Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə32/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

heca  quruluşunda  eyni  ritmik  formullar  ardıcıl  olaraq 
işlədilmədiyi 
üçün  melodik 
xəttin 
formalaşmasında 
misralardakı  vurğular  xanələrdə  müxtəlif  yerlərə  düşür. 
Buna  görə  də  melodiyanın  formayaradıcı  strukturunda 
ənənəvi  kvadrat  və  s.  formaya  məxsus  qəliblərə  rast 
gəlmirik.  Nəğmənin  melostrukturunun  özək  epizodunu  1- 
2-ci  xanələrin  materialı,  melodiyanın  formalaşmasını  isə  1- 
2-ci  və  13-cü  xanələrin  musiqi  epizodları,  eyni  zamanda 
metrik  ölçüləri  4/4,  3/4  olan  21-22-ci  xanələrdə  verilmiş 
reçitativ  ifa  tərzində  intonasiya  çeşidləri  təşkil  edir. 
Melodiya oynaq, bir qədər də sevinc hissi  ilə ifadə olunmuş 
xarakterə malikdir.
Nəğmə  demək  olar  ki,  başdan  sonadək  əvvəldə 
səslənən  iki  xanəlik  melodiya  üzərində  qurulmuşdur. 
Burada  rəngarəngliyi  yaradan  nəğmənin  mətnidir.  Yalnız 
21-22-ci  xanələrdə  olan  dəyişkən  ölçü  nəğməni  iki  hissəyə 
ayırır (21-ci xanə 4/4, 22-ci xanə 3/4).
«Çobanla  qız»  mərasim  nəğməsi  məişətlə  sıx  bağlı  olub 
bayramlarda  ifa  olunan  nəğmələrdəndir.  Mahnı-dialoq 
formasında  olan  bu  nəğmənin  intonasiyaları  dəyişkəndir. 
Çobanın  ifasında  olan  melodik  xəttdə  intonasiyalar  özünü 
oynaq,  şən  əhval-ruhiyyədə  göstərir.  Qızın  cavab  ifası  4/4 
metrik  ölçüdə  verildiyi  üçün  melodik  strukturun  səslən­
məsində  intonasiyalar  «Moderate»  tempində  təmkinli, 
düşünülmüş  formada  səslənir.  Nəğmənin  lad  quruluşu 
xalis kvinta (sol-re) mtervalı hüdudundadır.


Not  nümunəsindən  göründüyü  kimi 
«Segah» 
üstündə  qurulan  melodiyada  «lya»  mayə,  «si»  səsi  isə 
istinad  pərdəsidir.  Melodik  fikrin  formalaşmasında  əsasən 
mayə  və  istinad  pərdələrinin  rolu  olmuşdur.  Not  nümu­
nəsinin  2-ci,  4-cü,  6-cı,  10-cu,  13-cü  xanələrində  musiqi 
fikrinin  formayaradıcı  amili  kimi  «si»  pərdəsi  xüsusi 
əhəmiyyətə malikdir.
Dialoq  tipli  mahnılar  adətən  sual-cavab  üstündə 
qurulduğu üçün  şeirin mətnindən asılı  olaraq iki xarakterik 
cəhət  özünü  büruzə  verir.  Bu  xarakterlər  dialoq  iştirak­
çılarının  musiqi  obrazlarını  təcəssüm  etdirir  və  onları 
müxtəlif  səviyyədə  səciyyələndirir.  Sözsüz  ki,  bunların 
həyata  keçirilməsində  ritm-intonasiyalarm  böyük  rolu  var. 
Nəğmədə  Çobanın  oxuması  6/8-lə  verildiyi  üçün  melodik 
dil  mülayim  xarakterdə,  bir  növ  müraciət  formasında 
səslənir.  Bu  cür  intonasiyaların  əldə  olunmasında  ritmik 
formulların xüsusi rolu qeyd olunmalıdır:
Not  misalında  ritmik  formulların  şəkillərinə  diqqət 
yetirsək  1-5-ci xanələrin 6/8,  9-11-ci  xanələrin isə  4/4  metrik 
ölçüyə  əsaslandığını görə bilərik.  Qızın  cavab  oxumasıda  9- 
11-ci  xanələrin  ritmik  formullarından  istifadə  olunması


zahiri  görünüşdən  də bəlli  edir  ki,  onun  melodik  strukturu 
daha qətiyyətli,  inamlı intonasiyalarla təchiz olunmuşdur.
Melodiyanın  özək  mövzu  kontekstini  1-2-ci  xanələr 
təşkil  edir.  Məhz  bu  xanələr  də  melodiyaya  özünəməxsus 
xarakterik cəhətlər gətirir.
Dialoqun ikinci melodiyası qızın oxumasıdır.  Burada 
musiqi  intonasiyaları  yuxarıdan  aşağı,  mayə  səsinə  doğru 
istiqamətdə  hərəkət  edir.  Melodiyanın  xarakterik  cəhət­
lərinin  formalaşmasında  metrik  ölçünün  və  hər  xanəyə  4 
zərbənin vurulmasının xüsusi rolu ayrıca qeyd olunmalıdır.
Bu  havanın  forma  quruluşu  sadə  iki  hissəlidir.  I 
hissə  -«A»-  çobanın  ifasında  olan  melodiyadır.  İki  cüm­
lədən  ibarət  kvadrat  (4+4)  və  təkrar  quruluşlu  perioddur. 
Bu hissənin ölçüsü 6/8-dir.
II hissə  («B»)  isə  qızın  cavab  melodiyasıdır.  Bu hissə 
birincidən  fərqli  olaraq  qeyri-kvadrat  (3+3)  perioddur. 
Mahnının  ikinci  hissəsində  xoreik(10-cu  xanə)  və  yambik 
(11-ci xanə) motivlərin forma xüsusiyyətlərindən də istifadə 
olunmuşdur. Burada ölçü də dəyişilərək 4/4-lə əvəz olunub. 
Mahnının forma sxemi belədir:
__A__+  _ B _
a+aı 
b+bı
«Anayla  qız»  nəğməsi  də  mahnı-dialoq  janrına 
aiddir.  Ana  ilə  qızı  arasmda  olan  dialoq  kiçik  tersiya  (fa 
diyez-lya) intervalı hüdudundadır. Bu faktın özü sübut edir 
ki,  bu  nəğmə  qədim  ənənəyə  aiddir.  Mahnı-dialoqun  lad- 
intonasiyaları «Segah» muğamına əsaslanır.


Not  misalından  göründüyü  kimi  ladm  quruluşunda 
iki  pərdə  funksional  baxımdan  özünü  göstərir.  Burada  «fa 
diyez»  mayə  səsi,  «lya»  tonu  isə  istinad  pərdəsidir.  Mahnı 
dialoqun  melodik  dilinin  formalaşmasında  istinad  pərdə­
sinin  mütəmadi  işlədilməsi,  onun  melodik  fikrin  forma­
laşmasında rolunu əhəmiyyətli dərəcədə artırır.
Nəğmənin  hər  iki  obrazmın  öz  musiqi  təcəssümü 
sözsüz  ki,  mahnıda  öz  təsvirini  tapır.  Orta  tempdə  ifa 
olunan  nəğmənin  melostrukturunda  iki  metrik  ölçüdən 
istifadə  olunmuşdur.  Qızın  anaya  müraciəti  «C»  metrik 
ölçüdə  daha  təmkinli,  yalvarış  intonasiyaları  ilə  zən- 
gindirsə,  ananın cavabı 6/8 ölçüsündə inam aşılayan nəsihət 
formasında səslənir. Bu xarakterik cəhətləri  səciyyələndirən 
aşağıdakı ritmik formullara diqqət yetirək:
>  >
Not  nümunəsində  hər  iki  obrazın  xarakterik 
cəhətlərini  ritmik  intonasiyalardan  görmək  olar.  Qeyd 
etdiyimiz  kimi  ritmik  formulların  musiqi  obrazlarının 
xarakterik  cəhətlərini  formalaşdırması  xüsusiyyətlərini 
əyani olaraq gördük.
Nəğmədə  iki  melodik  xətt  özünü  göstərir.  Qızm


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə