Sənət, sənətkar və zaman
181
«Torpaq anamızdır», «Aşkarlıq işığında», «Özgə yolumuz
yoxdur», «Tənqidin sözü, həqiqətin özü» və s.) publisistik
məqalələrin də müəllifidir.
Kənd həyatından bəhs edən ən yaxşı əsərlərimizdə həmişə
kəndlilərlə şəhərlilər bir –birini tamamlayan ictimai qüvvələrin
mənbəyi kimi təsvir edilmişdir.
1920-80-ci illər arasında kəndlə şəhər arasındakı ictimai–
mədəni əlaqələri göstərən Bayram Bayramovun «Yazılmamış
kitab» romanı diqqəti cəlb edir. Burada inqilabın ilk günlərində
Bakıya gələn kənd ziyalılarının Bakının qaynar mədəni
həyatına qarışıb şəhər ziyalılarına» çevrilməsi prosesini, bu
prosesin mürəkkəbliyini, ziddiyyətlərini qələmə aldığı, ölkədə
Sovet hakimiyyəti qurulduğu illərdə Azərbaycan ziyalılarının
«formalaşmasını», «bu prosesdə kənd ziyalılarının rolunu əks
etdirməyə çalışdığı və canlı təbii-bədii lövhələr yarada» bildiyi
tənqidçilərin diqqətindən yayınmayıb.
Azərbaycan nəsrinin inkişafında Bayram Bayramovun öz
yeri var. Ədəbiyyata «Körpü» adlı hekayəsi ilə gəlib. İlk kitabı
«Tək adam» çapdan çıxıb. «Yarpaqlar», «Sənsiz» , «Onun
gözləri», «Xəzinə», «Bəlalı sevgim», «Arakəsmələr» , «Üç
gün, üç gecə» (1967), Seçilmiş əsərləri, «Yasəmən», «Fəhlə
qardaş», «Yazılmamış kitab», «Karvan yolu», «Üzlü, astarlı
dünyam» roman, xatirə, publisistik məqalələr və s. kitabları
oxucuların sevdiyi əsərlərdir. Böyük Vətən müharibəsi illərində
Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmış,
sağaldıqdan sonra yenidən ordu sıralarına qayıtmış Bayram
Bayramovun yaradıcılığı haqqında tənqidçilər dəyərli fikirlərini
söyləmişlər. Azərbaycanın xalq yazıçısının sağlığında yaradı-
cılığına qiymət verilmiş, «Şərəf nişanı» (1968), «Xalqlar
dostluğu» (1985), «Qırmızı əmək bayrağı» (1982) ordenləri ilə
təltif olunmuşdur.
Gülxani Pənah, Salatın Əhmədli
182
Nəbi Xəzri müasir ədəbi prosesin fəal iştirakçılarından
biri, lirik şairdir. «Çiçəklən arzular», «Sülh əsgəri», «Salxım
söyüdlər», «Vətən və qürbət», «Kim məni xatırlasa», «Şeirlər
və poemalar», «Sumqayıt səhifələri», «Dəniz, göy, məhəbbət»,
«İllər və sahillər», «Dərələr», «Seçilmiş əsərləri» 2 cilddə,
«Ulduz karvanı», «Ümmandan damlalar», «Heykəlsiz abidə»,
4 cildlik «Seçilmiş əsərləri», «Şeir mənim üçün bir kainatdır»,
«Torpaq sənə and içirəm», «Qəm dəftəri», «Peyğəmbər»,
«Əsrin qanlı laləsi» və s. kitablarının müəllifidir. Əsərləri
keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə
edilmişdir. Özü də V. Terma («Dost sözü»), A.Prokafyev («Sən
çağır məni»), V. Luks («Eşq olsun»), Ş.Əlimcan («Sən
gülümsədin»), A.Koşokov («Qaranquş nəğməsi»), S.Mişel
(«Yerdən
doğan
günəş»),
V.
Astemirov
(«Şimşək),
V.M.Oleynikin («Torpaq üstə dayanmışam») əsərlərini
Azərbaycan dilinə tərcümə etmişdir.
Nəbi Xəzri bir şair kimi klassik Azərbaycan şeirinin
ənənələri qoynunda yetişən, həm də müasir ədəbi prosesin
tələblərini gözləyən şairdir: «Nəbi Xəzrinin poeziyası özünün
müasirliyi və mübarizliyi ilə seçilməkdədir. Müasirlik isə hər
cür bədii əsər üçün ən böyük məziyyət, ən müqəddəm keyfiyyət
kimi mənalandırılmalıdır. Çünki istər lirik, istərsə də epik
poeziyada ilkinlik, lirik başlanğıc və hərarət əsas və aparıcı bir
xüsusiyyət kimi təzahür etməkdədir».
Bəxtiyar Vahabzadə ədəbiyyata «Ana və şəkil» (1943)
şeiri ilə gəlib. Bədii yaradıcılığı ilə elmi fəaliyyətini paralel
şəkildə davam etdirən sənətkar «Səməd Vurğunun həyatı və
yaradıcılığı yolu» adlı doktorluq dis
s
ertasiyası yazıb. Bədii
əsərləri gənc yaşlarından müxtəlif qəzet və curnallarda, alma-
naxlarda nəşr olunub. «Mənim dostlarım», «Bahar», «Ədəbi
heykəl», «Dostluq nəğməsi», «Çinar», «Sadə adamlar»,
Sənət, sənətkar və zaman
183
«Ceyran», «Aylı gecələr», «Şeirlər», «Etiraf», «Şəbi-hicran»,
«İnsan və zaman», «Açılan səhərlərə salam», «Payız
düşüncələri», «Bir ürəkdə dörd fəsil», Seçilmiş əsərləri,
«Səməd Vurğun», «416», «Bir baharın qaranquşu», «Dan
yeri», «Sənətkar və zaman», «Pyeslər», «Muğam», «Seçilmiş
əsərləri iki cilddə, «Vətən ocağının istisi», «Dərin qatlara işıq»
(məqalələr), «Axı dünya fırlanır», «Gəlin açıq danışaq»,
«Ümidə heykəl qoyan», «Vətəndaş» və s. altmışa yaxın kitabın
müəllifi Bəxtiyar Vahabzadə yaradıcılığında müasir dövrün
problemləri lirik-fəlsəfi planda, əlvan boyalarla təsvir edilir.
Bəxtiyar Vahabzadə oricinallığı ilə seçilən sənətkardır.
Həyat hadisələrinə münasibətdə bu oricinallıq özünü göstərir.
Bəxtiyar konkret həyati varlığın poetik mənasını, daxili ma-
hiyyətini açmağı, varlıq haqqında, onun zahiri gözəlliklərinə
dair qanadlı ibarələr, hikmətli aforizmlər işlətməkdən üstün
tutur. (C.Abdullayev).
Həyatın
poetik
anlarını
fəlsəfi
ümumiləşdirmələr yolu ilə vermək bacarığı onun şeirlərində
güclüdür. Yaradıcılığındakı «hisslə düşüncə, ağılla duyğu,
həssas qəlblə, fəlsəfi idrakın qırılmaz bir vəhdət təşkil etdiyi
bildirilir və bu xüsusiyyət onun bütün yaradıcılığına şamil
edilir:
Yarpağı tez solar tək ağacın da,
Daldası yoxdursa necə solmasın?
Meşələr sultanı, meşələr şahı,
Aslanın özü də yalqız olmasın!
Şeirlərində ömrü mənasız keçirənlərə, başqalarına qay-
ğısı, xeyirxahlığı olmayanlara nifrəti, öz səadətini, xoş-
bəxtliyini isə başqasının xoşbəxtliyində görənlərə məhəbbət
var:
«Bu dünya beş gündür» - deyib hər yerdə,
Sağ ikən qəbirdə uzanan da var.
Gülxani Pənah, Salatın Əhmədli
184
Öz alın təriylə bircə ömürdə,
Yüz insan ömrünü qazanan da var.
Tənqidçilər onun lirikasında «bir həzinlik, laylay kimi
səslənən füsunkarlıq, yaxşı mənada sentimentallıq» olduğunu
bildirirlər. Onun lirikası kimi poemaları da mühüm yer tutur.
1944-cü ildə «Dostluq», sonralar «Aylı gecələr», «Sadə
adamlar», «Əbədi heykəl» , «İztirabın sonu», «Etiraf», «Şəbi–
hicran», «Leninlə söhbət», «Muğam, «Atılmışlar» və s.
poemaları, Cənubi Azərbaycan mövzusu, azadlıq uğrunda
mübarizəyə qalxan gəncliyin döyüş əzmi, gələcəyə inamı
(«Aylı gecələr»), kitab mədəniyyəti, kitabxana işçilərinin
mənalı əməyi (belə bir mövzunu qələmə almaqla ədəbiyyatda
bu sahədə ilk və ciddi bir addım atmışdır»), əməyə sığınan, onu
həyatının mənası bilənləri, onunla ucalanları («Sadə adamlar»)
tərənnüm,
müharibənin
törətdiyi
dəhşətlər
nəticəsində
rəssamlıq sənətindən ayrı dümüş Verterin əzabları, yaratmaq
amalı ilə yaşayan gəncin müharibəyə, onu törədənlərə nifrəti
(«Əbədi heykəl») əks etdirilir.
«Ailə, məişət mövzusuna həsr olunan «İztirabın sonu» və
digər poemaları içərisində «Şəbi–hicran» poeması, «Muğam»
poeması öz bədii dəyəri ilə yüksək qiymətləndirilir.
«Muğam» poeması şairin yaradıcılığında, ümumiyyətlə
60-70-ci illərin poeziyasında «bir ədəbi hadisə kimi»
qiymətləndirilir, burada şairin zəngin ədəbi təcrübələrindən ən
yaxşı, ən təsirli komponentlərini daha da dərinləşdirdiyi»,
«zahiri effekt doğuran hər şeydən çəkinərək, həqiqi sənət yolu
ilə» getdiyi, nəticədə oxucunun ağlına, hissinə təsir edə bilən
«gözəl bir poema» yaradıldığı söylənir: «Şairin təsvir və
təqdimində mahnı, muğam, söz və tar havaları insanın daxili,
məxfi dünyasının tərcümanıdır, insanın bütün fəaliyyətinin
Dostları ilə paylaş: |