Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə28/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

Bir  musiqi  cümləsi  əsasında  formalaşan  bu  nəğmə­
nin  melodiyasının  yaranmasında  6/8,  8/8,  10/8  metrik 
ölçülərin  xüsusi  rolu  olmuşdur.  Formaca  sadə  quruluşlu 
melodiyanın  formalaşmasında  şeirin  heca  quruluşunun 
xüsusi  rolu  olmuşdur.  Melodiyanın  formayaradıcı  struk­
turunda  metroritmik  quruluş  bütün  hallarda  eyni  olaraq 
qalsa  da  8/8,  10/8  metrik  ölçülü  xanələrdə  notlarm  sayı  4- 
dən  5-ə  qədər  artırılmışdır.  Melodiyanın  arxitektonikasınm 
qurulmasında  musiqi  tonları  reçitativli  formada  işlədilmiş 
və  sekvent  yolu  ilə  yaxın  tonlara  hərəkət  etdirilmişdir.  Bu 
da  melodiyanın  intonasiyalarının  mülayim,  müraciət,  dilək 
xarakterli olmasını təmin etmişdir.
Formaca  7  xanədən,  bir  musiqi  cümləsindən  ibarət 
olan bu  havanın  ifası  yalnız  folklor  musiqi  nümunəsi  üçün 
xarakterikdir.  Burada dəyişkən ölçü özünü göstərir.
«Xırman  nəğməsi  II»  əvvəlki  xırman  nəğməsinin 
məntiqi  davamı  kimi  səslənir.  Hər  iki  nəğmədə  yelin, 
küləyin  çağrılması  əsas  motivdir.  Burada  mətnin  quruluşu 
7-lik olduğu üçün nəğmənin metroritmik strukturu eyni rit­
mik  formulla  ifadə  olunmuşdur.  Lad-intonasiya  qurulu­
şuna  görə  əvvəlki  «Xırman  nəğməsi»  ilə  eyni  olan  bu  hava 
da  «Rast»  muğamının  «Şikəsteyi-fars»  şöbəsi  əsasındadır. 
Lad-intonasiyanm  və  melodik  strukturun  eyni  formada 
olması  hər  iki  nəğmənin  eyni  mühitdə,  eyni  xırmançılar 
tərəfindən  yaradılmasını  göstərir.  Bu  nəğmənin  diapazonu 
kiçik  tersiya  (fa  diyez-lya)  həcmindədir.  Diapazonun  bu 
şəkildə  olması  nəğmənin  qədim havalar  silsiləsindən  olma­
sım  sübut  edir.  Aşağıdakı  not  misalında  təhlil  etdiyimiz


havanın lad-intonasiya quruluşunu görə bilərik:
Not  misalından  göründüyü  kimi  «fa  diyez»  tonika 
səsi,  «lya»  isə  istinad  pərdəsidir.  Nəğmənin  intonasiya 
quruluşu  klassik  nəğmələrin  forma  xüsusiyyətləri  əsasında 
yaradılmışdır.  Birinci  iki  xanədə  «lya»  istinad  pərdəsi  əsas 
funksional  əhəmiyyət  daşıyıb  «lya»  səsində  birinci  musiqi 
fikri  tamamlanırsa,  üçüncü  və  dördüncü  xanələrdə  «lya» 
istinad  pərdəsi  ilə  yanaşı  «fa  diyez»  mayə  səsi  də  özünü 
göstərir.  Belə  təqdirdə  intonasiyalar  «lya»  səsindən  «fa 
diyez»  səsinə doğru hərəkət edib mayə səsində bitir.
«Xırman  nəğməsi  II»nin  lad-intonasiya  təhlili  sübut 
edir  ki,  bu  nəğmə  qədim  ənənəyə  malik  havalardandır. 
Onun  sadə  formada  olması  bu  nəğmənin  əmək  prosesində 
yaranmasını bir daha ortaya çıxarmış olur.
Bu  hava  da  6/8  metrik  ölçüyə  əsaslanır.  Nəğmənin 
misraları  heca  quruluşuna  görə  eyni  şəkildə  bölündüyü 
üçün  nəğmənin  melodik  dilinin  ritmik  şəkli  birinci  iki 
xanənin  ritmik  formulları  əsasında  yaranmışdır.  Bu  ritmik 
struktur aşağıdakı formadadır.


Not  nümunəsində  verilən  ritmik  formullar  bütün 
nəğmənin  ritm-intonasiya  xüsusiyyətlərini  formalaşdırmış 
və nəğməyə mülayimlik xarakteri aşılamışdır.
«Xırman  nəğməsi  II»  mahnısında  yuxarıda  qeyd 
etdiyimiz  cəhətlər,  xarakterik  xüsusiyyətlər  özünü  olduğu 
kimi  göstərmişdir.  Əvvəlki  nəğmədən  fərqli  olaraq burada 
şeirin  misralarının  7 hecalı  olmasıdır  ki,  bu  da  melodiyanın 
formayaradıcı  xüsusiyyətlərinin  eyni  ritmik  şəkildə  ifasına 
geniş imkan açmışdır.
Kvadrat  period  formasında  olan  musiqi  materialı 
əsasən  4  xanədən  ibarətdir.  Melodiyanın  fakturasmda 
mövcud  olan  sonrakı  xanələr  ilkin  4  xanənin  3  dəfə 
təkrarıdır.  Forma baxımından  sadə  quruluşda olan bu  hava 
faktiki olaraq bir musiqi cümləsindən təşkil olunmuşdur.
«Sayaçı mahnısı»  kənd  mühiti  ilə  əlaqədar yaranmış 
qədim  nəğmələrdəndir.  Onun  lad-intonasiya  quruluşunu 
təhlil  etməzdən  qabaq  bu  nəğmənin  mətninin  strukturdan 
asılı  olaraq  iki  hissədən  ibarət  olmasını  nəzərə  almaq 
lazımdır.  Nəğmənin birinci hissəsi 4/4 metrik  ölçü  əsasında 
yarandığı  üçün  intonasiyaların  inkişafı  ardıcıl  olaraq 
yüksələn  xətt  üzrə  inkişaf  edib  «fa  diyez»  səsindən  «si» 
səsinə  qədər  hərəkət  edir.  İntonasiyaların  səkkizlik  notlar 
vasitəsilə verilməsi metrik ölçünün strukturundan irəli gəlir 
və mətnin heca quruluşundan asılıdır.
«Sayaçı 
mahnısı»nm 
ikinci 
hissəsinin 
tempi 
«Alleqretto»,  metrik  quruluşu  isə  6/8  ölçüdədir.  Burada 
verilmiş  intonasiyalar  faktiki  olaraq birinci  hissə  ilə  eynilik 
təşkil  edir.  Fərq,  sadəcə  metrik  ölçüdə  olduğu  üçün  ikinci
i <

t
\


hissənin  intonasiyaları  daha  oynaq  xarakterdədir,  ikinci 
hissəyə birinci hissənin variantı kimi də baxmaq olar.
«Fa  diyez»  minor  tonallığmda  oian  bu  mahnı  «Şur» 
ladı  əsasındadır.  Aşağıdakı  not  misalında  lad-quruluşuna 
diqqət yetirək:
_
ЈГ
------------ ------
Г
2
----- Ö----
iu g z r - * ----- ^
Not  misalından  göründüyü  kimi  «fa  diyez»  səsi 
mayə,  «si»  səsi  isə  istinad  pərdəsi  kimi  özünü  göstərir.  Bu 
iki  pərdə  «Şur»un  lad  quruluşuna  daxil  olub  eyni  şəkildə 
funksional əhəmiyyət daşıyır.
«Sayaçı  mahnısı»nin  təhlili  göstərir  ki,  havanın 
intonasiya quruluşu şeirin mətninin quruluşundan asılı ola­
raq  müxtəlif  templərdə  özünü  göstərmişdir.  Eyni  melodik 
quruluşa  malik  intonasiyaların  müxtəlif  templərdə  səslən­
dirilməsi  milli  musiqi  ənənəsindən  irəli  gəlir.  Yallıların, 
mahnı-rəqslərin,  dini  mövzuya həsr olunmuş meyxanaların 
oxunuşunda  eyni  melodiyanın  başqa-başqa  ritmlərdə 
səslənməsi ilə rastlaşırıq.
Nəğmənin  sözləri  iki  müxtəlif  heca  quruluşlu 
misralardan  ibarət  olduğu  üçün  bu  nəğmə  faktiki  olaraq 
ifada  iki  hissəli  formada  eşidilir.  Yəni  birinci  hissə  4/4 
metrik  ölçüdə  olub  «Andante  tempində  səslənir,  ikinci 
hissə  isə  6/8  metrik  ölçüdə  olaraq  daha  tez,  «Alleqretto» 
tempində  ifa  olunur.  Müxtəlif metrik  ölçülərə  əsaslanan  bu 
nəğmə  ayrı-ayrı  ritmik  formullardan  təşkil  olunmuşdur. 
Aşağıdakı not nümunəsində bunu görə bilərik:


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə