Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə26/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

mühitinin  ərsəyə  gətirdiyi  zəngin  musiqi  janrlarının  ayrı- 
ayrılıqda  lad-intonasiya  xüsusiyyətlərinə  diqqət  yetiril­
məlidir.
Müxtəlif  ideya-məzmun  daşıyıcıları  olan  bu  nəğ­
mələrin  hər  birinin  xarakterik  xüsusiyyətləri,  təsir  dairəsi 
mövcuddur.  Qeyd  edilən  cəhətlərin  formalaşmasında  nəğ­
mələrin  metroritmik  xüsusiyyətləri  böyük  əhəmiyyət  kəsb 
etdiyi  üçün  təhlillər  zamanı  mövsüm  nəğmələrinin  metro- 
ritmikası  xüsusi  olaraq  araşdırılmalıdır.  Melodik  dilin  for­
malaşmasında  xüsusi  rolu  və  əhəmiyyəti  olan  ritmik  kom­
ponentlərin,  metrik  ölçülərin  özünəməxsus  cəhətləri  araş­
dırılmalıdır.  Bu  mənada  tamnmış  musiqişünas  A.Mazel 
yazır  ki,  «melodiyada  başlıca  rolu  yüksəklik  və  vaxtla 
müəyyən edilən münasibət (ritmika) oynayır və bu iki cəhət 
melodiya  üçün  son  dərəcə  əhəmiyyətlidir.  Xüsusilə  melo­
diyanın  hissələrə  parçalanması,  ilk  növbədə,  ritmdən, 
ritmik  dayanacaqlardan,  ritmik  təkrarlanmalardan  asılıdır» 
(63,  s.62-63).  Folklor  musiqi  nümunələrində,  janrlarında 
metroritmik  ölçülər  bir  çox  hallarda  xarakteri,  tempi  də 
müəyyənləşdirir.  Metroritmik  amillər,  eyni  zamanda  milli 
ənənədən  irəli  gələn  etnopsixoloji  mühitin  xarakterik 
xüsusiyyətlərini də göstərir.
Hər  bir  regionun  musiqi  dili  orada  yaşayan  etnik 
qurumun  dil  xüsusiyyətlərindən,  onların  yaşatdığı  ənənə­
nin  forma,  məzmun  çatarlarından  irəli  gəlir.  Naxçıvanın 
musiqi  folklorunun  dil  özəllikləri  də  burada  yaşayan  yerli 
xalqın  etnopsixoloji  mühitinin  əsrlərlə  yaşatmış  olduğu  və 
hər  dəfə  formalaşaraq  yeni  məzmun  kəsb  edən  musiqi


\
dünyasından  doğmuşdur.  Musiqi  folklorunun  zəngin  janr 
xüsusiyyətləri  onun  melodikliyinin  rəngarəng  çeşidlərə 
bölünməsini  də  təmin  etmişdir.  Bu  görə  də  tədqiqata  cəlb 
edilən  folklor  nümunələrini  melodik  dil  və  forma  xüsu­
siyyətləri  baxımından  təhlil  etməyi  məqsədəuyğun  hesab 
edirik.
Mövsüm nəğmələrinin lad-intonasiya, metroritmik,
melodik dil və forma xüsusiyyətləri
Tarixi  inkişaf  prosesində  mövsüm  nəğmələri  musiqi 
folklorunun  ən  qədim  havaları  sayılır.  Пк  insan  yara­
nışından  başlamış  dövrümüzə  qədər  olan  zaman  ərzində 
mövsüm  nəğmələri  ilin  ayrı-ayrı  fəsilləri  ilə  bağlı  olduğu 
üçün  onların  hər  biri  təsir  dairəsinə,  lad-intonasiya  xüsu­
siyyətlərinə, xarakterinə görə bir-birindən fərqlənir.
Mövsüm  nəğmələri  öz  forma  strukturuna  görə  sadə 
şəkildə  olduğu  üçün  bu  nəğmələrin  ifasında  onların  lad- 
intonasiya  quruluşu  daha  qabarıq  şəkildə  özünü  göstərir. 
İfa  edilən  əsərdə  səslənmə  harmonik  və  ya  əsərin  forma 
quruluşu baxımından  nə  qədər zəngin,  mürəkkəb olsa  into­
nasiyaların  rəngarəngliyi  ifada  mövcud  olan  çoxsəsliliyin, 
harmonik  və  polifonik  elementlərin  hesabına  daha  da 
zənginləşir.  Belə  ifada  əsərin  hansı lad  quruluşunda  olması 
melodik  səslənmənin  hesabına  arxa  plana  keçir.  Yəni 
dinləyici,  ilk  növbədə,  ifanın  rəngarəng  çalarlarım,  intona­
siyalarını diqqətdə saxlayır və bu xüsusiyyət melodiyam ön 
plana  çıxarır.  Beləliklə  də,  əsərin  lad  strukturunun


eşidilməsi  ümumi  səslənmənin  fonunda  ikinci  plana  keçir. 
Sadə  formalı  əsərlərdə  isə  qeyd  etdiyimiz  kimi  hər  şey 
əksinədir.  Bu  baxımdan  mövsüm-mərasim  nəğmələrində 
onların  lad-intonasiya  xüsusiyyətlərinin  öyrənilməsi  maraq 
doğurur.
«Çömçəxatun»  nəğməsi  sadə  əməklə  məşğul  olan 
insanın  yaratdığı  havalardandır.  Kənd  həyatını  vəsf  edən 
və qoyunçuluqla məşğul olan çobanın istək və arzularından 
doğan  bu  nəğmədə  yağışın  çağrılmasım  görürük.  Yağışm 
arzu  olunması  qoyunların  otlaması,  quzuların  isə  süd 
içməsi  üçün  istənilir.  Maraqlısı  budur  ki,  nəğmənin  söz­
lərinə  diqqət yetirilsə  mətn  çobanın  adından  yox,  quzunun 
adından  deyilir  və  sonda  «mə-ə»  ifadəsi  ilə  bitir.  Burada 
mövcud  olan  istək,  dilək  nəğmənin  intonasiyalarını  mü­
layim,  müraciət  formasında  olmasına  zəmin  yaratmışdır. 
Bu  dilək  və  arzu  nəğmənin  melodik  quruluşunun  forma­
laşmasım  «Şur»  lad-intonasiyalarında  bərqərar  etmişdir. 
«Şur»  muğamı  musiqişünas  alimlərin  yazdığına  görə  ən 
qədim  muğamlardandır.  Ə.Eldarovanın  və  R.İmraninin 
əsərlərində  qədim  aşıq  sazının  pərdə  quruluşunun  «Şur» 
muğamının  lad  intonasiyaları  əsasında  qurulması  faktları 
ilə  rastlaşırıq.  Bu  fakt  özü  «Çömçəxatun»  nəğməsinin 
qədim  havalardan  biri  olmasını  sübut edir.  Nəğmənin  lad- 
intonasiya  quruluşuna  diqqət  yetirsək  onun  «mi»  mayəli 
«Şur» ladı üzərində qurulmasının şahidi olarıq:


Not  misalından  göründüyü  kimi  «Şur»un  lad 
quruluşu  oktava  şəklində  yox,  kvarta  intervalı  hüdudunda 
verilmişdir.  Nəğmənin  melodik  strukturu  kvarta  intervalı 
hüdudunda  olduğu  üçün  onun  lad-intonasiya  quruluşu  da 
bu  interval  çərçivəsindədir.  Nəğmənin  lad  quruluşunun 
kvarta  intervalı  hüdudunda  olması  faktı  da  bu  nəğmənin 
qədim  folklor  nümunələrindən  olmasını  sübut  edir.  Not 
misalından  aydın  olur  ki,  «mi»  mayə,  «lya»  isə  istinad 
pərdəsidir.  Nəğmənin  2-ci  və  7-ci  xanələrində  «lya»  istinad 
pərdəsi,  1-ci,  3-cü,  4-cü,  5-ci,  8-ci və 9-cu  xanələrdə isə  «mi» 
pərdəsi özünü  funksional baxımdan göstərir.
Nəğmənin  melodik  quruluşunda  fəqət  «fa  diyez» 
tonu  işlədilir.  Bildiyimiz  kimi,  «mi»  mayəli  «Şur»  ladmın 
lad  quruluşu  «fa  diyez»  səsi  ilə  qurulsa  da,  eyni  adlı 
muğamın  quruluşunda  ayaq  verilərkən  «fa  diyez»  və  «fa 
bekar»  səsləri  bir-birini  əvəzləməklə  «mi»  səsinə  həll  olur. 
Muğamın bu  şəkildə  ifa olunmasına baxmayaraq nəğmənin 
struktur quruluşunda təkcə «fa diyez» səsi işlədilmişdir.
«Şur»  ladmın  intonasiyaları  nəğmənin  mətnindən 
irəli  gələn  istək,  diləyi  tam  şəkildə  vəsf  edir.  Şeirin 
məzmunu  nəğmənin  lad-intonasiyaları  ilə  həmahənglik 
təşkil edir və bütövlükdə bir-birini tamamlayır.
Nəğmənin  strukturu  sadə  quruluşda  olduğu  üçün 
onun  ritmik  formulları  da  «Andante»  tempində,  sadə 
şəkildə  verilmişdir.  Nəğmənin  sözlərində  işlədilən  heca 
quruluşlarından  asılı  olaraq  xanədaxili  ritmik  konfi­
qurasiyalar  yerdəyişmə  nəticəsində  bir-birini  əvəz  edir. 
Nəğmənin  1-ci,  3-cü,  2-ci,  4-cü  və  ya  5-ci,7-ci,  6-cı,  8-ci


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə