Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

Not  misalından  göründüyü  kimi  rəqs  havaları 
arasında  «Tulumu  II»-nin  melostrukturunun yaranmasında 
ritmik  formullar  daha  mürəkkəb  və  daha  da  rəngarəng 
şəkillərdə  qurulmuşdur.  Belə  ifada  səslənmə  əlbəttə  ki,  bir 
qədər təravətli, oynaq və cazibəli olacaq.
«Tulumu  II»  rəqs  havası  melodik  planm  işlənilməsi 
baxımından  maraq  doğurur.  Bu  havanın  melostrukturunu 
təhlil etmək üçün onu 3 hissəyə bölüb  araşdırmaq lazımdır. 
Faktiki  olaraq  rəqsin ümumi  melosunun  inkişaf aspektində 
3  müstəqil melodik fikirdən  istifadə  olunmuşdur.  Maraqlısı 
budur  ki,  hər  üç  melodik  fikirlər  «Segah»  ladının  lad- 
intonasiya  xüsusiyyətləri 
vasitəsilə  birləşdirilmiş 
və 
nəticədə vahid melostruktur formalaşadırılmışdır.
«Tulumu  II»  rəqsinin  birinci  hissəsinin  melostruk­
turunu  «Segah»  muğamının  əsasında  formalaşmış  me­
lodiya  təşkil  edir.  Muğam  melodiyasının  mürəkkəb  ol­
masını  nəzərə  alsaq  bu  hissənin  melodik  planının 
formalaşmasında,  eyni  zamanda  «C»,  3/4,  5/8,  7/8  metrik 
ölçülərdən  və  müxtəlif  konfiqurasiyalı  ritmik  kompo­
nentlərdən  də  geniş  şəkildə  istifadə  olunmasım  xüsusi 
olaraq qeyd etməliyik.


Rəqsin  ikinci  hissəsinin  meiostrukturunu  2/4,  3/4 
dəqiq metrik ölçülər əsasında ifa olunan rəqs musiqi  motivi 
təşkil  edir.  Melodik  fikrin  əsas  formayaradıcı  özək 
bünövrəsini  12-13-cü  xanələrin  ifadə  xüsusiyyətləri  daşıyır. 
Maraqlısı  budur  ki,  melodiyanın  sonrakı  inkişafını  təmin 
etmək  üçün  ifaçı  13-cü  xanənin  elementini  19-21-ci 
xanələrdə  işlətməklə  həmin  elementin  əsasında  yeni  3/4 
metrik  ölçüdə,  yəni  22-25-ci  xanələrdə  improvizə  xarakterli 
melodik epizodu formalaşdırır.
Rəqsin  3  hissəsində  «Pio  mosso»  tempində  verilən 
melodiya  faktiki  olaraq  bas  səslərin  hesabına  iki  səsli  kimi 
səslənir.  Melodiyamn  6/4  metrik  ölçüdə  olması  onun 
xarakterik  cəhətlərinə  öz  təsirini göstərmişdir.  Melodiyanın 
əzəməti,  vüsəti  sonuncu  hissədə  dinamik  cəhətdən 
kulminasiya səviyyəsinə qədər yüksəlir.
Rəqsin  quruluşu  sadə  2  hissəli  formadadır.  Rəqsin 
musiqi  formasının  təqdimində  muğam  parçasından,  giriş 
xarakterli 
mövzudan 
istifadə 
olunmuşdur. 
1-10-cu 
xanələrin  musiqi  materialmı  giriş  («G»)  olaraq  qeyd  edək. 
Birinci  hissədə  instrumental  ifada  olan  8  xanəlik  musiqi 
epizodu-  «A»-  iki  cümləli  perioddur  (a+b).  Birinci  hissə 
bitdikdən sonra səslənən 19-20-21-ci xanələri bağlayıcı hissə 
adlandıra  bilərik.  İkinci  hissə  («B»)  daha  geniş  olub,  17 
xanəni  (22-38-ci  xanələr)  əhatə  edir.  Bu  hissə  bir  xanənin 
dörd  dəfə  təkrarı  ilə  başlayır.  26-27-28-ci  xanələrdə  isə 
birinci  hissənin  musiqi  elementlərindən  istifadə  olunur. 
Rəqsin 39-40-41-ci xanələrini koda adlandıra bilərik.
Rəqsin  ölçü  baxımından  dəyişkən  olması  onun


həmçinin  melodik  zənginliyinə  də  səbəb  olur.  Belə  ki, 
burada  4/4,  3/4,  2/4,  5/8,  7/8,  6/4  öçülərə  rast  gəlinir. 
«Tulumu  II»nin  musiqi  formasının  ümumi  sxemi  aşağıda 
göstərilən şəkildədir:
G  _A_  +  __В__+ Coda
a+b 
a+bı+aı
«Aman  lələ»  havası  Azərbaycan  folklorunda  qədim 
xalq  mahnılarından  biridir.  Naxçıvan  musiqi  folklorunda 
bu  hava  tulumda  ifadan  rəqs  havası  kimi  nota  alınmışdır. 
Azərbaycanın  folklor musiqi janrları  arasında bu  hava  eyni 
zamanda  xalq mahnısı  kimi  də  tanmır və xalq mahnısı kimi 
metrik  ölçüsü  6/8-dir.  Rəqs  havası  kimi  bu  hava  2/4 
ölçüsündə  ifa  olunmuşdur.  Ona  görə  də  havanın  ritm- 
intonasiyaları  dəyişik  şəkildə  müxtəlif  təsirlər  bağışlayır. 
Bu  havanın lad  strukturu hər iki halda dəyişməmiş şəkildə, 
«Rast»  əsasında  verilir.  İntonasiya  çeşidləri  isə  metroritmik 
quruluşlardan  asılı  olaraq  dəyişkən  formada  təqdim 
olunur.  Melodik  xəttdən  asılı  olaraq  intonasiyaların 
hərəkəti  hər  iki  halda  yaxın  məsafələrə,  üfüqi  istiqamətdə 
hərəkət edir.  Lakin  rəqs kimi  təqdim olunan  havada metrik 
ölçü  2/4  olduğu  üçün  intonasiyalar  bir  qədər  oynaq 
xarakter  alır  və  bununla  da  rəqsvarilik  elementlərinə  xas 
xüsusiyyətlər  aşılayır.  Rəqs  havasının  30-33-cü  xanələrində 
intonasiyalar  bir  qədər  də  dəyişdirilmiş  və  melodik  xəttin 
inkişafı  rəqs  musiqisinə  xas  formada  təqdim  olunmuşdur. 
Aşağıdakı  not  nümunəsində  «Aman  lələ»  rəqs  havasının 
lad quruluşu verilmişdir:



ф
 
ft** 
— ------  -  
J
Misaldan  göründüyü  kimi  «Rast»  məqamında  olan 
rəqs  havasında  «lya»  pərdəsi  mayə,  «si»  və  «do  diyez»  isə 
istinad  pərdələridir.  Seksta  intervalı  hüdudunda  olan  səs 
diapazonunda  melodik  özəyin  intonasiyaları  10-12-ci 
xanələrdə  melodik  fikrə  yekun  vuran  koda  xarakterli  və  ya 
muğamda  ayaq  funksiyasını  daşıyan  intonasiyalar  isə  15-ci 
xanənin  intonasiyalarıdır.  Son  xanə  də  15-ci  xanənin 
intonasiyaları ilə bitir.
Xalq  mahnısı  kimi  bu  havanın  ritmik  formulları  6/8 
metrik ölçüdə,  sadə formada olub aşağıdakı şəkildədir:
Rəqs  musiqi  nümunəsi  kimi  bu  hava  2/4  metrik 
ölçüdə  ifa  olunduğu  üçün  melostrukturda  dəyişikliklər  öz 
əksini  tapmışdır.  Buna  görə  də,  bu  havanm  melodik 
quruluşunu  xalq  mahnısının  başqa  bir  variantı  kimi  qəbul 
edə bilərik. Rəqsin melostrukturu aşağıdakı formadadır:
Not  misalından  göründüyü  kimi  rəqsin  ritmo- 
formulları  daha  fərqli  çeşidlərdən  ibarətdir.  Bu  rənga­
rənglik rəqs musiqisinin janr xüsusiyyətindən irəli gəlir.
Sözsüz  ki,  2/4  metrik  ölçüdə  ifa  olunan  bu  havanm 
melodiyası  başqa  bir  variant  şəklində  təqdim  olunur.
t ^
* ç

ш
*
 2л
il
*
J
 %
VV


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə