Günah lüğət elmində


“Həqiqətən, iman gətirən və saleh



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə82/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   78   79   80   81   82   83   84   85   ...   101

 
237 
Bu zaman “Həqiqətən, iman gətirən və saleh iĢ görənlər üçün 
Allah  (möminlərin  ürəklərində)  bir  məhəbbət  yaradacaqdır”  ayəsi 
nazil oldu və Peyğəmbər (s) buyurdu:
 
 ءٍت ٌبٛ ٝ ثاَا  ٓلْاِث دِّٝ ٍاَع ٌ  ٌّتةُؽ  ٗ جلْاٍِاَل ٝ ـ ّلا ا ًبٕ ِمةُِ ًلاةُعاَه ٝ ملْاٍِاَر لا
 :
“Buna görə də elə bir mömin tapılmaz ki, onun qəlbində Əli ibn 
Əbi Talib məhəbbəti olmasın!”
2
  
Bu  hədis  azacıq  fərqlə  Cabir  ibn  Əbdüllahdan,  Bərra  ibn 
Azibdən
3
, həmçinin (bir neçə sənədlə) Məhəmməd ibn Hənəfiyyədən 
nəql  olunmuĢdur.  Bu  hədisdə  Əlidən  (ə)  əlavə,  Əhli-beytin 
məhəbbəti  qeyd  olunmuĢdur.  Ümumiyyətlə,  bu  kitabda  müxtəlif 
sənədlərlə eyni məna daĢıyan iyirmi rəvayət nəql olunmuĢdur.
4
  
Süyuti  “Əd-durrul-mənsur”  kitabında  bu  hədisi  müxtəlif 
sənədlərlə Bərra ibn Azib və Ġbn Abbasdan nəql etmiĢdir.
5
  
ZəməxĢəri  “KəĢĢaf”  kitabında  (bəhs  etdiyimiz  ayənin 
təfsirində) 
Peyğəmbəri-əkrəmin 
(s) 
imam 
Əliyə  (ə)  belə 
buyurduğunu  nəql  edir:  “Allahdan  istə  ki,  Öz  dərgahında  səninlə 
əhd-peyman  (şəfaət)  bağlasın,  məhəbbətini  möminlərin  qəlbinə 
yerləşdirsin.” Elə bu zaman həmin ayə nazil oldu.”
6
  
MəĢhur  təfsir  alimi  Qurtubi  bu  rəvayəti  eynilə  nəql  etmiĢ  və 
“KəĢĢaf” kitabının müəllifi kimi rəvayətə irad tutmamıĢdır.
7
  
Bu hədisi nəql edən digər alimlər aĢağıdakılardır: 
–Sibt ibn Cövzi: “Ət-təzkirə” kitabı
8

–Muhibbuddin Təbəri: “Zəxairul-uqba” kitabı
9

–Ġbn Səbbağ Maliki: “Əl-füsulul-muhimmə” kitabı
10

–Heysəmi: “Əs-səvaiq” kitabı
11

                                                                                                                   
1
  Bu  təbir  Qurani-kərimin  “Məryəm”  surəsinin  şəfaət  məsələsi  haqda  söz 
açan 78-ci ayəsinə işarədir: “Allahla əhd-peyman bağlamış kəslər müstəsna olmaqla, 
heç kəs şəfaət etməyə qadir olmaz.” 
2
 “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 365, hədis: 504. 
3
 Yenə orada, səh. 359, hədis: 489-490. 
4
 Yenə orada, səh. 366-367, hədis: 505-509. 
5
 “Əd-durrul-mənsur”, 4-cü cild, səh. 278. 
6
 “Kəşşaf”, 3-cü cild, səh. 47. 
7
 “Təfsiri-Qurtubi”, 6-cı cild, bəhs etdiyimiz ayənin təfsirində. 
8
 “Ət-təzkir”, səh. 20. 
9
 “Zəxairul-üqba”, səh. 89. 
10
 “Füsulul-muhimmə”, səh. 106. 
11
 “Əs-səvaiqul-muhriqə”, səh. 170. 


 
238 
–Ġbn  Səbban:  “Əsafur-rağibin”
1
   və  imamət  məsələsi  ilə  bağlı 
sair kitablar. 
Bu  hədislərə  münasibətdə  məĢhur  təfsir  alimlərindən  yalnız 
“Ruhul-məani”  kitabının  müəllifi  Alusi  mənfi  mövqedədir.  O  bu 
hədisi  nəql  etdikdən  sonra  onu  əhəmiyyətsiz  qələmə  vermək 
istəmiĢdir.  Hədisi  Bərra  ibn  Azibdən  nəql  edərək,  onu  Məhəmməd 
ibn  Hənəfiyyədən  nəql  olunan  hədislə  təsdiqləyib  yazır:  “Ayə 
kiminsə haqqında nazil olmayıb, ümumi məna ifadə edir.”
2
  
Dəfələrlə  deyildiyi  kimi,  heç  kim  ayənin  nazilolma  səbəbi  ilə 
onun  ümumiliyini  məhdudlaĢdırmaq  istəmir.  Belə  bir  səbəb  ayənin 
kamil  nümunəsini  göstərir.  BaĢqa  sözlə,  bu  rəvayətlərdə  imam  Əli 
(ə) haqqında deyilənlər, onun bütün möminlərin ürəklərində yerləĢən 
məhəbbəti  həzrət  üçün  böyük  fəzilət  sayılır  və  bu  baxımdan  kimsə 
onunla müqayisə oluna bilməz. 
Görəsən, məhəbbəti möminlərin qəlbinə dolmuĢ bir kəs imamət 
və vilayət məqamına hamıdan artıq layiq deyilmi?! 
21-“MÜNAFĠQUN” (MÜNAFĠQLƏR) AYƏSĠ 
“Məhəmməd” (s) surəsinin 30-cu ayəsində buyurulur: 
  ي لْاِٛاَملْاٌِا  ٓ لْاِؾاٌَ ٟ ـ لْاُِةُٙمَّٕاَـ ولْاِعاَزاٌَاَٚ لْاُِةُ٘باَّ١ َ ث ُةُٙاَزلْاِـاَواَعاٍَاَـ لْاُِةُٙاَوبإَلْاِ٠اَهاَ اَلْ اباَْأَ  لْاِٛاٌَاَٚ
 
“Əgər  Biz  istəsəydik,  onları  (münafiqləri)  mütləq  sənə 
göstərərdik,  sən də onları mütləq tanıyardın. Sən onsuz da onları 
danıĢıq tərzlərindən tanıyacaqsan!”
 
Bu ayədə isə düĢmənçiliyə iĢarə olunur. Allah-taala münafiqlər 
və  onların  niĢanələri  haqda  söz  açaraq  buyurur:  “Əgər  Biz  istəsək, 
onları  sənə  göstərər,  hətta  onların  çöhrələrinə  əlamət  və  niĢanə 
qoyarıq.  Bununla  da  bir  baxıĢla  onları  tanıyarsan.”  Sonra  əlavə 
edərək  buyurur:  “Sən  onsuz  da  onları  danıĢıq  tərzlərindən 
tanıyacaqsan!” Çünki hər vaxt cihad və müharibədən söz düĢəndə, 
onlar  bu  iĢdən  boyun  qaçırmağa  və  camaatı  ruhdan  salmağa  cəhd 
göstərəcək,  yaxĢı  və  pak  insanlardan  söz  düĢdükdə  isə  onları 
ləkələməyə çalıĢacaqlar. 
                                                 
1
 “Əsafur-rağibin”, “Nurul-əbsar” kitabının haşiyəsində çap olan, səh. 118. 
2
 “Ruhul-məani”, 16-cı cild, səh. 130. 


 
239 
Əbu Səid Xudridən nəql olunan məĢhur bir hədisdə “Onsuz da 
onları  danıĢıq  tərzlərindən  tanıyacaqsan”  cümləsinin  təfsiri  ilə 
bağlı  belə  deyilir:  “Onlar  Əli  ibn  Əbi  Talibə  olan  kin-küdurət  və 
ədavətləri ilə tanınarlar.” 
Hakim  Həskani  “ġəvahidut-tənzil”  kitabında  bu  hədisi  üç 
sənədlə, Süyuti isə “Əd-durrul-mənsur” təfsirində Ġbn Mərdəveyh və 
Ġbn Əsakirdən (onlar da Əbu Səid Xudridən) nəql etmiĢlər.
1
  
Süyuti  Ġbn  Abbasdan  baĢqa  bir  rəvayət  nəql  edir:  “Biz 
Peyğəmbəri-əkrəmin  (s)  dövründə  münafiqləri  yalnız  Əli  ibn  Əbi 
Talibə (ə) kin-küdurət və ədavətləri ilə tanıyırdıq!”
2
  
Bu  hədisi  nəql  edən  ravilər  və  kitablar  yuxarıdakılarla  bitmir. 
Onu Cabir ibn Abdullah Ənsari və Əbuzər Qifari də nəql etmiĢdir. 
Ġbn  Əbdül-Bir  “Ġstiyab”  kitabında  Cabir  ibn  Abdullah 
Ənsaridən,  Muhibbuddin  Təbəri  isə  “Ər-riyazun-nuzrə”  kitabında 
Əbuzər  Qifaridən  belə  nəql  etmiĢdir:  “Biz  Peyğəmbəri-əkrəmin  (s) 
dövründə  münafiqləri  ancaq  üç  yolla  tanıyırdıq:  Allahı  və 
Peyğəmbəri  (s)  təkzib  etdikdə,  namazdan  (camaat  namazından) 
boyun qaçırdıqda və Əli ibn Əbi Talibə (ə) ədavət bəslədikdə.”
3
  
Əhli-sünnənin 
birinci 
dərəcəli 
mənbələrindən 
sayılan 
Termizinin “Səhih” kitabında da bu hədis iki sənədlə Əbu Səid Xidri 
və Ümmü Sələmədən nəql olunmuĢdur. (Ümmü Sələmənin hədisinin 
yuxarıdakı hədislə azacıq fərqi var.)
4
  
Ġbn  Əsakir  “Tarixud-DəməĢq”  kitabında  Əbu  Səid  Xudridən, 
Cabir  ibn Abdullah  Ənsaridən,  Ġbadət  ibn  Samitdən  və  Məhbub ibn 
Əbiz-Zənaddan  bu  məzmunda  və  buna  oxĢar  bir  neçə  hədis  nəql 
etmiĢdir.
5
  
Ġbadət ibn Samitin rəvayətində belə deyilir: “Biz övladlarımızı 
Əli  ibn  Əbi  Talibin  (s)  məhəbbəti  ilə  tanıyırıq.  Kimin  Əli  ibn  Əbi 
Talibi (ə) sevmədiyini görsək, bilirik ki, bizdən deyil!” 
                                                 
1
 “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 178, hədis: 883-885; “Əd-durrul-mənsur”, 
6-cı cild, səh. 66. 
2
 Yenə orada. 
3
 “İstiyab”, 2-ci cild, səh. 464 və “Ər-riyazun-nəzrə”, səh. 214. 
4
 “Səhihi-Termizi”, 5-ci cild, səh. 635, hədis: 3717. 
5
 “Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 370-371, “Darul-fikr” çapı. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə