Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə76/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   72   73   74   75   76   77   78   79   ...   101

 
220 
olmayıb və olmayacaq.” Sonra hədisin davamını “ġəvahidut-tənzil” 
kitabında nəql olunduğu kimi qeyd etmiĢdir.
1
  
Yenə həmin kitabda müxtəlif ravilərdən belə nəql olunmuĢdur: 
“Peyğəmbər (s) (Ģəxsi danıĢığa gəlmək istəyənlərin nə qədər sədəqə 
verəcəkləri barədə Əli (ə) ilə məsləhətləĢib) buyurdu: (Ya Əli!) Bir 
dinar necədir? Əli (ə) dedi: (Ya Peyğəmbər (s)) Camaatın ona gücü 
çatmaz. Peyğəmbər (s) buyurdu: Bir dinarın yarısı necə? Əli (ə) dedi: 
Buna  da  camaatın  gücü  çatmaz.  Buyurdu:  Bəs,  nə  qədər  olsa, 
yaxĢıdır?  Dedi:  Bir  arpa  ağırlığı  qədər  qızıl  pul!  Peyğəmbər  (s) 
buyurdu: (Ya Əli!) Onun miqdarını çox az dedin! 
Onların  söhbətindən  bir  az  keçməmiĢdi  ki,  ”Yoxsa  siz  məxfi 
danıĢmazdan əvvəl sədəqə verməkdən qorxdunuz?! Ġndi ki, siz bu 
iĢi  etmədiniz  və  Allah  da  tövbənizi  qəbul  etdi,  onda  namaz  qılın, 
zəkat verin...” ayəsi nazil olub, ötən hökmü ləğv etdi. 
Əli  (ə)  buyurur:  “Allah-taala  mənim  vasitəmlə  bu  ümmətin 
yükünü yüngülləĢdirdi.”
2
  
Bu  məsələ  ilə  əlaqədar  Bursuinin  “Ruhul-bəyan”  təfsirində 
Abdullah ibn Ömər ibn Xəttabdan nəql etdiyi bir hədis diqqəti daha 
çox cəlb edir.  O  deyir:  “Əgər Əlinin (ə) malik olduğu  üç  fəzilətdən 
biri  məndə  olsaydı,  bir  dəstə  qırmızı  dəvəyə
3
 (ən  qiymətli  mala) 
sahib  olmağımdan  daha  yaxĢı  olardı.  Birincisi,  Əlinin  (ə)  Fatimeyi-
Zəhra  (ə.s)  ilə  evlənməsi,  ikincisi,  “Xeybər”  müharibəsində  qələbə 
bayrağını əlinə götürməsi, üçüncüsü, “nəcva” ayəsidir.”
4
  
Bu  hədisi  ZəməxĢəri  “KəĢĢaf”,  Qurtubi  “Əl-camiu  li-əhkamil-
Quran” və Təbərsi “Məcməül-bəyan” kitablarında nəql etmiĢlər.
5
  
Həqiqətdə, Abdullah ibn Ömər üç həssas və mühüm məsələyə 
iĢarə etmiĢdir. Çünki Peyğəmbərin (s) buyurduğu kimi, bütün dünya 
qadınlarının ən fəzilətlisi Fatimeyi-Zəhraya (ə.s) layiq, yalnız Əlidir 
(ə)  və  Peyğəmbərdən  (s)  sonra  bəĢəriyyətin  qəhrəmanı  odur! 
                                                 
1
 “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 185. 
2
 Yenə orada, 6-cı cild, səh. 185. 
3
  Bu  söz  ərəblər  arasında  daha  qiymətli  əşyalar  barəsində  işlədilir.  Onlar 
nəfis, qiymətli və inci əşyaları bəyan edərkən, bu sözü işlədirlər. Bu söz atalar sözü 
formasına düşmüşdür. 
4
 “Ruhul-bəyan”, 9-cu cild, səh. 406. 
5
 “Kəşşaf”, 4-cü cild, səh. 494; “Əl-camiu li-əhkamil-Quran”, 9-cu cild, səh. 
6472 və “Məcməül-bəyan”, 9-10-cu cild, səh. 252, bəhs etdiyimiz ayənin təfsirində. 


 
221 
“Xeybər”  döyüĢündə  Ġslam  sərkərdələrinin  məğlub  olduğu  zaman 
Peyğəmbərin  (s)  bayrağı  imam  Əliyə  (ə)  verməsi  və  bununla  da 
müsəlmanların bu döyüĢdə qələbə qazanması baĢqalarının arzuladığı 
misilsiz  bir  fəzilətdir.  “Nəcva”  ayəsinə  gəldikdə  isə,  bu  ayəyə  əməl 
edən yeganə Ģəxs imam Əli (ə) olmuĢdur. 
Qəribədir  ki,  bəziləri  bu  məsələni  əhəmiyyətsiz  göstərməyə, 
hətta  Əlinin  (ə)  bu  fəzilətini  ört-basdır  etməyə  cəhd  göstərmiĢlər! 
Onlar  adəti  üzrə,  həmiĢə  bəhanələr,  məntiqsiz  və  əsassız  dəlillər 
girdabındadırlar.  Bəzən  deyirlər  ki,  səhabələrin  böyükləri  (sədəqə 
verməyə)  ehtiyac  bilmədikləri  üçün  bu  iĢə  əməl  etməmiĢlər;  bəzən 
deyirlər  ki,  səhabələrin  bu  iĢi  görməyə  (sədəqə  verməyə)  kifayət 
qədər  vaxtı  yox  idi.  Çünki  bu  hökm  tez  bir  zamanda  ləğv  olundu; 
bəziləri də deyirlər ki, sədəqə verib, Peyğəmbərlə (s) məxfi danıĢığa 
getmək,  yoxsulları  narahat  edər,  sərvətliləri  qorxuya  salar.  Çünki 
yoxsulların sədəqə verməyə gücləri çatmırdı və sərvətlilər də gücləri 
çatdıqları  halda,  əgər  bu  iĢi  tərk  etsəydilər,  danlanacaqdılar.  Buna 
görə də digər səhabələrin bu ayənin hökmünə əməl etməməsi, onları 
fəzilətdən salmır.”
1
  
Amma  bu  böyük  təfsir  alimləri  sanki  ikinci  ayəni  bəhanə 
gətirdikləri  zaman  tamamilə  unutmuĢlar  ki,  Allah-taala  elə  həmin 
ayədə  əvvəlcə  Peyğəmbərlə  (s)  məxfi  danıĢanları  hökm  nazil 
olduqdan  sonra  sədəqəni  tərk  etdikləri  üçün  danlayır  və  məzəmmət 
edir. Ayədə buyurulur: “Yoxsa siz məxfi danıĢmazdan əvvəl sədəqə 
verməkdən  qorxdunuz?”  Allah-taala  bu  iĢi  tərk  etməyi  bir  növ 
günah hesab edərək buyurur: “Allah tövbənizi qəbul etdi!” Bu ayədə 
sədəqə verməyi tərk edənlərin bağıĢlandığı bildirilir. Onun əvəzində 
namaz qılmaq, zəkat vermək, Allaha və Peyğəmbərə  (s) itaət etmək 
əmri  verilir.  Əgər  digər  səhabələrin  vaxtı  yox  idisə,  məqsədləri 
yoxsulların  qəlbini  ələ  almaq,  sərvətlilərin  qorxusunu  aradan 
qaldırmaq idisə, onda nə üçün Allah-taala onları məzəmmət edir və 
tövbə məsələsini gündəmə gətirir?! Ayəyə diqqət yetirməklə məlum 
olur ki, onların tutduğu iĢ düzgün deyilmiĢ. Bu mövqedən çıxıĢ edən 
alimlər  əqidələrinə  uyğun  gəlməyən  məsələlərdə  Quran  ayələrinin 
münasibətini görə bilmirlər. 
                                                 
1
 “Kəbir” təfsiri, Fəxri-Razi, 29-cu cild, səh. 272 və “Ruhul-məani”, 28-ci cild, 
səh. 28. 


 
222 
Ġmam  Əlinin  (ə)  fəzilətini  əhəmiyyətsiz  göstərmək  üçün 
demiĢlər:  “Nəcva”  ayəsi  ilə  onun  hökmünü  ləğv  edən  sonrakı  ayə 
arasında  yalnız  bir  saat  fasilə  olmuĢdur.  Buna  görə  də,  digər 
səhabələr  onun  hökmünə  əməl  etməyə  müvəffəq  olmamıĢlar.” 
Belələri  də  yaddaĢı  zəif  qrupdan  sayılır.  Çünki  onlar  hökmü  ləğv 
edən  ayənin  tonuna  diqqət  yetirməmiĢlər.  Həmin  ayədə  bir  qrup 
səhabə məzəmmət olunur ki, nə üçün yoxsulluq qorxusundan sədəqə 
verməyi və Peyğəmbərlə (s) məxfi danıĢmağı tərk etmiĢlər! Düzdür, 
onlar bu iĢi tərk etsələr  də, Allah  rəhm edəndir  və onların tövbəsini 
qəbul  etmiĢdir.  Əgər  bu  iki  ayə  arasında  fasilə  bir  saat  olsaydı, 
Allah-taala  onları  məzəmmət  etməzdi.  Bir  sıra  rəvayətlərdə  “bu  iki 
ayə arasında fasilə on gün olmuşdur” fikri daha münasibdir.
1
  
Sual: 
Bu  məsələ  ilə  bağlı  bir  sual  qalır.  Bu  iĢi  necə  fəzilət 
hesab etmək olar? Bəzi təəssübkeĢ təfsirçilərin dedikləri kimi, nə ona 
əməl etmək bir fəzilətdir, nə də onu tərk etmək bir nöqsan və xəta. 
Cavab: 
Bu  sual  da  keçən  bəhslərdə  cavablandırıldı.  Əlavə 
olaraq  deyə  bilərik  ki,  sualın  cavabını  tapmaq  üçün  ən  yaxĢı  yol 
Qurani-kərimə müraciət edib, hökmü ləğv edən (ikinci) ayəyə diqqət 
yetirməkdir.  Bu  ayədən  göründüyü  kimi,  Allah-taalanın  əmrilə 
müsəlmanlar sınağa çəkilir. Belə ki, Peyğəmbərlə (s) Ģəxsi danıĢmaq 
istəyənlər  müsəlmanları  nəzərə  alaraq  yenidən  danıĢıq  üçün,  Allah 
yolunda  sədəqə  verməli  idilər.  Burada  yalnız  bir  nəfər  bu  ilahi 
sınaqdan layiqincə keçdi və o da Əli ibn Əbi Talib (ə) oldu. Məgər 
bu böyük bir iftixar və fəzilət deyilmi?! BaĢqa sözlə, bütün səhabələr 
ayədə  məzəmmət  olunduğu  və  onların  tövbəsindən  söz  açıldığı 
halda, burada istisna edilən Ģəxs yalnız imam Əlidir (ə). 
Bəs, nə üçün bəzi alimlər belə açıq-aydın həqiqəti inkar etmək 
istəyirlər? Bunun səbəbi haqda özünüz düĢünün! 
 
 
 
 
 
 
 
                                                 
1
  “Ruhul-məani”  təfsirində  bu  nəzər  xəlifə  Mənsur  Dəvaniqinin  dövründə 
yaşayan və “tabein” şagirdlərindən olan Müqatildən nəql olunmuşdur. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə