Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

səslərinə  xüsusi  aksent  vurularaq  burdonlu  səslənmə  ilə 
çalmır.  Belə  ifa  rəqsin  səslənməsinə  möhtəşəmlik,  pafos 
gətirir.
«Alleqretto»  tempində  olan  bu  havanın  oynaqlığını 
birinci xanənin  ritm-intonasiyaları  təmin edir.  Melostruktur 
ənənəvi 6/8 metrik ölçüsündədir:
Rəqsin  melodik  fikrinin  formalaşmasmda  xanədaxili 
ritm-intonasiyalar  sadə  quruluşdadırlar.  Cəmi  16  xanədən 
ibarət  olan  melodik  quruluş  təkrarların  hesabına  daha  da 
geniş zaman daxilində ifa oluna bilər.
Bu  rəqsin  kənd  mühiti  üçün  xarakterik  olmasım 
qeyd  etməliyik.  Tulumun  ifasında  burdonlu  səslənmələrld 
zəngin olan melodiyanın inkişafında əsasən  1-2-ci xanələrin 
melostrukturundan  istifadə  olunmuşdur.  Oynaq,  son 
dərəcə  rəqsvari  olan  melodiyanın  formalaşmasında  qeyd 
etdiyimiz kimi  1-2-ci və 5-6-cı xanələrin özək motivlərindən 
istifadə  olunmuşdur.  Havanın  7-8-ci  xanələri  9-10-cu 
xanələrdə  sekvensiya  yolu  ilə  inkişaf  etdirilir.  Xaraktercə 
mülayim 
olan 
rəqsin 
oynaqlı  olması 
melodiyanın 
formalaşmasında  1-ci  xanənin  ilkin  zərbəsinə  düşən  ritmik 
konfiqurasiyadan,  onun  2-4-cü,  6-cı  və  10-cu  xanələrdə 
təkrar işlədilməsi ilə izah olunur.
Üçcümləli  period  formasına  aid  olan  rəqslərdən  biri 
də  «Qoftanı»  rəqsidir.  Qeyri-kvadrat  periodun  birinci 
musiqi  cümləsində  1-4-cü  xanələr  əsas  mövzunu  «a»,  5-10-


cu  xanələr  «aı»  ikinci  cümləni,  11-16-cı  xanələr  isə  «b» 
üçüncü cümləni bildirir.
«Tulumu».  Xaraktercə  şən,  oynaq olan  bu  rəqsin  lad 
strukturu  «Rast»  üstündədir.  Rəqsin  melodiyasının  for- 
mayaradıcı  strukturunda  intonasiyalar  həm  üfüqi,  həm  də 
sıçrayışlı  formada  işlədilmişdir.  Əsasən  triollar  şəklində 
işlədilən  musiqi  intonasiyaları  geniş,  əhatəlidir.  Rəqsin  lad 
strukturu  kvinta  (fa-do)  intervalı  həcmindədir.  Melodik 
dilin  formalaşmasında  «fa»,  «sol»,  «si  bemol»  pərdələri 
funksional  baxımdan  daha  aktiv  olduğu  üçün  özünü 
qabarıq şəkildə göstərir:
u
V
a /  
_  
^
 
я
-  
 
^
 
---------------
Not  misalında  «fa»  mayə,  «sol»,  «si  bemol»  isə 
istinad  pərdələridir.  «Segah»  muğamının  intonasiyaları 
rəqsin melodik quruluşunda özünü göstərir.
«Tulumu»  rəqs  havası  adından  bəlli  olduğu  kimi 
Naxçıvan  folkloru  üçün  xarakterik  olan  rəqslərdəndir.  Tu­
lum  alətində  ifa  olunan  bu  rəqsin  melostrukturu  triollarm 
əsasında formalaşmışdır:
Not  misalında  göründüyü  kimi  rəqsin  melodik  fik­
rinin  formalaşmasında  ritmoformullar  müxtəlif  şəkillərdə 
olsa  da  sadə  quruluşdadırlar.  Orta  tempdə  ifa  edilən  bu 
havada da burdonlu səslənməyə də rast gəlirik.


Rəqsin  melostrukturunun  formalaşmasında  melodik 
xətt həm üfüqi,  həm  də  sıçrayışlı  formada  işlədilmişdir.  Səs 
tonlarının  sıçrayışlı  tərzdə  verilməsi,  eyni  zamanda  rne- 
lodik  planın  həyata  keçirilməsində  trellərin  və  liqaların 
işlədilməsi  melodiyanın  səslənməsinə  öz  müsbət  təsirini 
göstərmişdir.
«Tulumu» 
rəqsi 
period 
formasındadır, 
onun 
strukturunda  «G»  giriş  mövzusundan,  əsas  mövzu  olan 
«a»dan,  sonrakı  musiqi  cümlələri  «b»,  «bı»  və  «c»dən 
istifadə  olunmuşdur.  Giriş  1-2-ci  xanələri,  əsas  mövzu  «a» 
3-6-cı  xanələri,  «b»  7-10-cu  xanələri,  «bı»  11-15-ci  xanələri, 
«c»
  16-19-cu  xanələri,  «bı»  təkrar  olaraq  20-23-cü  xanələri 
əhatə  edir. 
Rəqsin  ümumi  musiqi  forması  aşağıda 
göstərilən şəkildədir:
_______ A_______
G+a+b+bı+c+bı
«Tulumu  II»  rəqs  havası  da  tulumda  ifadan  nota 
salınmışdır.  Bu  rəqsin  melodik  dili  başqa  tulum  hava­
larından  fərqli  olduğu  üçün  onun  forma  intonasiyaları  da 
fərqli,  rəngarəng  şəkildə  özünü  göstərir.  Rəqsin  into­
nasiyalarını  onun  formasına  uyğun  3  hissəyə  bölərək  təhlil 
etmək  olar.  Rəqsin  birinci  hissəsi  muğam  intonasiyaları  ilə 
zəngindir.  «Segah»  intonasiyaları  əsasında  qurulan  rəqsin 
birinci  10  xanəsi  sırf  muğam  üzərindədir.  Rəqsin  əsas  özək 
melodik  mövzusu  11-ci  xanədən  başlayır.  Dəqiq  2/4  və  3/4 
ritmik  ölçüdə  ifa  olunan  melodik  dilin  formalaşmasında 
ritmik  ölçülər  xüsusi  rol  oynayır.  Ritm-intonasiyalarm


xarakterik 
xüsusiyyətləri 
melodik 
strukturun 
intio- 
nasiyalarma öz təsirini göstərmişdir.  Belə  ki,  2/4 ritmik ölçü 
rəqs  havasına  bir  növ  yallı  rəqsinin  xarakterik  xüsusiy­
yətlərini  aşılayır  və  melodiyada  oynaqlıq,  möhtəşəmlik 
yaradır.
Not  misalından  göründüyü  kimi  rəqsin  melodik 
strukturu  faktiki  olaraq  əksidilmiş  kvinta  (sol  diyez-do) 
intervalı  hüdudundadır.  Tulumda  ifa  metodundan  asılı 
olaraq  rəqsin  sonuncu  III  hissəsində  «sol  diyez»  səsləri 
oktava  aşağıda  da  işlədilmişdir.  Bu  səslər  melodiyanın 
fakturasma  girməsə  də  onun  sonuncu  hissəsində  melo­
diyanın səslənməsinə xüsusi təravət gətirir.
«Tulumu II»  rəqs havasının ritmik formulları əvvəlki 
rəqsə  nisbətən  daha  mürəkkəb  formadadır.  Forma 
baxımından  bu  rəqs  iki  hissədən  ibarətdir.  Rəqsin  birinci 
hissəsi  muğam  üstündə,  yəni  «segah»  muğamının  into­
nasiyaları  əsasında  olduğu  üçün  onun rimoformulları daha 
mürəkkəb  şəkildə  özünü  göstərir.  İkinci  hissə  rəqsin  dəqiq 
2/4  metrik  ölçülü  ritm-intonasiyaları  ilə  başlayır.  Burada 
ifaçı  2/4,  3/4  ritmik  ölçülərin  qarşılıqlı  şəkildə  işlədir  və 
bununla  da  ritmik  konfiqurasiyaların  rəngarəngliyini  əldə 
etmiş  olur.  «Pio  mosso»  koda  xarakterli  olduğu  üçün 
buradakı möhtəşəmlik 6/4 metrik ölçüdə verilmişdir.


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə