Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə73/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   69   70   71   72   73   74   75   76   ...   101

 
211 
15-“ĠNZAR” AYƏSĠ 
“ġüəra” surəsinin 214-215-ci ayələrində buyurulur: 
  آَ١ ٕ ِ لْاِمةُّلْاٌِا  آَ ِ اَهاَعاَجمَّرا  ٓاَّ ٌ اَهاَؽبإَاَع  لْاِ٘ ف لْاِفااَٚ  آَ١ ثاَولْاِلاَ لْاِلْا اَهاَراَو١ ْاَ   لْاِه نٔاَأاَٚ
“Ən  yaxın  qohumlarını  qorxut.  Sənə  tabe  olan  möminləri 
qanadın altına al!” 
Bu  ayələr bütün  Ġslam tarixçilərinin  qeydə  aldığı bir hadisədən 
söz  açır.  Təbərsinin  “Məcməül-bəyan”  kitabında  yazdığına  əsasən, 
bu  məsələ  Ģiə  və  sünnilərin  nəzərində  məĢhurdur.  Hakim  Həskani 
“ġəvahidut-tənzil” kitabında Bərra ibn Azibdən belə nəql edir: “Ən 
yaxın  qohumlarını  qorxut”  ayəsi  nazil  olandan  sonra  Peyğəmbəri-
əkrəm  (s)  qırx  nəfərdən  ibarət  Əbdülmüttəlib  övladlarını  bir  yerə 
yığdı  və  onlara  süfrə  açıb  buyurdu:  “Allahın  adı  ilə  (süfrəyə) 
yaxınlaĢın  və  yeyin!”  Sonra  südlə  dolu  bir  qab  gətirib  buyurdu: 
“Allahın  adı  ilə  için!”  Ertəsi  gün  yenə  onları  bir  yerə  yığıb,  süfrə 
baĢına  dəvət  etdi.  Bu  vaxt  onları  həm  qorxudub,  həm  də 
müjdələyərək buyurdu: “Mən sizə dünya və axirət xeyri gətirmişəm. 
İslamı  qəbul  edin  və  doğru  yola  yönəlmək  üçün  mənə  tabe  olun!” 
Sonra  əlavə edərək buyurdu: “Sizlərdən mənimlə  (bu yolda)  qardaş 
olmağa, mənə kömək etməyə, məndən sonra da əhli-əyalım arasında 
vəsim və canişinim olmağa, dinimi yaymağa kim hazırdır?” 
Məclisə  sükut  çökdü.  Həzrət  bu  sözü  üç  dəfə  təkrarladıqdan 
sonra  kimsə  yox,  məhz  Əli  (ə)  ayağa  durub  dedi:  “Mən  bu  iĢə 
hazıram!”  Peyğəmbər  (s)  buyurdu:  “Beləsə,  mənim  vəsim  və 
canişinim sən olacaqsan!” 
Məclisdə iĢtirak edənlər durub gedərkən, istehza ilə Əbu Talibə 
deyirdilər:  “Get,  oğluna  (Əliyə)  itaət  et.  Məhəmməd  (s)  onu  sənin 
əmirin seçdi!”
1
  
“ġəvahidut-tənzil” kitabının haĢiyəsində bu hədis Abdullah ibn 
Abbasdan və Əbu Rafedən də nəql olunmuĢdur. 
Nisai  “Xəsais”  kitabında  Rəbiə  ibn  Nacizdən  belə  nəql  edir: 
“Bir  nəfər  Əliyə  (ə)  “Sənin,  əmin  oğlu  Məhəmmədə  (s)  varis 
olmağına səbəb nə idi? Halbuki səndən öndə duran əmin buna layiq 
                                                 
1
 “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 420 (ixtisarla) və “Məcməül-bəyan”, 7-8-
ci cild, səh. 206. 


 
212 
olmadı”  deyə  soruĢduqda,  Əli  (ə)  onun  cavabında  “Yovmul-inzar”ı 
(Peyğəmbərin  (s)  qırx  nəfər  qohumlarından  ibarət  təĢkil  etdiyi 
məclisi)  vurğuladı  və  nəhayət,  Peyğəmbərin  (s)  belə  buyurduğunu 
nəql etdi: “Sizdən hansı biriniz mənə beyət etməklə mənim qardaĢım, 
dostum  və  varisim  olmaq  istəyir?”  Heç  kim  cavab  vermədi.  Mən 
ayağa qalxdım, halbuki hamıdan kiçik idim. Peyğəmbər (s) buyurdu: 
“Sən  otur!”  Peyğəmbər  (s)  sözünü  üç  dəfə  təkrar  etsə  də,  məndən 
baĢqa heç kim ona cavab vermədi. Axırda əlini mənim əlimə qoyub 
buyurdu:  “Buna  görə  də  əmimi  deyil,  əmim  oğlumu  özümə  varis 
edirəm!”
1
  
MəĢhur tarixçi Təbəri də bu hədisi geniĢ Ģəkildə nəql etdikdən 
sonra yazır: “Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) iĢarə edərək buyurdu:
 
 ةُٖٛةُع١ ٛاَااَٚ ةُٗاٌَ اٛةُعاَّلْاٍِباَـ لْاُِةُى١ ـ ٝ زاَف١ ٍاَفاَٚ دِّٝ ٕاَٚاَٚ ٝ فاَا ان٘  مَّْ ا
 :
“Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Ona 
qulaq  asın  və  itaət  edin!”  Camaat  gülə-gülə  (istehza  ilə)  ayağa 
qalxıb  gedərkən,  Əbu  Talibə  (Əlinin  (ə)  atasına)  dedilər: 
“Məhəmməd (s) əmr etdi ki, sən öz oğlunun sözünə qulaq asasan və 
itaət edəsən!”
2
  
Təbəri bu hədisi baĢqa ravilərdən də nəql etmiĢdir. 
Diqqəti  cəlb  edən  məsələ  budur  ki,  Təbəri  kimi  əhli-sünnənin 
böyük tarixçi və müfəssiri “Tarix” kitabında
3
 bu hadisəni yuxarıdakı 
kimi  qeyd  etsə  də,  “Camiul-bəyan”  təfsirində  bu  ayənin  təfsirinə 
çatanda, Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Sizdən hansı 
biriniz  bu  iĢdə  mənə  kömək  edə  bilər  ki,  sonra  mənim  qardaĢım... 
sair  və  sair  olsun!”  Əli  (ə)  dedi:  “Ey  Allahın  Peyğəmbəri  (s)!  Mən 
sənə kömək edə bilərəm!” Peyğəmbər (s) də buyurdu: 
 اذَك ًَ َِخَا اذى  مَّوَا
اذَكًَ
 :
“Həqiqətən, bu mənim qardaĢımdır... sair və sair”
4
  
Gördüyünüz  kimi,  Təbəri  Peyğəmbərin  (s)  buyurduğu  “vəsiyyi 
və  xəlifəti  fikum”  (Əli  sizin  aranızda  mənim  vəsim  və  xəlifəmdir) 
ifadələrinin yerinə “kəza və kəza” (sair və sair) sözlərilə kifayətlənir 
ki,  məbada  “vəsi  və  xəlifə”  sözləri  Əhli-beyt  məktəbinin 
                                                 
1
 “Təliqati Şəvahidut-tənzil”, 1-ci cild, səh. 423. 
2
 “Tarixi-Təbəri”, 2-ci cild, səh. 63. Beyrut çapı. 
3
  Təbərinin  “Tarix”  kitabından  əlavə,  30  cilddən  ibarət  təfsir  kitabı  da 
vardır. 
4
 “Təfsiru camiul-bəyan”, Təbəri, 19-cu cild, səh. 75, “Şüəara” surəsinin 214-
cü ayəsi. 


 
213 
ardıcıllarının əlinə düĢsün. Bunlar imam Əlinin (ə) xəlifəliyi üçün ən 
böyük dəlillərdir. 
Bəli, bu da əhli-sünnənin Təbəri kimi aliminin təəssübkeĢliyi və 
həqiqəti  gizlətməsi  idi!  Görəsən,  kitab  yazmaq  və  Peyğəmbəri-
əkrəmin (s) hədislərinə qarĢı əmanətdarlıq budurmu? Görəsən, alim 
fikirləĢmirdimi  ki,  bir  gün  gələcək,  onun  “Tarix”  kitabındakı 
ifadələrini  “Təfsir”  kitabındakı  ifadələrlə  müqayisə  edəcəklər? 
Doğrusu,  bu  sahədə  Təbəri  tək  deyil,  onunla  eyni  əqidədə  olanlara 
çox rast gəlmək mümkündür. 
Alusi  “Ruhul-məani”  kitabında  bu  rəvayəti  naqis  və  natamam 
Ģəkildə  nəql  etdikdən  sonra  yazır:  “ġiələr  xilafətlə  bağlı 
məqsədlərinə çatmaq üçün bu rəvayətə istinad edirlərsə, biz də onu 
təvil  etməli,  yozmalı,  yaxud  da  onun  saxta  və  zəif  olduğunu 
deməliyik!”
1
  
Bu məĢhur təfsir aliminin sözləri adamı dəhĢətə gətirir! O deyir 
ki, bu rəvayətin Ģiələrin xeyrinə qurtarmaması üçün onu təvil etmək, 
yozmaq, yaxud da saxta və zəif hesab etmək lazımdır. Belə çıxır ki, 
Quran,  hədis  və  tarixi  həqiqətləri  təhrif  etmək  olar.  Demək  onların 
əqidələrinə  münasib  olmayan  hədisləri  gözüyumlu  saxta  və  zəif 
hesab etməliyik! ġübhəsiz ki, bütün peyğəmbərlər və səmavi kitablar 
səhnəyə çıxsa da bu təfəkkür tərzinə malik Ģəxsin əqidəsini dəyiĢdirə 
bilməzlər. 
Əhli-sünnənin  hənbəli  məzhəbinin  rəhbəri  Əhməd  ibn  Hənbəl 
isə  “Müsnəd”  adlı  məĢhur  kitabında  “Yovmul-inzar”  hadisəsini, 
Peyğəmbərin  (s)  buyurduğunu  belə  nəql  edir:  “Kim  mənim 
borclarımı ödəmək, vədlərimə vəfa etmək, mənimlə behiĢtdə və əhli-
beytimin içərisində caniĢinim olmaq istəyir?” Əli (ə) Peyğəmbərə (s) 
müsbət cavab verib deyir: “Mən bu iĢi görərəm!”
2
  
Ġbn  Əbil-Hədid  Mötəzili  yazır:  “Təbəri  ”vəzirlik”  hədisini 
(Əlinin  (ə)  vəzirliyini  isbat  edən  yuxarıdakı  hadisəni)  “Tarix” 
kitabında Abdullah ibn Abbasdan, o da Əli ibn Əbi Talibdən (ə) belə 
nəql etmiĢdir: “Ġnzar” ayəsi nazil olandan sonra Peyğəmbər (s) məni 
(Əli  (ə)  çağırdı...”  Sonra  hadisəni  geniĢ  Ģəkildə  yazır  və  nəhayət, 
Peyğəmbərin  (s)  bu  kəlamını  nəql  edir:  “Allah  mənə  sizi  Onun 
                                                 
1
 “Ruhul-məani”, 19-cu cild, səh. 135, bəhs etdiyimiz ayənin təfsirində. 
2
 “Müsnədi-Əhməd”, 1-ci cild, səh. 111 (azacıq ixtisarla). 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə