Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə29/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

Not  nümunəsindən  gördüyümüz  kimi  nəğmənin 
birinci  hissəsi  sadə  səkkizliklərlə  ifa  olunursa,  onun  ikinci 
hissəsi 6/8-in ritmik formulları əsasında ifa olunur.
Sayaçı  nəğməsinin  ritmik  xüsusiyyətlərinin  araşdırılması 
sübut  edir  ki,  musiqi  materialının  ritm-intonasiyaları  şeirin 
heca  quruluşları  ilə  sıx  bağlıdır.  Bunun  nəticəsidir  ki, 
havanın  birinci  hissəsində  səkkizlik  notlar  sadə  şəkildə, 
eyni  uzunluqda  ifa  olunduğu  təqdirdə,  ikinci  hissədə  6/8 
metrik  ölçüyə  əsaslanan  ritmik  formullar  əsasında  çalınır. 
Xalq  mahnı-rəqslərində  ifa  zamanı  ritmik  formulların 
dəyişməsi  prosesi  Naxçıvan  bölgəsinin  folkloru  üçün 
xasdır.
Bu  mahnının  mətnində  də  şeirin  misralarının 
quruluş  sxemindən  asılı  olaraq  melodiyanın  formayaradıcı 
xüsusiyyətləri,  xüsusən  də  metroritmik  komponentlər 
dəyişmiş  şəkildə  özünü  göstərmişdir.  «Candı  qoyunun 
gəlini»  8  hecalı  şeirin  melodik  quruluşu  4/4  metrik  ölçüdə, 
səkkizlik  notlarının  ardıcıl  olaraq  eyni 
uzunluqda 
işlədilməsi  ilə  melodiya  yaradılmışdırsa,  «Canım  a  qəmər 
qoyun»  7 hecalı  şeirin  əsasında  olan  melodik  struktur 6/8-ə 
əsaslamr  və  şeirin  misralarında  hecalarm  ritmoformulları 
ilə  melodiyanm  oynaqlığı,  bir  qədər  də  cazibədarlığı 
həmahənglik  təşkil  edərək  əvvəlkindən  fərqli  səpkidə 
melodik dili formalaşdırmışdı.
«Sayaçı  mahnısı»nm  musiqi  formasını  təhlil  edərkən


onun  mətn  quruluşuna  diqqət  yetirmək  lazımdır.  Məz­
munca  eyni  olan,  lakin  şeir  strukturuna  görə,  biri  8  hecalı, 
digəri  7  hecalı  iki  şeir  əsasında  yaradılmış  bu  havanm 
birinci  hissəsi  4/4,  ikinci  hissəsi  isə  6/8  metrik  ölçüdədir. 
Hər  iki  hissənin  musiqi  forması  hər  biri  4  xanədən  təşkil 
olmuş  sadə  quruluşda  olan  bir  musiqi  cümləsindən 
ibarətdir.
Təhlillər  sübut  edir  ki,  bu  nəğmələr  qədim  ənənəyə 
məxsus havalardandır.
Mərasim nəğmələrində iad-intonasiya, metroritm,
melodik dil və forma
Mərasim  nəğmələri  xalqın  məişətində  mövsüm 
nəğmələrinə nisbətən daha  çox yayılmış və  onlardan mütə- 
madi  şəkildə  hər  il  ayrı-ayrı  mərasimlərin  keçirilməsində 
istifadə  olunur.  Bu  tip  nəğmələr  sosial-psixoloji mühitlə  sıx 
bağlı  olduğu  üçün  sadə  insanların  məişətinə  daha  çox 
nüfuz etmiş və bununla da xalq tərəfindən sevilə-sevilə  icra 
edilmişdir.
Naxçıvanda  mərasim  nəğmələri  arasında  «Kosa- 
kosa»,  «Qodu-qodu»,  «Xarıbəzəmə»,  «Can  gülüm»,  «Üzər- 
liksalma»,  «Anayla  qız»,  «Çobanla  qız»,  «Gəlinlə  qaynana» 
və  s.  göstərmək  olar.  Adları  çəkilən  mərasim  nəğmələrinin 
musiqi materialı tərəfimizdən toplanılıb nota salınmış və ilk 
dəfə  olaraq  tədqiqata  cəlb  olunmuşdur.  Mərasim  nəğmə­
lərinin İad-intonasiya xüsusiyyətlərinə diqqət yetirək:
«Kosa-kosa»  mərasim  nəğməsi  Novruz  bayramı


günlərində  ifa  edilən  ənənəvi  mahnı-rəqslərimizdəndir. 
«Kosa-kosa»  nəğməsi  Novruz  şənliklərində,  kənd  və 
şəhərlərdə  i ta  olunduğu  üçün  müxtəlif  interpretasiyalarda 
təqdim  edilir.  Kənd  yerlərində,  xüsusən  də,  ucqar  kənd­
lərdə  sadə  əmək  adamları  xalq musiqi  alətlərinin  müşayiəti 
olmadan  «Kosa-kosa»  nəğməsinin  6/8  ritmini  ayrı-ayrı 
əşyalarda  səsləndirərək  bu  nəğməni  deklamasiya  forma­
sında  ifa  edərdilər.  Buna  nümunə  olaraq  göstərə  bilərik  ki, 
eyni  musiqi  tonu  üzərində  ifa  edilən  «Kosa-kosa»  ancaq 
ritmik formada özünü  göstərmiş olur.
«Kosa-kosa»  nəğməsinin  lad-intonasiya  qurulu­
şunun  təhlili  göstərir  ki,  bu  havanın  ifasında  melodik  xətt 
özünü  aydın  göstərmədiyi  üçün  onun  intonasiyalarmm 
hansı  lad  üzərində  qurulmasını  müəyyən  etmək  bir  qədər 
çətinlik törətmişdir.
Kənd  yerlərində  «Kosa-kosa»nm  ritmik  şəkildə  ifası 
ilə  yanaşı  «Xıdır  İlyas»  nəğməsini  də  oxuyardılar.  Bu  hava 
də  ritmik  şəkildə  ifa  olunduğu  üçün  onun  intonasiya 
xüsusiyyətləri  «Kosa-kosa»da  olduğu  kimi  eyni  musiqi 
tonuna  əsaslanır.  Bu  mahnı-rəqs  kənd  mühitində,  şəhərdə 
bir-birindən iərqli şəkildə geniş ifa  olunur. Kənd mühitində 
əksər  hallarda  bu  mahnı-rəqs  reçitativli  şəkildə  ifa 
olunursa,  şəhər  mühitində  musiqiçilərin  müşayiəti  altında 
həmin hava  melodik  formada  oxunur.  Hər iki  halda  ritmik 
formullar  olduğu  kimi  qaldığı  üçün  mahnı-rəqsin  ritmik 
konfiqurasiyalarını eyni xətt üzərində göstəririk:


Naxçıvanda  ifa  edilən  «Kosa-kosa»  nəğməsində 
reçitativli-deklomasiya  üslubuna  rast  gəlirik.  Hərçənd  ki, 
bu  nəğmənin ifasında  əvvəlki səkkiz xanədə  «re»  tonlarının 
ardıcıl ifası  zamanı  «mi  bemol»  və  «fa  diyez»  səslərinə olan 
keçidlərə  rast  gəlirik.  Lakin  onu  da  qeyd  edək  ki,  bu 
nəğmənin  melodik  şəkildə  ifası  demək  deyil.  Bu  nəğmədə 
«fa  diyez»  səsi  sıçrayışlı  şəkildə  işlədildiyi  üçün  nəğmənin 
lad  quruluşunu  göstərmək  olmur.  Bildiyimiz  kimi  nəğ­
mənin  lad  quruluşunu  gösətərən  zaman  nəğmənin  diapa­
zonu 
hüdudunda  bütün  səslər  ardıcıl  olaraq  göstəril­
məlidir.
İntonasiyaların  dəyişməsi  nəticəsində  ifada  melo­
diklik, melodik xətt yaranır.  Əlbəttə, bu rəqsin ifasında əsas 
məqsəd  oynaq  ritmik  komponentlərlə  mərasim  iştirak­
çılarını  əyləndirmək  və  onlara  kosanın  oxuduğu  şeirin 
məzmununun çatdırılmasıdır.
«Kosa-kosa»  mərasim  nəğməsinin  ifasmda  melodiya 
səslənmədiyi  üçün  burada  forma  təhlilindən  danışmaq 
olmaz.
«Qodu-qodu»  mərasim  nəğməsi  ən  qədim  nəğmə- 
lərdəndir.  Günəşin  çağrılması  mərasimi  ilə  bağlı  olan  bu 
nəğmə  Naxçıvanda  geniş  şəkildə  ifa  edilir.  Bu  nəğmənin 
lad  strukturu  ilk  üç  xanədən  özünü  göstərir.  Nəğmənin 
melodik  ifadə  forması  bir  qədər  oynaq,  şən  əhval-ruhiyyəli


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə