Sənət, sənətkar və zaman
137
Böyük Vətən müharibəsi mövzusu yaradıcılığında geniş yer
tutur. «Ürəyimi medal kimi qaldırıram göylərə», «O yaran da
sağalar», «Müqəddəs kədər», «Tək məzar», «Onu Don
qucaqladı» mübarizə mövzusunda yazılmış ən yaxşı əsərləridir.
«Bu əsərlərdə düşmənə bəslənən kin, qəzəb, müqəddəs hüzn,
vətən məhəbbəti, qələbəyə inam, insana ehtiram hissi hakimdir.
Vətən
yolunda
döyüşlərdə
qəhrəmanlıqla
vuruşan,
Azərbaycanlı balasının məğrur surətini («Onu Don qucaqladı»)
yaradır:
- Azərbaycan oğluyam,
«Əsir düşmərəm, - dedi.
Ağrılar duya-duya
Şığıdı tərlan suya.
«Gözəl Don qulac-qulac
qollarını mənə aç».
Deyib yumdu gözünü
Atdı çaya özünü.
Mərdanə ölümü sadəcə təsvir etməklə kifayətlənməyən
şair bu faciəli ölümün yaratdığı kədəri, hüznü realist bir
qələmlə ifadə edir.
İran və Cənubi Azərbaycan həyatından bəhs edən
«Cənub şeirlər»ində Arazın o tayından bu tayına həsrətlə baxan
qardaş və bacılarımızın həyatı («Arazın şikayəti», «Xalçaçı
qız», «Mən nə gətirmişəm» və s.), həsrəti-bu hiss, bu duyğu
əsasdır. Onun cənub mövzusunda yazdığı əsərlərdə İran
Azərbaycanlılarının bugünkü ağır həyatından doğan qüssə ilə
yanaşı, ədalətin qələbəsinə sarsılmaz inam və coşqun bir
nikbinlik vardır. Beynəlxalq mövzularda yazdığı əsərlərdə
(«Yeddi zənci», «Pol Robsana məktub», «Mən sülhə səs
verirəm», «Hindli qardaşıma və s.) dünyada baş verən
hadisələr, müstəmləkə ölkələrdə güclənən milli azadlıq
Gülxani Pənah, Salatın Əhmədli
138
hərəkatları, məzlum xalqların ədalətli mübarizəsi tərənnüm
olunur.
«Uzaq ellərdə» silsilə şeirlərində şairin beynəlxalq
mövzuda yazdığı əsərlərdə əsas motiv və mətləblər dolğun
təsəvvür edilir. «Livan bağında», «Sanki heç nə olmayıb»,
«Durnalar», «Fatimənin taleyi», «Yeddi zənci», «Hindli
qardaşıma», «Nazim Hikmət azaddırmı?», «İşıq» və s.
şeirlərində daha çox ərəb xalqının həyatından bəhs edir.
«Oxucu ərəblərin başına gələn fəlakətlər haqqında hər şeirdə
bir ibrətamiz lövhə görür. Ailəsini bir qarın çörəklə təmin edə
bilməyən, öz vətənində vətənsiz olan, müstəmləkəçilərin insaf
və mürvətinə sığınan, azadlığı bir sədəqə kimi gözləyən aciz və
məzlum, binəsib adamlar, həmin sücetin şeirində yaddaqalan
tərzdə canlandırılmışdır».
«Hindistana ləkəsən» adlı şeirində də müstəmləkəçilərə
qəzəb və nifrət əsasdır. Zəngin və çoxcəhətli lirikasının əsas
predmeti insan və onun idealları olan şair müasir həyatın
müxtəlif sahələrinə aid mövzuları seçə bilmiş, «vətənpərvərlik,
humanizm, xalqlar dostluğu, dinc quruculuq işləri, yeni
həyatın, mənalı insan əməyinin təsviri və s. mövzularda gözəl
lirik şeirlər yarada bilmişdir.
Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biri
İslam Səfərlidir. İkinci dünya müharibəsi illərində döyüşçü şair,
«Vətən eşqi» qəzetində maraqlı oçerkləri, odlu şeirləri ilə
döyüşçülərdə döyüş ruhunu artırmışdır. «Mingəçevir nəğməsi»,
«Pıçıldaşan ləpələr», «Həyatın nəfəsi», «Qoşa söyüd»,
«Qığılcım», «Qağayılar yorulanda», «Torpağın ətri», «Çiçək
təranəsi», «Seçilmiş əsərləri», «Dan ulduzu, bir də mən»), «Ağ
şanı, qara şanı», «Əbədi beşik» və s. çap olunmuş kitabların
müəllifidir. Yaradıcılığında «poetik ümumiləşdirmə bacarığı»,
«lirik əsərlərində xəlqilik, el üslubu, oynaq və axıcı ifadə tərzi»
Sənət, sənətkar və zaman
139
əsasdır, poeziyasında Azərbaycan şeirinin «bütün poetik
şeirləri» öz əksini tapıb, dilinin axıcılığı, üslubunun sadə, əlvan
və obrazlılığına görə «xalq şeirinə, oynaq və mənalı aşıq poezi-
yasına» yaxındır, onun poeziyasına «dərin və sağlam roman-
tika» gətirən oricinal bənzətmələr, təşbehlər, ritmik işarələr,
digər bədii ifadə vasitələri var, «əməyə, torpağa, vüqarlı təbiətə
və məğrur insana qələbə və qəhrəmanlıq məsələlərinə aid şairin
yeni düşüncələri», «yeni günlərin yeni adamı olmaq əzmi»nin
əsərlərinin əsas məziyyətlərindən» olduğu ədəbi tənqidçilərin
təhlil və tədqiqat obyektidir. Eyni zamanda «Göz həkimi»,
«Yadigar», «Ana ürəyi», «Yol ayrıcında» pyesləri nəğməkar
şairin Azərbaycan teatr tarixində uzun müddət səhnəmizdə
mühüm yer tutan pyesləri kimi də qiymətləndirilmişdir.
Hüseyn Arif yaradıcılığı bu dövr ədəbiyyatımızda mühüm
yer tutur. Onun yaradıcılığında («Əbədi ünvan», «Xalqlar
dostlaşanda», «Torpaq», «Ana təbiət», «Deyirlər qar düşüb»,
«Gülü qorumaq üçün», «Damcılı», «Palıd yanır, tək yanır»,
«Həmişə gülən», «Bir sözlə getmədin…», «Az, çox»,
«Qorxuram yenidən», «Səninlə sənsizdim», «İnana bilmirəm»
və s. kimi yüzlərlə əsərlərində bu motivlər qələmə alınır:
«Azərbaycanın qadir, zəhmətkeş adamlarının şairlə duz-çörək
kəsən cavan və qocasına qədər, maralların görüş yerləri olan
yamyaşıl tarlaları, hər çiçəyi bir çeşid, bir rəng çalan
çəmənlikləri, sirli-soraqlı qalın kitabları xatırladan qayaları,
babalardan yadigar qalan Cavanşir qala istehkamları, könülləri
fəth edən Füzuli qəzəlləri, Vaqif qoşmaları, çətində
boşalmayan, bərkdə pozulmayan qardaşlıq dünyası və nəhayət,
günəşlə yaşıd, gündüzlə əkiz həyat simfoniyası...».
Yazdığı əsərlərin mövzusunu müşahidə etdiyi konkret
həyat hadisələrindən götürən Cabir Novruz yaradıcılığı
oxucular tərəfindən sevilir. Qələmə aldığı mövzuların əsas
Gülxani Pənah, Salatın Əhmədli
140
«qəhrəmanı» özüdür. Cabir Novruzun «Mənim muğamatım»,
«İnsan məhəbbəti», «Həyat, sən nə qəribəsən», «Taleyin
töhfələri», «İnsan himnləri», «Nə qədər ki, sağam», «Anam
vardı, dünyam vardı», «Özünü qoru xalqım» və s. kitablarında
səmimi hisslər, duyğular əsasdır. Yazdığı əsərlərin böyük bir
qismində «bilavasitə» özü iştirak edir. Bu ondan irəli gəlir ki,
başqalarını tərbiyə etmək istəyən özü də tərbiyə olunmalıdır,
başqalarına mənəvi saflıqdan, düzlükdən, sədaqətdən danışan
hər kəs bu sifətləri ilk növbədə özündə aşılamalı, öz vicdanı
qarşısında təmiz və müqəddəs olmalıdır». Bu baxımdan
«Mənim ömrüm» şeiri çox maraqlıdır. Bu şeir, bir növ şairin öz
ömrü, qəlbi, vicdanı ilə təsirli həsbi-halı, mükaliməsidir:
Nə qədər dünyada mən sağam, ömrüm,
Üstündə titrəyən yarpağam, ömrüm!
Qoymaram ruhuna bir ləkə düşsün,
Təmiz saxlamışam səni dünyada....
Cabir Novruz İlqar İsayevin «Yaddaş məhkəməsi», «Sa-
muel», Marşanın «Yekə cib», O. Süleymenovun «Səhraların
nəğməsi», Robert Rocdestvenskinin «Sizin üçün yaşayıram»
əsərlərini ana dilimizə tərcümə etmişdir. Onun əsərləri keçmiş
SSRİ xalqlarının dillərinə, o cümlədən xarici dillərə tərcümə
olunmuşdur.
Müharibədən
sonrakı
illərdə
S.Vurğun
«Muğan»,
«Zəncinin arzuları», «Leninin kitabı», «Zamanın bayraqdarı»,
«Aygün», Süleyman Rüstəm «Qafurun ürəyi», «On ikinci
tüfəng», «Gülbahar», «Memarın faciəsi», Rəsul Rza «Qızılgül
olmayaydı», «Lenin», «Bir gün də insan ömrüdü», Osman
Sarıvəlli «Misirli qardaşlar», Zahid Xəlil «Ulduzlar»,
«Tatyana»,
Məmməd
Rahim
«Leninqrad
göylərində»,
«Abşeron torpağında», «Xəzər suları», «Sayat Nova», «Sarı
Aşıq», Mirvarid Dilbazi «Əlcəzairli qız», Balaş Azəroğlu
Dostları ilə paylaş: |