Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə31/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

reçitativ ifa  tərzinə də imkan açmışdır.
Nəğmənin  musiqi  forması  perioddur.  Onun  əsas 
melodik  özəyi  olan  ilk  3  xanə  demək  olar  ki,  axıra  qədər 
nisbətən  dəyişilmiş  şəkildə  eşidilir.  Musiqi  cümlələri 
arasında  kiçik  motivlərdən  də  istifadə  olunur.  Birinci 
hissənin  forma  strukturunda  əsas  mövzu  6  (1-6-cı  xanələr) 
xanədən  ibarətdir.  Birinci  3  xanə  «a»  mövzusundan  ibarət­
dirsə,  ikinci  3  xanə  isə  «a»-mn  yeni,  yəni  aı  variantıdır. 
İkinci  musiqi  cümləsi  8  xanədən(7-14-cü  xanələr)  tərtib 
olunmuş  «b»  mövzusudur.  15-16-cı  xanələrdə  mətndəki 
heca 
dəyişikliyi 
nəğmənin 
metroritmik 
cəhətdən 
dəyişilməsinə  səbəb  olur  (2/4  ölçü  3/4  ilə  əvəzlənir).  Bu 
xanələr  xoreik  motivin  forma  strukturu  əsasmda  yara­
dılmışdır.  Artıq  17-ci  xanədən  sonadək  yenidən  2/4  olçü 
özünü göstərir.
Mərasim  nəğmələrindən  «Can  gülüm»  Qərb  bölgə­
sinin folklorunda  daha  çox  rast gəlinir. Öz orijinallığına,  ifa 
formasma  görə bu  mərasimdə  oxunan  nəğmə mahnı-dialoq 
formasındadır.  Buna  görə  də  nəğmənin  intonasiya 
zənginliyi özünü  kütləvi səhnələrdə  daha  çox  büruzə  verir. 
Nəğmənin  lad-intonasiya  xüsusiyyətləri  «Segah»  muğamı 
üstündədir.  Xalis  kvarta  (fa  diyez-si)  intervalı  hüdudunda 
olan nəğmənin lad quruluşuna diqqət yetirək:
Not  misalından  göründüyü  kimi  ladm  bütün 
pərdələri  özünü  funksional  baxımdan  göstərir.  Burada  «fa


diyez»  mayə  səsi,  «lya»,  «si»  səsləri  isə  istinad  pərdələridir. 
Nəğmənin  melodik  quruluşunda  olan  intonasiyalar  şən 
əhval-ruhiyyə  aşılayır.  Xorun  oxunuşunda  intonasiyalar 
nəğmənin əsas motivindən götürülmüşdür.
Bu  havanın  mərasimlərdə  ifa  olunması  gənclər 
arasmda  daha  çox  yayılmışdır.  Mərasimin  kütləvi  səh­
nələrində  ritmin  dəqiq  verilməsi  ritmik  formullardan  və 
xanəyə  düşən  vurğulardan  asılıdır.  Nəğmənin  melodik 
dilinin  formayaradıcı  quruluşunda  aşağıdakı  ritmik  for­
mullardan istifadə olunmuşdur:
Not  nümunəsindən  göründüyü  kimi  6/8  metrik 
ölçüyə  əsaslanan  nəğmənin  melodik  quruluşunda  müxtəlif 
ritmik  formullardan  istifadə  olunmuşdur.  Nəğmənin 
nəqəratında  9-cu,  10-cu  xanələrdə  ritmik  formulların  gös­
tərilən  şəkildə  işlədilməsi  və  vurğunun  1-ci,  4-cü  zərbələrə 
düşməsi kütləvi səhnədə xorla oxumağı asanlaşdırır.
«Can  gülüm»  mərasim  nəğməsinin  melodik  dili 
oynaq  ruhdadır.  Kütləvi  şəkildə  keçirilən  bu  mahnı-oyun 
havasında  solist  və  xor  da  iştirak  edir.  Melodik  xəttin 
inkişafı  üfüqi  istiqamətdə  yaxın  səslərə  hərəkət  edir  və  6/8 
metrik ölçüdədir.
Bu  havanın  musiqi  formasını  sadə  2  hissəli  forma 
kimi  təhlil  etmək  olar.  Mahnının  birinci  hissəsi  «A»,  8 
xanədən ibarət kvadrat quruluşlu perioddur  (4+4).  Birinci 4


xanə  «a»,  sonrakı  5-8-ci  xanələr  «b»  musiqi  cümlələrindən 
tərtib  olunmuşdur.  Bu  hissənin  musiqi  sxemi  aşağıdakı 
formada təzahür edir;
__A__
a+b
Mahnının  ikinci  hissəsi  («B»)  onun  nəqəratıdır.  Bu 
hissə  də  2  musiqi  cümləsindən  ibarət  kvadrat  perioddur. 
Hər  cümlə  4  xanədən  ibarətdir.  9-12-ci  xanələr  «c» 
nəqəratın  mövzusu,  13-16  xanələr  isə  «b»nin  variantıdır. 
İkinci hissənin musiqi sxemi aşağıdakı  şəkildədir:
___B___
c+bı
Nəğmənin  sonunda  gənclərin  xor  şəklində  «Can 
gülüm,  can-can»  sözlərini  oxuduqları  4  xanəni  soluq 
adlandırmaq olar.
«Can  gülüm»  mərasimində  ifa  olunan  mahnının
forma  quruluşunun  təhlili  onun  sadə  2  hissəli  formada,  5
musiqi epizodundan ibarət olmasmı göstərdi.
•  •
«Uzərliksalma» mərasimində oxunan malını da Naxçıvanın 
musiqi  folklorunun orijinal nəğmələrindəndir.  Kiçik  tersiya 
(si-re)  intervalı  həcmində  olan  nəğmənin  lad  quruluşu 
onun  qədim  musiqi  folkloru  nümunələrindən  olmasını 
göstərir,  intonasiyaların  yaxm  səslərə  hərəkəti  nəğmənin 
mülayimliyini,  aramla  səslənməsini  şərtləndirmişdir.  Nəğ­
mə 
«Segah»  muğamının  lad-intonasiyaları  üzərində 
qurulmuşdur.  Mayə  səsi  «si»  tonu  olan  bu  havada  «do»,


«re»  səsləri  istinad  pərdələridir.  Melodik  xəttin  forma- 
yaradıcı  xüsusiyyətlərində  «re»  istinad  pərdəsi  funksional 
baxımdan özünü daha çox göstərir.
Nəğmənin  melodik  strukturunda  reçitativ  ifa 
üslubundan  istifadə  olunması  ladm 
«re»
  istinad  pərdəsinin 
əhəmiyyətini bir qədər  də  artırır.  Not nümunəsinin 21-22-ci 
xanələrində  bir,  iki,  üç  və  s.  say  rəqəmlərinin  ifası  «re» 
tonları  vasitəsilə  verilməsi  deyilən  fikrin  təsdiqi  kimi 
götürülə bilər.
Mərasimdə  oxunan  nəğmə  ənənəvi  metrik  ölçüdə 
6/8-də  ifa  olunur.  Üzərliyin  vəsfi  ilə  bağlı  oxunan  bu 
nəğmənin  mətnində  hecaların  bəziləri  qafiyəli,  bəziləri  isə 
qafiyəsiz  olduğu  üçün melodiyanın yaranmasında müxtəlif 
ritmoformullardan istifadə  olunmuşdur.  Aşağıdakı misalda 
həmin rimoformullar göstərilmişdir:
Not  nümunəsində  21-ci,  22-ci  xanələrdə  çərək  notlar 
şeirin  mətnində  say  göstəricisini  bildirir.  Bu  parça  melodik 
dildə  yox,  reçitativ  şəkildə  oxunur.  Nəğmənin  melostruk- 
turunda  xanədaxili  rimik  formulların  göstərilən  şəkildə 
işlədilməsi melodiyanın mülayimliyini göstərir.
Melostrukturun  formalaşmasında  şeirin  misralarının


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə