Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə101/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   97   98   99   100   101   102   103   104   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
401 
sənətkar,  yazıçı  və  həyat,  yazıçı  və  tarix  konteksindən 
yaradıcılıq fəaliyyəti geniş araşdırılmalıdır. 
Hər  bir  sənətkar,  nasir,  şair,  dramaturqun  yaradıcılığı 
B.Nəbiyev  kimi  böyük  ədəbiyyatşünasların  sayəsində  geniş 
ədəbi-elmi-bədii  təhlilini  almış,  Azərbaycan  ədəbiyyatının 
inkişafında  rolu,  mövqeyi  araşdırılmış,  sənətkar  həyat  prizma-
sından  əsl  bir  yazıçı,  sənətkar  kimi  ədəbiyyatımızda  tutduğu 
mövqe  müəyyənləşdirilmişdir.  Məhz  Mir  Cəlal,  M.Arif,  M. 
Cəfərov,  M.  Təhmasib,  C.Xəndan,  K.  Talıbzadə,  N.  Cəfərov, 
Şamil  Salmanov,  Bəkir  Nəbiyev,  Cəlal  Abdullayev  və  s.  kimi 
böyük  elm  xadimləri  Azərbaycan  ədəbiyyatının  keçmişini,  bu 
gününü  müasir  inkişaf  prosesini  tədqiq  etmiş,  təhlilini 
vermişlər. 
Bəkir  Nəbiyev  milli  ədəbi  tənqidin,  maarifçiliyin,  ədə-
biyyatşünaslığın  inkişafında  ilk  addımlarını  atan,  Azərbaycan 
ədəbiyyatşünaslığının 
görkəmli 
şəxsiyyətlərindən, 
gözəl 
simalarından  biri  olan  F.Köçərlinin  yaradıcılığının  elmi-nəzəri 
təhlilini  aparmış,  ilk  dəfə  XX  əsrin  ilk  dövrlərinin  bu  böyük 
ədəbiyyatşünasının  həyatı,  yaradıcılığı  haqqında  monoqrafiya 
yazmışdır.  F.Köçərlinin  həyat  və  yaradıcılığını,  maarifçilik 
fəaliyyətini,  onun  ədəbi  tənqid  sahəsindəki  elmi  görüşlərini, 
onun  xalq  ədəbiyyatımızın  toplanmasında,  nəşr  edilməsində, 
milli  ədəbiyyat  tariximizin  yaradılması  sahəsindəki  elmi 
fəaliyyətini araşdırmış, tədqiq etmiş, bu böyük sənətkarın elmi-
bədii-ədəbi  irsinin    ədəbiyyatşünaslıq  baxımından  zəngin, 
tutarlı faktlarla hərtərəfli təhlil və tədqiqatını vermişdir. 
Sovet  ədəbiyyatı,  onun  problemləri  ilə  yaxından  məşğul 
olan  tədqiqatçıdır.  «Böyük  Vətən  müharibəsi  və  Azərbaycan 
ədəbiyyatı»  adlı  əsərində  o,  Böyük  Vətən  müharibəsi  illərində 
ədəbiyyatın  xalqa  xidmətini,  cəmiyyətlə,  xalq  həyatı  ilə 
bağlılığını,  Azərbaycan  şairlərinin,  yazıçılarının,  nasirlərinin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
402 
qələmi ilə xalqın faşist işğalçıları üzərindəki qələbəsinə xidmət 
etdiyini,  Böyük  Vətən  müharibəsindən  sonrakı  illərdə  də 
ədəbiyyatın  bu  ideyalarla  kökləndiyini,  sovet  adamlarının, 
Azərbaycan  oğullarının  müharibədə  göstərdikləri  mərdlikləri 
tərənnüm  etdiklərini,  bu  əsərlərin  insanlarda  yaratdığı 
vətənpərvərlik  hisslərinin  yüksəldilməsinə  xidmət  etdiyini 
izləyir. 
O,  milli  ədəbiyyatşünaslığımızın  inkişafına  misilsiz  xid-
mətlərini  vermişdir.  Uzun  illər  alim  bu  sahədə  çalışmış,  qiy-
mətli  bir  tədqiqat  işini  üzə  çıxartmışdır.  Keçmiş  SSRİ    döv-
ründə  SSRİ  EA  M.Qorki  adına  Dünya  ədəbiyyatı  İnstitutunun  
tərtib  etdiyi  6  cildlik  «Çoxmillətli  sovet  ədəbiyyatı  tarixi» 
əsərinin  müharibə dövrünə və müasir ədəbiyyata həsr olunmuş 
cildlərinin  də  müəlliflərindən  biri  olmuşdur.  Şamil  Salmanov 
yazır:  «Buraya  onun  «Azərbaycan  Sovet  ədəbiyyatı  tarixi» 
əsərinin  yaradılmasında  müəllif  və  redaktorlardan  biri  kimi 
iştirakını  da  əlavə  etmiş  olsaq,  görərik  ki,  Azərbaycan  sovet 
ədəbiyyatı tarixinin və nəzəriyyəsi problemlərinin tədqiqi Bəkir 
Nəbiyevin 
ədəbiyyatşünaslıq 
fəaliyyətində 
əsas 
elmi 
istiqamətdir.  Ədəbiyyatın  tarixi  inkişaf  xüsusiyyətini  sosial-
ictimai gerçəkliyinin hərəkəti ilə qarşılıqlı əlaqədə təhlil, ədəbi 
prosesin  yüksəliş  meyllərinin  ümumiləşdirilməsi,  bu  meyllərin 
ədəbiyyatın  müsbət  qəhrəman,  şəxsiyyət  konsepsiyasında 
konkret  ifadəsinin  dürüstlüklə  təyini,  onun  canr,  üslub 
zənginliyini  izah  etmək  Bəkir  Nəbiyevin  Azərbaycan  Sovet 
ədəbiyyatı tarixi və nəzəriyyəsi məsələlərinə aid tədqiqatlarının 
təqdirəlayiq məziyyətlərindəndir. 
O,  ədəbiyyatda  hər  cür  yeniliyi  tez  görən,  onun  ədəbiy-
yatın  inkişafına,  zənginləşməsinə  xidmət  edən  tərəflərinin 
təhlilini  verərkən  oricinallığı,  özünəməxsusluğu  ilə  seçilən 
alimdir.  


 
Sənət, sənətkar və zaman
 
 
 
403 
Abid  Tahirli  publisistikanın  ən  yaxşı  nümunələrini 
yaradan  publisist,  alimdir.  C.Hacıbəylinin  «Hacı  Kərim» 
povesti, «Dədə Qorqud aliliyi», məqalələr toplusu, «Sən həmişə 
bizimləsən» İ.Əfəndiyev haqqında xatirələr toplusu onun tərtibi 
ilə  nəşr olunmuşdur. «Mühacirətə qədərki dövr»,  «Azərbaycan 
mühacirəti» və s. kimi onlarla kitabları nəşr olunmuş, qələmini 
həm  publisistika  sahəsində,  həm  də  ədəbiyyatşünaslıq 
sahəsində sınamış, uğurlu fəaliyyəti ilə tanınan alimdir. 
Tənqidçi, ədəbiyyatşünas Aqil Hacıyev «70-ci illərdən rus 
ədəbiyyatı  tarixi  və  qarşılıqlı  ədəbi  əlaqələr,  türk  folkloru 
problemləri  mövzusunda»,  elmi  məqalələri  ilə,  müasir  ədəbi 
prosesin  inkişafında  ədəbiyyatşünas  və    tənqidçi  kimi  tanınır. 
Əsərləri  xarici  ölkələrdə  çap  olunub.  Onlarla  kitabların 
müəllifidir. 
Tənqidçi,  publisist,  ədəbiyyatşünas  Alxan  Bayramoğlu 
«Mirzə Ələkbər Sabir» (həyatı və əsərləri),  «Şamaxıda maarif 
və maarifçilk (X1X əsrin ortalarından mart, 1918-ci ilə qədərki 
ədəbi mühit), «Azərbaycan Demokratik Respublikası dövründə 
ədəbiyyat»,  «Qafqaz,  imdadına  çatar  türkün  könül  nəğmələri» 
və s. kitabların müəllifidir. 
Əsəd  Cahangirin  ədəbi  tənqid  sahəsində  fəaliyyəti  geniş-
dir.  Onun  Mahmud  Kaşğarlının  «Divani  lüğət-it  Türk»  əsəri 
haqqında  tədqiqatı  oricinal  monoqrafik  araşdırma  kimi 
dəyərlidir.  Ə.Cahangir  çağdaş  Azərbaycan    ədəbiyyatının 
ədəbi-tənqidi  məsələləri  barədə çoxlu sayda elmi,  ədəbi,  bədii, 
publisistik əsərlərin müəllifidir. 
Tənqid  göründüyü  kimi  ürəkaçıcı  söz  deyil.  Tənqidi  hər 
istedadsız,  zəif  istedad  sahibi    «həzm»  edə  bilmir.  Amma  
həqiqət nə qədər acı olsa da,  ona zaval  yoxdur.  Doğru söz de-
mək,  doğru sözə çağırış,  sənətkara ədəbiyyat aləmində uğurlu, 
dəyərli  əsərlərin  müəllifi  kimi  qalmaq  üçün  tənqidin  sözü 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
404 
mütləq  lazımdır.  Ədəbi  tənqid  ədəbiyyatın  tərəzi  daşıdır. 
Düzgün  çəki,  qiymət  ədəbiyyata  xidmət  edəndə  dəyərli  olur. 
Əfsuslar  olsun  ki,  bugünkü  ədəbiyyat  aləmində  tənqidçi  çox 
azdır və onların işinə mane olan qüvvələr isə çoxdur.  Amma az 
da  olsa  tənqid  varsa,  bu  da  ədəbiyyatımızın  xeyrinədir. 
Baxmayaraq  ki,  bu  gün  hər  hansı  bir  tənqidçi  ədəbiyyatdakı 
zəif  əsərlər,  onların  nöqsanlarını  deyən  tənqidçini    ya  sevmir, 
ya  ona  qərəzli  yol  tutur,  onun  nüfuzdan  salmaq  üçün  öz 
əlindəki  imkanlarından  istifadə  edir.  Onu  «susdurmaq»  üçün 
«planlar» qurur  və  yenə də deyirəm  ki,  təəssüflər olsun ki,  bir 
çox 
hörmətli 
 
tənqidçi 
alimlərimizin 
şair, 
nasir, 
dramaturqlarımız  müəyyən  kiçik  detallara  irad  tutmasına 
dözmür, hansı ki ona tənqidçi münasibətini bildirib-özünə qarşı 
qərəzçi münasibət kimi qəbul edir, qəzet və curnal səhifələrində 
«hücuma»  keçir.  Bunları  oxucu  açıq-aydın  görür.  Əsəd 
Cahangir  belə  hücumlara  məruz  qalan  tənqidçidir.  Özü  öz 
çəkisini, sözünün çəkisini biləndir. Onun üçün qurulmuş tələyə 
düşsə də, əqidəsinə sadiq qalır. 
Əsəd  Cahangir  yaxşı  əsərə,  qüdrətli  sənətkara  da  ədəbi 
tənqidin  gözüylə  yanaşan  cəsarətli  tənqidçidir.  Onun  «Ağ  saç, 
qara  saç»  əsərinə  ön  söz  yazan  prinsipial,  yetərincə  ədəbiyyat 
aləmində  tanınmış  ədəbiyyatşünas  alim,  tənqidçi    A.Əm-
rahoğlunun bu fikrinə hamımız şərik olmalıyıq ki, «Əsəd ədəbi 
prosesin faktına çevrilmiş nümunələrlə, başqa sözlə, yazılıb çap 
olunmuş  əsərlərlə  işləyir.  Onun  yazılarında  qiymətləndirmə 
təhlili  əvəz  etmir,  daha  doğrusu,  o,  müraciət  etdiyi  əsərin, 
sənətkarın ədəbiyyat tarixindəki və ya müasir ədəbi prosesdəki 
yerini,  rolunu,  əhəmiyyətini,  klassik,  dahi  və  s.  olub-
olmamasını  müəyyənləşdirmək  kimi  perspektivsiz  zəhmətə 
qatlaşmır.  Qiymətləndirmə  ixtiyari  və  ya  qeyri  -ixtiyari  seçim 
prosesində, yazı fakta çevrilənə qədərki mərhələdə təzahür edir. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə