Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə83/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   79   80   81   82   83   84   85   86   ...   101

 
240 
Məhbub ibn Əbiz-Zənadın hədisində ənsarın dili ilə deyilir: “Nə 
vaxt  bir  kəs  Əli  ibn  Əbi  Talibə  (ə)  qarĢı  kin-küdurət  və  ədavət 
göstərsəydi, baĢa düĢürdük ki, o, öz atasının oğlu deyil!”
1
  
Bu  məzmunda  rəvayətlər  çoxdur  və  bəhsimizi  Peyğəmbəri-
əkrəmin (s) buyurduğu bir hədislə sona yetiririk. Peyğəmbəri-əkrəm 
“Xeybər” günü imam Əli (ə) haqqında geniĢ söhbəti əsnasında belə 
buyurmuĢdur:
 
  لْآِاَ  ةُل علْاِجةُ٠ لااَٚ ءٍخاٌَلااَٙ ٌٝ ا ٛةُ لْاِلاَ٠ لا ًبّ١ ٍاَ   مَّْ باَـ ، ٗدِّجةُؾ ث لْاُِةُواَكلا لْاِٚاَا اٛةُٕ ؾاَزلْاِِ ا  ةًُبٌّٕا باَُّٙ٠اَا ب٠
 لْآِاَّاَـ ،ًٜلةُ٘
 
ُةُىلْإِ ِ  اٌَلْاِ١اٍَاَـ ةُٗاَٚاَؽلْاِثاَا  لْآِاَِاَٚ لْاُِةُىلْإِ ِ اَٛةُٙاَـ ةُٗمَّجاَؽاَا
 :!
Ey  camaat!  Övladlarınızı  Əli  məhəbbəti  ilə  sınaqdan  keçirin. 
Həqiqətən,  Əli  (heç  kimi)  azğınlığa  dəvət  etməz  və  hidayətdən 
uzaqlaşdırmaz.  Onu  sevən  sizdəndir,  ona  kin-küdurət  və  ədavət 
bəsləyən isə sizdən deyil!”
2
  
Bu  rəvayətləri  diqqətlə  araĢdırdıqda,  elə  bir  Ģəxsiyyətlə 
üzləĢirik  ki,  ona  eĢq  və  məhəbbət  iman,  onunla  ədavət  küfr  və 
münafiqlik niĢanəsidir. Bu rəvayətlər imam Əlinin (ə) tərəfdarlarına 
ağır iĢkəncələr verən, düĢmənlərini isə vəzifə kürsüsündə əyləĢdirən 
“əməvilər”  kimi  azğın  sülaləni  ötüb-keçmiĢ,  həmin  dövrün 
insanlarının dilində dolanmıĢdır. Hətta ümumi məclislərdə o həzrəti 
söymək  və  lənətləmək  vəzifəyə  çatmaq  üçün  bir  vasitə  sayılırdı. 
Doğrudan da, dünyanın Ģərqini qərbini bürüyən, tarix, təfsir və hədis 
kitablarında  tez-tez  xatırlanan  fəzilətlərin  inadkar  düĢmənlərin 
nəzarətindən yayınıb, bu gün bizim əlimizə çatması təəccüblüdür. Bu 
bütün  əsrlərdə  haqq  nurunun  qorunmasının  Əli  ibn  Əbi  Talibin  (ə) 
imamət  və  xilafətinin  bütün  nəsillərə  çatdırılmasının  yalnız  ilahi 
yardımlarla mümkün olduğunu göstərir! 
 
 
 
 
 
 
 
 
                                                 
1
 Yenə orada. 
2
 Yenə orada. 


 
241 
 
22-“ĠYZA” (ƏZĠYYƏT) AYƏSĠ 
“Əhzab” surəsinin 57-ci ayəsində buyurulur: 
 اَٚ  حاَو ف لْاِ٢ااَٚ باَ١لْأُِّلٌا ٟ ـ ةُ مَّالله ةُُةُٙإَاَعاٌَ ةُٗاٌَٛةٍُاَهاَٚ اَ مَّالله  اَْٚةُم لْاِمةُ٠  آَ٠ نمٌَّا  مَّْ إ
بًٕ١ ُِّٙ بًثااَناَ  لْاُِةُٙاٌَ مَّلاَ اَأ
 
“Həqiqətən,  Allaha  və  Onun  Peyğəmbərinə  əziyyət  verənləri 
Allah dünya və axirətdə lənətləmiĢ (Öz rəhmətindən uzaqlaĢdırmıĢ) 
və onlar üçün alçaldıcı bir əzab hazırlamıĢdır!”
 
Məlum  olduğu  kimi,  kimsə  Allah-taalanın  müqəddəs  və  pak 
zatına zərər yetirə bilməz. Demək, “Allaha əziyyət vermək” dedikdə 
təfsir  alimlərinin  qeyd  etdikləri  kimi    Allahın  qəzəbinə  səbəb  olan 
küfr  və  dinsizlik  nəzərdə  tutulur.  Beləcə  Peyğəmbəri  (s)  və 
möminləri incidən kəslərin cəzalanacağı xatırlanır və onları incidən 
kəs, Ģübhəsiz, Allahı incitmiĢ olur. 
Ayənin  təfsirində  əhli-sünnə  və  Əhli-beyt  (ə)  ardıcılları 
vasitəsilə  nəql  olunan  rəvayətlərdə  Peyğəmbəri-əkrəmin  (s)  belə 
buyurduğunu  oxuyuruq:  “Ya  Əli!  Hər  kəs  səni  incitsə,  şübhəsiz, 
məni incitmişdir!” 
Hakim  Həskani  “ġəvahidut-tənzil”  kitabında  Cabir  ibn 
Abdullah  Ənsaridən  belə  nəql  edir:  “Peyğəmbəri-əkrəmdən  (s) 
eĢitdim ki, Əliyə (s) belə buyurdu: “Səni incidən kəs, şübhəsiz, məni 
incitmişdir!”
1
  
BaĢqa  bir  hədisdə  Ġbn  Əbi  Sələmə,  Ümmü  Sələmədən 
Peyğəmbəri-əkrəmin  (s)  belə  buyurduğunu  nəql  edir:  “Peyğəmbəri-
əkrəmdən (s) eĢitdim ki, Əliyə (s) belə buyurdu:
 
ٝ ٔامآ لْاِلاَماَـ اَنامآ  لْآِاَِ ،ٝ ج١ جاَؽ اَٚ ٝ فاَا  اَذلْأِاَا
 :
“Sən  mənim  qardaşım  və  həbibimsən.  Sənə  əziyyət  verən, 
şübhəsiz, mənə əziyyət vermişdir!”
2
  
Sonra müəllif yazır: “Bu hədis Ömər, Səd ibn Əbi Vəqqas, Əbu 
Hüreyrə,  Ġbn  Abbas  və  Əbu  Səid  Xidri  kimi  səhabələrdən  də  nəql 
olunmuĢdur.”
3
  
                                                 
1
 “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 98, hədis: 777. 
2
 Yenə orada. 
3
 Yenə orada, səh. 99. 


 
242 
BaĢqa bir hədisdə isə Əli ibn Əbi Talibdən (ə) belə nəql edilir: 
“Allahın Peyğəmbəri (s) öz tükündən tutub, mənə belə buyurdu:
 
الله خإَعاٌَ  ٗلْاِ١اٍَاَعاَـ اَالله ٜاَمآ لْاِلاَماَـ ٝ ٔامآ  لْآِاَِٚ ٝ ٔامآ لْاِلاَماَـ اَهلْإِ ِ ًحاَولْاِعاَّ ٜمآ  لْآِاَِ
 :
“Hər  kəs  sənin  bir  tükünü  incitsə,  məni  incitmişdir.  Hər  kəs 
məni incitsə, şübhəsiz, Allahı incitmişdir. Hər kəs Allahı incitsə, ona 
Allahın lənəti olsun!”
1
  
Qeyd edilən hədislərdə imam Əlini (ə) incitmək, Peyğəmbəri (s) 
incitmək  sayılsa  da,  bu  ayəyə  istinad  edilməmiĢdir.  Halbuki  bəzi 
rəvayətlərdə  bu  istinadı  açıq-aydın  görmək  olar.  Məsələn,  Hakim 
NiĢapurinin  “Müstədrəküs-səhiheyn”  kitabında  Ġbn  Abbasdan  nəql 
olunan səhih və mötəbər hədisdə belə deyilir: “ġam əhlindən bir kiĢi 
Əlini (ə) söydükdə, Ġbn Abbas ona dedi: “Ey Allahın düĢməni! Sən 
bu  sözünlə  Allahın  Peyğəmbərini  incitdin  və  ona  əziyyət  verdin. 
(Çünki Qurani-kərimdə buyurulur:) “Allaha və Onun Peyğəmbərinə 
əziyyət  verənləri  Allah  dünya  və  axirətdə  lənətləmiĢ  (Öz 
rəhmətindən  uzaqlaĢdırmıĢ)  və  onlar  üçün  alçaldıcı  bir  əzab 
hazırlamıĢdır!”  Əgər  Peyğəmbəri-əkrəm  (s)  sağ  olsaydı,  indi  onu 
incitmiĢ olardın!”
2
  
Zəhəbi bu hədisi “Təlxisul-müstədrək” kitabında nəql etmiĢ və 
onun doğru olduğunu vurğulamıĢdır.
3
  
Süyuti də “Əd-durrul-mənsur” kitabında  Ġbn Abbasın bu ayəyə 
istinadən nəql etdiyi hədisi qeydə almıĢdır.
4
  
Həmçinin  “Müstədrəküs-səhiheyn”  kitabında  Əmr  ibn  ġasdan 
ətraflı  bir  hədis  nəql  olunmuĢdur.  Onun  bir  qismi  belədir:  “Mən 
Peyğəmbərin  (s)  məscidində  Əlinin  (ə)  Yəmən  səfərində  mənimlə 
rəftarına görə gileyləndim. Bu söz Peyğəmbərə (s) çatdı. Sübh vaxtı 
Peyğəmbər  (s)  bir  qrup  səhabə  ilə  məscidə  daxil  olanda  mənə  qaĢ-
qabaqla  baxıb  buyurdu:  “Ey  Əmr!  Allaha  and  olsun  ki,  məni 
incitdin.”  Mən  dedim:  “Ya  Peyğəmbər  (s)!  Allaha  pənah  aparıram, 
bu nə sözdür?” Peyğəmbər (s) buyurdu:
 
ٝ ٔامآ لْاِلاَماَـ ًبّ١ ٍاَ  ٜمآ  لْآِاَِ
 :
                                                 
1
 Yenə orada, səh. 97, hədis: 776. 
2
  “Müstədrəküs-səhiheyn”,  3-cü  cild,  səh.  121,  Beyrutun  “Darul-mərifət” 
çapı. 
3
  “Müstədrəküs-səhiheyn”  kitabının  haşiyəsində  çap  olan  “Təlxisul-
müstədrək”, 3-cü cild, səh. 122. 
4
 “Əd-durrul-mənsur”, 5-ci cild, səh. 220. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə