Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

qolu  olan  qoyunçuluq  Naxçıvanın  rayonlarında  daha  çox 
inkişaf  etdiyi  üçün  bölgədə  sayaçı  mahnılarının  əsas 
məzmunu  qoyunçuluğa,  çobanın  əməyinə,  onun  yaşadığı 
məişətə  həsr  olunmuşdur.  «Sayaçılar  əsas  etibarı  ilə,  köçəri 
həyat  sürür  və  haraya  istəsələr  gedə  bilirdilər.  Odur  ki, 
onlar  müxtəlif  təbəqələr  arasında-obalarda,  böyük  maldar 
ailələrində,  çobanlar  arasında  və  s.  yerlərdə  gəzib  dola­
şırdılar...  maldarlıq  təsərrüfatı  ilə  əlaqədar  olaraq  yaranan 
folklor  daha  geniş  və  zəngindir.  İnqilabdan  əvvəlki 
Azərbaycanda  xüsusi  maldar  aşıqlar  meydana  gəlmişdi  ki, 
bunlar  öz  yaradıcılığım  məhz  maldarlıq  təsərrüfatına  həsr 
etmiş,  onun  ayrı-ayrı  sahələrinə  söz  qoşub  tərif  və  tənqid 
etmişlər. Bu  aşıqlara  «sayaçı»  deyirdilər»  (55,  s.19).  Deyilən 
fikrə  əlavə  olaraq  qeyd  edək  ki,  Naxçıvan  bölgəsində 
aparılan  tədqiqatlara  istinadən  deyə  bilərik  ki,  sayaçılıqla 
bağlı nəğmələri əsasən qadmlar,  qız-gəlinlər oxuyardı.  İstər 
yay  aylarmda  yaylaqlarda  pendir  tutan,  nehrədə  yağ 
çalxalayan  və  ya  qoyunları  sağan  qadınlar,  istərsə  də  qış 
aylarında  soyuq  aylarda  evdə  məişət işləri  görən  maldarlıq 
təsərrüfatı  aparan  qadmlar  sayaçı  mahnılarım  düzüb-qoşar 
və  ya  eşitdikləri  nəğmələri  oxuyardılar.  Belə  sayaçı  nəğ­
mələrindən birini misal olaraq göstərə bilərik:
Canım a qəmər qoyun,
Balası əmər qoyun.
Yiyən sənin ucunnan
Qurşuyub kəmər qoyun.


Nənəm, a ağbaş qoyun,
Qarlı dağlar aş qoyun.
Yağından plov olar,
Quyruğundan aş, qoyun. (10, s.24-25)
Say açı  nəğməsinin  mətn  strukturundan  aydın  olur 
ki, əsas motiv ailənin çörək ağacı olan heyvandarlıq,  qoyun- 
çuluq  peşəsinə,  məxsusən  qoyuna  olan  sevgi  üzərində 
qurulub.  Mətnin  poetik-semantik  strukturu  qoyuna  olan 
sevgi  və  məhəbbət  üzərində  qurulmuşdur.  Sayaçı  mahnı­
larının  məzmunundan,  motivdən  irəli  gələn  xarakterik 
xüsusiyyətlər  onların  lirik-mahnı  formasında  olmasını 
şərtləndirir.  Bu  isə  həmin  tip  nəğmələrin  forma,  üslub,  janr 
xüsusiyyətlərini  ortaya  çıxarmış  olur.  Sadə  folklor  nəğ­
mələri  silsiləsindən  olan  sayaçı  mahnıları  janr  tipinə  görə 
xalq mahnıları ailəsinə məxsus olub əmək mahnıları janrına 
aiddirlər.  Naxçıvanda  maldarlığın  geniş  yayıldığını  nəzərə 
alsaq  bu  janra  məxsus  nəğmələrin  çoxluq  təşkil  etdiyinin 
şahidi  olarıq.  Hər  bir  sayaçı  nəğməsində  sadə  əmək 
adamının yaşayış  tərzinin,  istək  və  arzusunun,  ümidinin və 
heyvana  olan  qayğısmm,  nəvazişinin  mülayim  tonda 
ifadəsini  görə  bilərik.  Sadaladığımız  xüsusisiyyətlər  də  öz 
növbəsində  sayaçı  nəğmələrinin  lirik,  məhəbbət  motivləri 
ilə  zəngin  olan  intonasiyalarını,  forma  quruluşunu  üzə 
çıxarır.


Mərasim nəğmələri
Naxçıvanın  zəngin  musiqi  folkloru  janrları  arasında 
ənənəvi mərasim və etiqad  mahnı  və  rəqs nümunələrinə bu 
gün  də  rast  gəlmək  olur.  Bu  ənənəvi  etiqad  və  mərasim 
аз/inlərində  qədim  azərbaycanlıların  təbiət  qüvvələrinə- 
yağışa,  quraqlığa,  günəşə  qalib  gəlməyə  səy  etməsindən; 
təbiətin  ölüb  yenidən  dirilməsi,  qışın  qurtarıb,  yazm 
başlaması  kimi bir  prosesdən,  mübarizədən  danışılır-deyən 
B.Hüseynli sonradan göstərir ki, xalq arasında «Kosa-kosa», 
«Xıdır  ilyas»  («Xıdır  Nəbi»),  «Qodu-qodu»  və  s.  adlarla 
məşhur olan ənənəvi etiqad və mərasim ayinləri buna gözəl 
nümunədir.
Qədim  insanlar  kortəbii  hadisələr  qarşısında  aciz 
qalarkən  çıxış  yolu  axtarır,  «ovsuna,  tilsimə  və  fövqəltəbii 
qüvvələrə»  arxalanmalı  olur,  özləri  üçün  xilasedicilər  və 
onlara  həsr  edilmiş  mərasimlər  yaradırdılar  (127,  s.158). 
Yaradılan mərasimlərdən el arasında  ən  çox,  geniş  yayılmış 
«Kosa-kosa» oyunudur.
«Kosa-kosa»  fəsillərin  dəyişməsi  ilə  əlaqədar olan  ən 
qədim  ənənəvi  mərasimdir.  Burada  ifa  olunan  reçitativ 
üslubunda hava Novruz mərasimində o qədər geniş şəkildə 
ifa  edilir  ki,  artıq  o,  xalqın  ən  çox  və  sevə-sevə  oxuduğu 
musiqi  nümunələrindən  birinə  çevrilmişdir. 
Mərasim 
oyunda  Kosa  ilə  Keçi  arasında  gedən  mübarizə  göstərilir. 
Bu  mübarizədə  Keçinin  qalib  gəlməsi  yazm  qış  üzərində 
qalibiyyəti  kimi  diqqəti  cəlb  edir  (18,  s.9-10).  «Kosa-kosa» 
mərasimi  Naxçıvanda  Bahar  bayramı  günlərində  keçirilir.


Bu  ərəfədə  «Səməni»,  «Xıdır ilyas»  mərasimləri  də  keçirilir. 
Azərbaycanın  ayrı-ayrı  regionlarında  bu  mərasimlərin 
keçirilməsində  oxunan  və  rəqs  edilən  bu  havalar  müxtəlif 
ifa  formalarında  təqdim  olunsa  da  Naxçıvanda  hər  üç 
nəğmə  və  rəqsin  melodik  quruluşu  6/8  metrik  ölçüdə, 
reçitativli oxuma üslubunda  ifa edilir.  Uzaq kəndlərdə  sadə 
insanlar  bu  havalan  oxuyarkən  onu  reçitativli  ifa 
formasında  təqdim  edirlər.  «Arşm  uzun  bez  qısa,  kəfənsiz 
öldü  kosa»  sözlərinin  oxunuşunda  eyni  səsin  intonasiyaları 
mətnin  struktur  quruluşundan  asılı  olaraq  çərək,  səkkizlik 
notlarının  müxtəlif  ardıcıllaşmasından  istifadə  olunaraq  ifa 
edilir.  Sözsüz  ki,  burada  melodiyadan,  melodik  xəttin 
zənginliyindən,  inkişafından  danışmaq  əbəsdir.  Sırf  folklor 
mühiti  nümunəsi  olan  bu  ifada,  reçitativli  ifa  üsulundan 
istifadə  olunması,  ilk  növbədə  bu  ifanın  sadə  əməkçi  xalq, 
qeyri-peşəkar  musiqi  ifaçıları  tərəfindən  oxunmasını 
təsdiqləyir.
Naxçıvanın  özündə,  şəhər  mühitində  musiqiçilərin, 
teatr  aktyorlarının  ifalarında  melodik  quruluş  bir  qədər 
başqa  formada  təqdim  edilir.  Əlbəttə,  rayon  və  kənd 
mütində  zurna,  balaban,  bəzən  isə  folklor  icraçılarının 
musiqi  (müşayiət)  olmadan  öz  ifalarını  ağızda  oxuyaraq 
müşayiət  edirlərsə,  şəhər  mühitində  keçirilən  bayram 
şənliklərində həmin havalar peşəkar musiqiçilərin ifaları ilə 
müşayiət olunur.  Reçitativli ifanı melodik quruluşlu musiqi 
cümlələri  əvəz  edir  ki,  bu  da  bayatı  şeir  formasında 
yazılmış  mətnlərin  ifadəliliyini,  melodikliliyini  daha  da 
zənginləşdirir.  Şəhər  mühitində  səslənən  həmin  havalar


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə