Sənət, sənətkar və zaman
149
deyilmiş bir cümləsində tədqiqat obyektinin bir cəhətini sərrast
ifadə edə bilir: filan yazıçı həyatdan, filan isə kitabdan
gəlmişdir; Əhməd Cəmil az yazır, saz yazır; Səməd Vurğun bir
çoxları kimi yaradıcılığının ilk illərində kağız korlamamışdır;
Ənvər Məmmədxanlı özünün məharəti ilə bəzən az ağlabatan
vaqeələrə belə oxucunu inandıra bilir və s».
Mir Cəlalın ədəbi fəaliyyətindən danışarkən onun elmi,
ədəbi–bədii əsərlərinin dilini unutmaq olmaz. Onun əsərlərinin
dili canlı xalq dilidir, folklor abidələrindən, Mirzə Cəlil
nəsrinin dilindən qidasını alıb. Sözə qənaət edən, fikri yığcam,
lakonik, təsirli şəkildə
«təbii tərzdə
ifadə edən»dir,
bəzək-düzəksiz, həyat hadisələrinin sadə və səmimi bir təhkiyə
üzərində qurandır. Bütün yaradıcılığı boyu bir dram əsəri
yazmışdır ki, bu da müharibə illərinə təsadüf edir. «Mirzə
Xəyyam» «şən və ifşaedici» komediyadır. Mir Cəlalın adı
gözəl
nasir,
müəllim,
ədəbiyyatşünas,
tənqidçi
kimi
Azərbaycan ədəbiyyatının tarixinə yazılıb.
Müasir Azərbaycan nəsrinin inkişafında Əbülhəsən
Ələkbərzadənin də rolu böyükdür. O, cəmiyyətin «ictimai və
siyasi hadisələrin qaynar burulğanında» yetişən, gördüklərini
«bədii sənət dilində əbədiləşdirməyi» bacaran ədiblər
sırasındadır. Ədəbi fəaliyyətə «Maarif və mədəniyyət»
curnalında çap olunan «Sofi» hekayəsi ilə başlayan Əbülhəsən
yaradıcılığının ilk illərində şeirlər yazmışdır. «Dalğalar»,
«Şahbuzdağ», «Bahar yağışları», «Etirafdan» və s. şeirlərində
təbiət lövhələri öz əksini tapır. Bununla belə, «Sofi» hekayəsi
ilə istedadlı, oricinal bir yazıçı kimi diqqəti cəlb edib.
20-ci illər Azərbaycan nəsrinin bir növ hekayə dövrü
kimi qiymətləndirilir. Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy
Haqverdiyev,
Süleyman
Sani
Axundov,
Yusif
Vəzir
Çəmənzəminli, Seyid Hüseyn, Abdulla Şaiq. Amma müasir
Gülxani Pənah, Salatın Əhmədli
150
Azərbaycan romanı və povesti yox idi. Tənqidçilər nasirlə-
rimizin «uzaq və əzəmətli yürüşə hazırlaşan ordular kimi öz-
lərinin potensial gücünü, sənətkarlıq qüdrətini» yoxladıqlarını,
roman, povest üçün «ciddi məsuliyyətli hazırlıq» getdiyini, Ə.
Ələkbərzadənin də bu dövrdə yetişdiyini bildirirlər. Tarixi
mövzularda, ictimai-siyasi hadisələri özündə əks etdirən
«Şamo», «Dumanlı Təbriz», «Dirilən adam», «Qəhrəman»
romanlarını
tənqidçilər
«uğurlu
romanlar»
kimi
dəyərləndirirdilər. Əbülhəsənin yaradıcılığında «Yoxuşlar»
romanını isə müasir Azərbaycan romanının ilk nümunəsi kimi
qiymətləndirirlər. Kənddə kollektivləşmə hərəkatına həsr
olunan əsərdir.
Əbülhəsən Ələkbərzadə gördüyü, şahid olduğu hadisələri
əsərinin mövzusuna çevirirdi. Yazıçı Q. Korabelnikov yazırdı
ki, Əbülhəsən «nədən yazmışsa, həmişə iştirakçı və şahid kimi
onları öz gözü ilə görmüşdür. Sanki taleyin özü ona həyat
təcrübəsi bəxş edir, onu əsrin həlledici vuruşları gedən döyüş,
mübarizə meydanına gətirir».
Əbülhəsən Ələkbərzadənin yaradıcılığı üçün əsas səciy-
yəvi cəhətlər müasirlik və aktuallıqdır. Onun «Araz», «Dünya
qopur», «Boşandı», «Yoxuşlar», «Tanışlar», «Atalar və
oğullar», «Müharibə» I kitab, «Dostluq qalası», «Dünya
qopur», «Tamaşa qarının nəvələri», «Krım hekayələri»,
«Utancaq», «Sədaqət», «Üç ildən sonra» və s. kitablarındakı bu
müasirlikdir: «Əsl müasirlik onun qəhrəmanlarının xarak-
terində, amallarında, düşüncə və əməllərindəndir, bədii sücetin
və konfliktin səciyyəsində, əsərin ümumi pafosunda və ideya
məzmunundadır; nəhayət, onun özünün sənətkar kimi
zəmanəsinin
sosial
tendensiyalarını,
ictimai
ideallarını
məqamında, sərrast duya bilməsində, vətəndaş kimi onların
Sənət, sənətkar və zaman
151
həyati qələbəsi uğrunda mübarizənin ön cərgəsində getmə-
sindədir».
Əli Vəliyev Azərbaycan nəsrinin inkişafında böyük xid-
mətləri olan sənətkarımızdır. «Nənəmin cəhrəsi», «Sübut»,
«Sovqat», «Cəbhə hekayələri», «Gülşən», «Ürək dostları»,
«Anaqız», 6 cildlik «Seçilmiş əsərləri», «Narahat adam»,
«Madarın dastanı», «Budağın xatirələri» kimi əlliyə yaxın
kitabların müəllifidir. Əli Vəliyev Azərbaycan həyatını, onların
Böyük Vətən müharibəsi illərində faşizmə qarşı həm arxa, həm
də ön cəbhədə apardığı mübarizəni, qazanılan qələbələri,
ölkədə gedən quruculuq işlərini nəsr əsərlərində, hekayə,
povest və romanlarında yüksək sənətkarlıqla təsvir etmiş,
Azərbaycan nəsrinin inkişafında öz dəsti-xətti ilə seçilmişdir.
Əsərləri bu gün də sevilir, oxunur.
Ənvər Məmmədxanlı Azərbaycan ədəbiyyatına oricinal
əsərlər bəxş edən gözəl sənətkardır. İlk kitabı «Burul-ğan»
1934-cü ildə çapdan çıxmışdır. «Bakı gecələri», «Ayna»
(kinossenari), «Qəribə atəş», «Analar və yollar», «Dirilik
çeşməsi», «And», «Hekayələr», «Balaca Nərgiz», «Hekayələr»,
«Seçilmiş əsərləri», «Seçilmiş əsərləri» 2 cilddə, «Qızıl
qönçələr» və s. kitabların müəllifidir.
1936-cı ildə ədibin «Bakı gecələri» kitabı çap olunur. Bu
kitabdakı hekayələri, sonralar yazdığı «Ananın nəziri», «Kiçik
məktub», «Qaralmaz günəş» əsərləri Ənvər Məmmədxanlını
ədəbi mühitdə istedadlı qələm sahibi kimi tanıdır. İkinci Dünya
müharibəsi dövründə «Qızıl ordu» cəbhə qəzetinin Azərbaycan
redaksiyasının xüsusi müxbiri olmuş, Stalinqrada göndərilmiş,
müxtəlif cəbhə bölgələrində olmuşdur. Müharibə illərində
qələmə aldığı hekayələrində müharibənin dəhşətlərini yaşayan
insanların həyatı qələmə alınır. Onun «Buz heykəl» əsəri adi
hekayə deyil «başdan-ayağa müharibəyə, faşizmə nifrət, anaya,
Gülxani Pənah, Salatın Əhmədli
152
həyata və günəşə dərin məhəbbət fəlsəfəsidir. Müharibə təkcə
ananı baladan ayırmır, o, qardaşı bacıdan, atanı oğuldan,
sevgililəri bir-birindən didərgin salır, çox arzuları ürəklərdə,
çox diləkləri gözlərdə qoyur... Ədib təhkiyəni elə sağlam bədii
məntiqlə qura bilir ki, hadisəyə hökmən inanmalı olursan».
«O, mahnılarda qayıtdı» hekayəsində də müharibə, onun
ağrı acıları verilir. «Qərb cəbhəsindən məktub», «Analar
yollara çıxdılar», «Yeni ilin hökmü», «Qərbə atəş», «Silahlı
dağlar», «Qanlı möhür», «Haralısan, əsgər qardaş», «Ananın
ölümü», «Ulduz» «Vasya Luçik», eləcə də «Buz heykəl»
hekayələrində
tənqidçilər
ədibin
üslubunda
təmkinli
hekayəçiliklə, mübariz, döyüşkən, odlu publisistikanın vəhdət
təşkil etdiyini görürlər.
Ənvər Məmmədxanlının «Boyunbağı», «Karvan da-
yandı», «Baş xiyabanda», «Qızıl qönçələr» və s. əsərləri cəbhə
mövzusunda yazılmış əsərləridir.
Böyük Vətən müharibəsi illərində sovet ordusu sırala-
rında Tehrana getmiş yazıçı orada yaşayan qardaşlarının həyat
tərzinin, ağır güzəranının şahidi olmuşdur. Təbriz camaatının
acınacaqlı taleyindən bəhs edən «Baş xiyabanda» hekayəsinin
mövzusu ürəkağrıdandır. Müharibənin dəhşətləri, ac, yoxsul
insanların fəlakəti, ata-anasını erkən itirdiklərindən çöllərdə ac
qalan, ömrü çöllərdə keçən uşaqlardan birinin diləndiyi çörəyi
itlərə payladığını təsvir edir. O itlərə ki, «o, hər gecə üşüməsin
deyə büzüşüb həmin itlərin arasında yatarmış». Şəhərin baş
xiyabanında gördükləri, bütövlükdə İran zülmü altında inləyən
məmləkətimizin
bir
hissəsinin
təbrizlilərin-cənubi
azərbaycanlıların, ağır, faciəvi həyatından bir səhnə idi.
Tənqidçilər romantika, lirizm, lakonik, yığcam forma,
rəvan poetik dil, incə duyğularla yanaşı yazıçının əsərlərində
zamanın, dövrün xüsusi möhürü olduğu fikrindədir. Öz
Dostları ilə paylaş: |