təravətini artırır.
«Qayna,
samavarım,
qayna»
mahnısının lad-
intonasiyası xalis kvarta (si-mi) intervalı hüdudundadır.
Onun lad quruluşu aşağıdakı şəkildədir.
Not misalından göründüyü kimi «si» mayə, «re» isə
istinad pərdələridir. Melodik fikrin formalaşmasmda
əsasən «si», «do», «re» pərdələrinin intonasiyaları xüsusi
əhəmiyyət kəsb etmişdir.
Onun melostrukturu sadə folklor dilinə uyğun,
metrik ölçüsü isə ənənəvi 6/8-dir. «Moderato» tempində,
mülayim tərzdə verilmiş bu mahnının ritmoformulları
aşağıdakı ritmik konfiqurasiyalardan təşkil olmuşdur:
Not misalında verilən 1-2-ci xanələrin ritmik for-
t
mulları kuplet formasında olan mahnının birinci bəndinin
melodik strukturunu formalaşdırmışdır. Misalın 9-10-cu
xanələrinin ritmik komponentləri isə nəqəratın melos-
trukturunun təməlini təşkil etmişdir. Ritmik konfiqu-
göründüyü kimi mahnı mülayim xarakterə
malikdir.
«Qayna, samavarım, qayna» xalq mahnısının melo
dik dili öz melodikliyi ilə seçilir. «Moderato» tempində ifa
olunan bu nəğmənin melodik fikrinin əsasını birinci iki
xanənin özək melodik tezisi tutur. Bu struktur bütün
I%
j
kupleti əhatə edir və musiqi fikrinin sxematik quruluşu da
bu iki xanənin ritmik formulları əsasında ifa olunur.
Nəğmənin mətninin misralarının heca quruluşundan və
məzmunundan asılı olaraq melodiyanın strukturunda
sekvensiyadan istifadə olunmuşdur. Birinci dörd xanədə
verilən musiqi fikri, ikinci musiqi fikrində sekvent üsu
lundan istifadə olunmaqla bir ton yuxarıda səslənmişdir.
Melodik fikrin inkişafmda dəyişən musiqi frazalarınm koda
xarakterli ifadə xüsusiyyətləridir ki, bunlar da 6-cı, 8-ci
xanələrdə özünü göstərir.
Nəğmənin nəqarət hissəsində melodiyanın özək tezis
strukturunda ritmik komponentlərin yerdəyişməsi melo
diyanın səslənməsində özünü yeni çalarlıq baxımından
göstərir. Nəğmənin 10-cu, '14-cü xanələrində musiqi
obrazlarının yerdəyişməsi melodik frazanı əvəz edərək
intonasiyalara yeni çalarlar gətirmişdir. Melodiyanın son
rakı inkişafında həmin intonasiyaların variant dəyişmələri
ilə rastlaşırıq.
Mahnının musiqi forması 2 hissəlidir. Kuplet və
nəqarətdən ibarət olan mahnı 6/8 metrik ölçü əsasında
yaranmışdır. Mahnının birinci iki misrası əsasında oxunan
musiqi cümləsini «a», o biri iki misranın musiqi cümləsini
isə «b» adlandırsaq birinci hissənin musiqi forması a+b
olacaq. Mahnının ikinci hissəsində nəqəratda da iki musiqi
cümləsindən istifadə olunmuşdur. Birinci musiqi cümləsi
«aı», ikinci musiqi cümləsi isə «a
2
»dir. Qalan musiqi
cümlələri ikinci hissənin epizodlarının təkrarlarından
ibarətdir. Mahnının ümumi sxemi aşağıdakı şəkildədir:
__А__+ _ В _
a+b
aı+ а
2
' •
«Ay qız, dur gəl, sabah oldu»
xalq mahnısı
xarakterinə görə oynaq, cəld şəkildə ifa olunur. «Şur»
muğamı intonasiyaları üstündə olan bu hava tonal
baxımmdan «sol» minora əsaslanır. Xalis kvinta (fa-do)
intervalı hüdudunda olan xalq mahnısının melodik fikrinin
formayaradıcı strukturunda ladm bütün pərdələri iştirak
edir və bununla da intonasiya rəngarəngliyi təmin olunur.
Kuplet formasmda olan mahnının kupletinin melodik quru
luşu birinci iki xanənin intonasiyalarından təşkil olun
muşdur. Nəqərat isə metrik ölçüsünə görə dörd çərəyə
bölündüyü üçün onun intonasiyalarının quruluşu 9-cu
xanənin ritmik konfiqurasiyaları əsasmdadır. Mahnının
ifasında metrik ölçülərin dəyişməsi kupletin dəqiq, iti
sürətli gedişini az zaman daxilində təmin edir. Nəqəratda
isə intonasiyaların başqa metrik ölçüdə işlədilməsi ifaya
daha genişlik, əhatəlilik, bir növ xüsusi pafos gətirir. Bu da
onu göstərir ki, ifanın xarakterik xüsusiyyətlərinin müəy
yənləşməsində metroritmik formulların
intonasiyaların
mahiyyətinə təsiri şəksizdir. Sol şurda olan mahnmın lad
strukturu belədir:
Not misalından göründüyü kimi «sol» mayə səsi,
«do» isə istinad pərdələridir. Xalq mahnısının lad-
intonasiya dairəsi onun xarakterik xüsusiyyətlərini tam
mənada üzə çıxardığı üçün mahnının işıqlı, şən, təravətli
səslənməsini təmin etmiş oldu.
Kuplet formasında olan malımda kupletin metrik
ölçüsü 2/4, nəqarətin ölçüsü isə dörd çərəyə bərabər olan
«C»-dir. Kupletin melodik strukturunu birinci iki xanənin
ritm-intonasiyaları, nəqarətin melostrukturunu isə 9-cu
xanənin ritm formulları təşkil edir:
Mahnının 2/4 metrik ölçüdə və «Alleqro» tempində,
qeyd edilən ritmik komponentlərlə səslənməsi dəqiq gedişi
təmin edirsə, nəqəratda «C» metrik ölçü və 9-10-cu
xanələrdə göstərilən ritmoformullar isə bir qədər təmkin,
geniş ifa xarakterini aşılayır. Sözsüz ki, bunların hamısı
ritmik konfiqurasiyaların mahnının xarakterik xüsusiy
yətlərinə təsirindən irəli gəlir.
«Ay qız, dur gəl, sabah oldu» xalq mahnısında
melodik xəttin inkişafı yüksələn və enən istiqamətlərdədir.
Nəğmənin birinci 8 xanəsi kupleti ifadə edir. Sonrakı 9-10-
cu xanələr nəqəratı bildirir. Burada melodiya daha geniş,
bir qədər də təmkinli ifa tərzi ilə seçilir. Əvvəlki nəğmənin
melodik quruluşundan fərqli olaraq burada melodiklik
daha cazibəli, oynaq xarakterdədir. Melodik fikrin
formalaşmasında iki metrik ölçüdən 2/4 və «C» dən istifadə
Dostları ilə paylaş: |