğlunun 
«Mənim Füzulim» və b əsərləri öz konseptuallıqları ilə seçilir. 
Nizami  Cəfərovun  «Azərbaycan  intibahı:  problemlər, 
mülahizələr»,  «Füzulidən  Vaqifə  qədər»,  «Eposdan  kitaba»,  
«Azərbaycanşünaslığa  giriş»,  yazıçıların  X  qurultayında  poe-
ziya ilə bağlı məruzəsi, çağdaş poeziyamızın nümayəndələri ilə 
bağlı  tənqidi  məqalələri  onun  milli  müstəqillik  dövrünün  fəal 
tənqidçilərindən olduğunu göstərir. Ədəbiyyatşünas, tədqiqatçı, 
dilçi  Nizami  Cəfərovun  Azərbaycan  ədəbi  prosesinin 
inkişafında  böyük rolu var. 
Bununla belə, B. Nəbiyev, Y. Qarayev, K.Abdulla, T.Hü-
seynoğlu,  V.Yusifli,  C.Yusifli,  N.Şəmsizadə,  N.Cəfərov, 
Ş.Salmanov,  Elçin,  R.Əliyev,  A.Əmrahoğlu,  Ə.Cahangir, 
G.Pənahın  ədəbiyyatşünaslıq  və  ədəbi  tənqid  sahəsində  çoxlu 
sayda məqalələri müxtəlif qəzet və curnallarda dərc edilirdi.  
Bəkir Nəbiyev tənqidçi, ədəbiyyatşünas kimi müasir döv-
rümüzün tanınmış akademikidir.  Ədəbiyyatşünaslıq elminin  və 
ədəbi-bədii  fikrin  inkişafındakı  xidmətlərinə  görə  yüksək 
dəyərləndirilən alimdir. İyirmidən çox kitabın müəllifidir. 
Bəkir  Nəbiyev  Azərbaycan  ədəbi  prosesinin  tədqiqi  sa-
həsində  əvəzolunmaz  şəxsiyyətdir.  Onun  nitqi,  səsi,  dili,  ori-
cinal  söz  ehtiyatı  qabiliyyəti,  fitri  istedadı  bütün  ədəbiyyat-
şünaslarımıza,  söz  xiridarlarımıza  tanışdır.  Ədəbiyyata  gəldiyi 
50-ci  illərdən  başlayaraq  ədəbi  tənqid  sahəsində  ədəbi  ya-
radıcılığın  vacib  problemlərinə  aid  ən  qiymətli  fikirlərin, 
əsərlərin müəllifidir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
400 
O,  «F.Köçərli»,  «Azərbaycan  Sovet  ədəbiyyatı  böyük 
vətən  müharibəsi  illərində»,  «Müasirlik  və  sənətkarlıq 
uğrunda»,  «Süngüyə  keçirilmiş  qələm»,  «Ədəbi  düşüncələr», 
«Tənqid  və  ədəbi  proses»,  «Böyük  vətən  müharibəsi  və  sovet 
ədəbiyyatı»,  «Təzə  izlər  sorağında»,  «Kamalın  təntənəsi», 
«Müasirimiz  bədii  ədəbiyyatda»,  «Roman  və  müasir  qəh-
rəman»,  «Əhməd  Cavad»,  «Almaz  İldırım»,  «Ölümsüzlüyün 
sirri» və s. kitabların,  bir çox dərsliklərin, yüzlərlə elmi, ədəbi, 
tənqidi məqalələrin müəllifidir. 
Müasir  tənqidimizin  ən  mühim  vəzifələrini  əsas  tutaraq 
istedadlı  alim,  tədqiqatçı  ədəbiyyatımızın  müxtəlif  canrları 
sahəsində  geniş  elmi-ədəbi  axtarışlar 
aparmış, 
böyük 
sənətkarların  yaradıcılığını  dərindən  tədqiq  etmiş,  onların 
yaradıcılığında  sənət  və  sənətkarlıq  problemlərini  araşdırmış, 
ədəbiyyatşünaslıq  baxımından  dərin  təhlilini  vermişdir.  O, 
daima ədəbiyyatın tənqidi ilə məşğul olmuş, dərin elmi zəkaya, 
söz  ehtiyatına  malik  bir  ədəbiyyatşünas  kimi  şöhrət 
qazanmışdır. 
Adətən,  yazıçı,  şair,  dramaturq  yazdığı  əsərləriylə  şöhrət 
qazanır,  xalq  içində  tanınır,  sevilir.  B.Nəbiyev  şair,  nasir, 
dramaturq olmasa  da,  ilahi  ona  elə  bir  natiqlik  qabiliyyəti,  səs 
tembri bəxş etmişdir ki, böyükdən kiçiyə hər kəs onun nitqinin, 
zəngin  söz  ustadı  kimi  səsinin  vurğunudur.  O,  kürsüyə 
qalxanda  zal  sükuta  qərq  olur.  Böyük  akademikin  adına, 
şöhrətinə,  şanına  layiq  hörmət və  izzət sahibi kimi  bu gün  hər 
birimiz  tərəfindən  hörmət  və  ehtiramla  qarşılanır.  Bir  alim, 
ədəbiyyatşünas,  tənqidçi  kimi  onun  yaradıcılığına  diqqətlə 
yanaşdıqda  görürük  ki,  elə  onun  hər  bir  əsəri  üzərində  geniş 
elmi  araşdırmalar  aparmaq  mümkündür.  Ədəbiyyatşünaslıq 
elminə  zəngin  töhfələr  verən  Bəkir  Nəbiyevin  ədəbiyyat, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə