211
15-“ĠNZAR” AYƏSĠ
“ġüəra” surəsinin 214-215-ci ayələrində buyurulur:
آَ١ ٕ ِ لْاِمةُّلْاٌِا آَ ِ اَهاَعاَجمَّرا ٓاَّ ٌ اَهاَؽبإَاَع لْاِ٘ ف لْاِفااَٚ آَ١ ثاَولْاِلاَ لْاِلْا اَهاَراَو١ ْاَ لْاِه نٔاَأاَٚ
“Ən yaxın qohumlarını qorxut. Sənə tabe olan möminləri
qanadın altına al!”
Bu ayələr bütün Ġslam tarixçilərinin qeydə aldığı bir hadisədən
söz açır. Təbərsinin “Məcməül-bəyan” kitabında yazdığına əsasən,
bu məsələ Ģiə və sünnilərin nəzərində məĢhurdur. Hakim Həskani
“ġəvahidut-tənzil” kitabında Bərra ibn Azibdən belə nəql edir: “Ən
yaxın qohumlarını qorxut” ayəsi nazil olandan sonra Peyğəmbəri-
əkrəm (s) qırx nəfərdən ibarət Əbdülmüttəlib övladlarını bir yerə
yığdı və onlara süfrə açıb buyurdu: “Allahın adı ilə (süfrəyə)
yaxınlaĢın və yeyin!” Sonra südlə dolu bir qab gətirib buyurdu:
“Allahın adı ilə için!” Ertəsi gün yenə onları bir yerə yığıb, süfrə
baĢına dəvət etdi. Bu vaxt onları həm qorxudub, həm də
müjdələyərək buyurdu: “Mən sizə dünya və axirət xeyri gətirmişəm.
İslamı qəbul edin və doğru yola yönəlmək üçün mənə tabe olun!”
Sonra əlavə edərək buyurdu: “Sizlərdən mənimlə (bu yolda) qardaş
olmağa, mənə kömək etməyə, məndən sonra da əhli-əyalım arasında
vəsim və canişinim olmağa, dinimi yaymağa kim hazırdır?”
Məclisə sükut çökdü. Həzrət bu sözü üç dəfə təkrarladıqdan
sonra kimsə yox, məhz Əli (ə) ayağa durub dedi: “Mən bu iĢə
hazıram!” Peyğəmbər (s) buyurdu: “Beləsə, mənim vəsim və
canişinim sən olacaqsan!”
Məclisdə iĢtirak edənlər durub gedərkən, istehza ilə Əbu Talibə
deyirdilər: “Get, oğluna (Əliyə) itaət et. Məhəmməd (s) onu sənin
əmirin seçdi!”
1
“ġəvahidut-tənzil” kitabının haĢiyəsində bu hədis Abdullah ibn
Abbasdan və Əbu Rafedən də nəql olunmuĢdur.
Nisai “Xəsais” kitabında Rəbiə ibn Nacizdən belə nəql edir:
“Bir nəfər Əliyə (ə) “Sənin, əmin oğlu Məhəmmədə (s) varis
olmağına səbəb nə idi? Halbuki səndən öndə duran əmin buna layiq
1
“Şəvahidut-tənzil”, 1-ci cild, səh. 420 (ixtisarla) və “Məcməül-bəyan”, 7-8-
ci cild, səh. 206.
212
olmadı” deyə soruĢduqda, Əli (ə) onun cavabında “Yovmul-inzar”ı
(Peyğəmbərin (s) qırx nəfər qohumlarından ibarət təĢkil etdiyi
məclisi) vurğuladı və nəhayət, Peyğəmbərin (s) belə buyurduğunu
nəql etdi: “Sizdən hansı biriniz mənə beyət etməklə mənim qardaĢım,
dostum və varisim olmaq istəyir?” Heç kim cavab vermədi. Mən
ayağa qalxdım, halbuki hamıdan kiçik idim. Peyğəmbər (s) buyurdu:
“Sən otur!” Peyğəmbər (s) sözünü üç dəfə təkrar etsə də, məndən
baĢqa heç kim ona cavab vermədi. Axırda əlini mənim əlimə qoyub
buyurdu: “Buna görə də əmimi deyil, əmim oğlumu özümə varis
edirəm!”
1
MəĢhur tarixçi Təbəri də bu hədisi geniĢ Ģəkildə nəql etdikdən
sonra yazır: “Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) iĢarə edərək buyurdu:
ةُٖٛةُع١ ٛاَااَٚ ةُٗاٌَ اٛةُعاَّلْاٍِباَـ لْاُِةُى١ ـ ٝ زاَف١ ٍاَفاَٚ دِّٝ ٕاَٚاَٚ ٝ فاَا ان٘ مَّْ ا
:
“Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Ona
qulaq asın və itaət edin!” Camaat gülə-gülə (istehza ilə) ayağa
qalxıb gedərkən, Əbu Talibə (Əlinin (ə) atasına) dedilər:
“Məhəmməd (s) əmr etdi ki, sən öz oğlunun sözünə qulaq asasan və
itaət edəsən!”
2
Təbəri bu hədisi baĢqa ravilərdən də nəql etmiĢdir.
Diqqəti cəlb edən məsələ budur ki, Təbəri kimi əhli-sünnənin
böyük tarixçi və müfəssiri “Tarix” kitabında
3
bu hadisəni yuxarıdakı
kimi qeyd etsə də, “Camiul-bəyan” təfsirində bu ayənin təfsirinə
çatanda, Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Sizdən hansı
biriniz bu iĢdə mənə kömək edə bilər ki, sonra mənim qardaĢım...
sair və sair olsun!” Əli (ə) dedi: “Ey Allahın Peyğəmbəri (s)! Mən
sənə kömək edə bilərəm!” Peyğəmbər (s) də buyurdu:
اذَك ًَ َِخَا اذى مَّوَا
اذَكًَ
:
“Həqiqətən, bu mənim qardaĢımdır... sair və sair”
4
Gördüyünüz kimi, Təbəri Peyğəmbərin (s) buyurduğu “vəsiyyi
və xəlifəti fikum” (Əli sizin aranızda mənim vəsim və xəlifəmdir)
ifadələrinin yerinə “kəza və kəza” (sair və sair) sözlərilə kifayətlənir
ki, məbada “vəsi və xəlifə” sözləri Əhli-beyt məktəbinin
1
“Təliqati Şəvahidut-tənzil”, 1-ci cild, səh. 423.
2
“Tarixi-Təbəri”, 2-ci cild, səh. 63. Beyrut çapı.
3
Təbərinin “Tarix” kitabından əlavə, 30 cilddən ibarət təfsir kitabı da
vardır.
4
“Təfsiru camiul-bəyan”, Təbəri, 19-cu cild, səh. 75, “Şüəara” surəsinin 214-
cü ayəsi.
213
ardıcıllarının əlinə düĢsün. Bunlar imam Əlinin (ə) xəlifəliyi üçün ən
böyük dəlillərdir.
Bəli, bu da əhli-sünnənin Təbəri kimi aliminin təəssübkeĢliyi və
həqiqəti gizlətməsi idi! Görəsən, kitab yazmaq və Peyğəmbəri-
əkrəmin (s) hədislərinə qarĢı əmanətdarlıq budurmu? Görəsən, alim
fikirləĢmirdimi ki, bir gün gələcək, onun “Tarix” kitabındakı
ifadələrini “Təfsir” kitabındakı ifadələrlə müqayisə edəcəklər?
Doğrusu, bu sahədə Təbəri tək deyil, onunla eyni əqidədə olanlara
çox rast gəlmək mümkündür.
Alusi “Ruhul-məani” kitabında bu rəvayəti naqis və natamam
Ģəkildə nəql etdikdən sonra yazır: “ġiələr xilafətlə bağlı
məqsədlərinə çatmaq üçün bu rəvayətə istinad edirlərsə, biz də onu
təvil etməli, yozmalı, yaxud da onun saxta və zəif olduğunu
deməliyik!”
1
Bu məĢhur təfsir aliminin sözləri adamı dəhĢətə gətirir! O deyir
ki, bu rəvayətin Ģiələrin xeyrinə qurtarmaması üçün onu təvil etmək,
yozmaq, yaxud da saxta və zəif hesab etmək lazımdır. Belə çıxır ki,
Quran, hədis və tarixi həqiqətləri təhrif etmək olar. Demək onların
əqidələrinə münasib olmayan hədisləri gözüyumlu saxta və zəif
hesab etməliyik! ġübhəsiz ki, bütün peyğəmbərlər və səmavi kitablar
səhnəyə çıxsa da bu təfəkkür tərzinə malik Ģəxsin əqidəsini dəyiĢdirə
bilməzlər.
Əhli-sünnənin hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl
isə “Müsnəd” adlı məĢhur kitabında “Yovmul-inzar” hadisəsini,
Peyğəmbərin (s) buyurduğunu belə nəql edir: “Kim mənim
borclarımı ödəmək, vədlərimə vəfa etmək, mənimlə behiĢtdə və əhli-
beytimin içərisində caniĢinim olmaq istəyir?” Əli (ə) Peyğəmbərə (s)
müsbət cavab verib deyir: “Mən bu iĢi görərəm!”
2
Ġbn Əbil-Hədid Mötəzili yazır: “Təbəri ”vəzirlik” hədisini
(Əlinin (ə) vəzirliyini isbat edən yuxarıdakı hadisəni) “Tarix”
kitabında Abdullah ibn Abbasdan, o da Əli ibn Əbi Talibdən (ə) belə
nəql etmiĢdir: “Ġnzar” ayəsi nazil olandan sonra Peyğəmbər (s) məni
(Əli (ə) çağırdı...” Sonra hadisəni geniĢ Ģəkildə yazır və nəhayət,
Peyğəmbərin (s) bu kəlamını nəql edir: “Allah mənə sizi Onun
1
“Ruhul-məani”, 19-cu cild, səh. 135, bəhs etdiyimiz ayənin təfsirində.
2
“Müsnədi-Əhməd”, 1-ci cild, səh. 111 (azacıq ixtisarla).
Dostları ilə paylaş: |