Sənət, sənətkar və zaman
173
yaratmışdır. Əsərdə qoyulan problemlər, müasir həyatımızdakı
ziddiyyətli məqamlar, zamanın tələblərinə uyğun gəlməyən
köhnə təsəvvürlərin işimizə vurduğu ziyanların təsviri, tipik və
yaddaqalan surətlər «Böyük dayaq» romanının üzərində
yazıçının məsuliyyətlə işlədiyini göstərir.
Onun ən mükəmməl romanlarından biri olan «Pərvanə»
də rus–bolşevik qoşunların Azərbaycana gəlməsinə qədər olan
dövrdə baş verən hadisələrdən bəhs edir. Azərbaycanın İran,
Türkiyə, Rusiya, Qərbi Avropa ölkələri arasında «körpü
olması», «iri dövlətlərin kəşfiyyat, diplomatik danışıqlar və
hərbi toqquşmalar mərkəzinə çevrilməsi» məsələləri əsərdə
müəllif tərəfindən qoyulur. Bu əsər «xalq tarixinin ən böyük və
mürəkkəb bir mərhələsini əks etdirmiş olur».
Mirzə İbrahimovun «Kəndçi qızı» (1962), «Yaxşı Adam»
(1965), «Közərən ağaclar»(1967), «Don Cuan və yaxud bəşərin
komediyası» (1978) kimi dram əsərləri onun zəngin dramaturci
qabiliyyətindən xəbər verir.
Elmi-nəzəri, publisistik fəaliyyəti yaradıcılığının bir
hissəsidir. Üzeyir Hacıbəyovun həyat və fəaliyyətindən bəhs
edən «Tufanlara kömək edən bir qələm» və digər («Yol üs-
tündə düşüncələr», «Mənim respublikam», «Günəş yurdu»,
«Sülh-bərabərlik, birlik», «Həyat dəyişir, insan dəyişir»,
«Kəndin qabaqcıl adamları») oçerkləri bu gün də yüksək bədii
və idraki əhəmiyyətini saxlayır.
Azərbaycan ədəbiyyatı tarixinin yaradılmasında böyük
xidmətləri olan Mirzə İbrahimov üçcildlik «Azərbaycan
ədəbiyyatı tarixinin» (1957), İkicildlik «Azərbaycan ədəbiyyatı
tarixi»nin (1967), «Azərbaycan klassik ədəbiyyatı kitabxanası»
20 cilddə seriyasının redaktoru olub, dünya xalqlarının
əsərlərindən
tərcümələri
onun
fəaliyyətinin
əsas
istiqamətlərindən biridir. A.H.Çexovun «Üç bacı», V.Şekispirin
Gülxani Pənah, Salatın Əhmədli
174
«Kral Lir», «On ikinci gecə», Molyerin «Don Cuan», Şərəf
Rəşidovun «Güclü dalğa», A.H.Ostrovskinin «Quduz pullar»
əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
«Xəlqilik və realizm cəbhəsindən» məqalələr toplusunda
müasir ədəbiyyat, klassik ədəbiyyat və incəsənətlə bağlı Mirzə
İbrahimovun elmi–nəzəri müşahidələri verilir. «Ədəbiyyat və
incəsənətdə satira», «Mübariz ədəbi tənqid uğrunda», «Sənətdə
həyatilik və xəlqilik», «İki dünya, iki ədəbiyyat», «Komediya,
həyat və əxlaq», «Səməd Vurğunun həyat və yaradıcılığı»,
«Sabir», «Çernışevski», «Lev Tolstoyun realizmi haqqında»,
«Məhəmməd Füzuli», «Tükənməz xəzinə», «Azərbaycan
bülbülü», «Xalq sənətkarı» və s. məqalələri onun güclü
ədəbiyyatşünas alim kimi də ədəbiyyatımız tarixində şərəfli yer
tutduğunu göstərir.
Mirzə İbrahimovun tədqiq, təhlil etdiyi məsələlər, prob-
lemlər geniş və rəngarəngdir. O, bədii yaradıcılığın əsas
məsələlərindən bəhs etmişdir. Kamal Talıbzadə yazır: «Mirzə
İbrahimov məslək, məqsəd adamıdır. Buna görə də hər hansı
sənət əsərinin ideya istiqaməti onun üçün birinci dərəcəli
şərtdir. Əgər bədii əsərin qayəsi, ideyası onu tutursa, o, bu əsər
haqqında yüksək sözlər deməkdən çəkinmir, ona görə ki, o
fikirlər elə indi xalqa çatdırılmalıdır, ona deyilməlidir. Buradan
da Mirzə İbrahimovun tənqidi məqalələri siyasi, publisistik bir
əhəmiyyət kəsb edir».
Azərbaycan nəsrinə, dramaturgiyasına zəngin sənət
əsərləri bəxş edən «rəngarəng üslublar, forma və məzmun
yenilikləri gətirən», «özünəməxsus fərdi yaradıcılıq yolu, cığırı
olan sənətkarımız İlyas Əfəndiyev «realist və romantik
yaradıcılıq qovşağından» yaranmış sənətkardır: «Realist və
romantik
yaradıcılıq
ənənələri
qovşağından
yaranan
İ.Əfəndiyev sənətinin sirri, həm də onun sinkretizmində,
Sənət, sənətkar və zaman
175
insana, həyata, təbiətə doğma-ideal münasibətində dərin,
əlçatmaz qatlarda gizlənən mənəvi-əxlaqi, ruhi-psixoloci
hissləri, idrakı və düşüncə məqamlarını tapıb üzə çıxarmaq,
onları müasirlərinin həyatı, mənəviyyatı ilə əlaqələndirmək,
bağlamaq bacarığında idi. Ona görədir ki, İ.Əfəndiyevin
obrazları özlərinin qəribəlikləri, həyata fərdi baxışları,
bənzərsiz xarakterləri, hissi, idrakı və psixoloci tutumları ilə
cəmiyyətdə yeni tərzdə görünən, ciddi təsir gücünə malik olan
insanlar təsiri bağışlayırlar».
Bütün yaradıcılığı xalq ədəbiyyatı ilə bağlı olub, onun
zəngin xəzinəsindən, xalq ədəbiyyatı motivlərindən yararlanıb,
yazdığı əfsanəvi, tarixi əsərlərdə də «müasir» olub, ilk
əsərlərində «şairanə bir dilə, lirik-romantik yazı tərzinə, poetik
üsluba» malik olub, daha çox «müasir, mənəvi, psixoloci
mövzulara» maraq göstərib, ədəbiyyata «mürəkkəb, ziddiyyətli,
maraqlı» «insanlar» gətirib, yaradıcılığı «sənətkar və zaman»,
«yazıçı və müasirlik» baxımından «ədəbiyyatımızda xüsusi bir
mərhələ» təşkil edən İlyas Əfəndiyevi böyük sənətkar kimi
əbədiləşdirən onun istedadı, qabiliyyəti idi. Ədəbiyyatşünaslar
fikirlərində haqlıdırlar ki, «Əllinci illərin sonlarından
başlayaraq İ.Əfəndiyevin yaradıcılığında şairanə nəsrçilik,
şairanə dramçılıq, şairanə dil, şəffaf, həzin, son dərəcə lirik bir
üslub özünün yüksək məqamına yetişir. Real həyatın lirik-
romantik tərənnümü, ümumhəyat materialının obrazlığının
bütün imkanlarının tələb və prinsipləri ilə əhatə olunması İlyas
Əfəndiyevə klassiklərə məxsus şöhrət gətirir. Üstəlik müasir
zaman və bədii həqiqət faktının tipik şəraitin ruhuna
uyğunluğu,
insan
obrazlarının
bütövlüyü,
cəmiyyətə,
müasirlərinə təsir edə bilmək bacarığı, xalq ədəbiyyatından,
klassik irsdən, təbiətdən, bədii təsvir vasitələrindən sənət və
sənətkarlığın tələb və prinsiplərinə uyğun istifadə etmək
Gülxani Pənah, Salatın Əhmədli
176
bacarığı
İ.Əfəndiyevi
əsrinin
böyük
sənətkarı
kimi
əbədiləşdirdi».
İlk hekayələr kitabı «Kənddən məktublar» (1939), ilk
hekayəsi «Berlində bir gecə»dir (1939). İlk kitabının oxucular
arasında maraqla qarşılanmasının səbəbini tənqidçilər onun
«çoxlarının keçib getdiyi tanınmış yolla deyil, mümkün qədər
yeni və oricinal yolla getməyə göstərdiyi meyil»də görür və
bildirirlər ki, onun ilk hekayələri göstərir ki, İlyas Əfəndiyevin
yaxşı həyat müşahidəsi, qüvvətli bədii təfəkkürü, şirin və aydın
bədii dili var, yeniliyi duymağa, həyatın yeni keyfiyyətini dərk
və tərənnüm etməyə xidmət edir.
Müharibə illərində və ondan sonrakı illərdə çap olunan
«Aydınlıq gecələr», «Torpağın sahibi» (1952), «Qoruqlarda»,
«Şamama» əsərləri onun istedadlı bir qələm sahibi olduğunu
göstərir.
Müharibə, cəbhə həyatı haqqında yazdığı əsərlərdə cəb-
hədə gedən döyüşlər, müharibə epizodları olmasa da, tən-
qidçilər haqlı olaraq «bu hekayələrdə müharibə və döyüş
qəhrəmanlığı bir növ daxildən, psixoloci–mənəvi aləmdən
keçir. Bu hekayələrdə insanın vətənə olan eşqi və şəxsi
məhəbbəti birləşir. İnsanları fədakarlığa və qəhrəmanlığa təşviq
adən qadir məhəbbətin böyük qüdrəti tərənnüm olunur»,
«Yarımçıq qalmış portret haqqında mahnı»-var. «Qəhrəman və
bülbülün nağılı», «Qarı dağı», «Apardı sellər Saranı»
hekayələri folklordan gələn, yazıçının dövrü, zəmanəsi ilə
səsləşən
vətənpərvərlik,
humanizm,
xalq
mənafeyinin
üstünlüyü kimi yaxşı xüsusiyyətlərlə zəngin hekayələrdir.
Çoxlu sayda kiçik həcmli hekayələri ilə yanaşı İlyas
Əfəndiyevin
«Söyüdlü
arx»,
«Körpüsalanlar»,
«Dağlar
arxasında üç dost», «Sarıköynəklə Valehin nağılı», «Üçatılan»,
«Geriyə baxma, qoca» kimi irihəcmli povest və romanlarında,
Dostları ilə paylaş: |