Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə87/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   83   84   85   86   87   88   89   90   ...   101

 
252 
haqqında  soruşacağıq.  Kim  bəraət  alsa,  Siratdan  keçəcək,  bəraət 
almayanı  cəhənnəmə  atacağıq!  “Onları  (zülmkarları)  saxlayın, 
çünki  onlar  sorğu-suala  tutulacaqlar”  ayəsinin  mənası  məhz 
budur!”
1
  
Hakim  Həskani  həmin  kitabda  bu  hədisi  baĢqa  sənədlərlə  də 
nəql etmiĢdir. 
Ġbn  Həcər  də  “Əs-səvaiq”  kitabında  onu  Əbu  Səid  Xudridən 
nəql etmiĢdir.
2
  
Əhməd  ibn  Hənbəl  “Müsnəd”  kitabında  Əbu  Səid  Xudridən 
belə  nəql  edir:  “Qiyamət  günü  Əli  ibn  Əbi  Talibin  (ə)  barəsində 
sorğu-sual olunacaqlar.” 
Bu  hədisi  öz  əsərlərində  nəql  edən  digər  alimlərdən  “KəĢfül-
ğümmə”  kitabının
3
 müəllifi  Ġzzəddin  Hənbəlini,  “Ruhul-məani” 
təfsirinin
4
 müəllifi Alusini, “Ət-təzkirətul-xəvass” kitabının
5
 müəllifi 
Sibt  ibn  Cövzini,  “Kifayətul-xisam”  kitabının
6
 müəllifi  Əbu  Nəim 
Ġsfahanini  və  “Yənabiul-məvəddət”  kitabının
7
 müəllifi  ġeyx 
Süleyman Qunduzini misal göstərmək olar. Əlbəttə, digər alimlər də 
onu  nəql  etmiĢlər.  Biz  onların  mühümlərinin  adını  çəkdik.  Burada 
diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bəzisində imam Əlinin (ə) 
vilayəti  ilə  yanaĢı  Əhli-beytin  vilayətinə  iĢarə  edilmiĢdir.
8
   Ən 
əhəmiyyətlisi  isə  qeyd  edilən  bütün  rəvayətlərin  əhli-sünnənin 
mühüm  mənbə  və  kitablarında  məĢhur  ravilərdən  nəql  olunmasıdır. 
Bununla belə, Alusi qeyd olunan rəvayəti nəql etdikdən sonra yazır: 
“Bəzi  imamiyyə  Ģiələrinin  Ġbn  Cübeyr  və  Ġbn  Abbasdan  nəql 
etdikləri  hədislərdə  qiyamətdə  Əlinin  (ə)  vilayətindən  soruĢulacağı 
deyilir.  Onlar  bu  rəvayəti  həm  də  Əbu  Səid  Xudridən  nəql 
etmiĢlər.”
9
  
                                                 
1
 Yenə orada, 2-ci cild, səh. 106-107, hədis: 788. 
2
 “Əs-səvaiq”, səh. 89. 
3
 “Kəşfül-ğümmə”, səh. 92. 
4
 “Ruhul-məani”, bəhs etdiyimiz ayənin təfsirində. 
5
 “Ət-təzkirətul-xəvass”, səh. 21. 
6
 “Kifayətul-xisam”, səh. 361. 
7
 “Yənabiul-məvəddət”, səh. 257. 
8
 “Əliyyun fil-kitabi vəs-sünnə”, 1-ci cild, səh. 229. 
9
 “Ruhul-məani”, 23-cü cild, səh. 74. 


 
253 
Təəssüf ki, bu alimlər digər xəlifələrin də vilayətini özlərindən 
ona əlavə etmiĢlər!!! 
TəəssübkeĢ  təfsir  alimi  elə  fikirləĢir  ki,  imam  Əlinin  (ə) 
fəzilətləri  ilə  bağlı  nəql  olunan  hər  bir  hədisin  ravisi  Ģiədir.  Onun 
əqidəsi hətta əhli-sünnə mənbələrində geniĢ nəql olunan bu hədisləri 
qəbul etməyə yol vermir. Amma o bilməli idi ki, sözləri və fikirləri 
gələcəkdə  təhlil  olunacaq  və  aydınlaĢacaq  ki,  bu  hədislərin  raviləri 
Ģiə yox, adətən əhli-sünnə olmuĢdur. 
Ümumiyyətlə,  bu  hədislərdə,  eləcə  də  bəhs  etdiyimiz  ayədə 
insanların qiyamət günü yalnız imam Əli ibn Əbi Talibin (ə) imamət 
və vilayəti barədə sorğu-sual olunacağı bildirilmir. Həmin gün bütün 
əməllər,  nemətlər  və  məsuliyyətlər  soruĢulasıdır.  Amma  qiyamətdə 
sorğu-sual  olunacaq  ən  mühüm  məsələlərdən  biri  də  o  həzrətin 
vilayətidir.  ġübhəsiz,  burada  vilayət  dedikdə  bir  möminin  baĢqaları  
ilə sadəcə dostluğu nəzərdə tutulmur. Çünki bu dostluq fürui-dindən 
və  dinin  adi  məsələlərindən  sayılır.  Məqsəd  böyük  əhəmiyyət 
daĢıyan,  Ġslamın  əsaslarından  sayılan  caniĢinlikdir.  Bu  da 
Peyğəmbəri-əkrəmdən (s) sonra rəhbərlik məqamı və ilahi xilafətdən 
baĢqa bir Ģey deyil! Bəli, Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti 
Ġslamın  ən  mühüm  əsası  və  imanın  ən  mühüm  Ģərti  olaraq, 
qiyamətdə  soruĢulacaq  ilk  suallardandır.  Əlbəttə,  biz  müxaliflərdən 
baĢqa  münasibət  gözləmirik.  Ədavətli  düĢmənlər  həmiĢə  o  həzrətə 
qarĢı  çıxmıĢ,  fəzilətlərini  inkar  etmiĢlər.  Ġndinin  özündə  də  bu  iĢ 
davam edir. Bəzən dostlar belə, düĢmənin iĢkəncələrindən qorxaraq, 
bu  fəzilətləri  gizli  saxlayırlar.  Amma  imam  Əlinin  (ə)  fəzilətləri 
bütün  hədis  kitablarında  sadalanır  və  onun  misilsiz  Ģəxsiyyəti 
Qurani-kərimdə  əks  olunur!  Burada  da  bəhsimizi  bir  çox  Ġslam 
mənbələrində  Ġbn  Abbasdan  nəql  olunan  məĢhur  bir  hədislə  sona 
yetiririk. O deyir: “Qurani-kərimdə “Ya əyyuhəl-ləzinə amənu!” (Ey 
iman gətirənlər) ifadəsi ilə baĢlayan hər bir ayənin kamil nümunəsi 
– möminlərin sərvəri, ağası və əmiri Əlidir. Peyğəmbəri-əkrəmin (s) 
səhabələri  içərisində  Qurani-kərimdə  danlanmayan  yalnız  Əli  ibn 
Əbi  Talib  olmuĢdur.  Allahın  kitabında  Əli  (ə)  (onun  fəzilətləri) 
haqda nazil olanlar kimsə barəsində deyilməmiĢdir... Qurani-kərimin 
üç yüz ayəsi Əli (ə) haqda nazil olmuĢdur!”
1
  
                                                 
1
 “Təlxisu tarixid-Dəməşq”, 18-ci cild, səh. 1, “Darul-fikr” çapı. 


 
254 
Bu hədisi, xüsusilə onun əvvəlini  bir çox alimlər nəql etmiĢlər. 
O cümlədən Əbu Nəim Ġsfahani (“Hilyətül-övliya”da), Muhibbuddin 
Təbəri  (“Zəxairul-uqba”da),  Əllamə  Gənci  ġafei  (“Kifayətut-
talib”də),  Sibt  ibn  Cövzi  (“Ət-təzkirətul-xəvass”da),  ġəblənci 
(“Nurul-əbsar”da),  Heysəmi  (“Əs-səvaiq”də),  Süyuti  (“Tarixul-
xüləfa”da) və Qunduzi (“Yənabiul-məvəddət”də).
1
  
Bəli,  bu  ayələr  Qurani-kərimdə  imam  Əli  (ə)  haqda  nazil  olan 
ayələrin yalnız bir qismidir. 
 
 
 
 
 
                                                 
1
 Bu mənbələr haqda əlavə məlumat əldə etmək istəyənlər “Ehqaqul-həqq” 
kitabının 3-cü cildinin 476-cı səhifəsinə müraciət edə bilərlər. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə