Sənət, sənətkar və zaman
157
keçən, ora-bura baş vuran, halal əməkdən, zəhmətdən qaçan,
arvadın hesabına «kişi» olanları tənqid hədəfi götürdüyü
«Kişilər» komediyasını, M.F.Axundovun «Aldanmış kəvakib»
povestinin motivləri əsasında «Ulduzlar görüşəndə» pyesini
yazır.
Bu illərin dramaturgiyasında Anar, B. Vahabzadə, R.İb-
rahimbəyov, M. İbrahimbəyov, N.Xəzri, Ə.Əylisli, İ.Əfəndiyev
və Elçinin yaradıcılığı daha çox diqqəti cəlb edir. R.
İbrahimbəyovun «Öz yolu ilə», M.İbrahimbəyovun «Mezozoy
əhvalatı», N.Xəzrinin «Əks-səda», Ə.Əyrislinin «Vəzifə» kimi
dram əsərlərində bu günün, elmi-texniki tərəqqi dövrünün
problemi və qayğıları ilə, onun zəngin, dolğun xarakterə malik
insanları ilə qarşılaşırıq.
Müharibədən sonrakı illərdə ədəbiyyatşünaslığın inkişa-
fında tənqidçilər, alimlərlə yanaşı S.Vurğun, M.İbrahimov
M.Hüseyn kimi yazıçı və şairlər də fəallıq göstərirdilər.
S.Vurğun yazdığı məqalələrdə ideyalılığı, müasirliyi, xəlqiliyi
təbliğ edir, formalizmə, nihilizmə, naturalizmə qarşı barışmaz
mövqe tutur. Müasir həyatda nöqsanları tənqid etməklə yanaşı,
müsbət keyfiyyətləri daha çox qələmə almağın tərəfdarı idi.
Bədii əsərlərdə romantikanı müdafiə edirdi. «Uşaqlarımız üçün
gözəl əsərlər yaradaq», «Sənətdə formalizm və naturalizm
əleyhinə» və s. məqalələrində romantikanı müdafiə etməkdə
məqsədi vardı; bəzilərinin ədəbiyyatı romantikadan ayırıb «onu
məişətçiliyə endirmək» istəklərini tənqid edirdi. S.Vurğunu
düşündürən məsələlərdən biri də müsbət qəhrəman, müsbət
ideal, klassik irsə münasibət məsələləri idi.
Klassik və müasir sənətkarlar haqqında, Azərbaycan
ədəbiyyatının inkişafı, ayrı-ayrı ədəbi şəxsiyyətlər haqqında
düzgün elmi-nəzəri mülahizələr irəli sürən yazıçılardan M.
İbrahimov Füzuli, C.Məmmədquluzadə, Sabir və başqa klas-
Gülxani Pənah, Salatın Əhmədli
158
siklərin bədii yaradıcılığından, dünyagörüşlərindən danışarkən
tarixilik prinsipinə ciddi riayət edir.
«Dramaturgiyanın bəzi sənətkarlıq məsələləri» məqalə-
sində «Konfliktsizlik nəzəriyyəsinin» əsassızlığını açır, bunun
ədəbiyyata vurduğu zərərləri nümunələrlə açıb göstərir.
Tənqidçilər «bu bədnam nəzəriyyənin» uzun müddət insanların
fikirlərində «dolaşıqlıq və çaşqınlıq» yaratdığını bildirirlər.
Bu dövrdə ədəbi-tənqidi fəaliyyəti ilə seçilən, dəyərli
ədəbi-tənqidi fikirləri ilə tanınan M. Hüseyinin 1945-1953-cü
illər arasında yazdığı məqalələrdə ədəbiyyatşünaslıqla bağlı çox
mühüm nəzəri məsələlər irəli sürdüyü, ədəbiyyatmızın «ideya
saflığı, yüksək sənətkarlığı uğrunda mübarizə apardığı öz
mülahizələrini də bu istiqamətdə inkişaf etdirdiyi tənqidçilər,
ədəbiyyatşünaslar tərəfindən xüsusilə qeyd edilir. Nəzəri
cəhətdən
yüksək
səviyyəli əsərləri olan
«Azərbaycan
ədəbiyyatının yaradıcılıq problemləri» (silsilə məqalələr),
«Böyük sənət uğrunda», «Qılınc və qələm» haqqında qeydlər»,
«Ədəbi tənqidimizin nəzəri saflığı uğrunda» və s. əsərlərdə
həm bədii yaradıcılığın, həm də ədəbiyyatşünaslığın ümdə
məsələlərinə dair dərin elmi-nəzəri ümumiləşdirmələr olduğu
söylənir.
Ədəbiyyatşünaslığımızın ən böyük nailiyyətlərindən biri
də filosof Heydər Hüseynovun «XIX əsr Azərbaycan ictimai
fikir tarixindən» əsəridir. Bu əsərdə alim «bütöv bir əsr ərzində
Azərbaycanda yaranan fəlsəfi, ictimai-bədii fikrin» bütün
problemlərinə toxunur.
Azərbaycan ədəbiyyatşünaslığının, eləcə də ədəbiyyatı-
mızın inkişafında böyük xidmətləri olan şəxsiyyətlər içərisində
Məmməd Arifin öz dəsti-xətti var. Müasir Azərbaycan
tənqidinin formalaşması və inkişafında misilsiz xidmətlər
göstərib, elmi–bədii yaradıcılığa XX əsrin 20-ci illərindən
Sənət, sənətkar və zaman
159
başlayan Məmməd Arif kiçik şeirlər, hekayələr, felyetonlarla
yaradıcılığa başlayıb. İlk əsərlərini «Molla Nəsrəddin», «Qızıl
gənc qələmlər», «Şərq qadını», «Maarif və mədəniyyət»
curnallarında, «Kommunist» qəzetində çap etdirib. Müasir
ədəbi proseslə, mədəniyyətlə, eləcə də bədii yaradıcılıq
məsələləri ilə dərindən bağlı olan Məmməd Arif 20-30-cu
illərdə dövrü mətbuatda şeir və hekayələri, felyetonları ilə
vaxtaşırı çıxış etsə də, bu dövrdən başlayaraq Sovet
ədəbiyyatşünaslığının, ədəbi tənqidin yaranmasına, inkişafına
həsr etmiş, bütün qüvvəsini, fəaliyyətini «insan və zaman»,
«sənətkar və vətəndaşlıq borcu» məsələlərinin düzgün–müasir
həllinə yönəltmişdir».
Akademik Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixinin
yaradıcılarından biri olub, ikicildlik «Müxtəsər Azərbaycan
ədəbiyyatı tarixi» (1943-1944), üç cildlik «Azərbaycan
ədəbiyyatı tarixi» (1967), «Azərbaycan sovet ədəbiyyatı tarixi
oçerki» kitablarını ərsəyə gətirib. «C.Cabbarlının yaradıcılıq
yolu» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 20-
30-cu
illərdən
başlayaraq
ədəbiyyatşünaslıq
(sovet
ədəbiyyatşünaslığı) ədəbi tənqid sahəsində dəyərli əsərləri
yazmış, «bədii sənətkarlıq», bədii dil, xəlqilik, bədii tərcümə və
s. məsələlər, Azərbaycan, rus və dünya xalqları klassik
ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, müasir ədəbi proses, ədəbi-
tənqidi əlaqələr əsas tədqiqat obyekti olmuşdur. «Mehman»
povesti və müsbət qəhrəman məsələsi», «Bədii dil və üslub»,
«Azərbaycan sovet şeirində lirika», «Azərbaycan sovet
dramaturgiyasında sənətkarlıq məsələləri» və s. məqalələri
tənqid və ədəbiyyatşünaslıq elminə xidmət edir. H.Araslı, F.
Qasımzadə, Əli Sultanlı, M. Rəfili, S.Xəndan ilə birlikdə
Məmməd Arif də orta məktəb və ali məktəb tələbələri üçün
dərsliklərin yaradılmasında böyük rol oynamışdır. Tənqidçi,
Gülxani Pənah, Salatın Əhmədli
160
ədəbiyyatşünaş, tərcüməçi, nasir, pedaqoq, 1936-cı ildən AYB-
nin üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, Azərbaycan dövlət
mükafatı laureatı M. Arif rus klassik ədəbiyyatına dair də
maraqlı elmi-nəzəri mülahizələr irəli sürmüşdü. N.Qoqol,
L.Tolstoy, A.Çexov, M.Qorki, Servantes, İ.Bexer, M. E. Rem-
arkdan bədii tərcümələr etməklə yanaşı, «Qədim rus ədəbiyyatı
(XI-XVII əsrlər), «Rus ədəbiyyatı» (XVIII əsr) kimi ali
məktəblər üçün dərsliklərin redaktoru və müəlliflərindən biri
olmuşdur.
Bu dövrün ədəbiyyatşünaslıq elmindən danışarkən artıq
100 illik yubileyi dövlət səviyyəsində qeyd olunan Məmməd
Cəfərin rolu unudulmazdır. «Azərbaycan şeirində novatorluq
və ənənə», «Tipiklik haqqında», «Şairin düşüncələri», «Mirzə
Ələkbər Sabir», «Cəlil Məmmədquluzadə», «Klassiklərimiz
haqqında» (1948), «Mirzə Fətəli Axundovun ədəbi-tənqidi
görüşləri» (1950), «Sidqi Ruhulla» (1949), «Ədəbi düşüncələr»
(1958),
«Füzuli
düşünür»
(1959),
«Hüseyn
Cavid»,
«Azərbaycan ədəbiyyatında romantizm», «Səməd Vurğun»
(1906), «Nizaminin fikir dünyası» (1982),» «XIX əsr rus
ədəbiyyatı» I (1970), II (1974), III (1974) cildlər və s.
kitablarında ədəbi-tənqidi-publisistik məqalələri toplanmışdır.
Adları çəkilən Azərbaycan ədəbiyyatının korifeylərinin
yaradıcılığı haqqında tənqidçi, ədəbiyyatşünas alim elmi-nəzəri
fikirlərini irəli sürür.
Müharibədən sonrakı dövrdə klassik şeirimizi dərindən
tədqiq etmək, böyük sənətkarlarımız Nizami, Füzuli, Nəsimi və
digərlərinin yaradıcılıq dövrünü əhatəli, geniş şəkildə
araşdırmaq, öyrənmək sahəsində ədəbiyyatşünas alimlər xeyli
iş görür. Nizamişünaslardan M.Əlizadə, M.Rəfili, Ə. Ağayev,
Bertels, Krımski, H.Araslı rus yazıçılarından Nikolay Tixonov
və b. dəyərli əsərlər, məqalələr yazdılar. Nizami yaradıcılığı
Dostları ilə paylaş: |