Sənət, sənətkar və zaman
169
sular», «Satqın» hekayələri, «Fəryad» povesti bu mövzuda
dəyərli əsərlərdir.
Kənd həyatına dair yüksək bədii keyfiyyətlərə malik
əsərlərlə yanaşı, M. Hüseynin Neft sənayesi işçilərinin həyatı,
mübarizənin müxtəlif pillələrinə mənsub insanların humanist
duyğularla bir məqsəd ətrafında birləşib xoşbəxt, firavan
gələcəyini təmin etmək üçün xalq təsərrüfatının inkişaf
etdirilməsi yolunda mübarizəsi bu əsərlərdə ön plana çəkilir,
«Abşeron», «Neft daşları»nda kəndlərdən şəhərə gəlmiş
gənclərin geniş quruculuq işlərində fəal iştirak etdiklərini,
qazanılan uğurlarda onların da şəxsi əməyinin böyük rol
oynadığını, «belə gənclərin düşdükləri yeni şəraitdə necə
dəyişdiklərini, bütün nöqsan və tərəddüdlərinə baxmayaraq
tədricən öz sənətlərini ürəkdən sevən yüksək ixtisaslı kadr kimi
yetişdiklərini bu obrazların simasında göstərdiyini görürük.
Yaradıcılığında xalqın inqilabi tarixindən bəhs edən
«Səhər» romanı, «zəngin tarixi materialların öyrənilməsi və
uzun həyati müşahidələrin nəticəsi kimi» qiymətləndirilir. Bir-
birinin əksi olan, bir-birinə zidd qüvvələr arasında gedən
mübarizə üzərində qurulan bədii konflikt, əsərdə yüksək
sənətkarlıqla qorunub saxlanan tarixi gerçəklik, Bayram,
Əzizbəyov, Səlminaz, Xanlar, Aslan, İsgəndər, Səlim müəllim,
Pəri nənə kimi surətlərin simasında ümumiləşdirilən inqilabi
hərəkatın səciyyəvi cəhətləri, istismarçı qüvvələrə qarşı
namuslu, mərd adamların həyat və mübarizəsini romanda daha
qabarıq geniş planda təsviri, əsərdəki xalqlar dostluğu
ideyasının da əsas olması, müxtəlif xalqları istismarçılara qarşı
bir cəhbədə birləşdirən «qüvvə» sadə xalq nümunələrini öz
müqəddarlarını
özləri
həkk
etmək
arzusu,
istismarçı
boyunduruğundan qurtarmaq ehtirası bu romanın bədii
məziyyətləri kimi qiymətləndirilir. Klassik və müasir
Gülxani Pənah, Salatın Əhmədli
170
ədəbiyyatın mühüm problemlərinə dair yazdığı qiymətli ədəbi-
tənqidi məqalələri, müasiri olan yazıçıların yaradıcılığına, eləcə
də, ümumilikdə ədəbiyyatımızın inkişafı üçün əhəmiyyətli olan
məqalələrində
klassik
irsə,
şifahi
xalq
ədəbiyyatına,
dramaturgiyaya münasibəti, povest, roman, şeir, poeziya
haqqında mülahizələri yazıçı M. Hüseynin dövrünün əsl
sənətkarı olduğuna sübutdur.
Ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında böyük
xidmətləri olan sənətkarlardan biri də Mirzə İbrahimovdur. O
həm xalqımızın milli şüurunun inkişafında, xalq maarifinin
çiçəklənməsində,
inkişafında,
həm
də
ədəbiyyatımızın
inkişafında müstəsna xidmətlərə malik Azərbaycanın görkəmli
şəxsiyyətləri sırasındadır. Böyük ictimai xadim, yazıçı,
ədəbiyyatşünas alim Mirzə İbrahimov «Böyük demokrat»
(1939), «Həyat və ədəbiyyat» (1947), «Azərbaycan dili»
(1957), «Sarı sim» (1958), «Xəlqilik və realizm cəbhəsindən»
(1961), «Gözəlliyin qanunu ilə» (1964), «Aşıq poeziyasında
realizm» (1966), «Ədəbi qeydlər» (1970), «Tufanlara kömək
edən qələm» və b. elmi–nəzəri əsərlərin müəllifidir.
Azərbaycan ədəbiyyatının inkişafında böyük rolu olan
Mirzə İbrahimov yaradıcılığının ilk illərində xırda şeirlər yazsa
da, nəsrə-roman, povest, hekayə, dramaturgiyaya, eləcə də elmi
sahəyə daha çox həvəs göstərmişdir. İlk hekayələri «Zəhra»,
«Mələk» onun bu sahədə istedadını üzə çıxarır. «Cənub
hekayələri»ndə dərin həyati müşahidələri «sənətkar ilhamı və
müasir yazıçı tendensiyası» tənqidçilərin diqqətindən yayınmır.
«Cənub hekayələri»ndə toplanmış əsərlərində «ümumxalq
hərəkatının tarixi kökləri, sevincli və kədərli anları, onun təsir
gücü xüsusi ilhamla» verildiyi, Azadın («Azad» hekayəsi)
simasında «əldə etdiyi nailiyyətləri qorumaq, müdafiə etmək
uğrunda mübarizə aparan və bu yolda on minlərlə Təbriz və
Sənət, sənətkar və zaman
171
zənci fədailərinin» obrazının ümumiləşdirildiyi, azadlıq
hərəkatının xalq üçün müqəddəsliyi əsasdır. M.İbrahimovun
«Cənub hekayələri»nin başlıca məziyyətlərindən biri xalqın
vahid məqsəd uğrunda birgə fəaliyyətini, xalqlar dostluğunu
konkret faktlarla tərənnüm etməsidir. Bu cəhət bütün
hekayələrin əsas məziyyətidir. Hekayə qəhrəmanlarından olan
inqilabçı
müəllim
Azər
komissara
Hitler
faşizminin
dəhşətlərindən, Cənubi Azərbaycan xalqının azadlıq uğrunda
apardığı mübarizənin əbədiliyindən danışır».
Cənub mövzusunda yazdığı ən irihəcmli «Gələcək gün»
romanı «son dərəcə tipik real və canlı materiallarına, xəlqi
dilinə, güclü ideya istiqamətinə, kamil və zəngin surətlər aləmi
və inqilabi pafosuna görə» digər cənub mövzusunda yazılmış
əsərlərdən fərqli olduğu bildirilir: «Romanda 40-cı illərdə Rza
şah Pəhləvinin daxili və xarici siyasət aləmindəki mühafizəkar
mövqeyi, yürütdüyü ikiüzlü siyasət, fars olmayan millətlərə
tutduğu dəhşətli divanlar, xüsusilə də yerli feodalların satqınlığı
üzündən İranın İngiltərə, Amerika, Almaniya kimi iri kapitalist
dövlətlərin əlində oyuncağa və kəşfiyyat mərkəzinə çevrilməsi
inandırıcı faktlarla» təsvir olunduğu, «qırğınlar, sürgün, dar
ağacı və həbsxanalar yuvası İran ağır, ziddiyyətli və böhranlı»
yaşadığı günlərin təsviri, müəllifin dərin ümumiləşdirmələr
yolu ilə gedərək «Rza şah üsul-idarəsinin dəhşətlərinə boyun
əymək istəməyən İran zəhmətkeşlərinin azadlıq hərəkatını
zəngin tarixi faktlar və real səhnələrlə» verdiyi dəyərləndirilir
və «romanın ideya-mövzusu ilə bağlı olan, son dərəcə tipik,
müxtəlif və maraqlı hadisə, əhvalat və vəziyyətlərin» əsər boyu
iki əsas xətt üzrə «işgəncələr yuvası İranın və onun zəhmət
adamlarının ağır həyatının təsviri və inqilabi mübarizəsinin-
xalq hərəkatının tərənnümü» üzrə davam və inkişaf etdirildiyi
bildirilir. İranda xalqın çar üsul-idarəsinə Amerika-ingilis
Gülxani Pənah, Salatın Əhmədli
172
imperializminə qarşı mübarizəsini geniş planda təsviri verilən
M.İbrahimovun «Gələcək gün» romanı ədəbi tənqidin
diqqətində idi. «Gələcək gün» romanında mübarizənin bir
qütbündə «zəhmətkeş xalqın nümayəndəsi-Firidun, Rza
Qəhrəmani, Kürd Əhməd, Kərimxan Azadi durduğu, «digər
qütbündə şah üsul-idarəsinin nümayəndələri-Hikmət İsfahani,
Sərhəng,
Səfayi,
amerikan-ingilis
imperializminin
nümayəndələri -Mister Tomas, Mister Harold və alman
faşizmini təmsil edən Fon Valter»in dayandığı, yazıçının
«inqilabi mübarizənin getdikcə xalq kütlələrinin geniş
təbəqələrini daha çox əhatə etdiyini qüdrətli nümayiş»
etdirdiyini qeyd edirlər və «bu səhnə zəhmətkeş xalqın ayağa
qalxdığını, İranda yeni bir qüvvənin-fəhlə sinfinin əsas mübariz
qüvvəyə çevrildiyini göstərir.
«Gələcək gün» romanı
Azərbaycan nəsrinin yeni müvəffəqiyyəti idi».
Belə bir möhtəşəm tarixi əsərdən sonra Mirzə
İbrahimovun müasir mövzuda yazılmış «Böyük dayaq»
əsərində kənddə gedən quruculuq işləri, təsərrüfatları idarə
edən rəhbərliyin fəaliyyəti, kənd təsərrüfatının inkişafı dövrün-
də «dövrlərin xarakterinə uyğun inkişaf yolları və üsullarının
ildən–ilə təkmilləşmə prosesi keçməsi və bu qanunauyğunluğun
dərk olunmasının idarəetmə işində əhəmiyyəti, əxlaq və tərbiyə
məsələlərində əmələ gələn yenilik və ona köhnə təsəvvürlərlə
yanaşmağın zərərli nəticələri» romanın sücet xəttinə daxil olan
məsələlərdir. Mirzə İbrahimovun yaratdığı Rüstəm kişi surəti
ilə Böyük Vətən müharibəsi illərində qanlı döyüşlərdə
mərdliklə vuruşan, bu döyüşlərdən üzüağ çıxan, gözəl ailə
başçısı, gözəl təsərrüfat rəhbəri, sadə, prinsipial, xalq malına
sədaqətli, xalqının malını göz bəbəyi kimi qoruyan, əyri
əməllərdən uzaq, məğrur, öz gücünə, qüvvəsinə, özünə
arxalanan, bütün ziddiyyətləri ilə verilən mükəmməl obraz
Dostları ilə paylaş: |