Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə75/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   71   72   73   74   75   76   77   78   ...   101

 
217 
vasitsilə  Salman  Farsi,  Səid  ibn  Cübeyr  və  Süfyan  Suridən  nəql 
etdikdən sonra belə yazır: “Mənim nəzərimcə, bu rəvayətlər səhih və 
düzgün olsa  da, bu ayənin  təfsiri  ilə heç  bir  əlaqəsi  yoxdur.  Üstəlik 
sufilərin bir çox ayələrlə bağlı yozumlarına bənzəyir. Əlbəttə, bizim 
nəzərimizcə, Əli və Fatimə elm və fəzilət baxımından dəryalardan da 
böyükdür. Həmçinin Həsən və Hüseyn inci və mərcandan daha gözəl, 
daha cəlbedicidir.”
1
  
Həqiqətdə, onun Peyğəmbərin (s) Əhli-beytinə münasibətdə bu 
etirafı tərifəlayiqdir; bu Ģərtlə ki, qeyd etdiyimiz rəvayətləri dəyərdən 
salmaq  məqsədi  olmasın.  Alusi  guya  unutmuĢdur  ki,  bu  hədis 
müxtəlif  sənədlərlə  Peyğəmbəri-əkrəmdən  (s)  nəql  olunmuĢ  və  o 
həzrətin  də  ayələri  yozmağa  ixtiyarı  var!  Amma  bunun  sufilərin 
azğın  fikirləri  və  sənədsiz  yozumları  ilə  müqayisəsi  zülm, 
haqsızlıqdır və belə bir alimin Ģənindən uzaqdır. 
Ümumiyyətlə,  bu  ayə  də  imam  Əli  (ə),  Fatimeyi-Zəhra  (ə.s), 
Həsən (ə) və Hüseynin (ə) böyük fəzilətini sübuta yetirən ayələrdən 
biridir. Çünki Əli (ə) və Fatimeyi-Zəhra (ə.s) Alusinin yazdığı kimi, 
iki  böyük  dəryaya  bənzəyirlər.  Belə  ki,  onlar  Allahın  əzəmətli 
niĢanələri, xeyir-bərəkət mənbəyi, elm və biliklərin baĢlanğıcı, ismət, 
paklıq, səxavət, əxlaq və s. göstəriciləridir. Alusi onların övladlarını 
elm və təqvada, fəzilət və paklıq baxımından dəryanın tayı-bərabəri 
olmayan,  qiymətli,  misilsiz  ləl-cavahirinə  bənzədir.  Axı,  Ġslamda 
kimin  haqqında  bu  qədər  fəzilət  sadalanmıĢdır?!  Peyğəmbərin  (s) 
caniĢinliyinə  Əli  (ə)  və  onun  övladlarından  baĢqa  kim  layiq  ola 
bilər?! Alimlər özlərinə bu qədər fəzilətlərə etinasızlıqla yanaĢmağa 
necə icazə verirlər?! 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
1
 “Ruhul-məani”, 37-ci cild, səh. 93 (bəhs etdiyimiz ayənin təfsirində). 


 
218 
 
17-“NƏCVA” (PIÇILTI) AYƏSĠ 
“Mücadilə” surəsinin 12-13-cü ayələrində buyurulur: 
  ياَم ًخاَلاَلإَ لْاُِةُوااَٛ لْاِغأَ  لْاِٞاَلاَ٠  آَلْاِ١اَث اٛةُِدِّلاَماَـ اَيٛةٍُمَّوٌا ةُُةُزلْاِ١اَعبأَ ااَم إ اٛةُٕاَِآ  آَ٠ نمٌَّا باَُّٙ٠اَأ باَ٠
 لْاُِةُىمٌَّ ةٌولْاِ١اَف اَن
 لْاُِةُوااَٛ لْاِغأَ  لْاِٞاَلاَ٠  آَلْاِ١اَث اٛةُِدِّلاَمةُر ْاَأ لْاُِةُزلْاِماَفلْاِّاَأاَأ ةٌُ١ ؽمَّه ةٌهٛةُفاَؼ اَ مَّالله  مَّْ  اَـ اٚةُل غاَر لْاُِمٌَّ ْ  اَـ ةُواَٙلْاِٛاَأاَٚ
 اَمَّالله اٛةُع١ ٛاَأاَٚ اَحباَومَّيٌا اٛةُرآاَٚ اَح اَلامٌَّٖا اٛةُّ١ لاَتاَـ لْاُِةُىلْاِ١اٍَاَ  ةُ مَّالله  اَةباَراَٚ اٛةٍُاَعلْاِفاَر لْاُِاٌَ لْاِم  اَـ ءٍدباَلاَلإَ
 
   اَْٛةٍُاَّلْاِعاَر باَّ ث ةٌو١ جاَف ةُ مَّاللهاَٚ ةُٗاٌَٛةٍُاَهاَٚ
“Ey  iman  gətirənlər!  Peyğəmbərlə  məxfi  danıĢığa  getməzdən 
öncə  (Allah  yolunda)  sədəqə  verin.  Bu  sizin  üçün  daha  xeyirli, 
daha  pakdır.  Əgər bir  Ģey  tapmasanız, (bilin ki,) Allah  bağıĢlayan 
və  rəhm  edəndir.  Yoxsa  siz  məxfi  danıĢmazdan  əvvəl  sədəqə 
verməkdən  qorxdunuz?!  Ġndi  ki,  siz  bu  iĢi  etmədiniz  və  Allah  da 
tövbənizi qəbul etdi, onda namaz qılın, zəkat verin, Allaha, Onun 
Peyğəmbərinə  itaət  edin  (və  bilin  ki,)  Allah  nə  etdiklərinizdən 
xəbərdardır!” 
Bu  iki  ayədə  mövcud  olan  dəlillərdən,  eləcə  də,  bir  çox 
alimlərin,  o  cümlədən,  Təbərsinin  “Məcməül-bəyan”,  Fəxri-Razinin 
“Kəbir”, Qurtubinin “Əl-camiu li-əhkamil-Quran”, Alusinin “Ruhul-
məani” və digər təfsir kitablarında onun nazil olma səbəbilə əlaqədar 
qeydlərindən  belə  baĢa  düĢülür  ki,  bəzən  müsəlmanlar  (bəzi 
təfsirçilərin  yazdıqları  kimi,  sərvətli  müsəlmanlar)  Peyğəmbərin  (s) 
yanında  mövqe  qazanmaq  üçün  hər  bir  kiçik  və  əhəmiyyətsiz 
məsələni  ona  pıçıltı  ilə  və  məxfi  Ģəkildə  bildirirdilər.  Nadanlar 
anlamırdılar  ki,  Peyğəmbər  (s)  vaxtını  bir  fərdin  əhəmiyyətsiz 
sözlərinə  sərf  etməklə  mühüm  iĢlərdən  qalır.  Bu  iĢ  həm  də  zəif  və 
yoxsul təbəqəni narahat edirdi. Bu zaman qeyd etdiyimiz birinci ayə 
nazil  oldu  və  müsəlmanlara  belə  bir  göstəriĢ  verildi:  “Əgər 
Peyğəmbərlə  məxfi  Ģəkildə  danıĢmaq  istəyirsinizsə,  bu  iĢdən  öncə 
Allah yolunda sədəqə verin.” Bu göstəriĢ maraqlı bir sınaqla yanaĢı, 
Peyğəmbərlə (s) səmimi əlaqədə olduğunu iddia edənlərə tutarlı bir 
cavab oldu. Bir nəfərdən (yalnız imam Əmirəl-möminin Əlidən (ə)) 
baĢqa  heç  kim  Peyğəmbərlə  (ə)  məxfi  danıĢmaqdan  əvvəl  sədəqə 
vermədi. 


 
219 
Bununla  da  müsəlmanlar  imam  Əlinin  (ə)  Allah  və  Onun 
Peyğəmbərinin (s) yanında yüksək məqama malik olduğunun Ģahidi 
oldular. Qısa bir müddətdən sonra ikinci ayə nazil olub, birinci ayədə 
qeyd olunan hökmü ləğv etdi. Bununla da məlum oldu ki, bəzilərinin 
ürəklərində  sərvət,  mal-dövlət  sevgisi  Peyğəmbərlə  (s)  məxfi 
danıĢmaqdan  artıqdır.  Həm  də  aydın  oldu  ki,  məxfi  danıĢmaq 
istəyənlərin sözləri əhəmiyyətsizdir. Onların bu iĢdə məqsədi yalnız 
ictimai mövqe qazanmaq idi. 
Bu  ayənin  təfsiri  ilə  bağlı  çoxlu  rəvayət  nəql  olunmuĢdur  ki, 
onun  hökmünə  əməl  edən  Ģəxs  yalnız  imam  Əli  (ə)  olmuĢdur. 
“ġəvahidut-tənzil”  kitabında  nəql  olunur  ki,  Mücahid  imam  Əlinin 
(ə) belə buyurduğunu demiĢdir:
 
  ؾ  مَّْ ا
 ٝ ٌ  اَْبو اَيبل ،ٜٛ لْاِغمٌَّٕا ةُخاَ٠آ اَٝ ٘اَٚ ٜ للْاِعاَث لااَٚ ٝ ٍلْاِجاَل ةٌلاَؽاَا بٙ ث اًَ ّاَ  بِ خاَ٠٢  ْآ لْاِوةُملْاٌِا ٜ
 مَّٝ جٌّٕا اَٝ عبٔةُا  لْاِْاَا  ةُدلْاِكاَهاَا بّمٍَّةُىاَـ ،اَُ ٘اهاَك  حاَواَْاَع ث ةُٗةُزلْاِع جاَـ ةٌهبٕ٠ ك
(
ٓ
 )
 مَُّةُص ةُٗلْإِ ِ ءٍُاَ٘ لْاِه ل ث  ةُذلْاِلمَّلاَٖاَر
 لْاِذ اَق َةُٔ
 :
“Quranda bir ayə var ki, məndən qabaq və məndən sonra ona 
əməl  edən  bir  kəs  olmayıb  və  olmayacaq  da;  bu  “nəcva”  ayəsidir. 
Mənim bir dinar pulum var idi, onu on dirhəmə satdım. Bununla da 
hər  vaxt  Peyğəmbərlə  (s)  məxfi  danışmaq  istəsəydim,  bir  dirhəm 
sədəqə  verərdim.  Lakin  bir  müddətdən  sonra  o  ayənin  hökmü 
(sonrakı ayənin vasitəsilə) ləğv oldu.”
1
  
BaĢqa  bir  rəvayətdə  Əbu  Əyyub  Ənsaridən  belə  nəql  olunur: 
“Bu  ayə  Əli  (ə)  haqda  nazil  olmuĢdur.  Əli  (ə)  Peyğəmbərlə  (s)  on 
dəfə  məxfi  danıĢdı  və  hər  danıĢığından  əvvəl  bir  dirhəm  sədəqə 
verdi.”
2
  
Növbəti  rəvayətdə  Mücahiddən  belə  nəql  olunur:  “Qurani-
kərimdə bir ayə var ki, hökmü ləğv olana qədər Əli ibn Əbi Talibdən 
(ə) baĢqa heç kim ona əməl etmədi. Həmin ayə “nəcva” ayəsidir. O, 
Allahın Peyğəmbəri ilə məxfi danıĢdı və bir dinar pul sədəqə verdi.”
3
  
Həmin kitabda bu barədə təxminən, on rəvayət nəql olunmuĢdur. 
Süyuti  “Əd-durrul-mənsur”  təfsirində  də  bu  rəvayəti  (yeddi 
müxtəlif  sənədlə),  onun  düzgünlüyü  ilə  bağlı  Hakim  NiĢapurinin 
etirafını  və  imam  Əlinin  (ə)  belə  buyurduğunu  nəql  edir:  “Qurani-
kərimdə  bir  ayə  var  ki,  məndən  qabaq  və  sonra  ona  əməl  edən 
                                                 
1
 “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 231, hədis: 951. 
2
 Yenə orada, səh. 240, hədis: 946. 
3
 Yenə orada. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə