Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə51/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   47   48   49   50   51   52   53   54   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
201 
«Azərbaycan»  qəzeti  redaksiyasında-Təbrizdə  nəşr  olunan  re-
daksiyada  çalışır.  Şimali  Azərbyacan  ədəbiyyatının  yorulmaz 
təbliğatçısına  çevrilir.  1946-cı  ildə  inqilabi  fəaliyyətinə  görə 
«21  Azər  medalı»  ilə təltif olunur.  Lakin tezliklə  şah  xarici  və 
daxili  irticaçıların  köməyi  ilə  demokratik  hərəkatı  süquta 
uğradır,  onun  fəallarına  divan  tutulur,  güllələnən,  dara 
çəkilənlər  çox  olur.  Şimali  Azərbaycana  da  gələnlər  olur. 
Mədinə  Gülgün  də  onlardan  biri  idi.  Keçən  əsrin  50-ci 
illərindən   Azərbyacan  şeirinin ən gözəl  nümunələrini  yaradan 
M.Gülgün  milli  azadlıq  hərəkatının  genişləndiyi  bir  zamanda 
və İkinci Dünya müharibəsi dövründə ədəbiyyata gələn, Şimali 
Azərbaycana  mühacirət  etməsiylə  yaradıcılığında    yeni  dövr 
açılan  istedadlı  qələm  sahibidir.  Onun  yaradıcılığında  Cənubi 
Azərbaycan,  onun  azadlıq  uğrunda  mübarizəsi  əsasdır. 
«Təbrizin  baharı,  «Savalanın  ətəklərində,  «Sübhün  səsi», 
Yadigar  üzük»,  «Pərvanə»,  «Təbriz  qızı»,    «Günlər  və  xatirə-
lər»,  «Dənizin  sahili  var»,  «Çinar  olaydı»,  «Xatirələrimin 
nəğməsi»,  «Dünyanın Sabahı», «Arzu da bir ömürdür», «Yora 
bilməz yollar məni», «Ömrə yelkən ümidlərim», «Ömrün payız 
dayanacağı» və s kitabların müəllifidir. 
 Dilimizin  bütün  imkanlarından,  canlı  xalq  dilindən 
bacarıqla  istifadə  edən  M.Gülgün  gəncliyindən  əlində  qələm 
azadlığı,  müstəqilliyi  tərənnüm  edib.  M.Gülgün  istər  əvvəlki  
dövr,  istər  sonrakı  dövrlərdə  yazdığı  əsərlərdə  «Cənubi 
Azərbaycanda yaşayan ana və bacılarının, qardaşlarının dili ilə 
yanaşı,  dünyanın  başqa  məhkum  xalqlarının  taleyi  ilə  də 
maraqlanır.  Şairə  Bakını,  Azərbaycanı,  onun  insanlarını 
tərənnüm  edir,  dünyanın  taleyini  düşünür,  əzilənlərin,  təhqir  
olunub  zindanlara  salınanların  dərdinə  şərik  olur,  xoş  dövran 
sürən xalqların sevincinə sevinir, lakin yenə də təbii olaraq fikri 
Təbrizə uçur: 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
202 
Qulağımda layla səsin, 
 
 
özün uzaq 
Daxmamızda nə şam yanır 
 
 
nə də ocaq. 
Çətin olur vətənində 
 
 
dustaq olmaq. 
Əyilmişdir qəm yükündən 
 
 
belin sənin. 
Bağlanıbdır dilin sənin. 
Mübarizə  alovları  içərisində  boy  atan  şairənin    öz  amalı 
vardı və şeirlərinin əsas qayəsini də bu təşkil edirdi. 
Əkrəm  Əylisli,  C.Əlibəyov,  Ə.Qasımov,  İsi  Məlikzadə, 
S.Süleymanov,  H.Mehdiyev,  Ə.Hacızadə,  X.Hasilova  və 
başqaları  Böyük Vətən  müharibəsi  mövzusuna daha çox  meyil 
edirdilər. 
O illərdə sülh, demokratiya uğrunda gedən mübarizələr də 
bədii  nəsrimizdə  öz  ifadəsini  tapırdı.  Azərbaycan  fəhləsinin 
həyatının  geniş  epik  təsvirini  verən  romanlar  yazılırdı. 
M.Hüseyn  «Qara  daşlar»,  «Abşeron»,  M.Cəlal  «Təzə  şəhər», 
Manaf  Süleymanov  «Yerin  sirri»,  «Fırtına»,  Y.Əzimzadə 
«Onun  həyatı»  povestini  yazdılar  və  bu  əsərlərdə  fəhlə  həyatı 
neft  daşlarında  işləyən  əmək  adamlarının,  mühəndislərin  yeni 
quruculuq  işləri  əsas  mövzulardan  idi.  Neft  yataqları  tapan 
geoloqların,  neftçilərin  fəaliyyəti,  onların  cəsarətli  axtarışları, 
əldə etdikləri nailiyyətlər, geoloq və mütəxəssislərin öz işlərinə 
məsuliyyətlə  yanaşması,  öz  bilik  və  bacarıqları  sayəsində 
istədiklərinə  nail  olması,  ölkədə,  xüsusilə  respublikada  neft 
sənayesinin  inkişafı,  nəhəng  tikinti  işləri,  yeni  sənaye 
obyektlərinin qurulması da bədii nəsrin əsas mövzularından idi. 
Mir  Cəlalın  «Təzə  şəhər»  romanı  Sumqayıtın  tikintisinə, 
bu  böyük  kimya  şəhərinin  qurulmasında  əmək  adamlarının, 


 
Sənət, sənətkar və zaman
 
 
 
203 
yaradıcı  insanların  əməyinə,  qazandığı,  əldə  etdiyi  uğura  həsr 
olunub.  Burada  müharibədən  sonra  adamların  həvəslə  işə 
girişməsi,  çətinliklərə,  təbiətin  kortəbii  qüvvələrinə  qalib 
gələrək  boru-prokatı  zavodunun  tikilməsinin  təsviri,  romanın 
qəhrəmanının  cəsarəti,  yaratmaq,  yaşamaq  eşqi  ilə  çırpınan 
istedadlı  mühəndis    Yunus  Əhmədov  obrazı  yaddaqalandır: 
«Yazıçı  bu  surətin  simasında  yeni  tipli  Azərbaycan 
mütəxəssisini 
göstərmək 
istəmişdir. 
Yunus 
Əhmədov, 
cəbhələrdə  qəhrəmancasına  vuruşduğu  kimi,  dinc  quruculuq 
işində  də  vətənpərvərliklə  çalışır.  Davud,  Ülfət,  Reyhan  kimi 
gənclərin  ixtisas  qazanmasında,  yetişib  tərbiyə  olunmasında 
onun zəhməti böyükdür».  
Əvəz  Sadığın  «Mingəçevir»  romanında  Mingəçevirdə 
gedən tikinti  işləri,  Boz dağın  bağrını  yaran,  yerində  xarüqələr 
yaradan, quran, tikən adamların şərəfli əməyinin təsviri əsasdır.  
Şəhərlərdə olduğu kimi, kənddə də gedən geniş quruculuq 
işləri bədii nəsrimizdə yetərincə təsvirini tapmışdır. Əvəz Sadıq 
«Bəsti»,  İ.Əfəndiyev  «Şamama».  M.Cəlal  «Yeni  kəndin 
adamları»  hekayə  və  oçerklərini  yazdılar.  Kənd  həyatından 
bəhs  edən  Əli  Vəliyevin  «Çiçəkli»,  S.  Rəhmanın  «Böyük 
günlər»,  M.İbrahimovun  «Böyük  dayaq»  kimi  romanları 
yarandı. M.İbrahimovun «Böyük dayaq» romanı müasir kəndin 
və onun adamlarının həyatından bəhs edən ən yaxşı roman kimi 
dəyərləndirilir. 
«Yazıçı 
müharibədən 
sonrakı 
illərdə 
Azərbaycan  kəndində  yaranmış  dəyişikliyi,  yüksək  məhsul 
üçün  bütün  imkanlardan  istifadəni  konkret  hadisələr  fonunda 
göstərir;  xarakterləri  gərgin  mübarizələr,  ehtiraslar  toqquşması 
nəticəsində 
meydana 
çıxarır. 
«Böyük 
dayaq»ın 
əsas 
qəhrəmanları-Rüstəm  kişi,  Şirzad,  Maya,  Qızyetər,  Telli  və 
başqaları  fərdi  xüsusiyyətləri  ilə  seçilən  ümumiləşmiş 
surətlərdir». 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
204 
H.Abbaszadənin  «General»,  «Burulğanlar»,  «Uzaqdan 
gələn  qonaq»,  «Oderin  o  tayında»,  «Haralısan,  Misyo  Abel?», 
«Şokoladpaylayan  qız»,  «Əlibalanın  ağır  səfəri»  əsərləri,  Q. 
İlkinin  hekayələri  ilə  yanaşı,  «Qalada  üsyan»,  «Şimal  küləyi», 
«Dəniz  qapısı»,  «Dağlı  məhəlləsində»  roman  və  povestləri, 
Ç.Əlibəyov  «Dözümlü  məhəbbət»,  «Dünyanın  karvan  yolu», 
«Həyatın  özü»,  «Qızıl  at  və  torpaq»  roman  və  povestləri 
yazmışlar. 
S.Dağlı  «Kəcil  qapısı»,  «Bahar  oğlu»  romanlarının  və 
çoxlu  satirik  hekayələrin  müəllifidir.  M.İbrahimbəyov  və 
R.İbrahimbəyov  qardaşlarının  «Park»,  «Ondan  yaxşı  qardaş 
yox  idi»,  «Bayquş»,  «Kərgədan  buynuzu»,  «Bir  cənub  şəhə-
rində» nəsr əsərləri oxuculara yaxşı tanışdır. 
Azərbaycan  ədəbiyyatının  istedadlı  nümayəndələrindən 
biri Rüstəm İbrahimbəyovdur. «Mürəbbəsiz çörək» (1962) adlı 
hekayəsi  ilə  ədəbi  fəaliyyətə  başlayan  R.  İbrahimbəyov  SSRİ 
kinomatoqrafçılar  İttifaqı  yanındakı  ikillik  ali  ssenari  kursunu 
bitirdikdən  sonra  daha  çox  ssenarilər  yazmışdır.  «Bir  cənub 
şəhərində»,  «Səhranın  ağ  günəşi»,  «Qum  üzərində  ev»,  «Ad 
günü»,  «İstintaq»  filimlərinə  görə  dövlət  mükafatına  layiq 
görülüb.  Dramaturq  və  recissor  kimi  fəaliyyət  göstərən  R. 
İbrahimbəyov  «Urqa-məhəbbət  ərazisi»  filminə  görə  Venesiya 
kinofestivalının  baş  mükafatına,  «Günəşdən  usanmışlar» 
filminə görə isə Kann kinofestivalının  Qran-PRİ mükafatına və 
«Oskar» 
mükafatına 
(1995) 
layiq 
görülmüşdür. 
R. 
İbrahimbəyovun  «Seçilmiş əsərləri» II cilddə (Azərnəşr, 1989) 
nəşr olunmuşdur. Onlarla kitabın müəllifidir. Həm rus, həm də 
Azərbaycan  dillərində  əsərlərini  yazan  yazıçının  povest  və 
hekayələri bir çox xarici ölkələrdə çap olunur. 
Maqsud  İbrahimbəyov  dramatruq,  kinossenarist  və  re-
cissor  kimi,  həm  də  nasir  kimi  tanınır.  «Qəza»,  «Bir  az  da 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə