Sənət, sənətkar və zaman
153
təhkiyəsində «həm də surətlərin söhbət və monoloqlarında fəal,
çevik, publisistik ifadə tərzindən» məharətlə yararlandığı da
diqqətdən yayınmır.
Uzun müddət səhnədən düşməmiş «Şərqin səhəri» pyesi
də Ənvər Məmmədxanlınındır. Bu pyesdən sonra Ənvər
Məmmədxanlı «Od içində» (1950) pyesini yazır ki, burada
1945-46-cı illərdə Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı
məğlubiyyətə uğrayandan sonra baş verən hadisələr təsvir
olunur: «şahpərəst, ölkəni ingilislərə, amerikalılara satmaq
istəyənlər mübariz bir xalqın əzmini qırmaq üçün hər cür
alçaqlıqdan istifadə edirlər. Şahın xəfiyyələri gecə-gündüz
yatmır. Təbriz gizli təşkilatının qüvvələrini hər yerdə axtarırlar.
Onlar necə olursa-olsun bu təşkilatı dağıtmaq, onun Azər kimi
başçılarını məhv etmək istəyirlər».
Dramaturq «Şirvan gözəli» komediyasını da yazmışdır.
Ənvər Məmmədxanlının ssenarisi əsasında «Bəxtiyar», «Mə-
həbbət dastanı», «Babək», Mehdi Hüseynlə birlikdə yazdığı
«Fətəli xan» bədii filmləri çəkilmişdir. Qorkinin «Özgə
qapılarında», «Uşaqlıq» əsərlərini dilimizə tərcümə etmişdir.
Özünəməxsus bədii sənətkarlıq xüsusiyyətləri, oricinal üslubu
olan Ənvər Məmmədxanlının həmişə bədii formaya xüsusi
diqqət yetirdiyi, əsərlərinin çoxunda «möhkəm fabula, bitkin
sücet xətti, maraqlı kompozisiya» olduğu, təsvir etdiyi hadisəyə
mümkün qədər fəal müdaxilə etdiyi, «öz münasibətini ustalıqla
ortaya çıxartdığı» onun sənətkarlıq keyfiyyətləri kimi
ədəbiyyatşünasların tədqiqatında mühüm yer tutur.
Ömrünün son illərində qələmə aldığı «Babək» romanı və
«Xürrəmilərin ağ şahini» dram əsərləri də oricinallığı ilə
tədqiqatçıların diqqətini cəlb etmiş, oxucuların ən çox sevdiyi
əsərlərə çevrilmişdir. Onun dilindən danışarkən publisist
təhkiyə üsulunda şirin, axıcı, şairanəlik əsas olduğu, poeziya
Gülxani Pənah, Salatın Əhmədli
154
təsiri bağışladığı xüsusilə qeyd edilir. Ənvər Məmmədxanlı
Azərbaycan xalq dilini, onun şifahi sənət incilərini gözəl bilir
və bunlardan yerli-yerində yaradıcı şəkildə istifadə edir. Onu
oxucuya sevdirən cəhətlərdən biri də budur.
Müharibədən sonrakı ilk onilliklərdə nəsr, poeziya sa-
həsində olduğu kimi dramaturgiya sahəsində də dəyərli əsərlər
yaranmışdır. Dram əsərlərində əməkçi insanlar, zəhmətkeşlərin
obrazları yaranırdı. İlyas Əfəndiyev «İşıqlı yollar» pyesində
Bakı neftçilərinin, rayondan şəhərə gəlib neft mədənlərində
işləməyə başlayan gənclərimizin əmək naliyyətlərini səhnədə
canlandırır. Mirzə İbrahimov «Kəndçi qızı», Sabit Rəhman
«Əliqulu evlənir», «Yalan», İlyas Əfəndiyev «Atayevlər
ailəsi», «Sən həmişə mənimləsən», İmran Qasımovla Həsən
Seyidbəyli «Sən nə üçün yaşayırsan», İslam Səfərli «Ana
ürəyi», Bəxtiyar Vahabzadə «Vicdan», Şıxəli Qurbanov
«Sənsiz», M. Şamxalov «Qaynana» kimi dram əsərlərini
yazırlar. Bu pyeslərdə ölkədə iqtisadiyyat, mədəniyyət
sahəsində əmək adamlarının böyük əməyi ilə yanaşı ailə,
tərbiyə məsələsi, ailə-məişət məsələləri, meşşan xarakterli,
cəmiyyətin yarıtmaz qüvvələri, insanların ictimai fəaliyyəti ilə
şəxsi mənafeyi arasındakı münasibət, dostluq, məhəbbət, eləcə
də, nifrət duyğuları öz əksini tapır.
Uşaqların və gənclərin tərbiyəsinə müsbət təsir göstərən
bir sıra dəyərli dram əsərləri də müharibədən sonrakı dövrdə
səhnələrimizin yaraşığı idi. A.Şaiq «Bir saat xəlifəlik», Ə.
Abbasov «Aqil və Sərvinaz», Z. Xəlil «Gənc ustalar»,
C.Məcnunbəyov «Ayrılan yollar», H.Seyidbəyli «İmtahan»
N.Gəncəli «Şəlalə», Y.Əzimzadə «Anacan», «Aprel səhəri»,
«Nəsrəddin»,
«Qonşular»
pyeslərində
dolğun
müəllim,
valideynlər, gənclər döyüşçü surətləri yaratmışlar. Gülbahar
Sənət, sənətkar və zaman
155
(«Anacan»), Gövhər («Qonşular»), Cövdət («İmtahan») kimi
yeni nəslin müsbət qəhrəmanlarının obrazları yaradılır.
Yaxın keçmişimiz, Cənubi Azərbaycanda baş verən milli-
azadlıq hərəkatından bəhs edən Ənvər Məmmədxanlının
«Şərqin səhəri», «Od içində» kimi əsərlərində Cənubi Azər-
baycanın milli-azadlıq uğrunda çarpışan, ölkədə irticanın
yüksək həddə çatdığı bir zamanda güclənən azadlıq hərəkatı, bu
hərəkatda fədakarlıq göstərən, mərdliklə döyüşən Ədalət, Zeyni
baba, Əli Boyaqçı kimi mükəmməl surətlər var. «Bu pyeslərdə
yerli irtica qüvvələri ilə birlikdə, xarici müdaxiləçilərin milli-
azadlıq hərəkatına qarşı apardıqları mübarizə də ifşa edilir.
Azərbaycanı, Bakı neftini ələ keçirmək məqsədilə Bakıya
gəlmiş ingilis imperializmi nümayəndəsi General Tomson
(«Şərqin səhəri») Cənubi Azərbaycanda milli-azadlıq hərəkatını
yatırmaqda iran-şah hökumətinə yardım göstərən və bunun
müqabilində ölkənin zəngin yataqlarına sahib olmaq məqsədini
güdən amerikan hərbi müşaviri general Xart, Təbrizdəki
Amerika xəstəxanasının müdiri Parşan, ingilis konsulu mister
Gipson («Od içində») mənfi surətlərdir».
Bu dövrdə yaranan dram əsərlərində mükəmməl inqilabi
obrazlar yaradılır. Mirzə İbrahimovun «Közərən ocaqlar», İlyas
Əfəndiyevin «Mahnı dağlarda qaldı», Sabit Rəhmanın
«Küləklər», Yusif Əzimzadənin «Silahdaş» pyesi yaxın
inqilabi keçmişimizi özündə əks etdirən əsərlərdir.
Lirik psixoloci xüsusiyyətləri özündə əks etdirən İlyas
Əfəndiyevin «Qəribə oğlan» «Bağlardan gələn səs», tarixi
mövzuda yazdığı «Xurşidbanu Natəvan» pyesləri, B.Vahab-
zadənin «İkinci səs», «Yağışdan sonra», «Yollara iz düşür»,
N.Xəzrinin «Əks-səda», müasir Azərbaycan komediyasının
əsasını qoymuş Sabit Rəhmanın yaradıcılıq ənənələrini davam
etdirən qələm sahiblərindən Ş.Qurbanovun «Əcəb işə düşdük»,
Gülxani Pənah, Salatın Əhmədli
156
«Özümüz bilərik», «Milyonçunun dilənçi oğlu». Anarın
«Adamın adamı», «Şəhərin yay günləri» S. Dağlının
«Mənziliniz mübarək», «Adı sənin, dadı mənim», «Təzə
gəlin», S.Qədirzadənin «Şirin bala bal yığır», A.Məmmədovun
«Kişilər», S.Axundovun «Şirin layla», «Qaragilə», «Əməllər
yaşayır» əsərlərində tiplər, kütbeyin, saxtakar, əliəyri-
cəmiyyətin tör-töküntüləri gülüş hədəfinə çevrilir.
Müharibədən sonra da uzun illər, bu gün də unudul-
mayan dəhşətli illər, faşistlərin törətdikləri qanlı faciələr,
Böyük Vətən müharibəsində mərdliklə vuruşan qəhrəmanlar,
onların parlaq obrazları yaradılırdı. S.Axundovun «Anaların
səsi» Y.Əzimzadənin gənc qvardiyaçılar arasında faşizmə qarşı
mərdliklə vuruşan Əli Dadaşovun xatirəsinə həsr etdiyi
«Unutmayın» dramı, İ.Coşqunun «Ana laylası», N.Gəncəlinin
«Yanmış planetin sərvətləri» fantastik pyesi böyük tərbiyəvi
əhəmiyyətə malik, gənclərdə milli vətənpərvərlik, onlarda
vətənə, torpağa məhəbbət hissi tərbiyə edən əsərlər kimi
dəyərlidir.
Müasir həyat hadisələrindən götürülmüş, komediya
materialı ola biləcək cəhətləri seçib ümumiləşdirməyə səy
göstərən Seyfəddin Dağlının «Mənziliniz mübarək», Anarın
«Qaravəlli», «Adamın adamı», Salam Qədirzadənin «Gurultulu
məhəbbət», C. Məmmədovun «Qaçırılmış qız» kimi əsərlərində
«komizm replikalarda, atmacalarda yox, vəziyyətin özündə,
situasiyalarda, personacların hərəkət və davranışlarında təzahür
edir. Dramaturqlar mövzunu doğru seçir və elə məsələləri
qələmə alırlar ki, keçici, ötəri, yaxud epizodik səciyyə
daşımasın, hamının görə bildiyi ümumi bəlaya çevrilmək
qorxusu olan köklü, əsaslı məsələlər olsun».
Altay Məmmədov «Həmyerlilər» komediyasında yerli-
çiliyi ifşa edir. İşdən yayınıb günü çayxanalarda, pivəxanalarda
Dostları ilə paylaş: |