Günah lüğət elmində


-“UZUNUN-VAĠYƏ” (EġĠDĠB YADDA SAXLAYAN



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə81/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   77   78   79   80   81   82   83   84   ...   101

 
234 
19-“UZUNUN-VAĠYƏ” (EġĠDĠB YADDA SAXLAYAN 
QULAQ) AYƏSĠ 
“Haqqə” surəsinin 12-ci ayəsində buyurulur: 
 ةٌخاَ١  ااَٚ  ةٌْةُمةُأ باَٙاَ١ عاَراَٚ ًحاَو ولْاِناَر لْاُِةُىاٌَ باَٙاٍَاَع لْاِغإَ ٌ
 
“Məqsəd  bu  idi  ki,  bunu  (möminlərə  Nuhun  gəmisi ilə  nicat 
verib, tufan vasitəsilə kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi 
edək və dərk edən qulaq bunu (və bu kimi hadisələri) eĢidib yadda 
saxlayacaq (ki, baĢqaları da ibrət götürsünlər)!”
 
Süyuti  “Əd-durrul-mənsur”  kitabında  altı  sənədlə  məĢhur 
səhabə  Büreydədən  nəql  edir  ki,  Peyğəmbəri-əkrəm  (s)  Əliyə  (ə) 
buyurdu:
 
 لْاِذاٌَاَيإَاَـ ،اَٝ عاَر  لْاِْاَا اَهاٌَ ٌّكاَؽاَٚ ،اَٝ عاَر  لْاِْاَااَٚ اَهاَّدٍِّاَ ةُا  لْاِْاَااَٚ ،اَهاَ١ ٖلْاِلةُا لااَٚ اَهاَ١ ٔلْاِكةُا  لْاِْاَا ٝ ٔاَواَِاَا اَالله  مَّْ ا
  لْاِ 
 ةٌخاَ١  اٚ  ةٌْةُمةُا بٙاَ١ عاَراَٚ ةُخاَ٠٢ا  ٖ ن٘
 :
“Allah-taala  mənə  əmr  etdi  ki,  səni  özümə  yaxın  bilim  və 
özümdən  uzaqlaşdırmayım,  sənə  təlim  verim  və  səni  saxlayım.  Sən 
buna layiqsən!” Elə bu zaman bu ayə nazil oldu: “Dərk edən qulaq 
bunu eĢidib yadda saxlayacaq!”
1
  
Yenə  həmin  kitabda  (Əbu  Nəim  Ġsfahaninin  “Hilyətül-övliya” 
kitabından) imam Əlidən (ə) bunu nəql edir və Peyğəmbəri-əkrəmin 
(s)  yuxarıda  qeyd  etdiyimiz  sözlərdən  (Büreydənin  nəql  etdiyi 
hədisdən) sonra belə buyurduğunu yazır: “Ya Əli! Sən mənim elmimi 
qoruyub-saxlayacaqsan!”
2
  
Yenə  həmin  kitabda  beĢ  sənədlə  Peyğəmbərin  (s)  Məkhul  adlı 
xidmətçisindən belə nəql edir: “Dərk edən qulaq bunu eĢidib yadda 
saxlayacaq”  ayəsi  nazil  olduqdan  sonra  Peyğəmbər  (s)  buyurdu: 
“Rəbbimdən  istəyirəm  ki,  eşidib  yadda  saxlayan  qulaq  Əlinin 
olsun!” Əli (ə) deyir: “Bundan sonra Allahın Peyğəmbərindən (s) elə 
bir söz eĢitmədim ki, onu yaddan çıxarım!”
3
  
Eləcə  də,  ZəməxĢəri  “KəĢĢaf”  kitabında  qeyd  etdiyimiz 
sonuncu hədisi iradsız nəql etmiĢdir.
4
  
                                                 
1
 “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 260. 
2
 Yenə orada. 
3
 Yenə orada. 
4
 “Kəşşaf”, 4-cü cild, səh. 600. 


 
235 
Digər təfsir alimləri də, o cümlədən, Fəxri-Razi “Kəbir”
1
 , Alusi 
“Ruhul-məani”
2
 ,  Borsui  “Ruhul-bəyan”
3
   və  Qurtubi  “Təfsiri-
came”də
4
 həmin ayənin təfsirində bu hədisi nəql etmiĢlər. Təbəri də 
“Təfsir” kitabında bu haqda bir sıra hədislər nəql etmiĢdir.
5
  
Hakim  Həskani  “ġəvahidut-tənzil”  kitabında  bu  ayənin 
təfsirində müxtəlif ravilərdən sonu Peyğəmbəri-əkrəmə (s) çatan on 
üç hədis nəql etmiĢdir. Bu hədislərdən bəzisini Peyğəmbəri-əkrəmin 
(s)  xidmətçisi  Məkhuldan,  bəzisini  Büreydədən,  bəzisini  imam  Əli 
ibn  Əbi  Talibdən  (ə),  bəzisini  Cabir  ibn  Abdullah  Ənsaridən  nəql 
etmiĢdir. Onların bir qismini nəzərdən keçirək: 
Əbud-Dünyanın  imam  Əlidən  (ə)  nəql  etdiyi  bir  hədisdə  belə 
deyilir:  ”Dərk  edən  qulaq  bunu  eĢidib  yadda  saxlayacaq”  ayəsi 
nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) mənə buyurdu: “Ya Əli! 
Mən  Allahdan  istəmişəm  ki,  o  qulaq  sənin  qulağın  olsun.” 
(EĢitdiklərini yadda saxlayıb, baĢqalarına çatdırasan.)
6
  
Məkhuldan  nəql  olunan  baĢqa  bir  hədisdə  belə  buyurulur: 
“Peyğəmbəri-əkrəm  (s)  “və  təiyəha  uzunun-vaiyəh”  (Dərk  edən 
qulaq bunu eĢidib yadda saxlayacaq) ayəsini tilavət etdikdən sonra 
üzünü Əliyə (ə) tutub buyurdu: “Allahdan istəmişəm ki, eşidib yadda 
saxlayan  qulaqlar  sənin  qulaqların  olsun!”  Əli  (ə)  deyir:  “Ondan 
sonra Peyğəmbərdən (s) hər nə eĢidirdimsə, yadımdan çıxmırdı!”
7
  
Həmin  kitabda  Büreydə  Əsləminin  hədisi  olduğu  kimi  nəql 
edilir.  Nəhayət,  Cabir  ibn  Abdullah  Ənsarinin  belə  dediyi  yazılır: 
“Bu ayə nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) Allahdan istədi 
ki,  bu  fəzilət  Əliyə  (ə)  nəsib  olsun  və  Peyğəmbərin  (s)  də  bu  istəyi 
qəbul oldu.”
8
  
“Fəzailul-xəmsə”nin müəllifi bu hədisi qeyd edilən kitablardan 
əlavə, 
“Kənzül-ümmal”, 
“Nurul-əbsar”, 
“Məcməüz-zəvaid” 
                                                 
1
 “Kəbir”, 30-cu cild, səh. 107. 
2
 “Ruhul-məani”, 29-cu cild, səh. 43. 
3
 “Ruhul-bəyan”, 10-cu cild, səh. 136. 
4
 “Təfsiri-came”, 10-cu cild. 
5
 “Təfsiri-Təbəri”, 29-cu cild, səh. 35. 
6
 “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 271. 
7
 Yenə orada, səh. 277, hədis: 1015. 
8
 Yenə orada, səh. 280, hədis: 1019. 


 
236 
(Heysəmi)  və  “Əsbabun-nüzul”  (Vahidi)  kitablarından  da  nəql 
etmiĢdir.
1
  
Nəticə: 
Ġmamət,  vilayət  və  Peyğəmbərin  (s)  caniĢinliyinin 
Ģərtlərinə,  ilahi  rəhbərlərin  elm  və  bilikdən  kifayət  qədər 
bəhrələnməsinə,  eləcə  də,  bəhs  etdiyimiz  ayənin  təfsirində  nəql 
olunan  rəvayətlərə  əsasən,  imam  Əli  (ə)  imamət  və  vilayət 
məqamına daha çox layiqdir! 
20-“MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSĠ 
“Məryəm” surəsinin 96-cı ayəsində buyurulur: 
اًّكةُٚ  ةُٓاَّ لْاِؽمَّوٌا ةُُةُٙاٌَ ةًُاَع لْاِغاَ١اٍَ  دباَؾ ٌبمٌَّٖا اٛةٍُ ّاَ اَٚ اٛةُٕاَِآ  آَ٠ نمٌَّا  مَّْ إ
 
“Həqiqətən,  iman  gətirən  və  saleh  iĢ  görənlər  üçün  Allah 
(möminlərin ürəklərində) bir məhəbbət yaradacaqdır!”
 
Bu  ayədə  açıq-aydın  göstərilir  ki,  iman  və  saleh  əməl  insanlar 
arasında məhəbbət və sevgiyə səbəb olur. Bəli, iman və saleh əməl 
qəribə  cazibədarlığa  malikdir  ki,  ürəkləri  yumĢaldır.  Günahkar 
insanlar belə, pak və saleh əməldən ləzzət alırlar. 
Bu  ayənin  təfsiri  ilə  əlaqədar  əhli-sünnə  mənbələrində 
Peyğəmbərdən  müxtəlif  rəvayətlər  nəql  olunmuĢdur.  Həmin 
rəvayətlərdə  onun  imam  Əli  (ə)  haqqında  nazil  olması  bildirilir. 
Qeyd etdiyimiz kimi, ayənin müəyyən bir Ģəxs haqqında nazil olması 
həmin Ģəxsin kamil nümunə olduğunu göstərir. Bu isə ayənin əhatəli 
mənası ilə əsla ziddiyyət təĢkil etmir. 
“ġəvahidut-tənzil” kitabında müxtəlif sənədlərlə Bərra ibn Azib, 
Əbu Rafe, Cabir ibn Abdullah Ənsari, Ġbn Abbas, Əbu Səid Xidri və 
Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədisdə deyilir ki, bu ayə 
Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuĢdur. Həzrətin məhəbbəti 
hər bir möminin qəlbində yer tutmuĢdur. 
Əbu Səid Xudridən nəql olunan hədisdə deyilir ki, Peyğəmbəri-
əkrəm (s) Əliyə (ə) buyurdu: 
:
ٓاََ اَؾلْاٌِاباَثاَا ب٠
 !
  ي لْاًِاَع لْاِعا مَُّةٌٍُّٙاَا ًةُل
 ًحمَّكاَٛاَِ  آَ١ ٕ ِمةُّلْاٌِا  ٖ هٚةُلةُٕ ٝ ـ ٝ ٌ لْاًِاَع لْاِعااَٚ ًاللْاِٙاَ  اَناَللْإِ   ٜ
 :
“Ya  Əbəl-Həsən,  de  ki:  “İlahi!  Yanında  əhd-peymanımı  qəbul 
et
1
 və məhəbbətimi möminlərin qəlbinə sal!”
 
                                                 
1
 “Fəzailul-xəmsə”, 1-ci cild, səh. 320-321. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə