Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə19/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

Bu  baxımdan  Naxçıvan  folklorunun  öyrənilməsində  yallı 
janrının  spesifik  xüsusiyyətlərini  nəzərə  alaraq  onların 
geniş  planda  həm  mətnlərinin  poetik-semantikası,  həm  də 
melodik  dilin  melopoetik  səciyyəsi  öyrənilməlidir.  Yallı 
rəqslərinin  mətnlərinin  ayrı-ayrılıqda  təhlilləri  göstərir  ki, 
mövzu  baxımından  rəngarəng  olan  yallıbaşılarda  mövsüm, 
mərasim,  məişət,  əmək-zəhmət,  lirik-qəhrəmanlıq motivləri 
geniş  və  əhatəlidir.  Elə  bu  faktın  özü  bu  tip  mahnı-rəqs 
nümunələrinin,  janrının  qədimliyinə,  xalqm  məişətində 
özünə dərin kök salmasına dəlalət qazandırır.
Yallı  rəqsi  kütləvi  formada  olduğu  üçün  o,  insanlara 
xüsusi  şən  əhval-ruhiyyə  aşılayır.  Ayrı-ayrı  mərasimlərdə 
ifa  edilən  yallılar  geniş  xalq  kütləsi  tərəfindən  rəğbətlə 
qarşılanır və  onun  ifası artıq təkcə  Naxçıvanda  deyil,  bütün 
Azərbaycanda  ənənə  şəklini  almışdır.  Yallıların  janr 
xüsusiyyətlərinin  araşdırılması,  belə  nəticəyə  gəlməyə  əsas 
verir  ki,  onlar  psixoemosional  cəhətlərinə  görə  xalq  kütlə­
lərində  birlik,  kollektiv  düşüncə  formasını,  mehribançılıq 
hisslərini və milli birlik təfəkkürünü formalaşdırır.
Burada  bir  cəhəti  də  xüsusi  olaraq  qeyd  etmək  is­
tərdik.  Bütün  rəqslərinin  instrumental,  vokal-instrumental, 
bəzi  hallarda  isə  təkcə  vokal  müşayiətlə  ifa  olunmasını 
nəzərə  alsaq  həmin  rəqslərin  ifasının  müxtəlif  forma  və 
üslub cəhətlərinin də şahidi olmuş olarıq.
Naxçıvanda geniş yayılmış mərasim musiqi folkloru 
nümunələri  arasında  xalq  mahnıları  və  onlarm  arxaik 
tipləri  olan  «Haxıştalar»m  və  «Gülümeylər»in  də  regional 
folklorun  araşdırılmasında  xüsusi  əhəmiyyəti  vardır.


Tipoloji  və  janr  xüsusiyyətlərinə  görə  eyni  olan  bu  mə­
rasim  mahnı-rəqsləri  geniş  kütlə  üçün  nəzərdə  tutul­
muşdur.  «Haxışta»lar  toy  mərasimi  günü  və  ya  el  şənlik­
lərində  ifa  olunardı.  Naxçıvan  folklorundan  fərqli  olaraq 
Ermənistanda  yaşamış  soydaşlarımızın  keçirdiyi  məra­
simlərdə  «Halay»lar da olmuşdur. Hər iki mahnı-rəqs janrı 
forma  və  məzmununa  görə  eyni  xüsusiyyətlərə  məxsus­
dur.  Bu  mahnı-rəqslərin əsas ifaçıları toy mərasiminə və ya 
el  şənliyinə  toplaşmış  qız-gəlinlər  idi.  «Haxışta»ları  ifa 
edən  gənc  qızlar  və  gəlinlər  iki  qrupa  bölünərək  üz-üzə 
durur və bir-birinin əlindən tutardılar. Bu oyuna girənlərin 
sayı  hər  tərəfdə  6  nəfərdən  10  nəfərə  qədər  olardı, 
«...əsasən,  Naxçıvanda  və  İrəvan  çuxurunda  yayılmış  bu 
oyun  daha  çox  halay  oyununu  xatırladırdı»  (53,  s.394)  - 
deyən folklorşünas-alimlərdən H.İsmayılov və  Ə.Ələkbərli 
sonradan  göstərirlər  ki,  hər  iki  dəstənin  iştirakçıları  növbə 
ilə  «haxışta»  sözü  ilə  bitən  bir  bayatı  oxuyar  və  hər 
misradan  sonra  o  biri  dəstə  üzvləri  «haxışta»  sözünü 
təkrar edərək,  əl çala-çala bir ayaq üstə atılıb-düşər və rəqs 
edərdilər. 
Rəqs  musiqisinin  klassifikasiyasım  verən 
musiqişünas-bəstəkar  B.Hüseynli  yazır  ki,  «janr  etibarilə 
«Halay»  bir  neçə  rəqs-mahnısmdan  ibarət  silsiləvi  vokal- 
xoreoqrafik  formadır.  «Halay»  iki  dəstənin  bir-birini 
oxuyub  oynamaqda  təqib  edərək  yamsılama  üsulunda  ifa 
olunur.  Məzmun  etibarilə  «Halay»  məişətin  müxtəlif 
cəhətlərini-zəhmət,  yarış,  məhəbbət,  ailə  və  başqa  motiv­
ləri tərənnüm edir»  (48, s.87).
Aparılan  araşdırmalar  nəticəsində  məlum  olur  ki,


«Haxışta»  sözü  Naxçıvanın  müxtəlif  bölgələrində  «Hakış- 
ta»,  «Hakuşqa»  kimi  də  ifadə  olunur.  «Haxıştalar»m  ifa­
sında  adətən  musiqi  çalmmaz.  İştirakçılar  mahnı-rəqsin 
sözlərini  bayatının  oxunuşundan  yaranan  ritmik  formullar 
əsasında  reçitativ  şəkildə  oxuyarlar.  Rəqsin  ritmini  isə  əli 
ələ vurmaqla tutarlar.
«Haxışta»  mahnı-rəqsləri  məzmuna  görə  yumoristik, 
zarafat,  bir-birinə  söz  atmaq  üzərində  qurulduğu  üçün 
bayatının  sözləri  çox  kupletli  formada  olar.  Bu  da  malını- 
rəqsin  silsiləviliyini  ortaya  çıxarır.  Dörd  misralı  baya­
tılardan  tərtib  olunmuş  «Haxıştalar»m  sözləri  əsasən yeddi 
hecalı şeir əsasında yaradılmış və struktur quruluşuna görə 
aaba  formasında  olmuşdur.  Aşağıda  göstərilən  nümunədə 
sətr  daxili  sözlərin  heca  quruluşları  müxtəlif  olduğu  üçün 
onlar  ayrı-ayrı  ritmik  formullar şəklində  reçitativ  olaraq  ifa 
edilmişdir:
Oğlan, adın Əlidi,
Qollarm düyməlidi,
• •
Ozün qəşəy oğlansan, 
Hayıf, anan dəlidi.
2+2+3  haxışta, 
3+4 
haxışta, 
2+2 + 3  haxışta, 
2+2+3  haxışta.
Yaşıllar,  a yaşıllar, 
Divardan boylaşıllar, 
Bu tayfanın qızları, 
Ər üstə savaşıllar.
3+1+3  haxışta, 
3+4 
haxışta, 
1+3+3  haxışta, 
1+2+4  haxışta.
Mətnin  struktur  quruluşundan  göründüyü  kimi


bayatının  hər  sətri  ayrı-ayrı  ölçülərdə  olan  hecalardan 
ibarətdir.  Mətnin  poetik-semantik  quruluşu  isə  qeyd  etdi­
yimiz  kimi  zarafat,  məhəbbət,  yumor  ilə  zəngin  olan  motiv 
əsasındadır.  «Haxıştalar»m  reçitativli  oxunuşundan  əmələ 
gələn  metroritmik  formullarla  tədqiqatın  ikinci  fəslində 
tanış olmaq olar.
Naxçıvanın  mərasimlərində  ifa  edilən  növbəti  mah- 
m-rəqs janrı «Gülümeylər»dir. 
Bu  janrın  poetik-semantik 
strukturu da toy-düyünlərlə, zarafat, məhəbbət motivləri ilə 
bağlıdır.
Oyunun  ifa  forması  «Haxıştalar»da  olduğu  kimidir. 
Fərq  sadəcə  bayatının  hər  misrasının  sonunda  ikinci 
dəstənin  üzvləri  «haxışta»  əvəzinə  «gülüm  hey»  sözlərini 
deyib  rəqs  edirlər.  Aşağıdakı  nümunədə  deyilən  fikirlərin 
təsdiqini tapa bilərik:
Baxçamızda nar şirin, 
gülüm hey,
Heyva şirin, nar şirin, 
gülüm hey,
Sağ olsun qohum-qardaş, gülüm hey,
Hamısından yar şirin,
Əzizinəm halalam, 
Dilim yoxdu, ha lalam, 
Hamıya haram olsam, 
Yarım üçün halalam.
gülüm hey.
gülüm hey, 
gülüm hey, 
gülüm hey,
gülüm hey.  (10,  s.294).
«Gülümeylər»dən  göstərilən  nümunədə  mahnı-rəqs 
janrının  mətn  strukturu,  onun  poetik  təcəssümü  aydın


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə