Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə24/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

dəyişməmişdir.  Buradakı  bəndlərin  axırıncı  misrası  «Ney­
lədi  baxtı  qaranı?»  sözləri  ilə  tamamlanır.  Sözsüz  ki,  şeirin 
belə  fərqli  quruluşu  mahnının  melodik  quruluşuna  da  öz 
təsirini  göstərmişdir.  Deməli,  «Apardı  sellər  Saranı»  xalq 
mahnısının başqa bir variantı da mövcuddur:
Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı qaşdı.
Ala gözdü, qələm qaşlı,
Apardı sellər Saranı,
Neylədi baxtı qaranı?
Arpa çayı dərin olmaz,
Axar suyu sərin olmaz.
Sara kimi gəlin olmaz,
Apardı sellər Saram,
Neylədi baxtı qaranı?
Qarağac kökün qırılsın,
Dibinə balta vurulsun.
Cilovdar, əlin qurusun,
Apardı sellər Saram,
Neylədi baxtı qaranı?
Arpa çayı düşüb oda,
Yaradan yetişsin dada.
Sarı başmax üzür suda,
Apardı sellər Saram,
Neylədi baxtı qaram?


Sel Saraya oldu yağı,
Su bürüdü solu-sağı.
Yasa batdı toy otağı,
Apardı sellər Saranı,
Neylədi baxtı qaranı?
Gedin deyin XanÇobana 
Gəlməsin bu il Muğana.
Muğan batıb nahaq Qana,
Apardı sellər Saranı,
Neylədi baxtı qaranı? ( 53, s.300-301) 
«Apardı  sellər  Saranı»  xalq  mahnısı  öz  melose- 
mantik,  metroritmik  struktur  quruluşunu  zəngin  aşıq 
yaradıcılığından  götürüb.  Mahnının  melodik  dili  aşıq 
havacatları  üslubunda  olduğu  üçün  onun  ilk  yaradıcısının 
da xalq içindən çıxmış və aşıq yaradıcılığına dərindən bələd 
olan bir  şəxsin yaratması  ehtimalı  daha  güclüdür.  Bu  fikrin 
doğru  olmasını,  mahnının  metroritmik  struktur  qurulu­
şunun  da  aşıq  yaradıcılığından  götürülməsi  faktı  təsdiq 
edir.  Tədqiq etdiyimiz  mahnının melodik  quruluşunun,  səs 
sisteminin xalis kvarta intervalı həcmində olması sübut edir 
ki,  bu  mahnı  qədim  ənənələrimizdən bizə  miras  qalmışdır. 
Mahnının  melodik  strukturu  mülayim  səs  dinamikası 
əsasında  qurulmuşdur.  Yəni,  başqa mahnılara  xas sıçrayışlı 
tonlar,  melodiyanın  sərt  üfüqi  istiqamətdə  yuxarı  hərəkəti 
burada  izlənilmir.  Melodik  inikşaf  sadə,  sakit  tərzdə  olub 
ton-ton  sekventvari  inkişaf  istiqaməti  ilə  aşağı  səslərə 
hərəkət  edərək  öz  inikşafını  tapır.  Melodiya  «Segah»


muğamının  və  ya  mahnının  əsas  pilləsi  (mayəsi)  olan  səs 
tonunun  üst  kiçik  tersiya  intervalı  ilə  başlayır.  Melodik 
dilin  struktur  semantik  quruluşunda  həm  muğam,  həm  də 
aşıq  musiqi  ünsürlərinin,  ifadə  vasitələrinin  olması  bu  ha­
vanın melodik  dilinin  ahənginə,  onun harmonik  çalarlığma 
müsbət  təsir  göstərmişdir.  Adətən  mahnıların  melodik 
dilinin  zənginliyinə  bir  neçə  amil  və  ifadə  vasitələrinin 
istifadə  formaları  təsir  göstərir.  Bunlar  aşağıdakılardan 
ibarətdirlər:
1. Melodik  dilin  zənginləşməsi  prosesi  ilkin  olaraq 
lad-intonasiya çeşidlərinin rəngarəngliyindən,  seçim forma­
sından asılıdır.
2. Melodik  dilin  formalaşmasına  mahnının  metrik 
və ritmik struktur  forması öz təsirini göstərir.
3. Melodik dilin zənginliyi onun,  ənənəvi musiqinin 
hansı  janr  formasından  əxs  olunması  ilə  də  ölçülür.  Yəni 
xalq  mahnısının  musiqi  dili  milli  olub  hansı  örnəkdən- 
folklor  musiqisindən,  muğam  və  ya  aşıq  sənətinə  məxsus 
ifa üslublarından götürülməsi ilə də seçilir.
«Apardı  sellər  Saranı»  xalq  mahnısının  melodik 
dilində  aşıq  intonasiayaları  ilə  yanaşı  muğam  ifa  mədə­
niyyətinə xas spesifik cəhətlər də vardır. Buna görə də onun 
musiqi  dilinin  harmonik  dili  öz  zənginliyi  ilə  başqa  aşıq 
havacatları  üstündə  olan  mahnılardan  seçilir.  Məsələn; 
mahnı «Segah»m mayə pərdəsinin üst kiçik tersiya intervalı 
olan səsdən başlayarkən  mayənin kvinta  aşağı pərdəsindən 
(mayənin  üst  kvartasının  oktava  aşağı  səsi)  ton-ton  aşağı 
enməklə  müxtəlif  səsaltı  eedisləri  edib  melodivanı  har-
Г


monik  baxımdan  zənginləşdirmək  olar.  Adətən  belə  gediş­
ləri  muğam  intonasiyaları  ilə  zəngin  olan  ifa  üslubunda 
etmək  daha  da  münasib  olur.  Melodik  dilin  harmonik 
müşayiətində  isə  həm  aşıq  harmonik  ifa  metodlarından 
(kvarta-kvinta  quruluşlu  akkordların  bir  yerdə  ifası),  həm 
də  muğam  ifaçılığmdan  irəli  gələn  harmonik  səslənmədən 
istifadə etmək olar.
«Apardı  sellər  Saranı»  xalq  mahnısının  poetikasının 
və  melosemantikasınm  təhlili  göstərdi  ki,  Azərbaycanın 
mühüm  strateji  bölgəsi  sayılan  Naxçıvanın  musiqi  folkloru 
janrları 
arasında 
lirik-məhəbbət 
mövzusunda 
olan 
mahnıların  bədii-estetik  təcəssümü  zəngin  folklor  ənənəsi 
üzərində  qurulmuşdur.  Təhlillər  nəticəsində  əldə  edilən 
faktlar  bir  daha  sübut  edir  ki,  Naxçıvanın  zəngin  folklor 
mühiti  var  və  bunun  folklorşünaslıq  və  musiqişünaslıq 
baxımmdan araşdırılması xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan  folklorunun  unikal cəhətlərindən biri odur 
ki,  o  özünün qədim  ənənələrini  qoruyub  saxlamaqla yanaşı 
onların  bir  qisminin  qonşu  ölkələrin  folkloruna  təsirini  də 
təmin  etmişdir.  Adətən  böyük  mədəniyyət  və  ya  zəngin 
milli  dəyərləri  olan  xalqm  folklor  nümunələri  qonşu 
xalqların mədəni həyatında öz əksini tapır. Bunu akademik, 
şərqşünas  N.İ.Konrad  belə  izah  edir  və  yazır  ki,  «hər  bir 
xalqm  tarixi  həmişə  onun  qonşusunun  tarixi  ilə  əlaqədar 
olmuşdur.  Bu  əlaqə  əlbəttə,  xarakterinə,  intensivliyinə  və 
əhəmiyyətinə  görə  çox  müxtəlif  ola  bilər,  bununla  belə  bu 
həmişə  mövcud  olmuşdur.  Ona  görə  də  xalqların  tarixində 
ümumi  tarixi  həyat folklorları  var.  Belə  ümumilik  ilk  əvvəl


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə