Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

şəkildə  görünür.  Bunun  da  musiqi  alətlərinin  iştirakı 
olmadan  iştirakçıların  bu  oyunu  reçitativ  şəkildə  ifa  etməsi 
və  beytlərin  çoxluğu  onun  silsiləvi  formada  olmasını  əyani 
olaraq  göstərdi.  Mahnı-rəqsin  yumor,  zarafat,  məişət 
mövzusu  əsasında  olması,  ilk  növbədə  onun  icraçılarının, 
ümumiyyətlə,  regionun  ictimai-sosial  psixoloji  mühitinin 
davranış  formulunun  meyarı  kimi  qiymətləndirilməlidir. 
Regionda  «Haxışta»larm  və  «Gülümeylər»in  musiqi  folk­
lorunda  geniş  intişar  tapması  Naxçıvanın  zəngin  mədəni 
irsini,  folklor  mühitini  göstərir və  bir  daha  faktların  dili  ilə 
onun janr tiplərinin çoxluğunu,  rəngarəngliyini təsdiq edir.
Naxçıvan  folklorunda  rəqs  musiqi  janrlarının  təhlili 
göstərir  ki,  bölgədə  çox  zəngin  rəqs  nümunələri  və  janrları 
vardır.  Bunların  rəngarəngliyi  ənənənin,  keçirilən  məra­
simlərin  müxtəlifliyi  və  çoxplanlılığıdır.  Təhlillərin  nəticəsi 
kimi  qeyd  edək  ki,  bölgənin  musiqi  folklorunda  aşağıdakı 
rəqs  janrları  (B.Hüseynlinin  təsnifatına  əsasən)  mövcud 
olmuşdur:
1. Ənənəvi rəqslər.
2. Məişət rəqsləri.
3. Zəhmət rəqsləri.
4. Qəhrəmanlıq, hərbi  və idman (zorxana)  rəqsləri.
5. Yallı oyun rəqsləri
ö.Müxtəlif mövzularla bağlı xalq rəqsləri
Qeyd  olunan  janrlar  da  formaca  bir  sıra  janrları 
yaratmış  və  onların  regionun  folklorunda  rolunu  və  əhə­
miyyətini artırmışdır. Belə ki, ənənəvi rəqslər eyni zamanda


ənənəvi  mahnı-rəqslərin  meydana  çıxmasına  geniş  şərait 
yaratmışdır.
1.  Ənənəvi  mahnı  və  rəqslər  yerli  folklor  mühitində 
özünü iki növdə göstərmişdir.
a)  Ənənəvi mərasim, etiqad mahnı və rəqsləri,
b)  Ənənəvi bayram,  toy mahnı, oyun və rəqslər.
2.  Məişət  rəqsləri  janr  etibarı  ilə  aşağıdakı  janrların 
meydana çıxmasını şərtləndirmişdir:
a) Uşaq-gənclik mahnı və rəqsləri.
b) Lirik rəqslər.
c )  Qafqaz rəqsləri  adı  ilə  tanınan Qaytağı,  Ləzginka, 
Şalaxo və s.
ç) Zarafat və yumorlu rəqslər
3.  Zəhmət  rəqsləri  də  janr  etibarı  ilə  aşağıdakı  janr 
növlərinə ayrılmışdır.
a)  Mövsüm  ayinlərində  ifa  olunan  rəqslər  və  mahnı- 
rəqslər.
b)  Zəhmətlə bağlı məişət rəqsləri və mahnı-rəqslər.
4.  Qəhrəmani,  idman  rəqsləri  də  janr  etibarı  ilə 
aşağıdakı növlərə ayrılır.
a)  Epik  qəhrəmani  rəqslər  və  mahnı  rəqslər.  Bura 
eyni  zamanda  aşıq  yaradıcılığından  məlum  olan  Koroğlu, 
Cəngi havaları da daxildir.
b)  Zorxana  rəqsləri  və  mahnı-rəqsləı*.  Zurna,  Tulum 
alətlərinin  ifasında  mövcud  olan  rəqslər  və  mahnı  rəqsləri 
qeyd etmək olar.
5.  Yallı  rəqsləri  iki  növ  yallı  janrının  meydana 
çıxmasını şərtləndirmişdir.


a) Vokal, instrumental  və vokal-instrumental yallılar.
b) Bir neçə hissəli yallıbaşı mahnı-rəqslər.
6. 
Müxtəlif  məişət  rəqsləri  özünün  növlərinə  görə 
rəngarəngdir.  Bunların  arasında  qadınlar  üçün  olan  lirik 
rəqsləri,  kişilər  üçün  olan  cəld  rəqsləri,  mahnı-rəqsləri, 
oyun-mahnı-rəqsləri göstərmək olar.
Rəqs  janrının  təhlili  bir  daha  sübut  etdi  ki,  bölgədə 
çox  zəngin  rəqs  musiqi  ənənəsi  olmuşdur.  Onun  hər  bir 
janrı  özünün  forma,  üslub  xüsusiyyətlərinə  görə  bir- 
birbirindən fərqlidir.
Xalq mahnıları.
Naxçıvanın  zəngin  folklor  irsi  əsasən  Muxtar 
Respublikanın  altı  bölgəsində-  Naxçıvan  şəhəri,  Babək, 
Şərur,  Ordubad,  Şahbuz,  Culfa  rayonları  və  onları  əhatə 
edən  inzibati  ərazilərdə  cəmləşmiş  və  hər biri  özünün  for­
ma,  ifa  və  janr  xüsusiyyətlərinə  görə  bir-birindən  fərq­
lənmişdir.  Mahiyyətcə  eyni  prinsipə  xidmət  edən  musiqi 
folkloru  janrları  yaramb  inkişaf  etdiyi  bölgənin  sosial- 
mədəni,  coğrafi  mühitinə  uyğun  və  yerli  əhalinin yaşatdığı 
dialektin,  məişətin  spesifik  xüsusiyyətlərini  özündə  kon­
servativ  şəkildə  qoruyub  saxladığı  üçün  onun  bir  çox  ifa, 
üslub  cəhətlərini hifz etmiş və bununla da folklor mühitləri 
arasında mövcud olan incə fərqləri meydana çıxarmışdır.
Naxçıvanın  zəngin  folklor  janrları  arasında  xalq 
mahnıları  xüsusi  yer  tutur.  Janr  rəngarəngliyinə,  forma  və 
bədii  ifa  xüsusiyyətlərinə  görə  seçilən  xalq  mahnıları,


regionun  bir  çox  nadir  milli  ənənəsindən  irəli  gələn 
cəhətləri  özündə  ehtiva  etmişdir.  «Xalq  mahnısı-bədii 
ədəbi-musiqili  əsərdir.  O,  öz bünövrəsində  mətnə  malikdir, 
hansında  ki,  məzmunun  məna  ifadəsi  özünü  tapır»  -deyən 
musiqişünas V.Belyayev sonradan  Azərbaycanın çox qədim 
və  zəngin  musiqi  yaradıcılığında  xalq  mahnılarının  böyük 
məna  kəsb  etdiyini  göstərir.  (108,  s.108-132)  və  başqa 
əsərində  qeyd  edir  ki,  «Azərbaycan  xalqının  formalaşması 
prosesini,  onun  həyatını  yə  xarakterini  parlaq  şəkildə  əks 
etdirən  məzmun  və  forma  cəhətdən  olduqca  zəngin  olan 
xalq mahnılarıdır»  (109, s.6).
Naxçıvan  folklorunda  yerli  məişət  və  milli  adət- 
ənənənin  bəzi  xüsusiyyətləri  keçirilən  mərasimlərin  mətn 
strukturunda, onun məzmununda öz əksini  tapmışdır.  Xalq 
mahnılarının  mətn  strukturunu  təhlil  edən  prof.  M.Cəfərli 
göstərir  ki,  onlar  poetik  semantik  estetikanın  qüsursuz 
örnəkləridir  və  sonradan  qeyd  edir  ki,  «...nəzərdən 
keçirdiyimiz  nümunələr  bütün  zəngin  semantikası  ilə 
Naxçıvan  xalq  mahnılarının  cüzi  bir  hissəsini  təşkil  edir. 
Lakin  onların  təhlil  olunması  mahnı  janrının  poetik- 
semantik  xüsusiyyətləri  ilə  bağlı  çox  dəyərli  elmi  bilgilər 
təqdim  edir»  (28,  s.29).  Bu  fikri  bir  növ  davam  etdirən 
musiqişünas  D.Məmmədbəyov  yazır  ki,  «Mahnıların  mətn­
ləri  rəngarəng  metaforalarla,  cəsarətli  qiperbolalarla  zən­
gindir. Onlara xüsusi koloriti  təbiət obrazları ilə müqayisəsi 
verir...Şərq  poeziyasının  parlaq  möhürü  əsasən  dilin, 
obrazların  və  ədəbi  ifadələrin  üzərinə  düşür.  Azərbaycan 
dilinə  məxsus  spesifik  sözlərə  tez-tez  rast  gəlmək  olur  ki,


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə