Sənət, sənətkar və zaman
141
«Mingəçevir», Novruz Gəncəli «Göndərilməmiş məktub»,
«İnsan, od, su», «Şəhla», «Odlu ürəklər», «Şairin arzusu»
poemalarını yaratdı. Ədəbiyyata yeni gələn nəslin nümayən-
dələri də maraqlı mövzuda poemalar yazır: «Bəxtiyar
Vahabzadənin «Sadə adamlar», «Etiraf», «Şəbi-hicran»,
«Yollar, oğullar», «Muğam», «Atılmışlar», Nəbi Xəzrinin
«Sumqayıt səhifələri», «Günəşin bacısı», «İki Xəzər», «Ana»,
«İnam», Hüseyn Arifin «Məhəbbət», «İbrahim körpüsü»,
«Yolda», «Dilqəm», «Sonaxanım», «Üçlər», Qabilin «Meh-
parə», «Tramvay parka gedir», «Nəsimi», İ. Kəbirlinin
«Səhralar çiçəklənir», «İlk məhəbbət», Əli Kərimin «İki
simfoniyası», «Üçüncü atlı», İslam Səfərlinin «Aşıq Ələsgər»,
Adil Babayevin «Tikanlı məftillər arxasında», Əlağa Kür-
çaylının «Durnalar cənuba uçur», «Sınaq», «Təbəssüm»,
«Qəzəb», Xəlil Rzanın «Kommunizm qəhrəmanları», Nəriman
Həsənzadənin «Nəriman», «Zümrüd quşu», «Kimin sualı var»,
Məmməd Arazın «Əsgər qəbri», «Qayalara yazılan səs»,
«Atamın kitabı», «Üç oğul anası», «Araz axır», «Mən də insan
oldum», «Paslı qılınc», «Ömür təzələnir», «Ömür keçir, gün
keçir», Fikrət Qocanın «Salam, Vyetnam», «Xose Risal»,
Fikrət Sadığın «Ömrün bir günü», «Sevgi yağışı», Cabir
Novruzun «Kəndimizin antik heykəli», «Zaman», «Cəfərlə
görüş», «İnsan məhəbbəti», «Qərbi Berlin», «İnsan himnləri»,
Tofiq Bayramın «Səhər yelləri», «Təbrik çiçəkləri», «Səbuhi»,
«Yaralı nəğmə», Famil Mehdinin «Xatının dastanı», «İllər və
talelər», «İnsan unudulmur», «Səni gözləyirəm», Ayaz
Vəfalının «Dörd yaşımda fikir çəkdim», «Sağ gözüm sənə
qurban», «Daşkəsən dəftəri» və s. kimi müxtəlif formalı,
rəngarəng məzmunlu əsərləri çap olunmuşdur.
Bu əsərlərdə Azərbaycan xalqının dövlət xadimlərinin,
maarifçi şəxsiyyətlərinin, ziyalılarının obrazları yaradılırdı.
Gülxani Pənah, Salatın Əhmədli
142
Nəriman Həsənzadənin «Nəriman» poemasının Nəriman
Nərimanovun yaşadığı «mənalı ömrün bəzi əlamətdar
cəhətlərini, xalqımızın tarixində müəyyən mərhələ təşkil edən
hadisələri» əks etdirdiyi, «məzmunca dolğun, ictimai-siyasi
pafosla aşılanmış, şeiriyyətcə gözəl, poetik lövhələrlə zəngin
bir poema» olduğu bildirilir.
Müharibədən sonrakı illərdə Azərbaycan nəsri də öz
zəngin mövzuları ilə oxucu kütləsinin rəğbətini qazanmışdı.
Bir-birindən maraqlı, dəyərli əsərlər yazan nasirlərimizdən biri
də Süleyman Rəhimov idi.
S. Rəhimov Azərbaycan Sovet ədəbiyyatının inkişafında
mühüm
xidmətləri
olan
sənətkarlardandır.
Azərbaycan
ədəbiyyatını canlı, oricinal surətlərlə zənginləşdirən, 40 cilddən
çox zəngin ədəbi irsi olan, yaradıcılığında milli dəyərlər,
xəlqilik, torpağa, xalqa bağlılıq əsas olan Süleyman Rəhimov
Beş cildlik «Şamo» epopeyasını, üç cildlik «Qafqaz qartalı»,
«Qüdrətov», «Medalyon», «Aynalı» , «Torpağın səsi», «Saçlı»
üç hissəli, «Ata və oğul», «Mehman», «Ağbulaq dağlarında»
(I-II kitab), «Pəri çınqılı», «Ana abidəsi», «Mahtaban»,
«Qafqaz qartalı» kimi qiymətli kitabların, maraqlı hekayələrin,
«Yazıçı və həyat» adlı ədəbi–tənqidi və publisistik məqalələr
məcmuəsinin müəllifidir. Azərbaycanda gedən ictimai, siyasi,
mədəni
hadisələrin
kənd
həyatına
təsiri,
Azərbaycan
kəndlisinin oyanaraq yeni həyat uğrunda mübarizəyə qalxması,
xalq həyatı, məişəti, adət-ənənələri, onların xüsusiyyətləri,
müxtəlif təbiətli insanların psixologiyası, xalq həyatı, inqilab və
xalq hərəkatı onun ilk bədii əsəri olan «Şamo» epopeyasında
bütün genişliyi ilə təsvir edilir. Görkəmli yazıçı, ictimai xadim
N.Nərimanovun bu əsərdə bitkin obrazı, onun xalq, millət
naminə apardığı mübarizələr, dağlara, daşlara, kahalara,
qayalara sığınıb xalqın səadəti uğrunda mübarizə aparan,
Sənət, sənətkar və zaman
143
partizan ömrü yaşayan insanların realist-romantik bir səpkidə
təsviri, bu insanların fədakarlığı, qəhrəmanlığı romantik-realist
bir dillə təsvir edilir: «Sərt şaxtalı havalar, aclıq, susuzluq,
əziyyət və işgəncə onları böyük amaldan çəkindirə bilmir,
yazıçının romantika ilə əlvanlaşmış realist qələmi onların
həqiqi işini ucaldır, əbədiləşdirir və gözlərimiz önündə artıq
ayılmış, hüququnu dərk etmiş, xalq ləyaqətini başa düşmüş
müsəlləh bir dəstə canlandırır».
Otuzuncu illərdən başlayaraq, müharibə illəri də daxil
olmaqla böyük bir dövrü əhatə edən «Saçlı»da bu illərin
ictimai–siyasi mənzərəsi canlandırılır. Məğlub olan sinfin
məhkum qüvvələrinin amansızlığı, yırtıcılığı, onların hiyləgər-
liyi, riyakar əməlləri təsvir edilir. Tənqidçilər Süleyman Rə-
himovun nə dil, üslub, nə həyatı əks etdirmək, nə də canlı
yaddaqalan xarakterlər yaratmaq baxımından heç kimə
bənzəmədiyini bildirirlər: «O, görkəmli nasir kimi ayrı-ayrı
nəzəriyyəçilərin müddəalarını deyil, həyatın dialektik məntiqini
əsas götürür. Buna görə də onun bütün əsərlərinin əsasında
böyük qayəli məqsədlər və bu məqsəd ətrafında qruplaşan
adamlar dayanırlar».
Onun romanları üçün səciyyəvi olan, çoxplanlılıq, zəngin
və rəngarəng yaddaqalan xarakterlər, ciddi ictimai–siyasi
konfliklərdir.
Müharibə illərində yazdığı əsərlərində xalqlar dostluğu,
xalqların, müxtəlif millətlərin öz vətənləri uğrunda fədakarlığı,
vətənə olan məhəbbət əsasdır. Təmiz, sinfi düşmənlərdən
qorxmayan, prinsipial, millət, vətən, xalq yolunda canından
keçən oğullarla yanaşı, boşboğaz, dil pəhləvanlarının da
surətlərini yaratmışdır. Onun «Kəpəz», «Kəsilməyən kişnərti»,
«Güzgü göl əfsanəsi» povestlərinin üslubu keyfiyyətləri,
maraqlı olması, rəngarəngliyi tənqidçi alimlərin dəyər verdiyi
Gülxani Pənah, Salatın Əhmədli
144
məsələlərdir: «Süleyman Rəhimov əgər «Öz minnətinə»
povestində heç kimə əyilməyən məğrur təbiətli bir insanın
obrazını
yaradırsa,
«Mahtaban»da
dərin
ictimai-siyasi
problemlərə toxunur. Yoxsul, lakin azadlıq ideyaları ilə
çırpınan Mahtabanın mənəvi gözəlliyini, onun hər cür saray
çəkişmələrindən yüksəkdə dayanan və azadlıq arzuları ilə
döyünən qəlbini, fikir və hisslərini ustalıqla qələmə almışdır».
Onun povestləri ilə yanaşı «Pəri çınqılı», «Gülən balıq»,
«Gülsabah» kimi kitablarında toplanan hekayələri xalq
ədəbiyyatı motivləri əsasında yazılıb. Bunlar yazıçının xalq
yaradıcılığına dərindən bələd olduğunu, canlı, real həyatı
səhnələr yaratmaq qabiliyyətini, istedadını nümayiş etdirir.
«Yazıçı və həyat» kitabında, məqalələrində yazıçını xalq
yaradıcılığı, müsbət qəhrəman, ədəbi tənqid, xalqlar dostluğu,
xəlqilik və s. məsələlər barədə dəyərli mülahizələri
toplanmışdır: «S. Rəhimov xalq dilinə, Azərbaycan dilinin
bədii ifadə imkanlarına dərindən bələd olan yazıçıdır. Onun
üslubunda klassik və müasir ədəbi-bədii dilimizin ən yaxşı
ənənələri birləşmişdir. S. Rəhimovun dil və üslub cəhətdən
Azərbaycan nəsrinin klassiki C.Məmmədquluzadəyə yaxın
olduğunu deyənlər haqlıdırlar. Xalq danışıq dilinin və onun
zəngin ifadə xüsusiyyətlərinin incəliklərindən məharətlə
istifadə hər iki sənətkarı dil və üslub cəhətdən bir-birinə
yaxınlaşdırır. Dahi ədibin duzlu yumoristik və kəskin satirik
üslubunu S.Rəhimov böyük ustalıqla mənimsəmiş və onun ən
yaxşı davam və inkişaf etdiricilərindən biri kimi tanınmışdır».
Mir Cəlal Azərbaycan nəsrinin inkişafında böyük rol
oynamış sənətkarlarımızdan biridir. «Sağlam yollarda» oçerklər
kitabı 1932-ci ildə işıq üzü görüb. Sonralar «Boy» kitabında
novellaları və oçerkləri toplanıb. 1935-ci ildə nəşr olunub.
Sonrakı illərdə «Dirilən adam», «Bostan oğrusu», «Axundun
Dostları ilə paylaş: |