Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə11/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

məişətində,  onun  keçirdiyi  mərasim  və  ayinlərdə  xüsusi, 
əvəzedilməz  rol  oynayır.  Folklor  mühitində,  mərasimlərin, 
ayinlərin  keçirilməsində  elə  bir  sahə  yoxdur  ki,  musiqidən, 
rəqsdən, aşıq yaradıcılığından istifadə edilməsin.  Bu sahədə 
aparılan  tədqiqatlar  sübut  edir  ki,  Naxçıvan  folklorunda 
istifadə  edilən  musiqi  müxtəlif  janrlarda  və  formalarda 
mövcud  olmuşdur.  Hər  bir  musiqi  havası  yerli,  regional 
mühitin spesifik cəhətlərini,  adət və ənənədən irəli gələn ifa 
mədəniyyətinin  bəzi  xüsusiyyətlərini  özündə  əks  etdir­
mişdir.  Məsələn,  tulumdan,  yalh  rəqs  nümunələrinin  rən­
garəng tiplərindən, mərasimlərdə istifadə edilən mahnıların 
və  mahnı-rəqs  janrlarının  ifa  xüsusiyyəti  öz  fərdiliyi  və  ifa
ilə  seçilir.  Bütün  deyilən  faktları  mövsüm  və 
mərasim  ayinlərində  istifadə  edilən  musiqinin  janr  tiplə­
rində nəzərdən keçirək.
Naxçıvanın qədim mövsüm nəğmələri
Naxçıvanın  musiqi  folklorunda  mövsüm  və  məişət 
nəğmələri,  xalq  mahnıları,  aşıq  musiqisi,  yallı  rəqsinin  40- 
dan  artıq  növünün  olması  bir  daha  sübut  edir  ki,  bu 
bölgənin çox  qədim  və  zəngin  musiqi  folkloru  mövcuddur. 
Regional  folklorun  hərtərəfli  şəkildə,  yəni  ədəbi  və  musiqi 
janrlarının  sinkretik  şəkildə  araşdırılması  bir  çox  jam 
xüsusiyyətlərinin  qabarıq  formada  üzə  çıxmasına  da  geniş 
şərait yaradacağı şübhəsizdir.  Azərbaycan xalq musiqisinin 
janr  xüsusiyyətlərindən  yazan  Q.Qasımov  qeyd  edir  ki, 
«Azərbaycan  musiqisinin  zənginliyi,  ilk  növbədə,  onun
mədəniyyəti


musiqi  formalarının  çoxcəhətliliyi  və  xalq  musiqisinin  janr 
rəngarəngliyi  ilə  müəyyənləşir.  Azərbaycan  xalqının  müa­
sir  mahnı  yaradıcılığı  üçün  bütün  məlum  mahnı  janrları 
xasdır:  əmək,  mərasim,  məişət,  lirik,  qəhrəmanlıq,  yumo­
ristik,  satirik  və  s.  daha  qədim  mahnılar  əməyi  vəsf  edən 
əkinçiliklə,  maldarlıqla,  bağçılıqla  və  s.  bağlı  olan  əmək 
mahnılarıdır»  (118, s.6).
Azərbaycan  folklorunun  gözəl  ənənələrini  və  rən­
garəng nümunələrini  özündə  hifz  etmiş  Naxçıvanın musiqi 
folkloru  janrları  arasında  elə  formalar,  janrlar,  spesifik 
cəhətlər,  xüsusiyyətlər var  ki,  onlar nəinki  regionun musiqi 
folklorunun,  bütövlükdə  Azərbaycanın  musqi  folklorunun 
zənginliyini  təmin  edir.  Azərbaycan  xalq  mahnılarının  janr 
xüsusiyyətlərindən  yazan  V.Belyayev  qeyd  edir  ki, 
«Azərbaycan  musiqi  mədəniyyətinin  kökü  və  inkişaf 
mənbəyi  məzmunca  və  ifadə  formasma  görə  çox  zəngin 
olan  Azərbaycanın xalq mahnılarıdır  ki,  orada  xalqın həyat 
tərzi,  xarakterik  xüsusiyyətləri  özünü  parlaq  şəkildə 
göstərir.  Oz  məzmununa,  üslubuna  görə  xırman  nəğmələri 
əkinçilik  nəğmələrinə  daha  çox  yaxındır.  Əgər  əkinçilik 
nəğmələri  reçitativ-improvizə  üslubuna  görə  əmək  pro­
sesini  göstərirsə,  xırman  nəğmələrində  dəqiq  ritmik  for­
mullar  iş  zamanı  insan  hərəkətlərini  xarakterizə  edir»(106, 
s.4).  Naxçıvan  bölgəsində  mövsüm  və  mərasimlərdə 
istifadə  edilən  ayrı-ayrı  musiqi janrlarının  fərqli və spesifik 
cəhətlərinə və musiqinin janr tiplərinə diqqət yetirək.
ilkin  olaraq  qeyd  etmək  lazımdır  ki,  Naxçıvanın 
folklor mühitində  mövcud  olan musiqi janr  tipləri bölgənin
b
i


müasir  musiqi  mədəniyyətinin  formalaşmasında  xüsusi  rol 
oynamışdır.  Bu  sahənin  inkişafı  musiqi  ifa  mədəniyyətinin, 
yeni  instrumental  ifa  sahəsinin  inkişafına  təkan  vermişdir. 
Bölgədə sovet dövründən əvvəl,  yəni musiqi məktəblərinin, 
klubların,  cəmiyyətlərin  və  digər orta  ixtisas  və  ali  məktəb­
lərin  açılmasından  çox  qabaq  instrumental  musiqinin  inki­
şafı  yalnız  folklor  musiqi  mühiti,  sonradan  isə  şifahi  ənə­
nəyə  söykənən peşəkar musiqi sənətinin  inkişafı zəminində 
qurulmuşdur.  İnstrumental  musiqi  ifaçxlığı  sənətinə 
yiyələnən musiqiçilər, musiqişünas və bəstəkarlar ilk olaraq 
musiqi  ifaçılıq  sənətinin  sirlərini  mərasim  havalarını,  rəqs 
musiqisini  ifa  etməklə  öyrənir.  Sonrakı  tədris  prosesində 
peşəkar ifa  sənətinə  yiyələnilir.  Bu  faktın özü  sübut edir  ki, 
bölgənin  musiqi  folklorunun  ayrı-ayrı  janrlarmm  musiqi 
ifaçılıq  sənətinin  inkişafında  xüsusi  rolu  və  əhəmiyyəti 
olmuşdur.
Musiqi  folkloru  nümunələri bəstəkar yaradıcılığında 
geniş  istifadə  olunduğu  üçün  yeni-yeni  peşəkar  əsərlərin 
yaradılmasında  xüsusi  rol  oynamışdır.  Bu  dəlillər  bir  daha 
sübut  edir  ki,  bölgənin  musiqi  folklorunun  janr  tiplərinin, 
onun  spesifik  xüsusiyyətlərinin  araşdırılması  müasir 
musiqişünaslıq üçün xüsusi əhəmiyyət daşıyır.
Naxçıvanın  folklor  mühitində  keçirilən  maraqlı  mə­
rasimlərdən  biri  də  «Çömçəxatun»  nəğməsinin  ifasıdır.  Bu 
nəğmə,  mövsüm  mərasimləri  içərisində,  fikrimizcə,  ən 
maraqlı  nəğmələrdən  biridir.  Mövsüm  nəğməsi  olan  bu 
janrın  əsas  məzmunu  quraqlıq  ilə  bağlıdır.  Əkin  işlərinin 
bitdiyi  və  ondan  bir  müddət  keçdikdən  sonra  dəmiyəlik


olan  ərazilərdə  yağış  yağmadıqda  Naxçıvanda  yaşamış 
qədim  əcdadlarımız  «Çömçəxatun»  nəğməsini  ənənəvi 
olaraq  keçirərdilər.  Quraqlıq  düşən  aylarda  keçirilən  bu 
mərasimdə  əsas  oyunçular  uşaqlar  olur.  Onlar bir-birindən 
tutaraq,  yarı əyilmiş  formada,  özlərini quzuya bənzədərmiş 
kimi,  əllərinə  bir  taxta  çömçə  alarmışlar  və  qapı-qapı  gəzib 
aşağıdakı sözləri oxuyarmışlar:
Çömçəxatun nə istər?
Tanrıdan yağış istər.
Qoyunlara ot istər.
Quzulara süd istər, mə-ə-ə.  (10, s.23-24).
Uşaqların  pay  istəməsindən  sonra  onlara  pay  verən 
qapı sahibləri uşaqların zarafatyana diləklərinə elə  zarafatla 
cavab  verərək  həmin  məzmunda  və  formada,  həmçinin 
həmin  melodik  ifadə  tərzində  cavab  nəğməsini  aşağıdakı 
sözlərlə oxuyardılar:
Çömçəxatun nə istər?
Quzulara pay istər.
Çobanlara bolca ot,
Cavanlara toy istər, mə-ə-ə.  (10, s.24).
«Çömçəxatun»  nəğməsinin  sonrakı  fəsildə  musiqi­
şünaslıq  təhlili  onun  melodik  dilinin,  metroritmik  qurulu­
şunun,  lad  quruluşunun  və  forma  xüsusiyyətlərinin  mət­
nin melopoetik  səciyyəsi  ilə  uyğunluq  təşkü etməsini  əyani



Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə