Sənət, sənətkar və zaman
165
Onun «Usta Pirinin ulduzları» (1970), «İşıqlı» (1975) po-
vestləri, qiymətli bədii oçerkləri müasir həyatdan bəhs edən
əsərlər kimi dəyərləndirilir. Yaradıcılığının mühüm hissəsi
«istehsalat mövzusuna, fəhlə sinfinin həyatının təsvirinə» həsr
olunduğu, bu əsərlərdə onların əmək rəşadətləri verildiyi,
müharibədən əvvəlki dövrdə fəhlə sinfinin həyatından, işindən
bəhs edən «Bığlı ağa» povestində yeni həyat uğrunda gedən
mübarizə, «Şeir cüllütü» povestində isə zəhmətkeşlərin ağır
həyatı təsvir edildiyi də tənqidçilərin təhlil və tənqidində öz
əksini tapmışdır.
50-ci illərin əvvəllərində ədəbi nəsrə gələn istedadlı ya-
zıçılardan biri də Salam Qədirzadədir. «Oqtay» adlı ilk heka-
yəsini «Pioner» curnalında çap etdirmişdi. «İlk hekayələr»,
«Gənclik», «Sarmaşıqlı aynabənd», «Qış gecəsi», «Yarpaqlar
pıçıldaşır», «Şərəfnisə qışqırır». «Başabəla Paşabala», «Burada
insan yaşamışdır», «46 bənövşə», «Sevdasız aylar», «Sən
olmasaydın»,
«Bir qız
bir oğlanındır»,
«Təbəssümün
mükafatımdır» və s. kitablardakı nəsr əsərlərində müasir
gənclərin surətini yaradan S. Qədirzadə öz xatirələrində yazırdı
ki, «ömrümün ən yaxşı, ən kövrək xatirələri gəncliklə bağlıdır.
Onlardan yazanda mənə elə gəlir ki, yaş fərqimiz azalır, bir
sırada
dayanır.
Təsvir
etdiyim
hadisələrin
bilavasitə
iştirakçısına çevrilirəm».
Böyük Vətən Müharibəsi cəhbələrində iştirak etmiş yazıçı
«Burada insan yaşamışdır» (1963) povestini müharibə
mövzusuna həsr etmişdir. «Kəndimizdə bir gözəl var», «46
bənövşə», «Ülkər», «Aytəkin» roman və povestlərində yazıçı
gəncliyi əsas götürür, ailə–məişət məsələlərini, ülvi məhəbbəti
ön planda verir. Müstəqil həyata yenicə qədəm qoyan gənc
nəslin nümayəndələrini üzləşdikləri çətinlikləri, onların həyatda
qazandıqları uğurları, məişət təmizliklərini, həyatda amallarını,
Gülxani Pənah, Salatın Əhmədli
166
bu yolda əzmlə apardıqları mübarizəni şirin bir dillə təsvir edir.
Yazdığı yumoristik, satirik hekayə, novella və komediya
canrlarındakı əsərlərində cəmiyyətin inkişafına pis təsir
göstərən, yeniliklərə mane olan mənfi əməlləri, nöqsan və
qüsurları tənqid edir. Komediya canrında yazdığı «Şirin bala
bal yığır», «Hardasan, ay subaylıq», «Həmişəxanım»,
«Gurultulu məhəbbət» komediyalarında yazıçı nəsr əsərlərində
qaldırmış olduğu problemləri bir qədər başqa aspektdə, sənət
əsərlərinin tələbləri səviyyəsində «həll etməyə» çalışdığını
tənqidçilər söyləyirlər.
Mehdi Hüseyn qüvvətli nasir, dramaturq, prinsipial
tənqidçidir. Milli ədəbiyyatımızın inkişafı yolunda həyatını sərf
edən M. Hüseyn Azərbaycan ədəbiyyatının inkişafı üçün çox
işlər görmüş sənətkarlar sırasındadır. İlk hekayəsi «Xavər»dir.
«Bahar suları» kitabı ilə «Xavər» kitabı 1930-cu ildə çapdan
çıxmışdır. Bu hekayələrin bir qismində Azərbaycan kəndinin
ağır vəziyyəti, cəmiyyətdə hökm sürən ədalətsizlik, özbaşınalıq
(«Könül dəftəri», «Qan içində», «Tunel») öz əksini tapır və
keçmiş həyatımızdan bəhs edirsə, bir qismi də inqilabdan sonra
ölkədə gedən dəyişikliklər, köhnəliklə yenilik arasında
mübarizə, müasir quruculuq işləri, yeni ailə münasibətləri
(«Xavər», «Bahar suları», «Sevgidən sonra», «Qayıtmalı»,
«Əlli iki» və s.) təsvir olunurdu.
İrihəcmli romanı vətəndaş müharibəsi nəticəsində
Azərbaycan-Gürcüstan sərhəddində baş verən qanlı faciələrə
aid «Daşqın» romanıdır. Ölkədə baş verən inqilabi hadisələrin
ucqar kəndlərə də təsiri, Azərbaycan kəndlərində xalqın öz
azadlığı uğrunda mübarizəsi, yerli bəylərə, xanlara, qüvvəcən
qoluzorlulara qarşı kəndlilərin silahlı dəstələr təşkil edib
mübarizəyə
qalxması,
geniş
xalq
kütlələrinin
ümumi
Sənət, sənətkar və zaman
167
mübarizədə birləşməsi, baş verən hadisələrin dövrün tarixi
hadisələri ilə bağlılığı bu romanda əsas götürülür.
Mehdi Hüseyn Avropa, rus, milli ədəbiyyatımızın
sənətkarlıq xüsusiyyətini öyrənən, özünəməxsus üslubu, tərzi,
müəyyən yaradıcılıq yolu olan mükəmməl ədəbi təcrübəyə
malik sənətkar kimi Azərbaycan ədəbiyyatı tarixində iz
qoymuşdur. Çoxcəhətli yaradıcılığa malik, qüdrətli sənətkar,
həm nəsr, həm dramaturgiya, həm də ədəbi tənqid sahəsində
çalışan M.Hüseyn «Daşqın», «Tərlan», «Komissar», «Kin»,
«Səhər», «Qara daşlar», «Yeraltı çaylar dənizə axır»,
«Abşeron» və s. romanlarla yanaşı, «Şöhrət», «Şamil»,
«Nizami»,
«Cavanşir»
tarixi
dramlarının
müəllifidir.
Əsərlərində qoyduğu problemlər (xalq və qəhrəmanlıq, xalq və
saray, xalq və hökmdar) tənqidçi alimlər tərəfindən yüksək
qiymətləndirilmişdir: «M. Hüseyn tarix və yazıçı, tarix və
sənət, tarix və xalq, tarix və qəhrəman problemlərini yaxşı
bilən, bütünlükdə sənətkar və tarix anlayışına çox ciddi
yanaşan, sağlam məfkurəli, nəzəri cəhətdən hazırlıqlı
yazıçılarımızdan biri» kimi yüksək dəyərləndirilir. Onun bu
problemlər haqqında «maraqlı, oricinal mühakimələri, aydın,
prinsipial konsepsiya»sı var, «yazıçının ən birinci obyekti insan
və onun həyatıdır, ən birinci qəhrəmanı isə xalq və onun müba-
rizəsidir» dediyini bildirən ədəbiyyatşünaslar bu fikirdədirlər
ki, yazıçı xalqın mənəviyyatını, mübarizəsini düzgün dərk
etmək üçün onun keçmişinə, həm də bütün məqamlarda tarixə
obyektiv yanaşmalı, onun mütərəqqi məzmununa, fəlsəfi
mahiyyətinə sadiq qalmalıdır. «Yazıçının tarixə münasibətində
başlıca prinsip tarixi həqiqətin mahiyyətini tam mənası ilə
mühafizə edib göstərməkdən ibarətdir» (M.Hüseyn). M.Hüseyn
həm ümumi yaradıcılığında, həm də dram əsərlərində məhz bu
Gülxani Pənah, Salatın Əhmədli
168
prinsipləri rəhbər tutmuş, dövrünün tanınmış, mötəbər
sənətkarlarından biri səviyyəsinə yüksəlmişdir».
M.Hüseyni sənətkar, onun xalq üçün dəyəri, xalqın
həyatında onların yaratdıqları əsərlərin rolu düşündürmüş, hər
dövrdə xalq üçün yaşayan, yaradan qüdrətli qələm sahiblərinin
məqsədi, amalı ona doğma olduğundan yaratdığı «Nizami»
tarixi dramında Nizaminin mükəmməl obrazını yaratmışdır.
«Nizami» tarixi dramında yazıçının poetik axtarışları, yaradıcı
təxəyyülü daha üstündür. Nizaminin «mənəvi dünyası, ictimai
fəaliyyətini və fərdi həyatını daha çox üç problem ətrafında
ümumiləşdirməyə» meyli tənqidçilərin təhlilində öz yerini
tutur: «Mehdi Hüseynin yaratdığı Nizami dərin, fəlsəfi, poetik
dühası ilə dövrünün bütün sənətkarlarından yüksəkdə dayanan
böyük şair, həmişə doğma yurdunun və xalqının taleyini
düşünən, onun hüquq və şərəfini ləyaqətlə müdafiə edən
mütəfəkkir bir şəxsiyyət, həm də bütün varlığı ilə sevən və bu
məhəbbəti öz həyatının məzmunu, ilhamının tükənməz
mənbəyi hesab edən bir aşiqdir».
Dramaturqun «Şamil», «Cavanşir» dram əsərləri də
«ədəbiyyatımızın tarixində xüsusi yeri olan və bu gün də öz
bədii təsir gücünü, tərbiyəvi əhəmiyyətini itirməmiş gözəl sənət
nümunələri» kimi dəyərlidir. Müharibənin odlu – alovlu illərini
özündə əks etdirən hekayə və povest, oçerklərində də faşizmin
cinayətkar, qaniçən, qəddar simasının ifşası, xalqımızın faşizmə
qarşı mərdliklə mübarizəsi vətənpərvərliyi, düşmənə bəslənən
nifrət, arxa cəhbə ilə ön cəhbənin vahid bir amal uğrunda
birləşib alman faşizmini məhv edib, tarixi qələbəmizi əldə
etmək kimi böyük tarixi, təxirəsalınmaz vəzifələri əsas
götürülürdü. Onun «Nişan üzüyü», «Çiçəklər», «Dost», «Cəbhə
xatirələri» başlığı altında çap etdirdiyi «Möcüzə», «Qanlı
Dostları ilə paylaş: |