Günah lüğət elmində


Ģahid gələn... kimsə (baĢqaları kimi ola bilərmi?!)



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə71/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   67   68   69   70   71   72   73   74   ...   101

 
205 
Ģahid gələn... kimsə (baĢqaları kimi ola bilərmi?!) ayəsində “Allah 
tərəfindən  açıq-aydın  dəlilə  istinad  edəni  Məhəmməddir  (s),  ona 
şahid və onun ardınca qədəm götürən şəxs isə mənəm!”
1
  
Süyuti də ”Əd-durrul-mənsur” kitabında bu haqda çoxlu rəvayət 
nəql  etmiĢdir.  Ġbn  Əbi  Hatəm,  Ġbn  Mərdəveyh  və  Əbu  Nəimin  Əli 
ibn  Əbi  Talibdən  (ə)  nəql  etdikləri  hədisdə  belə  buyurulur: 
“Qüreyşdən elə bir kişi yoxdur ki, Quranda onun barəsində ayə nazil 
olmasın!” 
Bir nəfər o həzrətdən soruĢdu: “Quranda sənin də haqqında ayə 
varmı?” 
Buyurdu:  “Məgər  “Hud”  surəsini  oxumayıbsınızmı  ki,  Allah-
taala  buyurur:  “Məgər  Allahdan  açıq-aydın bir  dəlilə  istinad  edən, 
ardınca  Allah  tərəfindən  bir  Ģahid  gələn...  kimsə  (baĢqaları  kimi 
ola bilərmi?!)”
2
  
Həmin kitabda bu məzmunda hədislər də nəql edilmiĢdir. 
“Ruhul-məani”  təfsirində  də  Ġbn  Əbi  Hatəmin  və  Ġbn 
Mərdəveyhin  Əlidən  (ə)  nəql  etdikləri  hədisdən  sonra  Peyğəmbəri-
əkrəmin  (s)  belə  buyurduğunu  nəql  olunur:  “Allahdan  açıq-aydın 
bir  dəlilə  istinad  edən...”  şəxs  mənəm,  “Ardınca  Allah  tərəfindən 
bir Ģahid gələn...” şəxs isə Əlidir.” 
Həmin  kitabda  yazılır:  “Bəzi  Ģiələr  bu  hədisləri  Peyğəmbəri-
əkrəmdən (s) sonra Əlinin (ə) xəlifəliyi ilə əlaqələndirirlər. Çünki bu 
ayədə Əli “Ģahid” sayılmıĢ və “Ġnna ərsəlnakə Ģahidən və mübəĢĢirən 
və  nəzirən”  (Həqiqətən,  Biz  səni  Ģahid,  müjdə  verən  və  qorxudan 
göndərdik!)    ayəsində  isə  Peyğəmbəri-əkrəm  (s)  Ģahid  kimi 
göndərilmiĢdir.  Məlum  olur  ki,  Ġslam  ümməti  arasında  Əlinin  (ə) 
məqamı  Peyğəmbəri-əkrəmin  (s)  məqamı  ilə  eynidir.  Çünki  Allah-
taalanın Qurani-kərimdə buyurduğu kimi, Əli (ə) də Allah tərəfindən 
bir  Ģahid  olaraq  gəlmiĢdir.  Nəticə  budur  ki,  Əli  (ə)  Ġslam 
peyğəmbərindən (s) sonra xəlifədir!” 
Sonra belə yazır: “Bu düzgün deyil!” Ardınca sonra bir rəvayət 
nəql edərək “Ģahid” sözünü Peyğəmbərin (s) zamanına aid edir.
3
   
HəmiĢə  Ģiələrə  və  imam  Əlinin  (ə)  imaməti  ilə  bağlı 
açıqlamalara  qarĢı  çıxan  “Əl-mənar”  müəllifi  “Ruhul-məani”nin 
                                                 
1
 “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 280, hədis: 384. 
2
 “Əd-durrul-mənsur”, 3-cü cild, səh. 324. 
3
 “Ruhul-məani”, 12-ci cild, səh. 28. 


 
206 
müəllifi  Alusidən  geri  qalmır.  O  da  bu  ayənin  təfsirində  əl-ayağa 
düĢərək yazmıĢdır: “Ayənin zahiri mənası budur ki, “bəyyinə” (dəlil) 
Peyğəmbərin  (s)  öz  nübüvvətinə  olan  qəti  elmi,  “Ģahid”  isə 
Qurandır.”  Bu  barədə  Səid  ibn  Cübeyrdən  bir  hədis  nəql  olunur. 
Orada  “bəyyinə”  Quran,  “Ģahid”  isə  Cəbrail  sayılır.  Ayədəki 
“yətluhu”  sözünün  isə  Qurani-kərimin  Peyğəmbərə  (s)  tilavət 
edilməsi  mənasını  daĢıdığı  göstərilir.  Əlavə  edərək  yazır:  “Əlbəttə, 
zəif bir hədisdə deyilir ki, “Ģahid” Peyğəmbərin (s) Quranı camaata 
tilavət  etdiyi  dilidir.  ġiələrin  nəql  etdikləri  baĢqa  bir  hədisdə 
“Ģahid”in Əli (ə) olduğu göstərilir.”
1
  
Belə  yozumlar  və  təəssübkeĢliklər  Quran  ayələrinin  və 
rəvayətlərin  düzgün  baĢa  düĢülməsi  yolunda  ən  böyük  maneədir. 
Burada bir neçə məsələni qeyd etməyi lazım görürük: 
1.  ġiə  və  sünnilərin  məĢhur  kitablarında  müxtəlif  sənədlərlə 
nəql  olunan  çox  saylı  hədislər  müqabilində  “Əl-mənar”  müəllifinin 
“ġiələrin  nəql  etdikləri  zəif  bir  hədisdə  “Ģahid”in  Əli  (ə)  olduğu 
göstərilir” deməsi çox təəccüblüdür! Görəsən, o, əhli-sünnənin “Əd-
durrul-mənsur”, 
“ġəvahidut-tənzil”, 
hətta 
“Ruhul-məani” 
kitablarında  “Ģahid”  sözünün  imam  Əliyə  (ə)  aid  edilməsini 
təsdiqləyən  hədisləri  görməyibmi?!  Məgər  bu  rəvayətləri  təkcə 
Ģiələrmi  nəql  edib?  Yoxsa  Ģiənin  xeyrinə  tamamlanan  rəvayətlər 
əhli-sünnə  alimləri  tərəfindən  nəql  edilsə  belə,  Ģiə  rəvayəti  hesab 
edilməlidir?! 
2.  Bir  qrup  əhli-sünnə  aliminin  bu  ayədə  qeyd  olunan  “Ģahid” 
sözünü Peyğəmbəri-əkrəmin (s) “dili” kimi (Quranın heç bir yerində 
görünməyən  məfhuma)  təfsiri  daha  maraqlıdır.  Çünki  “Əl-mənar” 
müəllifi  bu  haqda  yalnız  zəif  bir  rəvayətin  nəql  olunduğunu 
bildirmiĢdir.  Bəlkə  də,  o,  “Ģahid”  sözünün  Peyğəmbəri-əkrəmin  (s) 
dili,  eləcə  də,  “yətluhu”  sözünün  Quranın  tilavəti  kimi  təfsirinin 
həqiqətdən  çox  uzaq  olduğuna  diqqət  yetirmiĢdir.  Çünki  bu  təfsirə 
əsasən,  ayənin  mənası  belədir:  “Məgər  Allahdan  açıq-aydın  bir 
dəlilə,  yəni  Qurani-kərimə  istinad  edən,  ardınca  onu  tilavət  edən... 
kimsə  (baĢqaları  kimi  ola  bilərmi?!)”  Belə  çıxır  ki,  Peyğəmbər  (s) 
özü  özünə  Ģahiddir.  Görəsən,  iddialı  kəs  özü  özünə  Ģahid  ola 
bilərmi?!  Yoxsa  baĢqa  bir  kəsin  Ģahidliyi  lazımdır?  Məgər  Quran 
Peyğəmbərin  (s)  dilindən  çıxmayıbmı?  Necə  ola  bilər  ki, 
                                                 
1
 “Əl-mənar”, 12-ci cild, səh. 53. 


 
207 
Peyğəmbərin  (s)  dili  Qurana  Ģahid  olsun?  Məgər  Peyğəmbərin  (s) 
dili onun özündən ayrıdırmı? Bəli, həqiqəti etiraf etmək istəməyənlər 
müxtəlif yollara əl atırlar. 
3. “ġahid”  sözünün Cəbrail  kimi təfsiri də  düzgün  deyil;  çünki 
kimsə bu Ģahidi görmür. Bu halda onun Ģahidliyi səmərəsizdir. 
Görəsən, onları belə əsassız yozumlara nə vadar edir?! 
4.  Ən  maraqlısı  Alusinin  “Ruhul-məani”də  yazdıqlarıdır: 
“Ayədə  qeyd  olunan  “bəyyinə”  (dəlil)  Quran,  “Ģahid”  isə  Quranın 
ecazkarlığıdır.  Quranın  “dəlil”  olmasını  yalnız  onun  ecazkarlığı  ilə 
baĢa  düĢməliyik  və  ecazkarlığı  nəzərə  almadan  onu  dəlil  hesab 
etmək olmaz.” 
Burada “bəyyinə”  ilə  “Ģahid”  bir  mənada  olacaq. Bu  da  ayənin 
təfsirinə uyğun gəlmir. 
5.  “Bəyyinə”  (dəlil)  sözünün  Peyğəmbəri-əkrəmin  (s)  öz 
peyğəmbərliyinə  olan  batini  və  qəti  elmi,  “Ģahid”  sözünün  isə 
Qurani-kərim kimi təfsiri də qəribədir. “Bəyyinə” sözünün mənasını 
öncə  Qurandan  öyrənməliyik.  Qurani-kərimdə bu  söz  19  dəfə,  onun 
cəm  forması  olan  “bəyyinat”  sözü  52  dəfə  iĢlədilmiĢdir.  Bu  söz 
adətən  batini  və  qəti  elm  “möcüzə”,  yaxud  “səmavi  kitablar  və 
Qurani-kərim”  mənalarında  verilir.  Qətiyyətlə  deyirik  ki,  burada 
“bəyyinə”  sözü  Ġslam  peyğəmbərinin  (s)  əbədi  möcüzəsi  olan 
Qurani-kərimə,  “Ģahid”  sözü  isə  Peyğəmbəri-əkrəmin  (s)  haqq 
olduğuna Ģəhadət verən baĢqa bir Ģəxsə iĢarədir. 
Bu  düzgün  təfsirdən  əndiĢələnənlər  onu  hansı  mənaya 
yozurlarsa  yozsunlar,  yenə  də  əsassız  iradlardan  baĢqa  bir  nəticə 
almayacaqlar. Halbuki həqiqətin qəbulu çox da çətin deyil! 
13-“SĠDDĠQUN” (SADĠQLƏR) AYƏSĠ 
“Hədid” surəsinin 19-cu ayəsində buyurulur: 
 لْاُِةُ٘ةُو لْاِعاَأ لْاُِةُٙاٌَ لْاُِ ٙدِّثاَه اَلٕ   اااَلاٌَُّْٙااَٚ  اَْٛةُم٠دِّلدٌِّٖا ةُُةُ٘ اَه ئاٌَلْاِٚةُأ  ٗ ٍةٍُةُهاَٚ   مَّللَّب ث اٛةُٕاَِآ  آَ٠ نمٌَّااَٚ
 لْاُِةُ٘ةُهٛةُٔاَٚ
“Allaha və Peyğəmbərinə iman gətirənlər – məhz onlar Allah 
dərgahında olan siddiqlər (sözündə və əməlində doğru olanlar) və 
Ģəhadət verənlərdir. Onların öz mükafatları və nurları vardır!” 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə