Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə85/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   81   82   83   84   85   86   87   88   ...   101

 
246 
qrup  möminə  tapĢırmıĢdır.  Həm  Allah  onları  sevir,  həm  də  onlar 
Allahı sevirlər. Onlar möminlərə qarĢı təvazökar olar, düĢmənlər və 
kafirlər  qarĢısında  möhkəm  duraraq,  həmiĢə  Allah  yolunda  cihad 
edər,  məzəmmət  edənlərin  məzəmmət  və  danlağından  əsla 
qorxmazlar. Bəli, bu xüsusiyyətlər bir nəfərə, yaxud bir qrup insana 
verilən ilahi lütf, mərhəmətdir və hər kəs ona layiq deyil. 
ġübhəsiz, bu ayənin də məfhumu bir çox ayələr kimi ümumi və 
geniĢdir.  Lakin  həm  Ģiə,  həm  də  əhli-sünnə  vasitəsilə  nəql  olunan 
rəvayətlərdən açıq-aydın baĢa düĢülür ki, Əli (ə) bu ayənin ən kamil 
və bariz nümunəsidir. 
Fəxri-Razi  bu  ayənin  təfsirinə  çatdıqda  belə  yazır:  “Bəzi 
mülahizələrə əsasən, bu ayə Əli (ə) haqqında nazil olmuĢdur.” Sonra 
özü  bu  müddəanın  səhih  olduğunu  sübut  etmək  üçün  iki  dəlil 
göstərir;  birincisi,  Peyğəmbərin  (s)  Xeybər  müharibəsində  bayrağı 
Əliyə (ə) verib belə buyurduğunu nəql edir: 
 ةُٗةٌُٛةٍُاَهاَٚ ةُالله ةُُّٗج ؾةُ٠ اَٚ ةُٗاٌَٛةٍُاَهاَٚ اَالله  ُّت ؾةُ٠ ءًٍةُعاَه ٌٝ ا ًالاَؼ اَخاَ٠اّوٌا  مَّٓاَعاَـلْاِكاَلا
 :
“Mən sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o Allah və 
Peyğəmbəri, həm də Allah və Peyğəmbər onu sevir.” 
Sonra  əlavə edir:  “Bununla  yuxarıdakı ayənin kimə  aid olduğu 
baĢa düĢülür.  Ġkinci dəlil isə Əlinin  (ə) haqqında nazil olan  sonrakı 
ayədir.  Orada  buyurulur:  “Həqiqətən,  sizin  vəliniz  və  rəhbəriniz 
Allah,  Peyğəmbəri  və  namaz  qılıb  rüku  halında  zəkat 
verənlərdir...”  Buna  əsasən,  öncəki  ayənin  də  onun  haqqında  nazil 
olduğunu deməyimiz daha münasib olar!”
1
  
Fəxri-Razinin  Peyğəmbəri-əkrəmin  (s)  Xeybər  günü  haqqında 
kəlamına istinadı  Ġmam  Əli (ə) haqda nəql olunan və o həzrətin  ən 
böyük fəzilətlərindən sayılan məĢhur bir hadisədən qaynaqlanır. Belə 
ki,  Ġslam ordusunun bir  neçə sərkərdəsinin Xeybər qalasını fəth edə 
bilmədiyini  görən  Peyğəmbəri-əkrəm  (s)  üzünü  orduya  tutub 
buyurdu:
 
 ُّت ؾةُ٠ ًلاةُعاَه ًالاَؼ اَخاَ٠اّوٌا  مَّٓاَ١ للْاِ ةُ اَلا
 
 لا ،ءٍهاّواَـ اَولْاِ١اَؼ ًاهاّواَو ةُٗةٌُٛةٍُاَهاَٚ ةُالله ةُُّٗج ؾةُ٠ اَٚ ةُٗاٌَٛةٍُاَهاَٚ اَالله
  ٖ لاَ٠ ٝاٍَاَ  ةُالله اَؼاَزلْاِفاَ٠ ّٝزاَؽ ةُع ع لْاِواَ٠
 :
“Allaha  and  olsun!  Sabah  bayrağı  elə  bir  kəsə  verəcəyəm  ki, 
həm  o  Allah  və  Peyğəmbərini,  həm  də  Allah  və  Peyğəmbəri  onu 
sevir.  O,  ardıcıl  olaraq  hücum  edəcək,  heç  vaxt  (meydandan) 
                                                 
1
 “Kəbir” təfsiri, 12-ci cild, səh. 20. 


 
247 
qaçmayacaq və Allah onun vasitəsilə (müsəlmanlara) qələbəni nəsib 
etdiyi halda, geri qayıdacaqdır.” 
Sabahı gün sübh Həzrət (s) buyurdu: “Əli haradadır?” Dedilər: 
“Xəstədir, gözü ağrıyır.” Peyğəmbər (s) buyurdu: “Ona xəbər verin, 
gəlsin!”  Əli  (ə)  gəldi.  Peyğəmbər  (s)  onun  gözünə  üfürdü  (yaxud 
ağız suyunu onun gözünə sürtdü) və onun göz ağrısı çəkildi. Bayrağı 
ona verdi. Əli (ə) bir hücumla Xeybəri fəth etdi (və Peyğəmbərin (s) 
sözü gerçək çıxdı). 
Bu  hədisi  Fəxri-Razidən  baĢqa  digər  tarix  və  hədis  alimləri  də 
(azacıq  fərqlə)  öz  əsərlərində  nəql  etmiĢlər.  O  cümlədən,  Hakim 
NiĢapuri “Müstədrəküs-səhiheyn” kitabında bu haqda üç hədis qeydə 
almıĢdır. 
Onların 
birincisi 
Ġbn 
Abbasdan 
nəql 
edilir: 
“Müsəlmanlardan  bir  qrupu  onun  yanında  Əlini  (ə)  pislədikləri 
zaman  qəzəblənib  buyurdu:  “Vay  olsun  bu  camaatın  halına  ki,  heç 
kəsin malik olmadığı on ikidən çox fəziləti olan bir Ģəxsin haqqında 
gör nə danıĢırlar?!” Sonra Əlinin (ə) fəzilətlərini bir-bir sadalayaraq, 
birinci fəziləti kimi Xeybər müharibəsindəki hadisəni yada saldı.”
1
  
Ġkinci  hədisdə  Səd  ibn  Əbi  Vəqqasın  oğlu  Amirin  belə  dediyi 
nəql olunur: “Bir gün Müaviyə atam Səddən soruĢdu: “Nə üçün Əli 
ibn  Əbi  Talibi  söymürsən?”  Atam  dedi:  “Peyğəmbərin  (s)  onun 
haqqında  buyurduğu  üç  fəzilət  yadımda  ikən  onu  söyməkdən 
çəkinirəm. Əgər bu üç fəzilətin biri məndə olsaydı, qiymətli qırmızı 
tüklü  dəvələrə  sahib  olmağımdan  daha  sevimli  olardı.”  Müaviyə 
soruĢdu:  “Onlar  hansılardır?”  Səd  dedi:  “Birincisi  “kisa”  (əba) 
hədisi,  ikincisi  “mənzilət”  hədisi  (Peyğəmbər  (s)  “Təbuk” 
müharibəsinə  gedərkən,  Əliyə  (ə)  buyurmuĢdu:  “Ya  Əli!  Mənimlə 
sənin  nisbətin  Musanın  Harunla  nisbəti  kimidir!”),  üçüncüsü  isə 
Əlinin  (ə)  “Xeybər”  müharibəsindəki  Ģücaəti  və  Peyğəmbərin  (s) 
buyurduğu bu kəlamdır: “Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, 
həm  o  Allahı  və  Peyğəmbərini,  həm  də  Allah  və  Peyğəmbəri  onu 
sevir.  Allah  onun  vasitəsilə  Xeybər  qalalarını  fəth  edəcək.”  Sonra 
Peyğəmbər  (s)  Əlini  (ə)  çağırdı  və  öz  ağız  suyunu  onun  gözlərinə 
sürtdü. Əlinin (ə) göz ağrısı kəsildi. Bundan sonra bayrağı ona verdi. 
Bu  üç  fəzilətə  görə  Əlini  (ə)  söyə  bilmirəm.  Bu  zaman  Müaviyə 
susub, bir söz demədi...”
2
  
                                                 
1
 “Müstədrəküs-səhiheyn”, 3-cü cild, səh. 132. 
2
 “Təlxisul-müstədrək”, 3-cü cild, səh. 108-109. 


 
248 
Üçüncü  hədisi  isə  Abdullah  ibn  Büreydədən,  qeyd  etdiyimiz 
Xeybər əhvalatı haqda bir sıra əlavələrlə yanaĢı nəql etmiĢdir.
1
  
Sələbi  “Mənaqib”  kitabında  yazır:  “Həqiqətən,  bu  ayə  Əli  (ə) 
haqqında nazil olmuĢdur.”
2
  
“Kənzül-ümmal” kitabında da bu hədis Səd ibn Əbi Vəqqasdan, 
eləcə də bir sıra əlavələrlə Amir ibn Səddən nəql olunmuĢdur. 
Əhli-sünnə  və  Əhli-beyt  məktəbinin  ardıcıllarının  məĢhur 
kitablarında nəql olunan bu hədislər elə bir fəziləti aĢkar edir ki, Səd 
ibn  Əbi Vəqqasın  dediyi  kimi,  onun  misli  yoxdur.  Hətta  bəziləri  bu 
fəzilətlərdən  yalnız  birini  özləri  üçün  böyük  iftixar  bilmiĢlər. 
Görəsən, Ġslam ümməti arasında bu kimi fəzilətlərə sahib insanların 
varlığı onların Peyğəmbərin (s) caniĢinliyini göstərmirmi?! 
*** 
Bu  ayədəki  ifadələrdən  və  məĢhur  kitablarda  nəql  olunan 
rəvayətlərdən məlum olur ki, Əli (ə) nəinki Peyğəmbərin (s) sevdiyi 
və Allahın lütf etdiyi Ģəxsdir, hətta Allaha və Peyğəmbərə (s) görə, 
yaradılmıĢların  ən  sevimlisidir!  Buna  Ģahid  məĢhur  “Teyr”  (quĢ) 
hədisidir.  “Əl-müstədrəkü  ələs-səhiheyn”  kitabında  yazılır: 
“Peyğəmbərin (s) uzun həyat sürən Ənəs adlı xidmətçisi xəstələndiyi 
zaman  Məhəmməd  ibn  Həccac  bir  neçə  nəfərlə  onun  görüĢünə 
getmiĢdi.  Onlar  çox  Ģey  haqda  danıĢdılar.  Nəhayət,  Əlidən  (ə)  söz 
düĢdükdə, Həccacın oğlu o həzrətin barəsində nalayiq sözlər deməyə 
baĢladı.  Ənəs  narahat  olub  dedi:  “Bu  kimdir,  belə  danıĢır?  Məni 
qaldırın!”  Onu  yerindən  qaldırıb,  oturtdular.  O  dedi:  “Ey  Həccacın 
oğlu!  Nə  üçün  Əli  ibn  Əbi  Talib  (ə)  haqqında  pis  fikirdəsən? 
Məhəmmədi  (s)  peyğəmbərliyə  seçən  Allaha  and  olsun!  Mən 
Peyğəmbərin (s) xidmətçisi olmuĢam. Hər gün ənsarın cavanlarından 
biri  o  həzrətin  qulluğunda  dururdu.  Növbə  mənə  çatan  gün  Ümmü 
Əymən  Peyğəmbər  (s)  üçün  (qızardılmıĢ)  quĢ  gətirib,  o  həzrətin 
qarĢısına  qoydu.  Həzrət  buyurdu:  “Ey  Ümmü  Əymən!  Bu  quĢu 
haradan  gətirmisən?”  Ümmü  Əymən  dedi:  “Onu  özüm  ovlamıĢ  və 
sizin üçün biĢirmiĢəm!” Peyğəmbər (s) buyurdu:
 
  ولْاِ١مَّلٌا ان٘  لْآِ ِ ٝ عاَِ ةًُةُوتاَ٠ ،مَّٝاٌَ ااَٚ اَهلْاِ١اٌَ ا اَه ملْاٍِاَف  مَّتاَؽاَب ث ٝ ٕلْاِئ ع مَُّةٌٍُّٙاَا
 :
                                                 
1
 “Müstədrəküs-səhiheyn”, 3-cü cild, səh. 437. 
2
  “Mənaqib”,  səh.  160,  “Ehqaqul-həqq”  kitabından  nəqlən,  14-cü  cild,  səh. 
248. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə