Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə74/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   70   71   72   73   74   75   76   77   ...   101

 
214 
dininə  dəvət  etməyi  göstəriş  vermişdir.  Sizdən  hansı  biriniz  bu  işdə 
mənə yardımçı olsa, mənim qardaşım, vəsim və canişinimdir...” 
Əli  (ə)  ayağa  qalxıb  dedi:  “Ya  Rəsuləllah!  Mən  bu  iĢdə  sənə 
vəzir və yardımçı olmağa hazıram!” 
Peyğəmbər  (s)  buyurdu:  “O  mənim  sizin  aranızda  qardaşım, 
vəsim və xəlifəmdir.”
1
  
Diqqət  yetirmək  lazımdır  ki,  bu  rəvayətdə  və  öncə  qeyd 
etdiyimiz  rəvayətlərin  bir  qismində  iĢlənən  “xəlifəti  fikum”  (sizin 
aranızda  mənim  xəlifəm)  ifadəsindən  məlum  olur  ki,  digər 
rəvayətlərdə qeyd olunan “əhl” sözündən də məqsəd eyni mənadır. 
Ġbn  Əsir
2
 “Kamil”  kitabında  da  bu  hadisəni  hətta  bir  çox  tarix 
və  hədis  alimlərindən  daha  geniĢ  Ģəkildə  nəql  edərək  yazır  ki, 
Peyğəmbər  (s)  buyurmuĢdur:  “Sizdən  hansı  biriniz  bu  işdə  mənə 
kömək etsə, o, sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir” 
Heç  kim  cavab  verməyib  sakit  durduğu  zaman  Əli  (ə)  dedi:  “Ey 
Allahın Peyğəmbəri! Mən bu iĢdə sənə kömək edərəm!” Peyğəmbər 
(s) buyurdu:
 
 ُهٌُع ِ َاًَ ُوَل اٌُعَمْ اَ  ْمُي ِ  َِ َ  ِلَخًَ رَِِّ ًًََ َِخَا اذى  مَّوِا
 :
“Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Ona 
qulaq asın və tabe olun!”
3
  
Bəli,  Ġbn  Əsirin  nəql  etdiyi  bu  hədisdə  “xəlifəti  fikum”  (sizin 
aranızda  mənim  xəlifəm)  ifadəsindən  görünür  ki,  Peyğəmbərin  (s) 
möcüzələrindən biri də Əlini (ə) on üç yaĢında ikən özündən sonraya 
xəlifə kimi tanıtdırması idi. Kim deyə bilərdi ki, on üç yaĢlı bir uĢaq 
gələcəkdə  varlıq  aləminin  ən  böyük  Ģəxsiyyəti,  Peyğəmbərin  (s) 
caniĢini  olacaq?!  Peyğəmbəri-əkrəm  (s)  isə  bunu  həm  dəvətinin  ilk 
çağlarında,  həm  də  ömrünün  sonunda  (“Qədir-Xum”  da)  bəyan 
etmiĢdir. Məgər bunlar imam Əlinin (ə) imamətini sübut edən aydın 
dəlillər deyilmi? 
 
 
 
 
                                                 
1
 “Nəhcül-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 13-cü cild, səh. 210. 
2
 İbn Əsir hicri qəməri tarixi ilə 7-ci əsrin ən məşhur tarixçisi olmuş və onun 
yazdığı “Tarix” kitabı 13 cilddən ibarətdir. 
3
 “Kamil”, 2-ci cild, səh. 63, Beyrutun “Darus-sadir” çapı. 


 
215 
16-“MƏRƏCƏL-BƏHREYN” AYƏSĠ 
“Ər-rəhman” surəsinin 19-22-ci ayələrində buyurulur: 
  ةُطةُو لْاِقاَ٠  ْباَثدِّناَىةُر باَّةُىدِّثاَه ا اَلاآ دِّٞاَت جاَـ  ْباَ١ ؽلْاِجاَ٠  مَّلا ةٌؿاَى لْاِواَث باَّةُٙإَلْاِ١اَث  ْباَ١ ماَزلْاٍِاَ٠  ٓلْاِ٠اَو لْاِؾاَجلْاٌِا اَطاَواَِ
 اَٚ ةُمةٌُ لْاِمٌٍُّا باَّةُٙلْإِ ِ
  ةُْب اَع لْاِواَّلْاٌِا
“O,  iki  dənizi  bir-birinə  qovuĢdurdu.  Halbuki  onların 
arasında  maneə  var  və  bir-birinə  qarıĢmırlar.  Belə  olduqda, 
Rəbbinizin  hansı  nemətlərini  danırsınız?  O  iki  dənizdən  inci  və 
mərcan çıxır!” 
Alimlərin  bu  ayələrin  təfsirində  çoxlu  mübahisəli  fikirləri  var. 
Biz bu barədə “Təfsiri-nümunə” kitabında geniĢ söz açmıĢıq. 
Bəziləri  demiĢlər:  “Ayədə  qeyd  olunan  iki  dənizdən  məqsəd 
suları  Ģirin  və  Ģor  olan,  eyni  zamanda  bir-birlərinə  qarıĢmayan  iki 
dənizdir.  Dünyanın  bir  çox  məntəqələrində  bunu  müĢahidə  etmək 
olar. 
Diqqəti  cəlb  edən  digər  bir  təfsirə  görə,  burada  məqsəd  dünya 
okeanının  ekvator  boyu  isti  sularını  hər  iki  qütbə  doğru  yönəldən 
(QolfĢtrem  cərəyanı  kimi)  böyük  axın  və  cərəyanlardır.  Bəzən 
onların rəngi də ətraf suların rəngindən fərqlənir. Hətta bəzən onların 
eni 150 km, dərinliyi 100-200 metr olur. Gün ərzində saatda 160 km 
sürətlə  hərəkət  edir  və  istiliyi  ətraf  sulardan  fərqlənərək,  10-15 
dərəcəyə çatır. Belə isti su cərəyanları isti küləklər yaradır. O Ģimal 
istiqamətindəki 
məntəqə 
və 
ölkələrin 
havasını 
dəyiĢir, 
mülayimləĢdirir.  Əgər  bu  cərəyanlar  baĢ  verməsə  həmin  ölkələrdə 
həyat tərzi çətin və dözülməz olar. 
Əlbəttə,  bu  iqlim  hadisəsi  dünyanın  beĢ  qitəsinin  sularında 
müĢahidə olunur. Bu prosesin əsas amili suyun ekvator xətti boyunca, 
hər  iki  qütbdə  fərqliliyidir.  (Bu  barədə  əlavə  izahat  istəyənlər 
“Təfsiri-nümunə” kitabının 23-cü cildinin 131-ci səhifəsinə müraciət 
etsinlər.) 
Quran  ayələrinin  zahiri  və  batini  mənaları  olduğundan,  bəzən 
ayələr  həm  zahiri,  həm  də  batini  baxımdan  təfsir  edilir.  Ġslam 
rəvayətlərində  bu  “iki  dəniz”in  batini  təfsiri  Əli  (ə)  və  Fatimeyi-
Zəhra (ə.s), ayədə qeyd  olunan inci  və mərcan sözlərinin təfsiri isə 
Həsən və Hüseyndir (ə). 


 
216 
“ġəvahidut-tənzil”  kitabında  “O,  iki  dənizi  bir-birinə 
qovuĢdurdu”  ayəsinin  təfsirində  Salman  Farsidən  nəql  olunan 
rəvayətdə  deyilir  ki,  məqsəd  Əli  (ə)  və  Fatimeyi-Zəhradır  (ə.s). 
Sonra əlavə edərək Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu yazır: 
“O iki dənizdən inci və mərcan çıxır” ayəsindən məqsəd Həsən və 
Hüseyndir (ə).
1
  Bu məzmunda digər bir oxĢar rəvayət Ġbn Abbas və 
Zəhhakdan  nəql  olunmuĢdur.
2
   Yenə  həmin  kitabda  Səid  ibn 
Cübeyrdən, o da Ġbn Abbasdan belə nəql edilir ki, “O, iki dənizi bir-
birinə  qovuĢdurdu”  ifadəsində  məqsəd  Əli  (ə)  və  Fatimeyi-Zəhra 
(ə.s),  “Onların  arasında  maneə  vardır  və  bir-birinə  qatıĢmırlar” 
ifadəsində  məqsəd  sonsuz  və  kəsilməyən  əbədi  məhəbbət,  “O  iki 
dənizdən  inci  və  mərcan  çıxır”  ifadəsində  isə  məqsəd  Həsən  və 
Hüseyndir (ə).
3
  
BaĢqa  bir  hədisdə  “Onların  arasında  maneə  vardır  və  bir-
birinə  qarıĢmırlar”  ayəsinin  təfsirində  Ġbn  Abbasdan  nəql  olunan 
açıq-aydın bir rəvayətdə belə deyilir: “Əli (ə) ilə Fatimeyi-Zəhranın 
(ə.s) arasında elə sevgi və məhəbbət vardır ki, kin-küdurəti tamamilə 
uzaqlaĢdırır.”
4
  
Ayədə  qeyd  olunan  “bərzəx”  sözü  lüğətdə  iki  Ģey  arasındakı 
maneə  mənasını  daĢıyır.  Burada  da  məqsəd  kin-küdurəti  qovan 
dostluq və məhəbbətdir. 
Süyuti  “Əd-durrul-mənsur”  kitabında  bu  ayənin  zahiri  mənası 
ilə  bağlı  rəvayətləri  qeyd  etdikdən  sonra,  öncə  vurğuladığımız 
hədislərin  batini  mənası  ilə  bağlı  Ġbn  Abbasdan,  o  da  Peyğəmbəri-
əkrəmdən (s) nəql edərək yazır: “Ġbn Mərdəveyh “O, iki dənizi bir-
birinə qovuĢdurdu” ifadəsinin təfsirində Ġbn Abbasdan nəql edir ki, 
məqsəd  Əli  (ə)  və  Fatimeyi-Zəhra  (ə.s),  “O  iki  dənizdən  inci  və 
mərcan çıxır” ifadəsində isə məqsəd Həsən və Hüseyndir (ə).”
5
  
O, bu rəvayəti Ənəs ibn Malikdən də nəql etmiĢdir.
6
  
MəĢhur  təfsir  alimi  Alusi  “Ruhul-məani”  kitabında  yuxarıdakı 
rəvayəti  Ġbn  Abbas  və  Əyas  ibn  Malikdən,  eləcə  də  Təbərsinin 
                                                 
1
 “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 209, hədis: 919. 
2
 Yenə orada, səh. 208. 
3
 Yenə orada, səh. 210. 
4
 Yenə orada, səh. 230. 
5
 “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 143. 
6
 Yenə orada. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə