Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə68/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   64   65   66   67   68   69   70   71   ...   101

 
196 
növbəsində  Ġslamın,  Peyğəmbəri-əkrəmin  (s)  və  onun  məktəbinin 
köməkçiləridir. 
Mühüm  məsələ  budur  ki,  bir  çox  rəvayətlərdə  bu  ayədə  qeyd 
olunmuĢ  “əməlisaleh  möminlər”  ifadəsi  birbaĢa  Əliyə  (ə)  aid 
edilmiĢdir. Məlum olur ki, o həzrət bu ayə üçün ən kamil nümunədir. 
Bu  sözün  “Cəbrail”  sözünün  kənarında  yerləĢməsinə  diqqət 
yetirdikdə  imam  Əlinin  (ə)  məqamının  böyüklüyü  və  bu  fəzilətin 
əhəmiyyəti aydın olur. 
Bəli, 
Allah-taala 
və 
Cəbrail-Əmindən 
sonra 
Ġslam 
peyğəmbərinin  (s)  ömür  boyu  ən  yaxın  köməkçisi  və  hamisi  imam 
Əli  (ə)  olmuĢdur.  Buna  əsasən  xilafətə  və  Peyğəmbəri-əkrəmin  (s) 
caniĢinliyinə  ondan  baĢqa  heç  kim  layiq  deyil.  Məgər  bu  rəvayətlər 
Ġmam  Əlinin  (ə)  Peyğəmbəri-əkrəmdən  (s)  sonra  ümmətin  ən 
fəzilətlisi və ən üstünü olduğunu göstərən tutarlı dəlil deyilmi? 
Ġndi  də  əhli-sünnə  mənbələrində  nəql  olunan  bəzi  rəvayətlərin 
sənədlərini  araĢdıraq:  Hakim  Həskani  Hənəfi  “ġəvahidut-tənzil” 
kitabında  bu  ayədə  qeyd  olunan  “əməlisaleh  möminlər”  ifadəsinin 
imam  Əliyə  (ə)  iĢarə  olması  ilə  bağlı  müxtəlif  sənədlərlə  on  səkkiz 
hədis nəql etmiĢdir. O cümlədən, Əsma binti Ümeys belə nəql edir: 
“Ġslam peyğəmbəri buyurdu:
 
ت ٌبل١ ثاَا  ةُٓلْاِث ُّٝ ٍاَ   آَ١ ٕ ِمةُّلْاٌِا ةُؼ ٌبٕ
 :
“Əməlisaleh möminlər Əli ibn Əbi Talibdir.”
1
  
Yenə  həmin  kitabda  Ġbn  Abbasın  nəqlinə  görə,  Peyğəmbəri-
əkrəm  (s)  Əli  ibn  Əbi  Talib  (ə)  haqda  buyurmuĢdur:  “Əməlisaleh 
mömin odur!”
2
  
Həmçinin  Əmmar  Yasirdən  belə  nəql  olunur:  “Əli  (ə)  deyirdi 
ki, Peyğəmbər (s) məni çağırıb buyurdu: “Sənə bir müjdə verimmi?” 
Dedim:  ”Bəli,  ya  Rəsuləllah!  Sən  həmiĢə  xeyirli  müjdə  verənsən!” 
Buyurdu:  “Allah-taala  sənin  haqqında  bir  ayə  nazil  etmiĢdir.” 
Dedim:  “Hansı  ayədir?”  Buyurdu:  “Sən  Cəbraillə  eyni  səviyyədə 
nəzərdə tutulmusan!” Sonra bu ayəni söylədi.”
3
  
                                                 
1
 “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 256, hədis: 982. 
2
 Yenə orada, səh. 258, hədis: 987. 
3
 Yenə orada, səh. 259, hədis: 989. 


 
197 
Bu  məzmun  baĢqa  hədislərdə  Hüzeyfədən,  Ġbn  Sirindən  və 
imam  Əlidən  (ə)  eynilə  nəql  edilir.  Peyğəmbər  (s)  buyurur: 
“Əməlisaleh mömin Əli ibn Əbi Talibdir!”
1
  
Bir  çox  təfsir  alimləri  bu  hədisi  öz  təfsir  kitablarında,  o 
cümlədən, Süyuti “Əddurrul-mənsur”da həmin ayənin təfsirində Ġbn 
Abbas və Əsma binti Ümeysdən nəql etmiĢdir. 
Bursui  “Ruhul-bəyan”  kitabında  bu  ayənin  təfsiri  ilə  bağlı 
alimlərin nəzərini qeyd etdikdən sonra Mücahidin bu barədəki fikrini 
belə  açıqlayır:  “Əməlisaleh  mömin”  dedikdə  Əli  ibn  Əbi  Talib  (ə) 
nəzərdə  tutulur.”  O  yazır:  “Mücahidin  bu  sözünün  dəlili 
Peyğəmbərin (s) buyurduğu baĢqa bir hədisdir: “Ya Əli! Sən mənim 
üçün Harun Musa üçün olduğu kimisən!” 
Sonra  o,  bir  sıra  ayələri  misal  çəkir.  Onlarda  Allah-taala 
“əməlisalehlər” sözünü Ġslam peyğəmbərinə (s) aid etmiĢdir. Belə bir 
nəticə alınır ki, əgər Əli (ə) Allahın peyğəmbəri Harun (ə) kimidirsə, 
deməli, “əməlisaleh” adına layiqdir.
2
  
Bu  hədisi  Əsqəlani,  (“Fəthül-Bari”də),  Ġbn  Həcər  (“Əs-
səvaiq”də),  Əlaəddin  Müttəqi  (“Kənzül-ümmal”da)  kimi  alimlər  də 
nəql etmiĢlər. 
Bir  sözlə,  “əməlisaleh  möminlər”dən  olmaq  böyük  bir 
fəzilətdir. Belə bir Ģəxs Cəbrail-Əminlə eyni səviyyədə durur. Qeyd 
etdiyimiz  rəvayətlərə  əsasən,  onun  ən  kamil  nümunəsi  imam  Əlidir 
(ə).  Bəli,  Peyğəmbəri-əkrəmlə  (s)  bütün  hadisələrdə  çiyin-çiyinə 
dayanan, həmiĢə o  həzrətin köməkçisi olan  Əmirəl-möminin Əli  (ə) 
imamət və caniĢinlik məqamına hamıdan çox layiqdir. 
9-“VƏZĠRLĠK” AYƏSĠ 
“Taha”  surəsinin  29-32-ci  ayələrində  (Musa  peyğəmbərin  dili 
ilə) buyurulur: 
 ٞ ولْاِِاَأ ٟ ـ ةُٗلْاِو ولْاِّاَأاَٚ ٞ ه لْاِىاَأ  ٗ ث لْاِكةُللْاِّا ٟ فاَأ  اَْٚةُهباَ٘ ٟ ٍلْاِ٘اَأ  لْآِدِِّ اًو٠ ىاَٚ ٟدٌِّ ًاَع لْاِعااَٚ
“(Ġlahi!)  Mənə  öz  ailəmdən  bir  vəzir  qərar  ver  –  qardaĢım 
Harunu! Onunla arxamı möhkəmləndir. Onu iĢimə Ģərik et.” 
Bu  ayələrin  təfsirində  əhli-sünnə  mənbələrində  çoxlu  rəvayət 
nəql  olunmuĢdur.  Ġslam  peyğəmbəri  (s)  risalət  vəzifələrini  həyata 
                                                 
1
 Yenə orada, səh. 255-263. 
2
 “Ruhul-bəyan”, 10-cu cild, səh. 53. 


 
198 
keçirmək  üçün  həzrət  Musanın  (ə)  Allahdan  istədiyini  istəyir;  bir 
fərqlə  ki,  Peyğəmbər  (s)  Harunun  (ə)  yerinə  imam  Əlinin  (ə)  adını 
çəkir. Biz həmin rəvayətlərin bir qismini qeyd edirik: 
1. “ġəvahidut-tənzil” kitabında Hüzeyfə ibn Üseyddən belə nəql 
olunur: “Peyğəmbəri-əkrəm (s) Əmirəl-möminin Əli ibn Əbi Talibin 
(ə) əlindən tutub buyurdu:
 
 ٝدِّٔ ااَٚ ، اَْٚةُهب٘  ٗ ٍلْاِ٘اَا  لْآِ ِ ًاو٠ ىاَٚ ةُٗاٌَ اًَاَع لْاِغاَ٠  لْاِْاَا ةُٗمَّثاَه ب اَك ٍٝٛةُِ  مَّْ ا ،و ْلْاِثاَااَٚ ،و ْلْاِثاَا
 ٜ ولْاِٙاَظ  ٗ ث لْاِكةُللْاِّةُا ،ٝفاَا ّٜ    ًاَ  ٝ ٍلْاِ٘اَا  لْآِ ِ ًاو٠ ىاَٚ ٝ ٌ اًَاَع لْاِغاَ٠  لْاِْاَا ٝدِّثاَه اٛةُ لْاِكاَا
ٜ ولْاِِاَا ٝ ـ ةُٗلْاِو ولْاِّاَااَٚ
 :
“(Ya Əli!) Müjdə verirəm, müjdə verirəm! Həqiqətən, Musa (ə) 
Allahdan  qardaşı  Harunun  ona  xəlifə  və  işlərində  şərik  olmasını 
istədiyi kimi, mən də Allahdan istədim ki, öz əhlimdən olan bir nəfəri 
–  Əlini  mənim  üçün  vəzir  və  xəlifə  seçsin.  İlahi!  Onunla  arxamı 
möhkəmləndir və onu işimə ortaq et!”
1
  
2. BaĢqa bir rəvayətdə Əsma binti Ümeysdən belə nəql olunur: 
“Allahın Peyğəmbəri (s) buyurmuĢdur:
 
 ،ٝفاَا ًبّ٠    ًاَ  ٝ ٍلْاِ٘اَا  لْآِ ِ ًاو٠ ىاَٚ ٜ    ي لْاًِاَع لْاِعا مَُّةٌٍُّٙاَا ٍٝٛةُِ ٝ فاَا اَيبل بّاَو ةُيٛةُلاَا ٝدِّٔ ا مَُّةٌٍُّٙاَا
  ٗ ث لْاِكةُللْاِّةُا
 
 بٕ ث  اَذلْإِةُو اَهمَّٔ ا ،ًاو١ ضاَو اَناَوةُونأَاَٚ ،ًاو١ ضاَو اَهاَؾدِّجاََةُٔ  لْاِٝاَو ،ٜ ولْاِِاَا ٝ ـ ةُٗلْاِو ولْاِّاَااَٚ ٜ ه لْاِىاَا
 ًاو١ ٖاَث
 :
“İlahi! Mən Səndən qardaşım Musanın (ə) istədiyini istəyirəm: 
İlahi! Mənim Əhli-beytimdən bir nəfəri – qardaşım Əlini mənə vəzir 
qərar ver! Onunla arxamı möhkəmləndir, onu işimə şərik et ki, Sənə 
çoxlu  həmd-səna  deyim,  Səni  çoxlu  yad  edim.  Həqiqətən,  Sən  bizi 
görürsən (və bizim vəziyyətimizdən xəbərdarsan)!”
2
  
Məlum  olduğu  kimi,  Ġslam  peyğəmbərinin  (s)  iĢlərinə  Ģərik 
olmaq nübüvvət və peyğəmbərlik yox, xalqa rəhbərlik vəzifəsidir. 
3.  Ənəs  ibn  Malikdən  nəql  olunan  hədisdə  yalnız  xəlifəlik  və 
vəzirlik məsələsi açıqlanır: “Allahın Peyğəmbəri (s) buyurur:
 
 لْآِةُ٠ ،ٜ للْاِعاَث اَنةُولْاِراَا  لْآِاَِ اَولْاِ١اَفاَٚ ،ٝ ٍلْاِ٘اَا ٝ ـ ٝ زاَف١ ٍاَف اَٚ ٜ و٠ ىاَٚ اَٚ ٝ ٍ١ ٍاَف  مَّْ ا
 ٜ كٛةُ  لْاِٛاَِ ةُي ع
 ءٍت ٌبل١ ثاَا  ةُٓلْاِث ُّٝ ٍاَ  ،ٝ ٕ٠ ك ٝ ٚلْاِماَ٠اَٚ
 :
“Həqiqətən,  Əhli-beytimdən  olan  dostum,  vəzirim,  xəlifəm  və 
özümdən  sonra  vədlərimə  sadiq  qalaraq  borclarımı  ödəyəcək  ən 
layiqli insan Əli ibn Əbi Talibdir!”
3
  
                                                 
1
 “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 368, hədis: 510. 
2
 Yenə orada, səh. 370, hədis: 511. 
3
 Yenə orada, səh. 374, hədis: 516. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə