Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə79/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   75   76   77   78   79   80   81   82   ...   101

 
228 
“KiĢilərdən Ġslamı qəbul edən birinci Ģəxs Əli (ə) idi!”
1
  
10.  Peyğəmbəri-əkrəmin  (s)  xidmətçisi  Ənəs  ibn  Malik  o 
həzrətin belə buyurduğunu nəql edir:
 
 ءٍت ٌبٛ ٝ ثاَا  ةُٓلْاِث ُّٝ ٍاَ  ًبِلالْاٍِ ا بٙةٌُمَّٚاَا  اَٗ لْاِٛاَؾلْاٌِا مَّٝاٍَاَ  ًاكٚةُهةُٚ  خمَِّةُ لْاِلاا  ٖ ن٘ ةُيمَّٚاَا
(
 
 :)
“Bu ümmətdən Kövsər hovuzunda mənə qovuşan ilk şəxs İslam 
dinini qəbul edən ilk şəxsdir. O, Əli ibn Əbi Talibdir!” 
2
 
11.  Ġbn  Abbas  deyir:  “Əli  (ə)  heç  kimdə  olmayan  dörd  xislətə 
malik idi. “...O, ərəb-əcəm içərisində Peyğəmbəri-əkrəmlə (s) namaz 
qılan birinci Ģəxsdir!”
3
  
BaĢqa bir hədisdə isə belə deyir: “Xədicədən sonra iman gətirən 
birinci Ģəxs Əli ibn Əbi Talibdir.”
4
  
12.  MəĢhur  hədis  alimi  Nisai  “Sünən”  kitabında  Zeyd  ibn 
Ərqəmdən belə nəql edir: “Peyğəmbərə (s) iman gətirən birinci Ģəxs 
Əli ibn Əbi Talibdir (ə)!”
5
  
13.  Əbu  Əhməd  Cürcani  ġafei  “Əl-kamilu  fir-rical”  kitabında 
Malik  ibn  Hurisdən  belə  nəql  edir:  “KiĢilərdən  Ġslam  dinini  qəbul 
edən birinci Ģəxs Əli, qadınlardan isə Xədicə olmuĢdur!”
6
  
14. 
Peyğəmbəri-əkrəmin 
(s) 
dövründə 
müharibədə 
yaralananlara  yardım  edən  Leyla  Qifariyyə  adlı  bir  qadın  deyir: 
“Mən  Əlinin  (ə)  qoĢununda  müharibə  məqsədilə  Bəsrəyə  getdim. 
AyiĢənin  o  həzrətə  qarĢı  çıxdığını  görüb,  Ģübhəyə  düĢdüm.  Onun 
yanına gedib soruĢdum: “Peyğəmbəri-əkrəmdən (s) Əli (ə) haqqında 
bir  fəzilət  eĢitmisənmi?”  Dedi:  “Bəli!”  Sonra  bir  əhvalat  danıĢdı  və 
nəhayət, Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu dedi: “Əli mənə 
iman gətirən birinci şəxsdir!”
7
  
15.  Əhməd  ibn  Hənbəl  “Müsnəd”  kitabında  məĢhur  səhabə 
Məqil  ibn  Yəsardan  belə  nəql  edir:  “Bir  gün  Peyğəmbərin  (s) 
hüzuruna  getmiĢdim.  Peyğəmbər  (s)  mənə  buyurdu:  “Fatimə 
                                                 
1
  “Təhzibul-kəmal”,  3-cü  cild,  səh.  85,  “Ehqaqul-həqq”  kitabından  nəqlən, 
20-ci cild, səh. 367. 
2
 “Tarixi-Hələbi”, İbn Ədim Hələbi, səh. 295. 
3
  “Əl-muxtar  fi  mənaqibil-əbrar”,  səh.  16,  “Ehqaqul-həqq”  kitabından 
nəqlən, 20-ci cild, səh. 457. 
4
 “Ali-Məhəmməd (s)”, Hüsaməddin Hənəfi, səh. 174. 
5
 “Ehqaqul-həqq”, 20-ci cild, səh. 475. 
6
 “Əl-kamilu fir-rical”, 6-cı cild, səh. 2378, Beyrutun “Darul-fikr” çapı. 
7
 “Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 119. 


 
229 
xəstədir,  onu  görməyə  gedirəm!”  Biz  Fatimənin  (ə.s)  evinə  getdik. 
Peyğəmbər  (s)  onun  vəziyyətini  soruĢduqda,  Fatimə  (ə.s)  dedi: 
“Qəm-qüssəm  çox,  yoxsulluğum  Ģiddətli,  xəstəliyim  uzundur...” 
Peyğəmbər  (s)  (bu  çətinliklərin  müqabilində  ona  təsəlli  verərək) 
buyurdu:  “Məgər  İslam  ümməti  arasında  hamıdan  öndə  olan,  elmi 
hamının  elmindən  çox,  helmi  hamının  helmindən  böyük  bir  şəxslə 
ailə qurmağından razı deyilsən?”
1
  
Diqqət  yetirmək  lazımdır  ki,  bu  hədis  Ġbn  Əbil-Hədidin 
“Nəhcül-bəlağə”nin  Ģərhi  (3-cü  cild,  səh.  257),  Ġbn  Əsakirin 
“DəməĢqin  tarixi” (1-ci  cild, səh. 232),  Əl-Heysəminin “Məcməüz-
zəvaid”  (9-cu  cild,  səh.  101),  Müttəqi  Hindinin  “Kənzül-ümmal” 
(12-ci cild, səh. 205) və digər əhli-sünnə alimlərinin kitablarında da 
nəql olunmuĢdur. 
16. Peyğəmbəri-əkrəmin (s) səhabəsi Abdullah ibn Sabit deyir: 
“Bir  gün  Peyğəmbəri-əkrəmin  (s)  hüzuruna  gedib  dedim:  “Ya 
Peyğəmbər!  Sənin  elə  bir  sevimli  səhabən  varmı  ki,  bir  hadisə  baĢ 
verdikdə, ona qoĢulaq və bir təhlükə zamanı onun yolunda fədakarlıq 
göstərək?” 
Peyğəmbər (s) buyurdu: “O, hamıdan əvvəl müsəlman olan və 
İslamı qəbul edən Əlidir!”
2
  
Bu hədisdə açıq-aydın göstərilir ki, Abdullah ibn Sabit kimiləri 
Peyğəmbəri-əkrəmdən (s) sonra imamət və vilayət məqamına kimin 
hamıdan  layiqli  olduğunu  bilmək  istədikdə,  Peyğəmbər  (s)  imam 
Əlini (ə) göstərmiĢdir. 
17. Peyğəmbəri-əkrəmin (s) Büreydə adlı baĢqa bir səhabəsi də 
Məqil  ibn  Yəsarın  nəql  etdiyi  hədisə  bənzər  bir  hədis  nəql  etmiĢdir 
ki,  onun  sonunda  belə  deyilir:  “Peyğəmbəri-əkrəm  (s)  Fatimeyi-
Zəhraya  (ə.s)  təsəlli  verərək  buyurdu:  “Allah-taala  sənə  İslamı 
hamıdan  öncə  qəbul  edən,  elmi  hamının  elmindən  çox,  helmi 
hamının helmindən böyük olan bir ər vermişdir.” Sonra Peyğəmbər 
(s) buyurdu: “Allaha and olsun! Sənin iki övladın (Həsən və Hüseyn) 
behişt cavanlarının sərvəridir!” 
3
 
                                                 
1
 “Müsnədi-Əhməd”, 5-ci cild, səh. 26, “Darus-sadir” çapı. 
2
  “Mənaqib”,  Əhməd  ibn  Mərdəveyh,  “Ehqaqul-həqq”  kitabından  nəqlən, 
15-ci cild, səh. 336. 
3
 “Tarixud-Dəməşq”, İbn Əsakir, 1-ci cild, səh. 242, Beyrut çapı və “Ərcəhül-
mətalib”, Əllamə Olmert Sirri, səh. 107 və 396. 


 
230 
18. Məhəmməd ibn Əbi Bəkr Ənsarinin “Əl-cövhərə” kitabında 
nəql etdiyi hədisdə deyilir ki, Əli (ə) Bəsrənin minbərində buyurdu: 
“Böyük  siddiq  mənəm.  Mən  Əbu  Bəkrdən  qabaq  iman  gətirdim  və 
İslamı qəbul etdim.”
1
  
ġeyx  Məhəmməd  ibn  Mükərrəm  Ənsari  “Təlxisu  tarixid-
DəməĢq” adlı kitabında imam Əlinin (ə) belə buyurduğunu nəql edir: 
“İslamı qəbul edən birinci şəxs mənəm!”
2
  
“Nəhcül-bəlağə”də  də  dəfələrlə  bu  məsələ  qeydə  alınmıĢ  və 
imam Əli (ə) 131-ci xütbədə belə buyurmuĢdur:
 
 مَُّةٌٍُّٙاَا
 
  الله ةُيٛةٍُاَه ّلا ا ٝ ٕلْاِم جلْاَِاَ٠ لْاُِاٌَ  اَةبعاَا اَٚ اَع ّاٍَ اَٚ  اَةبٔاَا  لْآِاَِ ةُيمَّٚاَا ٝدِّٔ ا
(
ٓ
 )
  حلامٌَّٖبث
 :
“İlahi! Sənə üz tutub, əmrini eşidən və qəbul edən birinci şəxs 
mənəm.  Peyğəmbəri-əkrəmdən  (s)  başqa  heç  kim  məndən  öncə 
namaz qılmamışdır!”
3
  
Burada  söhbəti  nəzərə  çarpacaq  dərəcədə  uzatdıq  və  təfsir 
üslubundan  xaric  olduq.  Lakin  məsələ  bundan  da  artıq  müzakirə 
tələb edir. 
Bu  məsələni  də  Ġbn  HiĢamın  “Əs-sirətun-nəbəviyyə”  adlı 
məĢhur  kitabında  nəql  etdiyi  bir  rəvayətlə  sona  çatdırırıq.  Əlbəttə, 
etiraf etməliyik ki, bu haqda nəql olunan rəvayətlər olduqca çoxdur. 
O yazır: “Ġslamın ilk çağlarında Peyğəmbəri-əkrəm (s) namazı məxfi 
Ģəkildə,  Məkkənin  dərələrində  qılardı.  Onunla  bu  yolda  bir  addım 
atan və namaz qılan Ģəxs yalnız Əli ibn Əbi Talib (ə) idi... Günlərin 
birində  atası  Əbu  Talib  ondan  “Oğlum!  Sənin  qəbul  etdiyin  bu  din 
nədir”  deyə  soruĢduqda,  Əli  (ə)  buyurdu:  “Atacan!  Mən  Allaha, 
Peyğəmbərinə  (s) və Allah tərəfindən  göndərilənə iman  gətirmiĢəm 
və  onunla  birgə  namaz  qılıram...”  Əbu  Talib  dedi:  “Agah  ol  ki,  o, 
səni yalnız xeyir və yaxĢılığa dəvət edir. Ondan heç vaxt ayrılma!”
4
  
*** 
                                                 
1
  “Əl-cövhərə”,  səh.  8,  Dəməşq  çapı.  Başqa  alimlər  də  bu  hədisi  nəql 
etmişlər: “Əl-kamilu fir-rical”, Əbu Əhməd Cürcani, 3-cü cild, səh. 1123; “Tovzihud-
dəlail”, səh. 171 və “Təlxisu tarixid-Dəməşq” və s. 
2
 “Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 118. 
3
 Bu ibarə “Nəhcül-bəlağə”nin 71-192-ci xütbələrində də gəlmişdir. 
4
 “Sireyi-İbn Hişam”, 1-ci cild, səh. 263, “Daru ehyait-turasil-ərəbi” çapı. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə