214
dininə dəvət etməyi göstəriş vermişdir. Sizdən hansı biriniz bu işdə
mənə yardımçı olsa, mənim qardaşım, vəsim və canişinimdir...”
Əli (ə) ayağa qalxıb dedi: “Ya Rəsuləllah! Mən bu iĢdə sənə
vəzir və yardımçı olmağa hazıram!”
Peyğəmbər (s) buyurdu: “O mənim sizin aranızda qardaşım,
vəsim və xəlifəmdir.”
1
Diqqət yetirmək lazımdır ki, bu rəvayətdə və öncə qeyd
etdiyimiz rəvayətlərin bir qismində iĢlənən “xəlifəti fikum” (sizin
aranızda mənim xəlifəm) ifadəsindən məlum olur ki, digər
rəvayətlərdə qeyd olunan “əhl” sözündən də məqsəd eyni mənadır.
Ġbn Əsir
2
“Kamil” kitabında da bu hadisəni hətta bir çox tarix
və hədis alimlərindən daha geniĢ Ģəkildə nəql edərək yazır ki,
Peyğəmbər (s) buyurmuĢdur: “Sizdən hansı biriniz bu işdə mənə
kömək etsə, o, sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir”
Heç kim cavab verməyib sakit durduğu zaman Əli (ə) dedi: “Ey
Allahın Peyğəmbəri! Mən bu iĢdə sənə kömək edərəm!” Peyğəmbər
(s) buyurdu:
ُهٌُع ِ َاًَ ُوَل اٌُعَمْ اَ ْمُي ِ َِ َ ِلَخًَ رَِِّ ًًََ َِخَا اذى مَّوِا
:
“Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Ona
qulaq asın və tabe olun!”
3
Bəli, Ġbn Əsirin nəql etdiyi bu hədisdə “xəlifəti fikum” (sizin
aranızda mənim xəlifəm) ifadəsindən görünür ki, Peyğəmbərin (s)
möcüzələrindən biri də Əlini (ə) on üç yaĢında ikən özündən sonraya
xəlifə kimi tanıtdırması idi. Kim deyə bilərdi ki, on üç yaĢlı bir uĢaq
gələcəkdə varlıq aləminin ən böyük Ģəxsiyyəti, Peyğəmbərin (s)
caniĢini olacaq?! Peyğəmbəri-əkrəm (s) isə bunu həm dəvətinin ilk
çağlarında, həm də ömrünün sonunda (“Qədir-Xum” da) bəyan
etmiĢdir. Məgər bunlar imam Əlinin (ə) imamətini sübut edən aydın
dəlillər deyilmi?
1
“Nəhcül-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 13-cü cild, səh. 210.
2
İbn Əsir hicri qəməri tarixi ilə 7-ci əsrin ən məşhur tarixçisi olmuş və onun
yazdığı “Tarix” kitabı 13 cilddən ibarətdir.
3
“Kamil”, 2-ci cild, səh. 63, Beyrutun “Darus-sadir” çapı.
215
16-“MƏRƏCƏL-BƏHREYN” AYƏSĠ
“Ər-rəhman” surəsinin 19-22-ci ayələrində buyurulur:
ةُطةُو لْاِقاَ٠ ْباَثدِّناَىةُر باَّةُىدِّثاَه ا اَلاآ دِّٞاَت جاَـ ْباَ١ ؽلْاِجاَ٠ مَّلا ةٌؿاَى لْاِواَث باَّةُٙإَلْاِ١اَث ْباَ١ ماَزلْاٍِاَ٠ ٓلْاِ٠اَو لْاِؾاَجلْاٌِا اَطاَواَِ
اَٚ ةُمةٌُ لْاِمٌٍُّا باَّةُٙلْإِ ِ
ةُْب اَع لْاِواَّلْاٌِا
“O, iki dənizi bir-birinə qovuĢdurdu. Halbuki onların
arasında maneə var və bir-birinə qarıĢmırlar. Belə olduqda,
Rəbbinizin hansı nemətlərini danırsınız? O iki dənizdən inci və
mərcan çıxır!”
Alimlərin bu ayələrin təfsirində çoxlu mübahisəli fikirləri var.
Biz bu barədə “Təfsiri-nümunə” kitabında geniĢ söz açmıĢıq.
Bəziləri demiĢlər: “Ayədə qeyd olunan iki dənizdən məqsəd
suları Ģirin və Ģor olan, eyni zamanda bir-birlərinə qarıĢmayan iki
dənizdir. Dünyanın bir çox məntəqələrində bunu müĢahidə etmək
olar.
Diqqəti cəlb edən digər bir təfsirə görə, burada məqsəd dünya
okeanının ekvator boyu isti sularını hər iki qütbə doğru yönəldən
(QolfĢtrem cərəyanı kimi) böyük axın və cərəyanlardır. Bəzən
onların rəngi də ətraf suların rəngindən fərqlənir. Hətta bəzən onların
eni 150 km, dərinliyi 100-200 metr olur. Gün ərzində saatda 160 km
sürətlə hərəkət edir və istiliyi ətraf sulardan fərqlənərək, 10-15
dərəcəyə çatır. Belə isti su cərəyanları isti küləklər yaradır. O Ģimal
istiqamətindəki
məntəqə
və
ölkələrin
havasını
dəyiĢir,
mülayimləĢdirir. Əgər bu cərəyanlar baĢ verməsə həmin ölkələrdə
həyat tərzi çətin və dözülməz olar.
Əlbəttə, bu iqlim hadisəsi dünyanın beĢ qitəsinin sularında
müĢahidə olunur. Bu prosesin əsas amili suyun ekvator xətti boyunca,
hər iki qütbdə fərqliliyidir. (Bu barədə əlavə izahat istəyənlər
“Təfsiri-nümunə” kitabının 23-cü cildinin 131-ci səhifəsinə müraciət
etsinlər.)
Quran ayələrinin zahiri və batini mənaları olduğundan, bəzən
ayələr həm zahiri, həm də batini baxımdan təfsir edilir. Ġslam
rəvayətlərində bu “iki dəniz”in batini təfsiri Əli (ə) və Fatimeyi-
Zəhra (ə.s), ayədə qeyd olunan inci və mərcan sözlərinin təfsiri isə
Həsən və Hüseyndir (ə).
216
“ġəvahidut-tənzil” kitabında “O, iki dənizi bir-birinə
qovuĢdurdu” ayəsinin təfsirində Salman Farsidən nəql olunan
rəvayətdə deyilir ki, məqsəd Əli (ə) və Fatimeyi-Zəhradır (ə.s).
Sonra əlavə edərək Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu yazır:
“O iki dənizdən inci və mərcan çıxır” ayəsindən məqsəd Həsən və
Hüseyndir (ə).
1
Bu məzmunda digər bir oxĢar rəvayət Ġbn Abbas və
Zəhhakdan nəql olunmuĢdur.
2
Yenə həmin kitabda Səid ibn
Cübeyrdən, o da Ġbn Abbasdan belə nəql edilir ki, “O, iki dənizi bir-
birinə qovuĢdurdu” ifadəsində məqsəd Əli (ə) və Fatimeyi-Zəhra
(ə.s), “Onların arasında maneə vardır və bir-birinə qatıĢmırlar”
ifadəsində məqsəd sonsuz və kəsilməyən əbədi məhəbbət, “O iki
dənizdən inci və mərcan çıxır” ifadəsində isə məqsəd Həsən və
Hüseyndir (ə).
3
BaĢqa bir hədisdə “Onların arasında maneə vardır və bir-
birinə qarıĢmırlar” ayəsinin təfsirində Ġbn Abbasdan nəql olunan
açıq-aydın bir rəvayətdə belə deyilir: “Əli (ə) ilə Fatimeyi-Zəhranın
(ə.s) arasında elə sevgi və məhəbbət vardır ki, kin-küdurəti tamamilə
uzaqlaĢdırır.”
4
Ayədə qeyd olunan “bərzəx” sözü lüğətdə iki Ģey arasındakı
maneə mənasını daĢıyır. Burada da məqsəd kin-küdurəti qovan
dostluq və məhəbbətdir.
Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin zahiri mənası
ilə bağlı rəvayətləri qeyd etdikdən sonra, öncə vurğuladığımız
hədislərin batini mənası ilə bağlı Ġbn Abbasdan, o da Peyğəmbəri-
əkrəmdən (s) nəql edərək yazır: “Ġbn Mərdəveyh “O, iki dənizi bir-
birinə qovuĢdurdu” ifadəsinin təfsirində Ġbn Abbasdan nəql edir ki,
məqsəd Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), “O iki dənizdən inci və
mərcan çıxır” ifadəsində isə məqsəd Həsən və Hüseyndir (ə).”
5
O, bu rəvayəti Ənəs ibn Malikdən də nəql etmiĢdir.
6
MəĢhur təfsir alimi Alusi “Ruhul-məani” kitabında yuxarıdakı
rəvayəti Ġbn Abbas və Əyas ibn Malikdən, eləcə də Təbərsinin
1
“Şəvahidut-tənzil”, 2-ci cild, səh. 209, hədis: 919.
2
Yenə orada, səh. 208.
3
Yenə orada, səh. 210.
4
Yenə orada, səh. 230.
5
“Əd-durrul-mənsur”, 6-cı cild, səh. 143.
6
Yenə orada.
Dostları ilə paylaş: |