səslərinə xüsusi aksent vurularaq burdonlu səslənmə ilə
çalmır. Belə ifa rəqsin səslənməsinə möhtəşəmlik, pafos
gətirir.
«Alleqretto» tempində olan bu havanın oynaqlığını
birinci xanənin ritm-intonasiyaları təmin edir. Melostruktur
ənənəvi 6/8 metrik ölçüsündədir:
Rəqsin melodik fikrinin formalaşmasmda xanədaxili
ritm-intonasiyalar sadə quruluşdadırlar. Cəmi 16 xanədən
ibarət olan melodik quruluş təkrarların hesabına daha da
geniş zaman daxilində ifa oluna bilər.
Bu rəqsin kənd mühiti üçün xarakterik olmasım
qeyd etməliyik. Tulumun ifasında burdonlu səslənmələrld
zəngin olan melodiyanın inkişafında əsasən 1-2-ci xanələrin
melostrukturundan istifadə olunmuşdur. Oynaq, son
dərəcə rəqsvari olan melodiyanın formalaşmasında qeyd
etdiyimiz kimi 1-2-ci və 5-6-cı xanələrin özək motivlərindən
istifadə olunmuşdur. Havanın 7-8-ci xanələri 9-10-cu
xanələrdə sekvensiya yolu ilə inkişaf etdirilir. Xaraktercə
mülayim
olan
rəqsin
oynaqlı olması
melodiyanın
formalaşmasında 1-ci xanənin ilkin zərbəsinə düşən ritmik
konfiqurasiyadan, onun 2-4-cü, 6-cı və 10-cu xanələrdə
təkrar işlədilməsi ilə izah olunur.
Üçcümləli period formasına aid olan rəqslərdən biri
də «Qoftanı» rəqsidir. Qeyri-kvadrat periodun birinci
musiqi cümləsində 1-4-cü xanələr əsas mövzunu «a», 5-10-
cu xanələr «aı» ikinci cümləni, 11-16-cı xanələr isə «b»
üçüncü cümləni bildirir.
«Tulumu». Xaraktercə şən, oynaq olan bu rəqsin lad
strukturu «Rast» üstündədir. Rəqsin melodiyasının for-
mayaradıcı strukturunda intonasiyalar həm üfüqi, həm də
sıçrayışlı formada işlədilmişdir. Əsasən triollar şəklində
işlədilən musiqi intonasiyaları geniş, əhatəlidir. Rəqsin lad
strukturu kvinta (fa-do) intervalı həcmindədir. Melodik
dilin formalaşmasında «fa», «sol», «si bemol» pərdələri
funksional baxımdan daha aktiv olduğu üçün özünü
qabarıq şəkildə göstərir:
u
V
a /
_
^
я
-
m
^
---------------
Not misalında «fa» mayə, «sol», «si bemol» isə
istinad pərdələridir. «Segah» muğamının intonasiyaları
rəqsin melodik quruluşunda özünü göstərir.
«Tulumu» rəqs havası adından bəlli olduğu kimi
Naxçıvan folkloru üçün xarakterik olan rəqslərdəndir. Tu
lum alətində ifa olunan bu rəqsin melostrukturu triollarm
əsasında formalaşmışdır:
Not misalında göründüyü kimi rəqsin melodik fik
rinin formalaşmasında ritmoformullar müxtəlif şəkillərdə
olsa da sadə quruluşdadırlar. Orta tempdə ifa edilən bu
havada da burdonlu səslənməyə də rast gəlirik.
Rəqsin melostrukturunun formalaşmasında melodik
xətt həm üfüqi, həm də sıçrayışlı formada işlədilmişdir. Səs
tonlarının sıçrayışlı tərzdə verilməsi, eyni zamanda rne-
lodik planın həyata keçirilməsində trellərin və liqaların
işlədilməsi melodiyanın səslənməsinə öz müsbət təsirini
göstərmişdir.
«Tulumu»
rəqsi
period
formasındadır,
onun
strukturunda «G» giriş mövzusundan, əsas mövzu olan
«a»dan, sonrakı musiqi cümlələri «b», «bı» və «c»dən
istifadə olunmuşdur. Giriş 1-2-ci xanələri, əsas mövzu «a»
3-6-cı xanələri, «b» 7-10-cu xanələri, «bı» 11-15-ci xanələri,
«c»
16-19-cu xanələri, «bı» təkrar olaraq 20-23-cü xanələri
əhatə edir.
Rəqsin ümumi musiqi forması aşağıda
göstərilən şəkildədir:
_______ A_______
G+a+b+bı+c+bı
«Tulumu II» rəqs havası da tulumda ifadan nota
salınmışdır. Bu rəqsin melodik dili başqa tulum hava
larından fərqli olduğu üçün onun forma intonasiyaları da
fərqli, rəngarəng şəkildə özünü göstərir. Rəqsin into
nasiyalarını onun formasına uyğun 3 hissəyə bölərək təhlil
etmək olar. Rəqsin birinci hissəsi muğam intonasiyaları ilə
zəngindir. «Segah» intonasiyaları əsasında qurulan rəqsin
birinci 10 xanəsi sırf muğam üzərindədir. Rəqsin əsas özək
melodik mövzusu 11-ci xanədən başlayır. Dəqiq 2/4 və 3/4
ritmik ölçüdə ifa olunan melodik dilin formalaşmasında
ritmik ölçülər xüsusi rol oynayır. Ritm-intonasiyalarm
xarakterik
xüsusiyyətləri
melodik
strukturun
intio-
nasiyalarma öz təsirini göstərmişdir. Belə ki, 2/4 ritmik ölçü
rəqs havasına bir növ yallı rəqsinin xarakterik xüsusiy
yətlərini aşılayır və melodiyada oynaqlıq, möhtəşəmlik
yaradır.
Not misalından göründüyü kimi rəqsin melodik
strukturu faktiki olaraq əksidilmiş kvinta (sol diyez-do)
intervalı hüdudundadır. Tulumda ifa metodundan asılı
olaraq rəqsin sonuncu III hissəsində «sol diyez» səsləri
oktava aşağıda da işlədilmişdir. Bu səslər melodiyanın
fakturasma girməsə də onun sonuncu hissəsində melo
diyanın səslənməsinə xüsusi təravət gətirir.
«Tulumu II» rəqs havasının ritmik formulları əvvəlki
rəqsə nisbətən daha mürəkkəb formadadır. Forma
baxımından bu rəqs iki hissədən ibarətdir. Rəqsin birinci
hissəsi muğam üstündə, yəni «segah» muğamının into
nasiyaları əsasında olduğu üçün onun rimoformulları daha
mürəkkəb şəkildə özünü göstərir. İkinci hissə rəqsin dəqiq
2/4 metrik ölçülü ritm-intonasiyaları ilə başlayır. Burada
ifaçı 2/4, 3/4 ritmik ölçülərin qarşılıqlı şəkildə işlədir və
bununla da ritmik konfiqurasiyaların rəngarəngliyini əldə
etmiş olur. «Pio mosso» koda xarakterli olduğu üçün
buradakı möhtəşəmlik 6/4 metrik ölçüdə verilmişdir.
Dostları ilə paylaş: |