Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə27/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

xanələrinin  ritmik  şəkilləri  eyni  formada  təqdim  olunur. 
Belə  paralellik  şeirin  misralarının  heca  quruluşlarının  eyni 
ölçüdə  olmasından  irəli  gəlir.  Ümumiyyətlə,  qeyd  edək  ki, 
şeirin ölçüləri  folklor musiqi  nümunələrində  əksər hallarda 
ritmik  strukturlarla  tam  uyğunluq  təşkil  edir.  Nəğmənin 
melodik  strukturunun  ritmik  formullarının  təhlili  bu 
havanın  əsasən  aşağııdakı  3  xanədaxili  ritmik  formuldan 
tərtib olunduğunu ortaya çıxardı:
«Çömçəxatun»  mövsüm  nəğməsinin  metroritmik 
strukturunun araşdırılması bu nəğmənin milli  musiqi sənə­
timiz üçün xarakterik olan  6 \ 8-lik  əsasmda  yaranmasını  və 
havanın  arxitektonikasmı  da  yuxarıda  göstərilən  3  ritmik 
formulun təşkil etməsini göstərdi.
Quzunun dili ilə oxunan bu nəğmənin melodiyası  da 
sadə  formadadır.  İki  musiqi  cümləsindən  ibarət  olan 
nəğmənin  birinci  musiqi  fikri  1-4-cü  xanələri  əhatə  edir. 
Burada  1-ci,  3-cü  xanələr  eyni,  2-ci,  4-cü  xanələr  isə  bir- 
birinə  əks  istiqamətlərdə  hərəkət  edən  musiqi  epizod­
larından ibarətdir. Sual-cavab formasında olan bu epizodlar 
musiqi  fikrini  məntiqi  baxımdan  tamamlayan  musiqi 
obrazlarıdır.  İkinci  musiqi  cümləsi  havanın  məzmununa 
yekun  vuraraq  onun  sonluğunu  formalaşdıran  musiqi 
fikridir.  Bu  hissənin  melodik  inkişaf  sxemi  birinci  musiqi 
cümləsində  olduğu  kimi  verilmişdir.  Melodiyanın  xarak-


terik  xüsusiyyəti  istək,  dilək,  müraciət  intonasiyaları 
əsasmdadır.
Sadə  formada  olan  nəğmə  əslində  8  xanədən 
ibarətdir və bu  hava 2 musiqi cümləsindən təşkil olmuşdur. 
Qeyri-kvadrat  period  (4+5)  formasında  yazılmışdır.  Birinci 
musiqi  cümləsi  4,  ikinci  musiqi  cümləsi  isə  5  xanədən 
ibarətdir,  ikinci  cümlənin  son,  5-ci  xanəsindəki  «mi»  notu 
(«mə-ə»ifadəsi)  tonikanın  təsdiqidir.  Melodik  fikrin  tam 
şəkildə ifadəsi həmin 5 xanədə tamamlanır.
«Yağ  yağışım»  mövsüm  nəğməsi  yağışın  çağrılması 
ilə  bağlı  yaranmış  qədim  havalardandır.  Kvarta  intervalı 
hüdudunda  olan  bu  havanın  lad  quruluşu  «Segah»  mu­
ğamının  intonasiyaları  əsasmdadır.  Mayə  səsi  «si»  tonuna 
düşən  nəğmənin  «do»,  «re»  pərdələri  istinad  pərdəsi  kimi 
xüsusi  əhəmiyyət  daşıyır.  Aşağıdakı  not  misalında  «Yağ 
yağışım» nəğməsinin lad-intonasiya quruluşu verilmişdir:
Nəğmənin  not  mətnində  melodik  quruluşa  diqqət 
yetirilsə,  ilk  iki  xanədə  istinad  pərdələrinin  «re»,  «do» 
pərdələri  olmasını,  eyni  zamanda  intonasiyanın  «re»  səsinə 
doğru yuxarı  istiqamətdə  hərəkətini görə bilərik.  Lad  quru­
luşunda  intonasiyalar  melodiyanın  inkişafı  istiqamətində 
ilkin  olaraq  yuxarı,  3-4-cü  xanələrdə  isə  aşağı,  mayə  səsinə 
enir.  Sadə  quruluşlu  nəğmənin  lad-intonasiyalarının  təhlili 
göstərir  ki,  bu  nəğmə  öz  strukturuna  görə  qədim  nəğ- 
mələrdəndir.


«Yağ  yağışım»  nəğməsinin  melodik  quruluşu  sadə 
formada  olduğu  üçün  nəğmənin  ritmik  strukturu  sadə 
şəkildə  qurulmuşdur.  Təhlillər  göstərir  ki,  bu  nəğmənin 
əsas  ritmik  formulu  not  misalının  birinci  iki  xanəsində 
verilmiş strukturdur. Həmin quruluş aşağıdakı şəkildədir:
Nəğmənin  metrik  ölçüsü  ənənəvi  6/8-dir.  Melodik 
struktur  isə  qeyd  etdiyimiz  ritmik  formullar  əsasında 
yaradılmışdır.
Nəğmənin  melodik  quruluşu  sadə  formada,  8  xanə­
dən  ibarət  yazılmışdır.  Kvadrat  period  formasında  olan 
melodiyanın  məzmunu  torpağa  yağışın  istənilməsidir.  Hər 
biri  iki  (4+4  xanə)  musiqi  cümləsindən  ibarət  olan  musiqi 
fikrinin  forma,  xarakterik  xüsusiyyətləri  «Çömçəxatun» 
nəğməsi  ilə  eyni  olduğu  üçün  onu  ayrıca  təhlil  etməyə 
ehtiyac yoxdur.
Havanın  musiqi  forması  sadə  quruluşda  olub  4 
xanəli  bir  musiqi  cümləsindən  ibarətdir.  Melodik  formanın 
təcəssümündə ilkin musiqi cümləsi  iki dəfə təkrar edilir. 
«Xırman  nəğməsi»  mövsüm  nəğməsi  kimi  küləyin 
çağrılmasma  həsr  olunmuşdur.  Əkinçi  nəğmələrindən  olan 
bu  havanın  məzmunu  xırmanda  küləşin  sovrulması  üçün 
yelin  çağrılmasıdır.  Şerin  mətninin  birinci  misrası  8-lik, 
sonrakı  misralar  isə  beşlik  olduğu  üçün  nəğmənin  metrik 
ölçüləri  dəyişkən  formada  özünü  göstərmişdir.  Bu  da 
nəğmənin  melodik  quruluşuna,  həmçinin  onun  mənsub 
olduğu  lad-intonasiyaya  təsir  etmişdir.  Buna  görə  də


nəğmənin  lad-intonasiya  strukturunda  iştirak  etmiş  bütün 
musiqi  tonları  özünü  funksional  baxımdan  aktiv  şəkildə, 
istinad  pərdəsi  kimi  göstərmişdir.  Kvarta,  «fa  diyez-si» 
intervalı  hüdudunda  olan  nəğmənin  lad  strukturunda 
«sol»,  «lya»,  «si»  səsləri  özünü  istinad  pərdəsi  kimi  göstər­
mişdir.  Aşağıdakı  not  misalında  «Xırman  nəğməsi»nin  lad 
quruluşunu görə bilərik:
ж _

 
&
&
— + )  
1 &-
------------- g
 
-  
=
«Xırman  nəğməsi»nin  lad  strukturu  bizə  «Rast» 
muğamının  və  onun  şöbəsi  olan  «Şikəsteyi-fars»m  into­
nasiyalarını  verir.  Nəğmənin  melodik  strukturunun  dek­
lamasiya  xüsusiyyətli  hərəkətlə  olması  onun  xarakterini 
mülayim,  bir  qədər  dilək,  müraciət  formasmda  olmasına 
geniş imkan açımışdır.
Bu  folklor  nümunəsinin  sözləri  müxtəlif hecalardan, 
yəni 4 və 5 hecadan ibarət olduğu  üçün onun metrik ölçüsü 
də,  xanədaxili  ritmik  formullan  müxtəlif  şəkillərdə 
qurulmuşdur. Bu fərqli şəkilləri aşağıdakı misaldan görmək 
olar:
Not  nümunəsindən  gördüyümüz  kimi  nəğmənin 
metrik  ölçüləri  6/8,  8/8,  10/8-dən  ibarətdir.  Metrik  ölçüləri 
müxtəlif  olan  havaların  ritmik  komponentləri  də  fərqliliyi 
ilə seçilir.


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə