Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə86/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   82   83   84   85   86   87   88   89   ...   101

 
249 
“İlahi!  Sənin  və  mənim  yanımda  yaradılmışların  ən  sevimlisi 
olan şəxsi yetir ki, mənimlə birlikdə bu quşun ətindən yesin!” 
Bu  vaxt  evin  qapısı  döyüldü.  Allahın  Peyğəmbəri  (s)  buyurdu: 
“Ey Ənəs, gör, qapının arxasındakı kimdir?” Mən öz-özümə dedim: 
“KaĢ,  qapının  arxasında  ənsardan  biri  olaydı.  Lakin  qapını  açdıqda 
Əlini  (ə)  gördüm  və  ona  dedim:  Peyğəmbərin  (s)  iĢi  var  (səninlə 
görüĢməyə  vaxtı  yoxdur).  Bunu  deyib,  qayıtdım  və  öz  yerimdə 
əyləĢdim. Yenidən qapı döyüldü. Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! 
Hər  kimdirsə,  icazə  ver,  qoy  gəlsin!  Öz  tayfasını  sevən  təkcə  sən 
deyilsən  və  o  da  ənsardan  deyil!”  Mən  qapını  açdım.  Əli  (ə)  içəri 
daxil  oldu.  Peyğəmbər  (s)  buyurdu:  “Ey  Ənəs!  QuĢ  ətini  ona  yaxın 
qoy.” Mən quĢ ətini Peyğəmbərlə (s) Əlinin (ə) qarĢısına qoydum və 
hər ikisi ondan yeməyə baĢladılar. 
Məhəmməd  ibn  Həccac  dedi:  “Ey  Ənəs!  Sən  bu  hadisəni  öz 
gözünləmi gördün?” 
Ənəs dedi: “Bəli!” 
Bu  vaxt  Həccacın  oğlu  dedi:  “Mən  Allahla  əhd-peyman 
bağlayıram ki, bundan sonra heç vaxt Əlinin (ə) haqqında pis fikirdə 
olmayım və ona irad tutanı alçaldım!”
1
  
Zəhəbi  əhvalatı  “Əl-müstdərəkü  ələs-səhiheyn”  kitabının 
haĢiyəsində  verilmiĢ  “Təlxisül-müstədrək”  kitabında  da  nəql 
etmiĢdir. 
“Teyr” adı ilə məĢhur olan bu hədis bir çox kitablarda, Ġslamın 
müxtəlif  mənbələrində  nəql  olunmuĢdur.  Əllamə  Əmini  bu  barədə 
yazır:  “Teyr”  (quĢ)  hədisi  “mütəvatir”  və  səhih  hədislərdəndir. 
Alimlər onun “təvatür” və doğruluğunu inkar edə bilməmiĢlər.” 
Böyük  fəqih,  hədis  alimi,  xətib,  ədib  və  Ģair  Əhməd  ibn 
Müvəffəq “Mənaqib” kitabında bu hədisi qeyd etmiĢdir.
2
  
Hətta  məĢhur  hədis  alimi  Termizi  “Səhih”  kitabında  Ənəs  ibn 
Malikdən belə nəql edir: “Peyğəmbərin (s) qarĢısına qızardılmıĢ quĢ 
əti qoyulduğu zaman dedi:
 
 ةُٗاَعاَِ اًَاَواَباَـ ٌّٝ ٍاَ  اَابغاَـ اَولْاِ١مَّلٌا ان٘ ٝ عاَِ ةًُةُوتاَ٠ اَهلْاِ١اٌَ ا اَه ملْاٍِاَف  مَّتاَؽاَب ث ٝ ٕ زلْاِ اَا مَُّةٌٍُّٙاَا
 :
“İlahi!  Yaradılmışların  ən  sevimlisini  göndər  ki,  mənimlə  bu 
quşdan yesin.” Bu vaxt Əli (ə) gəldi və onlar birlikdə yedilər.”
3
  
                                                 
1
 “Əl-müstədrəkü ələs-səhiheyn”, 3-cü cild, səh. 131, “Darul-mərifət” çapı. 
2
 “Mənaqib”, səh. 67. 
3
 “Səhihi-Termizi”, 13-cü cild, səh. 170, Misirin “Əs-savi” çapı. 


 
250 
Əllamə Gənci ġafei “Kifayətut-talib” kitabında “Teyr” hədisini 
qeyd  etdikdən  sonra  yazır:  “Bu  hədis  açıq-aydın  təsdiqləyir  ki,  Əli 
(ə)  Peyğəmbərdən  (s)  sonra  Allahın  yaratdıqlarının  ən  sevimlisidir. 
Buna  ən  qəti  dəlil  budur  ki,  Allah-taala  Peyğəmbərin  (s)  duasını 
qəbul  etmiĢdir...  Beləliklə,  Allahın  dərgahına  yaxınlaĢmaq  üçün  ən 
yaxĢı vasitə Əli ibn Əbi Talibə (ə), Allahı sevən bir Ģəxsə məhəbbət 
bəsləməkdir!”
1
  
Hicri qəməri tarixilə üçüncü əsr alimlərindən olan Əllamə Nisai 
“Xəsais”  adlı  məĢhur  kitabında  bu  hədisi  bir  sıra  əlavələrlə  nəql 
etmiĢdir.
2
  
Hədisi  öz  kitablarında  nəql  edən  digər  alimlərdən  “Təzkirətul-
xəvass”  kitabının  müəllifi  Sibt  ibn  Cövzini,  “Usdul-ğabə”  kitabının 
müəllifi Ġbn Əsiri, “Məsabihus-sünnə” kitabının müəllifi  Ġbn Məsud 
ġafeini, “Zəxairul-uqba” kitabının müəllifi Muhibbuddin Təbərini və 
“Yənabiul-məvəddət”  kitabının  müəllifi  ġeyx  Süleyman  Bəlxi 
Qunduzini misal göstərmək olar.  
Bəzilərini  heyrətə  gətirən  budur  ki,  Ġbn  Əsirin  “Usdul-ğabə” 
kitabında nəql olunan “Teyr” hədisinin sənədlərindən birində (Ənəs 
ibn  Malikdən  nəql  olunan  hədisdə)  deyilir:  “Əvvəl  Əbu  Bəkr  gəldi, 
Ənəs  onu  geri  qaytardı.  Sonra  Osman  gəldi,  Ənəs  onu  da  geri 
qaytardı.  (Nisainin  “Əl-xəsais”  kitabında  nəql  olunan  hədisdə  isə 
Osmanın yerinə Ömərin adı qeyd olunur.) Sonra Əli (ə) gəldi və ona 
evə daxil olmaq icazəsi verildi.” 
Ġbn Əsir sonda yazır: “Bu hədisdə Əbu Bəkr və Osmanın adının 
çəkilməsi doğrudan da qəribədir!”
3
  
Maraqlıdır ki, əhli-sünnənin bəzi hədis alimləri imam Əlinin (ə) 
bu  misilsiz  fəzilətini  gözdən  salmaq  üçün  həmin  hədisin  sənədinə 
Ģübhə ilə yanaĢmıĢlar. Məsələn, “Əl-bidayətu vən-nihayə” kitabının 
müəllifi  Ġbn  Kəsir  uyğun  hədisi  nəql  etdikdən  sonra  yazır:  “Bu 
hədisin sənədləri çox olsa belə, ona Ģəkkim var.” 
Halbuki bir çox məĢhur mənbələrdə nəql olunmuĢ bu mütəvatir 
hədisin sənədinə heç bir irad yoxdur. Sadəcə, hədis onların əqidəsinə 
                                                 
1
 “Kifayətut-talib”, səh. 59, “Ehqaqul-həqq” kitabından nəqlən, 5-ci cild, səh. 
319. 
2
 “Əl-xəsais”, səh. 5, Misirin “Təqəddum” çapı. 
3
 “Usdul-ğabə”, 4-cü cild, səh. 30, Beyrutun “Daru ehyait-turasil-ərəbi” çapı. 


 
251 
uyğun  gəlmədiyindən  məntiqsiz  və  yersiz  bəhanələrə  əl  atmıĢlar. 
Mərhum Əllamə Əmini bu hədisi nəql etdikdən sonra yazır: “Hədisin 
doğruluğunu  təmin  edən  bütün  Ģərtlər  mövcud  olduğu  halda,  bir 
kəsin  qəlbində  ona  Ģəkk-Ģübhə  varsa,  nöqsan  hədisdə  yox,  onun 
qəlbindədir!” 
25-“MƏSULUN” (SORĞU-SUALA TUTULANLAR) 
AYƏSĠ 
“Saffat”  surəsinin  24-cü  ayəsində  buyurulur  ki,  qiyamət  günü 
zalımlar haqqında əzab mələklərinə belə xitab olunar: 
 اَْٛةٌُٛةُئلْاَِمَِّ ُةُٙمَّٔ إ لْاُِةُ٘ٛةُف لاَٚ
 
“Onları  (zülmkarları)  saxlayın,  çünki  onlar  sorğu-suala 
tutulacaqlar!”
 
Qiyamətdə  onların  hansı  məsələ  haqda  sorğu-suala  tutulacağı 
barədə  təfsirçilər  arasında  fikir  ayrılığı  var;  bəziləri  onların 
dünyadakı  bidətlərinə,  bəziləri  çirkin  iĢlərinə,  bəziləri  də  Allahın 
yeganəliyini  inkar  etdiklərinə  görə  sorğuya  çəkiləcəyini 
bildirmiĢlər.
1
  
Əlbəttə, ayənin mətnində bütün bu mənalar nəzərdə tutula bilər. 
Lakin bir çox rəvayətlərdə onların Əli ibn Əbi Talibin (ə) imamət və 
vilayəti  barədə  sorğu-suala  çəkiləcəyindən  söz  açılır.  Bu  rəvayətlər 
Ġslam  mənbələrində  qeyd  olunmuĢdur.  “ġəvahidut-tənzil”  kitabında 
iki  sənədlə  Əbu  Səid  Xudridən  nəql  edilən  rəvayətdə  Peyğəmbəri-
əkrəmin  (s)  belə  buyurduğu  yazılır:  “Əli  ibn  Əbi  Talibin  vilayəti 
barədə soruĢacaqlar!”
2
  
BaĢqa  bir  hədisdə  Səid  ibn  Cübeyr,  Ġbn  Abbasdan  belə  nəql 
edir: Peyğəmbəri-əkrəm (s) buyurmuĢdur:
 
 اَػاَا بٕ ث ُّوةُّاَ٠ بّاَـ  ٛاودٌِّٖا ٝاٍَاَ  ٌّٝ ٍاَ  اَٚ بأَاَا  ةُؿاَلٚةُا  خاَِب١ ملْاٌِا اََ لْاِٛاَ٠  اَْبو ام ا
  لْآِاَ  ةُٖبٕلْاٍِاَئاٍَ ّلا ا ةٌك
  هبإٌَا ٝ ـ ةُٖبٕلْاِ١اَملْاٌِاَا ّلا ااَٚ ،ةُٗاَعاَِ  لْاِذأَبو  لْآِاَّاَـ ،ىٍّٝ ٍاَ   خاَ٠لااَٚ
 !
 لْاُِةُٙمَّٔ ا لْاُِةُ٘ٛةُف لاَٚ ةُٗةٌُ لْاِٛاَل اَه ٌاماَٚ
 اَْٛةٌُةُملْاَِاَِ
 :
“Qiyamət  günü  mən  və  Əli  “Sirat”  körpüsünün  üstündə 
duracağıq  və  bizim  yanımızdan  keçən  hər  kəsdən  Əlinin  vilayəti 
                                                 
1
 “Məcməül-bəyan”, 7-ci cild, səh. 441, bəhs etdiyimiz ayənin təfsirində. 
2
 “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 106-107, hədis: 786-787. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə