Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə30/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

olduğu  üçün  ladın  intonasiyaları  daha  parlaq,  şən  şəkildə 
özünü  göstərir.  Septima  (lya  diyez-soi)  intervalı  hüdu­
dunda  olan  nəğmənin  xarakterik  xüsusiyyətlərindən  irəli 
gələn  cəhətlərə  görə  intonasiyalar  tez-tez  dəyişir  və  ayrı- 
ayrı  tonların,  istinad  pərdələrinin oxunması ilə  tonal effekt­
ləri  yaradır.  Nəğmənin  birinci  xanəsindən  6-cı  xanəsinə 
kimi «fa diyez»  və  «mi»  tonlarının intonasiyaları  funksional 
baxımdan  özünü  daha  çox  göstərirsə,  7-8-ci  xanələrdə  «do 
diyez»  və  «si»  tonları  daha  qətiyyətli  səslənir.  «Qodu- 
qodu»  nəğməsinin  aşağıdakı  not  misalında  lad  quruluşu 
verilmişdir:
Not  misalından  göründüyü  kimi  nəğmənin  lad 
quruluşunda  «mi»  əsas  ton,  «si»,  «do  diyez»,  «fa  diyez» 
səsləri  isə istinad pərdələridir.  İstinad pərdələrinin və mayə 
pərdəsinin  oxunmasından  görünür  ki,  «Qodu-qodu» 
nəğməsi  «Rast»  muğamının  lad-intonasiyalarım  ifadə  edir. 
İntonasiyaların  əzəmətli,  inamlı  şəkildə  səslənməsi  də 
«Rast» muğamının xarakterik xüsusiyyətlərindən irəli gəlir.
Bu  havanın  metrik  ölçüsü  ənənəvi  6/8-ə  əsaslanır. 
Nəğmənin  melodik  dilinin  formayaradıcı  amillərində 
xanədaxili  strukturda  müxtəlif  ritmik  formullardan  istifadə 
olunması  havanın  mətnindən  irəli  gəlir.  Aşağıdakı  ritmik 
formullar  şeirin  heca  quruluşunun  ifa  xüsusiyyətlərinin 
ölçüsünü verir:


Not  nümunəsindən  aydın  görünür  ki,  şeirin  mət­
nində  hecaların  strukturları  qafiyə  şəklində  yox,  əksinə bir- 
birindən  fərqlidir.  Ona  görə  də  nəğmənin  melodiyasının 
arxitektonikasımn  formayaradıcı  quruluşunda  xanədaxili 
ritmik formullar müxtəlif şəkillərdə özünü göstərir.
«Qodu-qodu»  nəğməsində  də  şeirin  mətn  quruluşu 
nəğmənin  melodikliyinə  öz  təsirini  göstərmişdir.  Şeirdə 
hecaların  quruluş  sxemində  misraların  ritmoformulları 
nizamlı,  ritmik  dairə  çərçivəsində  olmadığı  üçün  bu  amil 
melodiyanın  formayaradıcı  xüsusiyyətlərində  də  özünü 
göstərmişdir.  Melodiyanın  6/8  metrik  ölçüdə  formalaşması 
onun inamlı,  təntənə xarakterli olmasına şərait yaratmışdır.
Bu  nəğməni  sadə  iki  hissəli  forma  kimi  təhlil  etmək 
olar.  Qeyri-kvadrat  periodda  olan  birinci  hissənin  əsas 
musiqi  fikri  hər  biri  3  xanədən  təşkil  olunmuş  iki  musiqi 
cümləsindən,  yəni  6  xanədən  (1-6-cı  xanələr)  ibarətdir.
ш
ikinci  hissə  də  iki  cümlədən  (5+8)  ibarət  qeyri-kvadrat 
perioddur.  Sonrakı  inkişaf  prosesində  əsas  musiqi  fikrinin 
ayrı-ayrı  elementləri  kiçik  motiv  və  submotivlərlə  əlaqə­
ləndirilməklə  yeni  musiqi  cümlələri  formalaşdırılmışdır. 
Havanın  not  nümunəsində  7-8-ci  xanələrdə  verilən  motiv 
amfibraxik  motivin  elementlərindən  tərtib  olunmuşdur.  Bu 
motivin  ardınca  9-10-11-ci  xanələr  əsas  musiqi  fikrinin  5-6- 
cı  xanələrinin  elementləri  əsasmda  formalaşdırılmışdır.
i


«Qodu-qodu»nun  12-ci,  16-cı  xanəsi  yambik  motivin
elementləri  əsasında  formalaşmışdırsa,  13-cü,  17-ci,  18-ci 
xanələrin  özək  melostrukturu  amfibraxik  motivin  forma 
strukturu  əsasında  yaranmışdır.  Mahnının  sonuncu,  19-cu 
xanəsi,  musiqi  fikrinin  sonuncu  6-cı  xanəsinin  motivinin 
yambik  forma  quruluşuna  uyğun  şəkildə  verilməsi  ilə 
tamamlanır.
Mərasim  nəğmələri  arasında  «Xanbəzəmə»  məra­
simində oxunan nəğmə özünün intonasiya xüsusiyyətlərinə 
görə  başqa  havalardan  seçilir.  Mərasimdə  pəhləvanların 
güləş  səhnəsi  üçün  nəzərdə  tutulan  bu  nəğmənin  intona­
siyaları  mərdlik,  qəhrəmanlıq,  əzmkarlıq  intonasiyaları  ilə 
zəngindir.  Sonrakı  melodik  strukturda  verilən  ritmik 
konfiqurasiyalar  birinci  xanənin  məntiqi  inkişafını  davam 
etdirir.  Nəğmənin 7-ci xanəsindən başlayaraq verilən melo­
dik  quruluş  mübarizlik,  əzmkarlıq  bir  qədər  də  möhtəşəm 
xarakter  alır.  Bu  xarakter 
özünü  27-33-cü  xanələrdə 
verilmiş  «re»  intonasiyalarının reçitativli,  səkkizlik şəklində 
işlədilməsində daha çox göstərir.
Nəğmənin  lad  quruluşu  xalis  kvarta  (do  diyez-fa 
diyez)  intervalı  hüdudundadır.  Nəğmə  «Rast»  muğamının 
lad  strukturuna  əsaslanır  və  bu  muğamın  gümrah  into­
nasiyaları əsasında formalaşmışdır:
Nəğmənin  not  nümunəsinə  diqqət  yetirsək  görərik


ki,  «re»  mayə  səsi,  «mi»  isə  istinad  pərdəsidir.  Burada 
intonasiyaların  formayaradıcı  xüsusiyyətlərində  əsasən 
«re»  mayə  səsi  daha  çox  özünü  göstərir  və  nəğmənin 
arxitektonik bünövrəsini yaradır.
Nəğmənin  1-ci,  2-ci,  6-cı,  7-ci,  8-ci,  11-ci,  12-ci 
xanələrində  verilmiş  ritmik  formullar  2/4  metrik  ölçüyə 
əsaslanaraq  mərdlik  intonasiyalarını  vəsf  edir.  Nəğmənin 
sonrakı  melodik  inkişafında  metrik  ölçü  3/4  ölçüdə  verilir 
və  15-ci  xanədəki  xanədaxili  ritmik  formullar  isə  həmin 
qəhrəmanlıq intonasiyalarmı bir qədər də dərinləşdirir:
Not  misalında  verilmiş  ritmik  formullar  nəğmənin 
qəhrəmanlıq xarakterinin formalaşmasında xüsusi rol oyna­
mışdır.  Bu  fakt  göstərir  ki,  ritm  formullarının  nəğmənin 
emosional cəhətdən formalaşmasında böyük rolu var.
Havanın  melodiyasının  mübariz,  ruh  yüksəldən 
səpkidə  olması  birinci  xanənin  ritm-intonasiyalarmdan 
meydana  çıxmışdır.  Melodiyanın  belə  əhval-ruhiyyəli 
olmasında  2/4,  3/4  metrik  ölçülərin  və  onların  ritm- 
intonasiyalarmm  xüsusi  rolu  var.  Bu  təsir  dairəsinin 
formalaşmasında  1-2-ci,  7-8-ci,  15-16-cı  xanələrin  musiqi 
epizodlarının  rolu  da  qeyd  olunmalıdır.  İdmanı  vəsf  edən 
mahnılara  xas  cəhət  kimi  ifaya  say  rəqəmləri  əvəzinə 
«Haqqış,  haqqış,  bərk  yapış.  Əldən  çıxdı  topuqdan  yapış» 
sözlərinin  (25-32-ci  xanələr)  salınması  melostrukturda


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə