Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə50/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   46   47   48   49   50   51   52   53   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
197 
Cəmiyyətinin  sədri  vəzifəsində  çalışmış,  Azərbaycan    Elmlər 
Akademiyası  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  orta  əsrlər 
ədəbiyyatı  şöbəsinin  baş  elmi  işçisi  (1963-1982),  Azərbaycan  
Yazıçılar İttifaqının katibi (1981-1991) vəzifəsində çalışmışdır. 
Azərbaycan  Yazıçılar  Birliyinin  İdarə  Heyətinin  Cənubi 
Azərbaycan    ədəbiyyatı  üzrə  baş  müşaviri  (1991)  olan  Balaş 
Azəroğlu 25-dən çox kitabın  müəllifidir.  «Şeirlər»,  «Savalan», 
«Mübarizə  yollarında»,  «Mənim  nəğmələrim»,  «Səhər  şəfəq-
ləri»,  «Sənətin  qüdrəti»,  «Çiçəklənən  tarlalar»,  «İtmiş  qız 
haqqında  dastan»,  «Məcnun  söyüd»,  «Savalan  əfsanəsi», 
«İllərdən illərə», «Yarpaqlar töküləndə», «Dünənim, bu günüm, 
sabahım»,  «Gəl,  ay  Bahar»,  1955-59-cu  illərdə  «Seçilmiş 
əsərləri»,  1970-82-ci  illərdə  2  cildlik  «Seçilmiş  əsərləri»  və  s. 
kitabları  çap  olunmuşdur.  «Məhəmməd  Əmani»  namizədlik 
dissertasiyası  kitab  şəklində  çap  olunub.  Saib  Təbrizinin 
qəzəllərini  «Saib  Təbrizinin  sənət  dünyası»  (1981)  adı  altında 
dilimizə  çevirmiş,  nəşr  etdirmişdir.  Dünya  xalqlarının 
əsərlərindən  dilimizə  tərcümələri  də  ədəbi  fəaliyyətində 
müəyyən  yer  tutur.  Cənubi  Azərbaycanda  olarkən  yazdığı 
şeirlərində vətənə, xalqa qəlbən bağlı, onun sabahı, müstəqilliyi 
üçün mübarizə aparan vətəndaş şairin səsini eşidirik.  
Azər övladısan, məzlumam demə, 
Bu el azadlığın sorağındadır. 
Mübariz yaranıb, mübariz ölmək, 
Bizim bu ölkənin torpağındadır. 
60 ildən çox bədii yaradıcılıqla məşğul olan şairin əsərləri 
tənqidçi  ədəbiyyatşünasların  diqqət  mərkəzində  olmuşdur. 
Tənqidçilər  onun  ədəbi  yaradıcılığının  «güclü  obrazlılığı», 
«tematik  zənginliyi»,  fikir  dərinliyi  və  yüksək  partiyalı  siqləti 
ilə  nəzəri  cəlb etdiyini söyləyir.  Onun əsərlərinin  əhəmiyyətini 
«müasir  insanın  psixologiyasını,  hisslər,  düşüncələr  və 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
198 
duyğular aləmini yüksək bədii formalarda ifadə edərkən həmişə 
vətənə, ana torpağa, doğma xalqa» arxalanmaqda, «onun poetik 
düşüncələrinin  coğrafi  sərhədlərinin  və  imkanlarının çox geniş 
və zənginliyində» görürlər. Şairin bütün yaradıcılığının ruhunu 
təşkil edən yüksək reallıq və müasirlik, güclü vətənpərvərlik və 
xəlqilik,  dərin  beynəlmiləlçilik  ideyalarıdır  və  bunlar  zəngin, 
incə, oynaq formada, yüksək obrazlarla öz bədii həllini tapır.  
Sülh,  azadlıq  və  demokratiya  uğrunda  mübarizə  Balaş 
Azəroğlunun  yaradıcılığında  geniş  yer  tutur.  Şair  bu  mövzunu 
həmişə vətən və xalq anlayışı ilə vəhdətdə götürür, onu Cənubi 
Azərbaycan  xalqının  azadlığı  məsələləri  ilə  əlaqələndirir.  Ona 
görə də şairin  bu  mövzulu əsərlərində  yürüdülən  hər  bir  fikrin 
arxasında  azadlıq  uğrunda  mübarizə  aparan  xalqının  təfəkkür 
tərzi dayanır». 
Susub qızıl olmaqdansa 
Danışıram. 
Gümüş nədir 
Qoy dəmir olsun qiymətim. 
Nə qədər ki, 
Xalqım,  
Vətənim, 
Həqiqətim, 
Təpiklər altındadır, 
Mən necə alışmayım! 
Mən necə danışmayım! 
XX  əsrin  ən  xarakterik  hadisələrinə,  Afrika  xalqlarının 
əldə  etdiyi  istiqlaliyyətə,  Əlcəzair  xalqının  uzun  illər  davam 
edən  mübarizəsi  ilə  yanaşı,  şah  üsul-idarəsinə,  müstəmləkəçi 
imperializmin  məhvi  naminə  ömrü  boyu  mübarizə  aparan 
cənubi  azərbaycanlılarımızın  taleyinə,  İran  qoşunları  altında 
təhqir  və  təzyiqlərə  məruz  qalan,  fars  dilində  danışmağa, 


 
Sənət, sənətkar və zaman
 
 
 
199 
yazmağa,  oxumağa  məcbur  edilən  millətinin  faciəsinə  göz 
yuma bilmir. Yarı qəzəb,  yarı nifrət, yarı əzab,  yarı dərd, qəm, 
qüssə,  göz  yaşları  içində  olan  xalqının  bugünkü  taleyinə-
sərhədləri  kimi,  adı,  milləti  də  farslaşdırma  siyasətinə  qurban, 
İranın  bir  «məhəlləsi»nə  çevrilməkdə olan  Cənubi  Azərbaycan  
taleyinə dözmür.  
İndi dilimiz «məhəlli»: 
Nəğməmiz «məhəlli», 
Özümüz «məhəlli» olmuşuq, 
Nizamisi dünyaya sığmayan, 
Bir xalq 
Bir məhəlləyə dolmuşuq! 
Bir həddinə bax zülmün, 
Gör nə günə qaldı 
Bütün İrana məşrutə verən 
Sərdarın nəvəsi! 
Bax, budur 
İyirminci əsrin  
Ən böyük faciəsi! 
«Elə  oğul  istəyir»  şeiri  kimi,  «Savalan»,  «Körpə  müğən-
ni»,  «Eşidin  dünyanın  səsini»,  «Fədakarlıq»,  «Dəniz  olmaq 
istəyirəm»  və  s  şeirlərində  də  şair  vətənini  düşünür,  sabahına 
ümidini  itirmir.  «Araz  çayının  üstündə  salınmış,  bir  ayağı 
Cənubda, bir ayağı Şimalda olan qərib bir körpü obrazında şair 
vətən  məfhumunu  ümumiləşdirir».  Beynəlmiləlçilik,  xalqlar 
dostluğu  («Berlin»,  «Marselin  taleyi,  Reyxstaq»,  «Almaniya», 
«Eşidin  dünyanın  səsini»,  «Dağ  seli  və  daşlar»),  təbiət  lirikası 
(«Dağlar»,  «İki  Araz»,  «Bahar  gəlir»,  «Göy  göl»,  «Bənövşə», 
«Buludlar»,  «Günəşin  qürub  çağı»,  «İldırım  və  dəniz», 
«Yarpaqlar  töküləndə»  və  s.),  təlim  –tərbiyə,  sənət  və 
sənətkarlıq  məsələləri  («O  şeiri  kim  yaxacaq»,  «Romantika», 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
200 
«Şeir var ki», «Əsl şair», «Süleyman Rüstəm») onun əsərlərinin 
əsas mövzusunu təşkil edir.  
Klassik  ənənələrə  yaradıcı  şəkildə  yanaşan,  inkişaf 
etdirən, heca və sərbəst vəznin ən oynaq şəkillərindən «ustalıq-
la»  istifadə  edən  Balaş  Azəroğlu  yaradıcılığının  böyük  bir 
hissəsini  poemaları  təşkil  edir.  «Bakı  səfəri»  əsəri  ilə  Cənubi 
Azərbaycan    şeirində  realist  və  müasir  poema  canrının  əsasını 
qoymuşdur.  «İtmiş  qız  haqqında  dastan»,  «Bir  məhbusun 
gündəliyindən»,  «Mənim  cəbhə  dostlarım»,  «Hafizin  qəbri 
üstündə»,  «Ərəb  oğlu»,  «İlk  məktub»  poemalarında  «sülh, 
demokratiya  uğrunda  mübarizə  ideyaları,  azadlığa,  dostluğa 
çağırış  sədaları»,  «Ərəb  oğlu»,  «Əlcəzairli  qardaşıma» 
poemalarında  imperializmin  müstəmləkəçilik  siyasəti,  azadlıq 
uğrunda  mübarizə  aparan  xalqların  dönməz  iradəsi  real 
səhnələrlə  təsvir  olunur.  Tənqidçilər  Balaş  Azəroğlu  ya-
radıcılığının  «əsas  ruhunu»,  «siyasi  kəskinlik,  inqilabi  pafos, 
gələcəyə  güclü  inam,  yüksək  vətənpərvərlik  və  beynəlmi-
ləlçilik, həyatın obrazlı və real təsviri» təşkil etdiyini bildirirlər.  
Ömür-gün  yoldaşı Mədinə Gülgün Cənubi  Azərbaycanda 
gedən  milli-azadlıq  hərəkatının  yetirməsidir.  Uşaqlığından 
çəkdiyi  əzab-əziyyətlər,  həm  cismani,  həm  də  mənəvi  əzablar 
onu mübarizə yolunda mətinləşdirib. İctimai-siyasi həyatda baş 
verən  hadisələr,  demokratik  ruhlu  qüvvələrin  fəalliyətə 
başlaması    onun  sabaha  inamını  artırıb.  «Azərbaycan», 
«Demokrat»,  «Günəş»,  «Vətən  yolunda»  və  s.  curnallarda 
«Gülgün»  təxəllüsü  ilə  şeirlərini  çap  etdirib.  Mübariz 
çıxışlarına 
qarşı 
mürtəce 
qüvvələr 
fəallaşıb. 
Onların 
hücumundan qorxmayan gənc şairə inqilabi mübarizəyə çağırış 
ruhlu şeirlər yazmaqda davam edib.  
M.Gülgün  1945-ci  ildə  ölkədə  fəaliyyət  göstərən 
Azərbaycan  Demokrat  firqəsinin  sıralarına  daxil  olur. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə