Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

- Dedi,  nədir biçarə?
- Dedim, biçarəyə çarə.
- Dedi, məməli üzərlik,
Dibi kölgəli üzərlik,
Dər sal oda çatlasm,
Yaman gözlər pırtlasın.
Bir, iki, üç, dörd, beş, altı, yeddi,
Qada-bəla bizdən getdi.
Üzərliyim çırtladı,
Yaman gözlər pırtladı.
Başı börklü üzərlik,
Köməcli, köklü üzərlik.
Səni salıram bu oda,
Görsət hökmün, üzərlik (10, s.15).
Qeyd  etmək  istərdik  ki,  «Üzərliksalma»  mərasimi 
təkcə  Naxçıvanın musiqi  folkloru  ilə  bağlı  deyil.  Bu  folklor 
nümunəsi  Azərbaycanın  bütün  ərazilərində  bir  ənənə 
oldaraq öz arxaikliyini saxlamışdır.
«Üzərliksalma»  mərasimində  oxunan  nəğmənin 
adətən  7 hecalı  olması  (bəzi  misralar  8  hecalıdır)  və  şeirin 
məzmunundan  irəli  gələn  ahəngin  sakit,  lirik  formada 
oxunması  onu  göstərir ki,  bu  tip  musiqi  havaları  ev və ya 
qapalı,  bağlı  məkanda  oxunardı.  Bu  sahədə  apanlan 
müşayiətlər  göstərir ki,  üzərliksalma  mərasimində oxunan 
nəğmələr 
qadınlar 
tərəfindən 
müşayiətsiz 
şəkildə 
oxunardı.  Adətən bu tip nəğmələr  bir neçə qadının yığışıb


üzərliksalma  prosesində  xor,  yəni  birsəsli  formada  olan 
nəğmənin  kütləvi  oxunması  ilə  icra  olunurdu.  Bu  cür nəğ­
mələr  psixoemosional  baxımdan  insanlara  ümid  vermə, 
onları  bədnəzərdən  qorumaq  əhval-ruhiyyəsi  aşıladığı 
üçün  müsbət  təsir  edirdi.  Mərasimin  sonunda  insanlar 
özündə  müəyyən  yüngüllük  hiss  etməklə,  yüksək  əhval- 
ruhiyyəyə  sahib  olurdular.  Belə  ayinlərdə  həm  musiqinin 
emosional  təsir  gücü,  həm  də  mərasimin  öz  ab-havası 
insanlara  yaşamaq  eşqi  aşılayırdı,  onları  harmonik 
cəhətdən kökləyirdi.
Naxçıvanın  mərasim  nəğmələri  içərisində  mahnı- 
dialoq  formasında  olan  çoxlu  lirik  mahnılara  da  rast 
gəlinir.  Belə  mahnılar  əsasən  toy-düyünlərdə  və  ayrı-ayrı 
mərasimlərdə ifa olunur. Bu  tip mahnılar təkcə xalq mahnı 
yaradıcılığı üçün xas  deyil. Aşıq yaradıcılığında da mahnı- 
dialoq,  deyişmə  ifa  formalarına  rast  gəlinməsi  bu  janrın 
məişətdə  geniş  yayılması  və  xalq  tərəfindən  sevilməsi  ilə 
izah  olunur.  Bunu  şərh  edən  V.Belyayev  yazır  ki, 
«Azərbaycanın  məişət  nəğmələri  arasında  başqa  xalqlarda 
olduğu  kimi  gənc  oğlan  və  qızlar  və  ya  bir  qrup  oğlan  ilə 
qızlar  arasında  öz  lirikliyi,  zarafatyanalığı  ilə  seçilən 
mahnı-dialoqa  da  rast  gəlinir»  (109,  s.19).  Mahnı-dialoqlar 
janr etibari ilə üç formada özünü göstərir:
1.  Reçitativ  və  melodik  ifa  formasında  olan  mahnı- 
dialoqlar.
2.  Mahnı-oyunlar.
3.  Mahnı-rəqslər.


Reçitativli  mahnı-dialoqlara  əsasən  uşaq  oyun* 
larında  və  mərasimlərdə  oğlan  və  qızlardan  təşkil  olun­
muş iki qrup gənclər arasında ifada rast gəlmək olur.
Melodik  ifa  formasında  olan  mahnı-dialoqlara  isə 
iki gənc və ya ana  ilə qız,  qaynana  ilə  gəlin arasında gedən 
dialoqlarda  rast gəlmək  olur.  Adətən belə  mahnı-dialoqlar 
tamaşa  xarakterli  olub  mərasimlərdə  nümayiş  etdirilmək 
üçün ifa olunar.
«Ana  ilə  qız»  mahnı-dialoqun  mətnindən  görün­
düyü  kimi  ana  ilə  qız  arasında  gedən  dialoqda  bir  qədər 
yumor,  zarafat  mövcuddur.  Adətən  belə  mətnlər  bir  çox 
bəndlərdən  ibarət  olar  və  müxtəlif  bənzətmələrdən,  isti­
fadə  edilməklə  yumor  daha  da  dərinləşdirilər.  Mərasim­
lərdə  keçirilən  belə  dialoqlar  mərasimə  toplaşanları 
güldürmək,  əyləndirmək  üçün  söylənilərdi.  Belə  mahnı- 
dialoqlar  müəyyən  musiqi  tonunun  üzərində  qurular  və 
reçitativ  şəkildə  oxunardı.  Mətnlərdə  yumorun,  zarafatın 
deyiliş  intonasiyalarının  dəqiq  ritmik  ölçüdə  ifa  olunması 
üçün şeirin strukturu aaba sxem üzərində qurulardı.
İki  gənc - bir oğlanla  qız arasında olan  lirik-məhəb­
bət  mövzulu  mahnı-dialoqlar  bütün  folklor  mühitlərində 
olduğu kimi Naxçıvan bölgəsində də  çoxluq təşkil edir. Bu 
tip  mahnı  janrları  həm  şəhər,  həm  də  kənd  mühiti  üçün 
xarakterik  olmuşdur.  Onların  mövzusu  əsasən  məhəbbət 
üzərində  qurulsa  da  bu  mahnı  janrları  dialoqun  xarak­
terindən  irəli  gələn  özünün  zarafat,  yumor,  bir-birinə  söz 
atma  xüsusiyyətlərinə,  mətn  quruluşuna  malikdir.  Bu  tip 
mahnı  janrları  mövsüm-mərasim  ayinlərində,  el  şən-


üklərində  daha  çox  ifa  olunardı.  Kənd  mühiti  üçün 
xarakterik  olan  «Çobanla  qız»  mahnı-dialoqunda  bu  qeyd 
etdiyimiz  keyfiyyətləri,  xarakterik  xüsusiyyətləri  görə 
bilərik.
Oğlanla  qız  arasında  mahnı-dialoqlara  aid  «Urmu 
qızı»  mahnısını  da  göstərə  bilərik.  İki  gənc  arasında  olan 
bu  tip  dialoqlar adətən bir sıra bəndlərdən təşkil olunar və 
vəsf  xarakterində  ifa  olunar.  Yəni  oğlan  qızın  könlünü, 
razılığını  almaq  məqsədi  ilə  gözəlləmələrdə,  vəsfnamə- 
lərdə  olduğu  kimi  bir  sıra  təşbehlər  işlədər  və  qızın  cava­
bından  onun  razı  olub-olmadığını  eşidərdi.  Şeirin  mətni 
uzun olduğu üçün bir bəndi  nümunə olaraq göstəririk:
- Ay Urmu qızı,
- Can-can əfəndi.
- Göstər gözünü,
Mən alım səni.
- Neynirsən gözüm.
Bir cüt piyala -
Gördüyün kimi.  (10, s.297-298).
Yuxarıda qeyd  etdiyimiz mahnı-dialoq reçitativÜ ifa 
ilə  oxunur.  Bu  tip  mahnı-dialoqlarm  əksəriyyəti  bu 
üslubda icra olunar.
Naxçıvan 
folklorunda 
mahnı-dialoqlar  gəlinlə 
qaynana  arasında  da  mövcuddur.  Məişətin  bir  çox  prob­
lemlərindən,  gəlinlə  qaynana  arasında  olan  münasi­
bətlərdən bəhs edən belə  mahnılarda  da yumor,  istehza və 
s.  ilə  rastlaşırıq.  «Bədəsil  gəlinlə  qaynana»  arasında  olan


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə