Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

mahnı-dialoqu  nümunə  olaraq  göstərə  bilərik.  Bunun 
məzmununda  qeyd  olunur  ki,  «Deyilənə  görə,  bir  yetimli 
evə  gəlin  gəlir.  Bir  müddətdən  sonra  qaynana  ilə  gəlin 
arasında çəkişmə düşür. Qaynana gəlinə deyir:
- Ay gəlin,  geyiminə-keciminə bu  qədər fikir vermə, 
ev-eşiyə əl yetir, bu yetim-yesirin əyin-başını qaydaya sal.
Gəlin deyir:
Mən gəlmişəm 
sarı geyəm, sallanam.
Gəlməmişəm
çit-mit geyəm allanam.  (10, s.296-297.)
Mətndən  göründüyü  kimi  gəlinin  qaynanaya  cava­
bında bir  istehza,  etiraz səsləri vardır. Yuxarıda  qeyd  etdi­
yimiz kimi bu tip mahnı-dialoqlar müəyyən mərasimlərdə, 
şənliklərdə  oynanılar  və  məişətdə  gəlin-qaynana  müna­
sibətlərini  qabarıq  şəkildə  üzə  çıxarmağa  xidmət  edər. 
Kiçik bir epizodda  tamaşa elementləri,  mizan səhnə özünü 
göstərdiyi  üçün  belə  janrlar  qeyd  etdiyimiz  kimi  adi 
məişətdə  yox,  müəyyən  mərasimlərdə  oynanılar.  Gös­
tərilən mahnı-dialoq reçitativli oxuma üslubu ilə ifa edilər.
Naxçıvanın  folklor  mühitində  məktəbli  yaşlarmda 
olan  gənclərin  mərasimlərdə,  bir  sıra  hallarda  isə  mək­
təbdə  tənəffüs  vaxtı  və  ya  həyətdə  uşaqlarla  bir  yerdə 
oynadığı  mahnı-oyunlar  və  mahnı-tapmaca  rəqsləri  də 
mövcuddur.  Bu  ənənə  bu  gün  də  saxlanılmaqdadır.  Bu 
haqda  B.Hüseynli  yazır  ki,  «Uşaq  rəqslərinə  uşaqların 
gündəlik həyatında, bayram şənliklərində,  məktəbdə və ya


düşərgədə onların özü  tərəfindən ifa olunan müxtəlif oyun 
və  rəqslər  daxildir.  Bunlardan  ən  geniş  yayılmışı  və  uşaq­
lar  tərəfindən  böyük  maraqla  ifa  olunanları  «Bənövşə»  və 
«Bir  quşum  var  bu  boyda»  oyun,  mahnı  və  rəqsidir.  Rəqs 
ünsürlərinə  malik  olan  bu  oyun-mahnılar  öz  mənşəyinə 
görə  uşaq  oyun,  mahnı  və  rəqslərinin  ən  ilkisidir»  (48, 
s.76).
«Bənövşə» 
oyun-mahnı-rəqs  janrı 
Naxçıvanda 
musiqişünas  B.Hüseynlinin  göstərdiyindən  nisbətən  fərqli 
şəkildə  oynanılır.  Həm  mətndə  mövcud  olan  fərq,  həm 
oyunun  aparılma  qaydası,  həm  də  mahnı-rəqsin  reçitativli 
şəkildə  icrası  Naxçıvanda  ifa  edilən  bu  janrı  başqa 
bölgələrin eyni  tip oyun-mahnı-rəqs janrmdan fərqləndirir. 
B.Hüseynlinin  verdiyi  mahnı-rəqs  janrında  mətndə 
«Bənövşə,  bənövşə,  bizdən  sizə  kim  düşə»  şəkildə 
verilirsə,  Naxçıvan  folklorunda  «Bənövşə,  bəndə  düşə, 
bizdən  sizə  kim  düşə»  kimi  ifa  olunur.  B.  Hüseynlinin 
təqdim  etdiyi  oyunda  sözlərin  oxunuşunda  mahnıvarilik 
var.  Bizim  təqdim  etdiyimiz  oyunda  isə  həmin  sözlər 
reçitativ şəkildə oxunur.  Digər bir fərq də oyun qaydasının 
aparılmasında özünü göstərir. Bu fərqlərə diqqət yetirək:
B.Hüseynli  yazır  ki,  «Bənövşə»  öz  quruluşuna  görə 
mahnılı 
oyundur.  Oyunda  iştirakçılar  iki  dəstəyə 
bölünürlər.  Hər  dəstə  əl-ələ  tutaraq  bir-birindən  10-15 
metr  məsafədə  üz-üzə  dayanır.  Hər  dəstənin  öz  başçısı 
olur.  Püşk  atmaqla  hansı  dəstənin  birinci  olaraq  mahnı- 
oyuna  başlaması  müəyyən  olunur.  Mahnı-oyunu  baş­
lamaq  hüququnu  qazanan  dəstə  aşağıdakı  sözləri


oxumağa başlayır:
Bənövşə, bənövşə, bizdən sizə kim düşə? 
Gülşən düşə.
Qarşıda duran dəstənin başçısı o biri dəstədə iştirak 
edən-oyunçulardan  birinin  adını  deyir.  Adı  çəkilən  oyun­
çu,  sürətlə  qaçaraq  qarşıdakı  dəstənin  cərgəsini  yarmağa 
çalışır.  Əgər o, buna müvəffəq olursa, hansı iki oyunçunun 
arasından  keçə  bilmişsə  o,  oyunçulardan  birini  öz  dəs­
təsinə  aparır.  Sonra  dəstələr  öz  vəzifələrini  dəyişirlər. 
Bütün  oyunçuları  öz  tərəfinə  yığmış  dəstə  qalib  gəlmiş 
hesab olunur (48, s.76-77).
«Bənövşə»  oyununun  məzmunu,  oyun  qaydası 
yuxarıda  göstərilən  qaydada  gedir.  Lakin  cüzi  fərqləri 
qeyd etmək istərdik.
Əvvəla 
oyun-mahnı-rəqsin 
reçitativli 
şəkildə 
oxunmasında  ritmik  deyiliş  ölçüsünə  görə  fərqlidir.  Digər 
tərəfdən  B.Hüseynlinin  verdiyi  məlumatda  oyunçular  bir 
yerdə  durub  «Bənövşə,  bənövşə,  bizdən  sizə  kim  düşə» 
sözlərini  oxuyurlar.  Naxçıvan  folklorunda  deyilən  sözlər 
oyunla  müşayiət  olunur.  Yallı  rəqsində  olan  ayaq  hərə­
kətləri;  bir,  iki,  üç,  dörd  yan  tərəfə  yox,  irəliyə  doğru  atılır 
və  həmin  minvalla  da  geri  qayıdılır.  Oyunun  bu  səpkidə 
icra  olunması  onun  rəqsvariliyini  bir  daha  təsdiq  etmiş 
olur.
Naxçıvan  folklorunda  «Bir  quşum  var  bu  boyda» 
oyunu  da  mövcuddur.  Bu  oyunu  mahnı-tapmaca  adlan-


dıran  В.Hüseynli  onun  solo  və  xor  şəklində  ifa  olunmasını 
qeyd  edir.  Bu  oyun  məişət  oyun-mahnı-rəqsi  kimi  iki 
formada  ifa  olunur.  Həm  gənclərin bir yerə  yığışıb  dairəvi 
və  ya  pərakəndə  şəkildə  oturub  ifa  etdikləri,  həm  də  iki 
dəstənin  qarşı-qarşıya  durub  oynadıqları  bu  oyun  geniş 
yayılmış  janrlardan  biridir.  Düzdür,  son  illərdə  bu  oyun 
artıq  unudulmaq  üzrədir,  lakin  yaşlı  və  orta  nəsil 
nümayəndələri  bunu  yaxşı  xatırlayırlar.  Oyunda  tapmaca 
deyən solo,  onu müşayiət edən dəstə  isə xor şəklində  «Ley 
qəlaha,  ley  qəlah»  sözlərini  oxuyur.  Bu  sözləri  oxuyarkən 
oyun  iştirakçıları  çırtıq  çalmaqla  özlərini  müşayiət 
edərdilər.
Oyunda  tapmaca  deyən  fikrində  tutduğu  quşun 
bütün  əlamətlərini-dimdiyini,  caynaqlarmı,  qanadlarım 
quyruğunu  iri  və  xırdalığını  münasib  əl  hərəkətləri  ilə 
göstərir, hətta rəngini də deyir və soruşur:
Quşum hansı quşdur?
Oyun  iştirakçılarından  biri  irəli  çıxaraq,  oxşatdığı 
quşun  adını  deyir.  Əgər  səhv  deyirsə  bu  vaxt  tapmaca 
deyən əmr edir:
Yox!  Vurun çatlasm!
Bütün  oyunçular  arasında  çəkişmə,  dartışma 
başlanır,  tapmacanı  düz  tapa bilməyəni  yıxırlar,  yumruqla 
cəzalandırırlar.  Əgər  tapmaca  düz  tapılırsa,  tapan  özü 
tapmaca deyir və oyun yenidən başlanır (48,  s.77-78)
Naxçıvan  folklorunda  mərasim  ayinlərində  bir  çox 
mahnı  və  rəqslər  sadə  musiqi  janrı  formasında  çalınıb 
oxunmaqla  mərasimin  bəzəyi  kimi  diqqəti  cəlb  edər.


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə