Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə36/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

olunmuşdur.
Mahnının  musiqi  formasını  üçcümləli  perioda  aid 
etmək olar.  3  musiqi  cümləsindən  istifadə  olunan nəğmədə 
musiqi cümlələrindən birincini  (1-4-cü  xanələr)  «a», ikincini 
(5-8-ci  xanələr)  «aı»,  və  üçüncünü  (9-10-cu  xanələr)  «b»  ilə 
işarə etsək mahnının sxemi aşağıdakı şəkildə olacaq:
__A__
a+aı+b
Naxçıvanın  musiqi  folkloru  nümunələri  arasında 
rəqs  musiqisi  geniş  vüsət  almışdır.  Xarakterinə  və  ifa 
xüsusiyyətlərinə  görə  müxtəlif  olan  rəqs  musiqi  janrı 
mərasimlərdə,  toy-düyünlərdə  xalq  tərəfindən  sevilə-sevilə 
ifa  olunur.  Tempinə  görə  ağır  rəqslər  qrupuna  daxil  olan 
«Güleynare»  məişət mərasimlərində daha çox ifa olunur.
«Güleynare»  rəqsi  lad-intonasiya,  forma  xüsu­
siyyətlərinə  görə  qədim  rəqs  musiqilərindəndir.  Bu  rəqsin 
diapazonu  kiçik  tersiya  həcmindədir.  Kiçik  intervallı  səs 
diapazonuna  aid  mahnı-rəqs  nümunələrinin  qədim  ənə- 
nəyə  söykənməsini  qeyd  etmişdik.  Aşağıdakı  not  nümu­
nəsində rəqsin lad-intonasiya xüsusiyyətləri göstərilmişdir:
İ  -
«Güleynare» 
rəqsinin 
melodik 
strukturundan 
göründüyü  kimi  onun  lad  quruluşunda  hər  üç  pərdə 
funksional  baxımdan  özünü  göstərir.  Burada  «lya»  səsi 
özünü  «Şur»  muğamının  mayə  pərdəsi  kimi  göstərmişdir.


Digər səslər olan «si bemol»,  «do»  isə funksional baxımdan 
istinad  pərdələridir.  Rəqsin  melodik  strukturu  elə  qurul­
muşdur ki, bütün rəqs boyu intonasiyalar əsasən «si bemol» 
üzərinə  düşür.  Buna  görə  də  melodiyanın  formayaradıcı 
amili  kimi  «si  bemol»un  intonasiya  çeşidləri  xüsusi  əhə­
miyyət daşıyır.
Metrik  ölçüsü  6/8  olan  rəqsin  melostrukturunu  əsa­
sən  birinci  xanənin  ritmik  formulları  təşkil  edir.  Aşağıdakı 
not  nümunəsində  rəqsin  formayaradıcı  amili  kimi 
xanədaxili  ritmik  konfiqurasiyalar  göstərmişdir.  Həcmcə 
böyük  olmayan  rəqsin  melodik  fikrinin  formalaşmasında 
iki xanənin ritmik komponentləri iştirak edir:
Misalda  göstərilən  ikinci  xanənin  ritmik  strukturu 
rəqsin  6-cı  xanəsində  işlədilmişdir.  Qalan  bütün  xanələr 
birinci xanənin rimoformulları əsasında yaradılmışdır.
«Güleynare»  rəqs  havasının  melodik  quruluşu 
«Andante»  tempində  ağır  səslənir  və 
onda  olan  möh­
təşəmlik,  ağayanəlik  öz  xarakterik  xüsusiyyəti  ilə  seçilir. 
Yüksələn istiqamətdə olan melodiyanın inkişafında ilk özək 
melodik  fraza  olan  birinci  iki  xanənin  melostrukturu  axıra 
qədər  saxlanılmış  və  bununla  da  melodiyanın  əsas 
intonasiya təməli formalaşdırılmışdır.
Rəqsin  musiqi  forması  üçcümləli  period  for­
masındadır.  Faktiki  3  musiqi  cümləsindən  ibarət  olan


rəqsin  melodiyası  heç  bir  dəyişiklik  olmadan  üç  dəfə 
təkrarlanır.
«Köçəri»  adı  altında  Azərbaycanda  ifa  edilən  bir 
neçə  rəqs  havaları  mövcuddur.  Onlarm  melodik,  ritmik, 
forma  xüsusiyyətləri  bir-birindən  fərqlidir.  Mərasimlərdə 
ifa  edilən  bu  havanın  lad-intonasiyasu  «Rast»  muğamı  üs­
tündədir.  «Moderato»  tempində  olan  rəqsin  intonasiyaları 
seksta  intervalı  hüdudunda  geniş  əhatəli  şəkildə  özünü 
göstərir.  Aşağıdakı  not  misalında  rəqsin  lad  quruluşu 
verilmişdir:
---------- ------з-з-—
т е

й д - '- д - —
m
-----
«Fa»  mayəli  «Rast» 
ladı  əsasında  qurulan  melo­
diyanın  formayaradıcı  strukturunda  «lya»,  «si  bemol» 
istinad  pərdələri xüsusi əhəmiyyət daşıyır.  İstinad pərdələri 
əsasında  formalaşan  melodik  xəttin  yüksələn  və  enən 
istiqamətlərdəki  hərəkəti  rəqsin  səslənməsinə  xüsusi 
təravət,  intonasiya  zənginliyini  gətirir.  Əsasən  «si  bemol», 
«lya»  istinad  pərdələrinin  formalaşdırdığı  musiqi  fikirləri 
inkişaf  prosesində  məntiqi  olaraq  «fa»  mayə  səsində  bitir. 
Rəqsin  arxitektonik  strukturunda  intonasiyaların  ardıcıl  və 
sıçrayışlı  şəkildə  hərəkətləri  səslənmədə  rəngarənglik 
yaradır.
Adından  məlum  olduğu  kimi  bu  hava  köçəri  həyat 
tərzi  yaşayan  və  heyvandarlıqla  məşğul  olaraq  mal- 
heyvanını  gah  yaylaqlarda,  gah  da  qışlaqlarda  saxlayan 
əməkçi  xalqın  məişətində  daha  geniş  yayılmışdır.  Formaca


əvvəlki  rəqslərdən  zaman  baxımından  daha  geniş  olan  bu 
havanın  ritmik  komponentlərini  7  müxtəlif  şəkilli  ritmo- 
formullar təşkil edir.  Bunlar aşağıdakılardır:
«Köçəri»  rəqsinin  not  misalında  verilən  müxtəlif 
ritmik  şəkillər  rəqsin  ifa  xüsusiyyətlərində  özünü  göstərir. 
Xanədaxili  vurğuların  tez-tez  yerini  dəyişməsi  ifada  axsaq 
ritmə  bənzər  ritmlərin  eşidilməsinə  şərait yaradır.  Rəqs  6/8 
metrik  ölçüdə  olsa  da  onun  xanədaxili  ritmik  kom­
ponentləri rəngarəngdir.
Hava 
«Rast» 
lad-intonasiyaları 
əsasında 
ifa 
olunduğu  üçün  muğam  intonasiyaları  melodik bünövrənin 
xüsusiyyətlərində  özünü  göstərir.  Havanın  melostruk- 
turunda səslərin  ardıcıl  və  sıçrayışlı  gedişlərinə  rast gəlinir. 
Melodiyanın  yüksələn  və  enən  xətt  üzrə  inkişafı  into­
nasiyaların  daima  dəyişməsi  ilə  nəticələnir.  Belə  zəmində 
melodik  frazalarm,  fikirlərin,  cümlələrin  formalaşmasında 
iştirak  edən  musiqi  obrazları  özünün  təravəti,  səciyyəvi 
xüsusiyyətləri  ilə  seçilmiş  olur.  Havanın  melodik  özək 
strukturunu  1-ci  xanə  təşkil  etsə  də,  melostrukturun 
formalaşmasında  3-cü,  4-cü,7-ci  və  digər  xanələrin  musiqi 
ifadə vasitələrinin böyük əhəmiyyəti var.
«Köçəri»  rəqsinin  musiqi  forması  period  olsa  da 
onun  strukturunda  6  musiqi  cümləsindən  istifadə  olun­
muşdur.  Rəqsin  1-4-cü  xanələri  «a»,  5-8-ci  xanələri  «b»,  9- 
12-ci  xanələri  «c»,  13-16-cı  xanələri  «cı»,  17-24-cü  xanələri


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə